Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   35   36   37   38   39   40   41   42   ...   99

78 
 
Ən böyük üsyanlar Kiotoda, Boqotada, Santyaqoda və Buenos-Ayresdə baş 
verməklə,  bu  şəhərlər  tezliklə  hərəkatın  mərkəzlərinə  çevrildilər.  Onlar  fransız 
inqilabı ideyalarının təsiri altında idilər. 
Bolivar bir çox gizli yığıncaqlarda iştirak etdi və Venesuela qubernatoru onu 
məzəmmət etdikdə o, cəsarətli qaydada cavab verdi ki, İspaniyaya müharibə elan 
edir  və  geri  çəkilməyəcəkdir.  19  aprel  1810-cu  ildə  qubernator  Emparan  öz 
səlahiyyətlərindən  məhrum  edildi,  Venesueladan  sürgün  edildi  və  xunta 
hakimiyyətə  gəldi.  Kömək  əldə  etmək  üçün  Bolivar  elçi  sifətində  Londona 
göndərildi. O, İngiltərədə inqilabi müstəmləkənin bədbəxt vəziyyətini izah etməli, 
onun  tanınmasına  nail  olmalı,  silah  və  maddi  kömək  əldə  etməli  idi.  Bütün 
məsələlərdə  o,  uğursuzluğa  düçar  olsa  da,  onun  İngiltərəyə  qısa  müddətli  səfəri 
digər  nöqteyi-nəzərdən  məhsuldar  oldu.  Bu  səfər  ona  Birləşmiş  Krallığın 
institutlarını  öyrənməyə  imkan  verdi,  bunlar  isə  onun  üçün  siyasi  müdriklik  və 
stabillik  modelini  təmsil  edirdi.  Daha  vacibi  isə  o  idi  ki,  orada  sürgün  olunmuş 
Fransisko  de  Miranda  ilə  görüşdü.  O,  1806-cı  ildə  Venesuelanı  boş  əllə  azad 
etməyə cəhd etmişdi, Bolivarın onunla görüşündə onu Karakasa dönüb, müstəqillik 
hərəkatına başçılığı öz üzərinə götürməyə inandırması inqilab işini sürətləndirdi. 
Venesuela  qıcqırma  içərisində  idi.  1811-ci  ilin  martında  Karakasda 
Konstitusiya  layihəsini  hazırlamaq  üçün  Milli  Konqress  keçirildi.  Konqressin 
nümayəndəsi olmamasına baxmayaraq, Bolivar özünü ölkədə qalxan müzakirələrin 
içərisinə atdı. Özünün ilk ictimai çıxışında o, bəyan etdi ki, “Qoy biz qorxmadan 
amerikan  azadlığının  künc  daşı  olaq.  Tərəddüd  etmək  məhvə  getməkdir”.  Uzun 
müzakirələrdən  sonra  Milli  Assambleya  5  iyul  1811-ci  ildə  Venesuelanın 
müstəqilliyini elan etdi. 
Bolivar  bu  vaxt  gənc  respublikanın  ordusuna  daxil  oldu,  bu  ordunun  baş 
komandanı Miranda idi. Onların Londondakı qısa müddətli görüşündən sonrakı az 
müddətdə artıq siyasət məsələlərində bu iki adam bir-birindən fərqli qaydada var-
gəl  edirdilər.  Miranda  Bolivarı  “təhlükəli  gənc”  adlandırırdı,  Bolivar  isə  yaşlı 
generalın  qabiliyyətinə  şübhə  ilə  yanaşırdı.  İspanlar  müstəmləkəyə  nəzarəti  ələ 
keçirmək  üçün  həmlə  etdikdə,  Bolivar  Venesuelanın  həyati  limanı  olan  Puerto 
Kabelloya    təyin  edildi.  Bolivarın  zabitlərindən  biri  xəyanət  hərəkəti  edib, 
istehkamlanmış  qalanı  ispan  qoşunlarının  üzünə  açdı.  Miranda  bu  limanın 
itirilməsinin hərbi əməliyyatlar üçün məhv edici olduğuna inandığından, ispan baş 
komandanı  ilə  danışıqlar  aparmağa  başladı.  1812-ci  ilin  iyulunda  atəşkəs 
müqaviləsi  imzalandı,  bu,  bütün  ölkəni  İspaniyanın  mərhəmətinə  sürükləyirdi. 
Miranda  ispanların  əlinə  verildi,  bəzi  müəlliflər  deyirlər  ki,  bu,  Bolivarın 
təhrikçiliyi ilə baş vermişdi. Miranda öz ömrünün qalan hissəsini ispan zindanında 
keçirməli oldu. 
Mübarizəni davam etdirmək qərarında olan Bolivar ölkəni tərk etmək üçün 
pasport  əldə  etdi  və  Yeni  Qranadadakı  Kartaxenaya  yollandı  (bu  gün  bu  şəhər 
Kolumbiyadadır).  Burada  o,  özünün  ilk  böyük  siyasi  bəyanatı  olan  “Kartaxena 
manifestini” çap etdirdi. “Mən bədbəxt Karakasın oğluyam, onun siyasi və maddi 
xarabalıqlarından  fövqəltəbii  qaydada  qaçmışam,  mən...  buraya  gəlmişəm  ki, 
azadlıq bayrağının arxasınca gedim”. 


79 
 
Onun  fövqəltəbii  qaçmaq  barədə  dediyi  sözlər  26  mart  1812-ci  ildə  baş 
verən  fəlakətli  zəlzələ  ilə  əlaqədar  idi.  Bu  zəlzələ  Karakasda  və  digər  şəhərlərdə 
çox sayda qurbanların meydana gəlməsinə səbəb olmuşdu. Venesuelanın iflasından 
o,  istifadə  etməkdə  tərəddüdə  yol  vermədi:  “İspanlar  deyil,  bizim  özümüzün 
pərakəndəliyimiz  bizi  geri,  quldarlığa  qaytardı.  Venesuelanın  etdiyi  ən  mühüm 
səhv  siyasi  teatra  girmək  idi,  bu  heç  şübhəsiz,  dözümlülük  sisteminin  –  zəif  və 
səmərəli olmayan sistemin məhvedici şəkildə qəbul edilməsi idi...” Bolivar bu vaxt 
İspan  Amerikasında  yaranan  respublikalar  üçün  güclü  hökumət  qurulmasının 
tərəfdarı kimi meydana çıxdı. 
Onun  çağırışına  Yeni  Qranada  xalqı  cavab  verdi  və  o,  ekspedisiya 
qüvvəsinin komandanı oldu. Onun vəzifəsi Venesuelanı azad etmək idi. O, altı baş 
döyüşdə  ispanlara  qalib  gəldi  və  paytaxta  nəzarəti  ələ  keçirdi.  6  avqust  1813-cü 
ildə  o,  Karakasa  daxil  oldu,  ona  “Xilaskar”  titulu  verildi  və  bu,  əslində  siyasi 
diktatorluq demək idi. 
Lakin  istiqlaliyyət  müharibəsi  yenicə  başlanırdı.  Venesuela  xalqının 
əksəriyyəti  müstəqillik  qüvvələrinə  qarşı  düşmən  idi  və  qurbanlıq  olmaq  bəxtini 
daşımağa  dözürdü.  Anarxiya  xarakterli  dəhşətli  və  qanlı  vətəndaş  müharibəsi 
başlandı.  Bolivarın  özü  “ölüm  müharibəsi”  və  əsirlərin  güllələnməsi  kimi 
fövqəladə tədbirlərə əl atırdı. O, bütün əsirləri məhv etməyi əmr etdi. Lakin onun 
sərtliyi  öz  məqsədinə  çatmaqda  uğurlu  olmurdu.  1814-cü  ildə  o,  daha  bir  dəfə 
ispanlar  tərəfindən  məğlub  edildi.  Axırıncılar  Orinoko  vadisindəki  çobanları  da 
müharibəyə cəlb etmişdilər. Bu çobanlar səmərəli döyüşən vəhşi süvarilər idilər və 
Bolivar onları dəf etməyi bacarmırdı. Onların başçısı Boves 1814-cü ildə Karakası 
tutdu  və  şəhəri  vəhşilik  səhnəsinə  döndərdi.  Beləliklə,  ikinci  Venesuela 
respublikası öz ömrünü başa vurdu.  
Bolivarın  özü  isə  bu  vaxt  Mirandanın  taleyini  təkrar  etməkdən  güclə  qaça 
bildi.  O,  Kartaxenaya  çata  bildi,  orada  Boqotadan  separatçı  fraksiyanı  sıxışdırıb 
çıxarmaq  vəzifəsini  həll  etməli  idi.  O,  bunu  uğurla  bacardı.  Sonra  o,  Yeni 
Qranadanın liman şəhəri olan Kartaxenanı mühasirəyə aldı, lakin inqilabi qüvvələri 
birləşdirməkdə uğur qazanmadı və Yamaykaya qaçmalı oldu. 
Sürgündə  o,  öz  enerjisini  yenə  də  Böyük  Britaniyadan  kömək  almağa  sərf 
etdi. Bu məqsədlə ingilis xalqını inandırmaq üçün öz karyerasının ən böyük sənədi 
olan  “Yamaykadan  məktublar”ı  yazdı.  O,  qeyd  edirdi  ki,  “Bizi  İspaniya  ilə 
birləşdirən  bağlar  (saplar)  qırılmışdır”.  “Azadlığı  sevən  xalq  axırda  azad 
olacaqdır”.  Bolivar  Çilidən  və  Argentinadan  tutmuş  Meksikayadək  nəhəng 
panoramanı təsvir etdi. O, iftixarla deyirdi: “Biz bəşər irqinin mikrokosmuyuq. Biz 
iki okean arasına sıxılmış ayrıca dünyayıq, incəsənətdə və elmlərdə gəncik, lakin 
bəşər  cəmiyyəti  kimi  qocayıq.  Biz  nə  hindularıq,  nə  də  avropalıyıq,  ancaq  biz 
onların  hər  birinin  parçasıyıq”.  “Müstəqillik  hərəkatı  kataklizmindən  görən  hansı 
növ  hökumət  meydana  gələcəkdir?”.  “Amerikan  dövlətləri  despotizm  və 
müharibənin  vurduğu  yaraları  və  çapıqları  sağaltmaq  üçün  paternal  dövlətlərin 
cəhdlərinə möhtacdır”. 
O, 
Böyük 
Britaniya 
hökumətinin  modeli  əsasında  konstitusiya 
respublikalarının  yaradılmasını  təklif  edirdi,  onların  irs  qaydasında  təşkil  edilən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə