Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   36   37   38   39   40   41   42   43   ...   99

80 
 
yuxarı  palataları  və  ömürlük  seçilən  prezidentləri  olmalı  idi.  Axırıncı  maddədən 
Bolivar bütün karyerası boyu yapışmışdı, bu, onun siyasi düşüncəsinin ən şübhəli 
cəhəti idi. 
“Yamaykadan  məktublar”da  Bolivar  özünü  böyük  beynəlmiləlçi  kimi 
göstərir.  Bütün  ispan-amerikan  millətlərinin  nümayəndələrinin  Panama  kimi 
mərkəzi  bir  yerdə  yığışacağı  günü  səbirsizliklə  gözləyərək,  o,  yazırdı:  “Panama 
yarımadasının Amerika üçün yunanlardan ötəri Korinf boğazı kimi olacağı ümidi 
necə də ifadə edilə bilməyən bir şeydir. Allah qoysa, bir gün biz respublikaların, 
krallıqların, imperiyaların nümayəndələr konqressinin açılmasının yaxşı taleyindən 
istifadə edəcəyik. Burada dünyanın qalan millətləri ilə sülh və müharibə məsələləri 
müzakirə ediləcəkdir”. 
1815-ci  ildə  İspaniya  müstəqilliyə  şirniklənmiş  müstəmləkələrinə,  Atlantik 
okeandan  bu  vaxtadək  heç  vaxt  keçməmiş  güclü  ekspedisiya  qoşunu  göndərdi. 
Onun  komandanı  Pablo  Morillo  idi.  Nə  Böyük  Britaniya,  nə  Birləşmiş  Ştatlar 
kömək vəd etmədiklərindən, Bolivar özünə Fransa ağalığından azad edilmiş kiçik 
respublika olan Haitidə məskən tapdı. Burada o, dostcasına qarşılandı, ona həm də 
pul və silah verildi. Üç il həlledici olmayan məğlubiyyətlər və qələbələr baş verdi. 
1817-ci  ildə  Bolivar  Orinoko  regionunda  qərargah  yaratmağı  qərara  aldı.  Bu 
ərazini  müharibə  viran  qoymuşdu  və  ispanlar  onu  buradan  asanlıqla  çıxara 
bilməzdi.  Bir  neçə  min  əcnəbi  əsgərlərin  və  zabitlərin,  onların  əksəriyyəti 
britaniyalılar və irlandlar idi, xidmətini qurdu və öz paytaxtını Anqosturada (indiki 
Syudad  Bolivar)  təşkil  etdi,  qəzet  nəşr  etməyə  başladı  və  düzənliyin  inqilabi 
qüvvələri  ilə  yaxşı  əlaqələr  qurdu.  Onların  lideri  Xose  Antonio  Paes  Bolivarın 
hakimiyyətini  tanıdı  və  1819-cu  ildən  bütöv  regionun  axırıncı  komandanlığında 
möhkəm  şəkildə  qaldı.  Həmin  ilin  yazında  ispan  mövqelərinin  qərb  flanqında 
onlara  hücumun  baş  planını  təqdim  etdi.  O,  əvvəlcə  öz  ümidini  Karakası  azad 
etmək  üzərində  cəmləşdirmişdi,  lakin  bu  vaxt  diqqətini  yeni  Qranada  vitse-
krallığına hücum etməyin cəsarətli layihəsi üzərində cəmləşdirdi.  
Düzənlikdə  vətənpərvərlərin  qoşunu  onları  məhv  etməyə  çalışan  ispanların 
cəhdlərinə  cavab  verirdi.  Onların  lideri  Santander  Bolivarla  əlaqəyə  girdi  və  12 
iyun 1819-cu ildə Bolivarın və Santanderin orduları görüşdülər və birləşdilər. 
Bolivarın  Yeni  Qranadaya  hücumu  hərb  tarixində  daim  ən  cəsarətli 
əməliyyat  kimi  qiymətləndiriləcəkdir.  Britaniya  legionu  da  daxil  olmaqla,  kiçik 
ordunun  (2500-ə  qədər  adam)  həmləsi  düzənlikdən  keçirdi,  lakin  bu  vaxt  yağış 
mövsümü olduğundan çaylar göllərə dönmüşdü. Bolivarın köməkçilərindən birinin 
dediyi  kimi,  onlar  yeddi  gün  ərzində  qurşaqlarına  qədər  suda  addımlamaqla 
irəliləyirdilər.  Gəmilərin  üzdüyü  ön  çay  üzülüb  keçildi,  onlardan  çoxu  inək 
dərisindən düzəldilmiş qayıqlardan istifadə edirdilər. Lakin düzənliklə yürüş And 
dağlarına dırmaşmaq ilə müqayisədə Bolivara uşaq oyunu kimi görünürdü. Şaxtalı 
külək  dağ  keçidinin  yüksəkliyindən  əsirdi  və  soyuqdan  çox  sayda  adam  ölürdü. 
Yorğunluqdan  itki  xeyli  çox  idi.  Buradan  onlar  Yeni  Qranadaya  töküldülər. 
İspanlar təəccübdən özlərinə gəldikdə, Bolivarı geri oturtmaq artıq çox gec idi. 


81 
 
Bir  neçə  döyüş  getdi,  həlledici  döyüş  7  avqust  1819-cu  ildə  Boqotada  baş 
verdi. Burada royalist ordunun əsas hissəsi Bolivara təslim oldu. Üç gün sonra isə 
o, Boqotaya girdi. Bu Cənubi Amerikanın şimalının tarixində dönüş nöqtəsi oldu.  
Yorulmaq  bilməyən  Bolivar  öz  vəzifəsini  başa  çatdırmağa  girişdi.  O, 
Santanderi administrasiyanın vitse-prezidenti vəzifəsinə təyin etdi və 1819-cu ilin 
dekabrında  Anqosturada  keçirilən  konqress  qarşısında  meydana  çıxdı.  Bolivar 
prezident və hərbi diktator oldu. Özü dediyi kimi, Yeni Qranada və Venesuelanın 
ittifaqı  vuruşduğu  erkən  günlərdən  onun  məqsədi  olmuşdu.  O,  israr  edirdi  ki, 
qanunvericilər  yeni  dövlətin  yarandığını  elan  etsinlər.  Bu  federasiya  idi  və  üç 
departamentdən ikisi – Venesuela və Kito (Ekvador) o vaxtdan hələ də royalistlərin 
nəzarəti altında idi. Bu, yalnız kağız üzərindəki bir nailiyyət idi. Buna baxmayaraq, 
Bolivar bilirdi ki, nəticədə o, hökmən qələbə çalacaqdır. 
İspaniyada  inqilab  ispan  kralını  məcbur  etdi  ki,  qarşısında  dayanan 
liberalizm  ideallarını tanısın və onu  bu hərəkəti  təbii olaraq Cənubi Amerikadakı 
ispan  qoşunlarını  pozurdu,  dağıdırdı.  Bolivar  Morillonu  atəşkəs  danışıqlarını 
başlamağa  inandırdı  və  iki  döyüşçü  Santa  Anada  1820-ci  ilin  noyabrında 
unudulmaz  bir  şəraitdə  görüşdülər.  İmzalanan  müqavilə  altı  aylıq  müddətə 
düşmənçiliyə son qoydu. Vuruş başa çatdıqda Bolivar anladı ki, onun sayca üstün 
canlı  qüvvəsi  ilə  Venesuelada  ispan  qoşunlarını  məğlub  etmək  asan  olacaqdır. 
1821-ci  ilin  iyununda  Karabobo  döyüşü  Karakasın  qapılarını  açdı  və  Bolivarın 
vətəni nəhayət ki, azad oldu. 
Həmin  ilin  payızında  Kolumbiya  üçün  konstitusiya  layihəsini  hazırlamaq 
üçün  Konqress  Kukutada  çağırıldı.  Konstitusiyanın  maddələri  Bolivarı  razı 
salmadı.  O,  prezident  seçilməsinə  baxmayaraq,  düşünürdü  ki,  onun  yaratdığının 
sağ  qalması  və  mövcudluğunu  davam  etdirməsi  üçün  möhkəm  təminat  vermək 
nöqteyi-nəzərindən  bu  maddələr  çox  liberaldır.  Administrasiyanı  Santanderin 
himayəsinə qoyub icazə istədi ki, öz hərbi kampaniyasını davam etdirsin. 
İlin  sonunda  Ekvador  azad  oldu.  Bu  kampaniyada  Bolivara  onun 
zabitlərindən  ən  istedadlısı  olan  Antonio  Xose  de  Sukre  kömək  etdi.  Bolivar 
şimaldan Kiotoya çıxışı müdafiə edən dağlarda ispanlarla döyüşə girdi. Sukre isə 
Sakit okean sahilindən içərilərə yürüş etdi. 24 may 1822-ci ildə qələbə çaldı, bu, 
Ekvadoru ispan zülmündən azad etdi. Sonrakı günü paytaxt təslim oldu və Bolivar 
qüvvələrini Sukrenin ordusu ilə 16 iyunda birləşdirdi. 
Kitoda  Xilaskar  öz  ömrünün  ən  böyük  ehtirası  ilə  görüşdü,  bu  diribaş  və 
gözəl Manuela Saens idi. Bu qız Bolivar kimi igid bir sərkərdəyə ideal qadın idi, 
amazonkanın və kurtizankanın əsl qarışığı idi. Qız qızğın inqilabçı kimi Xilaskarın 
məhəbbətini  sərbəst  qaydada  qəbul  etdi  və  onu  döyüş  meydanından  prezident 
sarayına qədər müşayiət etdi. 
Kolumbiya  ərazisi  bu  vaxt  bütünlüklə  İspaniyadan  azad  oldu,  onun  yeni 
hökuməti Birləşmiş Ştatlar tərəfindən tanındı. Yalnız Peru ispanların əlində qalırdı. 
Peru  problemi  Bolivarı  və  Argentina  inqilabçısı  Xose  de  San  Martini  bir  araya 
gətirdi.  San  Martin  qitənin  cənub  hissəsi  üçün  mübarizə  aparırdı,  Bolivar  isə 
şimalın azadlığına nail olurdu. Üstəlik o, artıq Limaya daxil olmuşdu və Perunun 
müstəqilliyini elan etmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə