Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   39   40   41   42   43   44   45   46   ...   99

86 
 
girişdi. O, Mühafizəkarlar partiyasını 1951-ci ildə yenidən hakimiyyətə qaytardı və 
1955-ci  ilə  qədər  baş  nazir  oldu.  Bu  vaxt  isə  xəstəlik  ucbatından  istefa  verməyə 
məcbur oldu. 
Çörçill  30  noyabr  1874-cü  ildə  Oksfordşirdə  Blenheym  sarayında  müvafiq 
doğum  vaxtından  bir  qədər  əvvəl  anadan  olmuşdu.  Onun  damarlarında  ingilis 
dilində danışan iki xalqın qanı axırdı, sülh və müharibə dövründə onların birliyinin 
inkişafı bu siyasətçinin daimi niyyəti kimi özünü göstərəcəkdi. Atası lord Randolf 
Çörçill,  meteor  timsallı  tori  siyasətçisi  olmaqla,  birbaşa  I  Malboro  hersoqu  Con 
Çörçillin  törəməsi  idi.  Axırıncı  isə  XVIII  əsrin  əvvəllərində  Fransa  kralı  XIV 
Luiyə  qarşı  müharibədə  parlaq  qələbələr  çalmış,  onları  yalnız  yüz  il  sonra 
Napoleonun  hərbi  uğurları  ilə  müqayisə  etmək  olardı,  ona  görə  də  həmin 
müharibənin  qəhrəmanına  çevrilmişdi.  Onun  anası  Cenni  Cerom  Nyu-York 
maliyyəçisi və at qaçışı həvəskarı Leonard Y.Hersinun qızı idi. 
Gənc Çörçill bədbəxtliklərdən də keçmişdi və kədərli, həmçinin laqeydliklə 
üzləşmiş uşaqlığa malik olmuşdu, yalnız sevimli dayəsi xanım Everestin təsiri ilə 
xilas  ola  bilmişdi.  O,  daha  az  nüfuzlu  olan  Herrou  məktəbinə  daxil  oldu,  burada 
onun təhsildə nəzərə çarpan nöqsanları atasının uşağı ordu karyerasına yönəltmək 
barədəki  qərarına  haqq  qazandırırdı.  Yalnız  üçüncü  cəhddən  sonra  o,  Sand-Horst 
royal hərbi kollecinə qəbul imtahanlarından keçə bildi və təhsil illərində 130 tələbə 
arasında 20-ci dərəcəyə yüksəldi. 
1895-ci  ildə  atasının  faciəli  ölümü  ilində  o,  orduda  xidmətə  daxil  oldu.  İlk 
öncə onun fəaliyyəti Kubada başladı, buradan o, iki ay ərzində Kubanın İspaniya 
ağalığından azad olub, müstəqilliyə nail olmaq uğrundakı mübarizəsi barədə qəzetə 
məqalələr  verirdi.  1896-cı ildə onun polku Hindistana yollandı, burada  o,  şimali-
qərb sərhədində əsgər və jurnalist kimi xidmət etdi. Hindistanın şimali-qərbindəki 
dağlıq Malakand vilayətində puştun tayfalarının üsyanı yatırdılarkən (1897-ci il) o, 
hər  iki  tərəfin  qəddarlığının  şahidi  oldu.  “Malakand  cəbhə  qüvvəsinin  əhvalatı” 
kimi  yazısını  genişləndirməklə,  oranı  tərk  etməsi  onun  müəllif  karyerasının 
başlanğıcı kimi diqqəti geniş cəlb etdi. O, bu işini bütün ömrü boyu davam etdirdi. 
1898-ci  ildə  o,  “Savarola”  əsərini  yazdı,  bu,  puritan  romanı  idi,  baş  qəhrəman 
Savarola  obrazında  özünü  təsvir  edir.  Sonra  lord  Kitçenerin  Nil  ekspedisiya 
qüvvələrinə qoşuldu, yenə də həm əsgər, həm də müxbir rolunda çıxış etdi. “Çay 
müharibəsi” isə Sudanda aparılan kampaniyanı parlaq şəkildə təsvir edirdi. 
Sandhörstdən sonrakı beş il Çörçillin maraqlarının genişləndiyini və kamala 
çatdığını  göstərdi.  Hindistandakı  darıxdırıcı  həyat  onu  cana  doydururdu,  lakin 
əyləncə üçün olan vaxtını kitab oxumaq proqramını həyata keçirmək üçün yaxşıca 
istifadə  edirdi.  1899-cu  ildə  o,  öz  qələmi  ilə  dolanmaq  məqsədilə  və  siyasətə 
girmək üçün ordudan tərxis oldu. İngiltərəyə qayıtdıqdan sonra mühafizəkar kimi 
İcmalar  Palatasına  seçilmək  üçün  Oldhamda  mübarizə  apardı.  O,  seçkini  uduzdu 
və Cənubi Afrika müharibəsində “The Morning Post” (London) qəzetinə xəbərlər 
yazmaqda təsəlli tapmalı oldu. 
Cənubi Afrikaya gəlişindən sonrakı ayın içində burların tələyə saldığı zirehli 
qatarı xilas etməkdə iştirak etdiyinə görə şöhrət qazandı. Ancaq bu vaxt o, özü əsir 
götürüldü.  Lakin  bir  ay  sonra  hərbi  dustaqxanadan  qaçanda  şöhrəti  iki  qat  artdı. 


87 
 
Hərbi  qəhrəman  kimi  Britaniyaya  qayıtdıqda,  1900-cü  ildəki  “Xaki”  seçkisində 
Oldham əleyhinə mühasirə qurdu, mühafizəkarlar Cənubi Afrika müharibəsində bu 
yaxınlardakı qələbələrinə görə bunu belə adlandırırdılar. Çörçill bu dəfə məqsədinə 
nail  oldu.  İndi  o,  parlamentdə  idi,  öz  yazılarına  və  mühazirə  turuna  görə  10  min 
funt  sterlinq  qazanması  da  ona  yaxşı  köməklik  göstərmişdi  və  artıq  siyasətə  yol 
açmaq mövqeyində idi. 
Yalnız  Çörçillin  oğlan  uşağı  lətafəti  İcmalar  Palatasında  diqqəti  cəlb  etdi. 
Lakin onun nitqi qüsurlu idi və heç vaxt bu qüsuru bütünlüklə yox edə bilmədi. Bu 
qüsur  psixoloji  utancaqlığından  irəli  gəlirdi.  O,  öz  çıxışları  ilə  fərqləndiyini 
göstərirdi, onların üstündə nəhəng ağrılar keçirirdi, ekspromt çıxışları isə ona daha 
asan başa gəlirdi. Mühafizəkarların lideri lord Balfur onun haqqında demişdi ki, o, 
“ağır,  lakin  çox  mobil  olmayan  (hərbi)  topdur”.  O,  atasının  cəzbedici  tərcümeyi-
halını  “Lord  Randolf  Çörçill”  əsərində  (1906-cı  il)  yazdı.  Həm  də  göstərirdi  ki, 
onun özü toriliyi fərqli qaydada icra edir.  
1904-cü  ildə  mühafizəkarlar  hökuməti  özünün  müstəmləkə  katibi  Cozef 
Çemberlenin  tarixə  açıq  müdaxilə  etməsi  dilemması  qarşısında  qalmışdı.  Çorçill 
azad  ticarət  tərəfdarı  olmaqla,  “Azad  Ərzaq  Liqasının”  yaradılmasına  kömək 
edirdi.  1904-cü  ildə  o,  Palatanın  döşəməsi  ilə  addımlayıb,  liberallar  arasında 
oturdu,  burada  o,  Çemberlenə  və  Balfura  qarşı  öz  cəsarətli  çıxışlarını  təzələməli 
oldu.  1906-cı  il  ümumi  seçkilərində  o,  Mançesterdə  yaxşı  qələbə  çaldı  və  yeni 
liberal hökumətdə nazirlik karyerasına başladı, müstəmləkələr üzrə dövlət katibinin 
müşaviri  oldu.  O,  tezliklə  Cənubi  Afrikada  barışıq  və  özünüidarə  siyasətini 
müdafiə  etdiyinə  görə  etimad  qazandı.  1908-ci  ildə  baş  nazir  Herbert  H.Askvitin 
başçılığı  altında  hökumət  yenidən  qurulduqda,  Çörçill  Ticarət  Şurasının 
prezidentliyinə  irəli  çəkildi,  ticarət  və  sənaye  naziri  vəzifəsini  tutdu.  O,  sosial 
islahatlar  aparılmasının  yenilməz  tərəfdarı  idi,  1908-ci  ildə  o,  Minimum  əmək 
haqqı  barədə  qanunun  qəbul  edilməsinin  təşəbbüsçüsü  oldu.  Həmin  ili  o,  gözəl 
Klementina Höznerə evləndi. 
1909-cu ildə Çörçill Büdcə Liqasının prezidentinə çevrildi. Həqiqətən də o, 
öz sinfinin xaini adlanmaqla, torinin düşmənçiliyini qazandı. Onun 1910-cu ilin iki 
baş  seçkisindəki  kampaniyası  ona  geniş  populyarlıq  gətirdi.  Kabinetdə  onun 
mükafatı  daxili  işlər  katibi  vəzifəsinə  irəli  çəkilməsi  oldu.  Burada  o,  dustaqxana 
islahatında mahiyyətcə nailiyyətlər qazansa da, özünü sənaye buntlarını və zorakı 
tətilləri  yatırtmağa  həsr  etdi.  Bu  onu  ictimai  qaydanın  təşkilatçısı  olmaq 
həddlərindən uzağa apardı. Buna görə də o, ağır haqq ödəməli oldu.  
O, 1910-cu ildə Daxili işlər naziri vəzifəsini icra edəndə Londonda zərgərlik 
mağazası  qarət  edilmişdi.  Qarət  vaxtı  iki  polis  nəfəri  həlak  olmuş,  biri  isə 
yaralanmışdı.  Cinayətkarların  bir  evdə  olduqları  məlum  olduqda,  əməliyyat 
başlandı.  Onlar  qızğın  müqavimət  göstərirdilər,  bir  polis  öldürüldü,  ikisi  isə 
yaralandı.  Çörçill  hadisə  yerinə  gəlib  əməliyyata  rəhbərliyi  öz  üzərinə  götürdü. 
Evdə  sığınacaq  tapmış  cinayətkarlarla  atışma  nəticəsində  orada  yanğın  başlandı. 
Çörçill yanğını söndürməyi qadağan etdi. Ev yanıb qurtardıqda uçuqların altından 
iki yanmış cəsəd tapıldı. Bandanın başçısı isə qaçmışdı. Balfur Çörçillin qəzetdəki 
şəklini gördükdə demişdi: “O, (Çörçill) və fotoqraf özlərinin çox qiymətli həyatları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə