Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   42   43   44   45   46   47   48   49   ...   99

92 
 
yollandı:  “Uinston  geri  qayıdır”.  11  sentyabrda  Çörçill  prezident  Franklin 
D.Ruzveltdən teleqram aldı və ona “Donanma personu” imzası ilə cavab verdi. Bu 
vaxtdan  onların  arasında  tarixi  yazışma  başlandı.  Nəhayət,  Çörçillin  yorulmaz 
enerjisi  bütün  administrasiyada  hiss  olundu.  Onun  bütün  cəhdlərinə  baxmayaraq, 
apatiyada  olan  ingilis-fransız  Antantasını  “telefon  müharibəsi”  kimi  adlanan  dövr 
ərzində gücləndirmək səyləri uğursuzluğa uğradı. 
Almanlar  1940-cı  ilin  mayında  Norveçi  tutmamışdan  əvvəl  Avropa 
müharibəsi  staqnasiya  (durğunluq)  mərhələsində  idi.  Narvik  və  Trondheym 
ekspedisiyaları  dəniz  qüvvələrinin  köməyindən  asılı  olduğu  və  bu  kömək 
göstərilmədiyindən uğursuzluqla üzləşdikdə, Çörçill Birinci Dünya müharibəsində 
taleyüklü  məsələ  olan  Dardanel  və  Qalliopoli  xatirələrini  yada  saldı.  Buna 
baxmayaraq bu vaxt əsasən Çemberlen məzəmmət edilirdi və Çörçill onu müdafiə 
etməyə səy göstərdi.  
10  may  1940-cı  ildə  almanların  Çökək  ölkələrə  (Niderlandlara)  müdaxiləsi 
norveç  fiaskosunun  başına  dəyən  çəkic  zərbəsinə  bənzəyirdi.  Çemberlen  istefa 
verdi. O, Xarici işlər naziri lord Halifaksın özünün varisi olmasını istəyirdi. Lakin 
Halifaks  müdrikcəsinə  bu  vəzifədən  imtina  etdi.  Bu  əvvəlcədən  məlum  idi  ki, 
yalnız  Çörçill  milləti  birləşdirə  və  ona  başçılıq  edə  bilərdi.  Həmin  zərurət  öz 
təsdiqini tapdı və Çörçill baş nazir oldu.  
Leyborist  partiyası  isə  anti-sosializminə  görə  Çörçillə  köhnə  qaydada 
inanmırdı.  Koalisiya  hökuməti  radikal  sağ  və  sol  qüvvələrdən  başqa  bütün 
elementlərdən təşkil edilmişdi. Ona beş nəfərlik müharibə hökuməti başçılıq edirdi. 
Bura  əvvəlcə  Çemberlen  və  Halifaks,  həm  də  Leyborist  partiyasının  liderləri  – 
Klement Ettli və Artur Qrinvud daxil idi. Tred-yunion lideri Ernest Bevinin əmək 
naziri təyin olunması bu həyati cəbhə ilə əlaqəyə təminat verirdi. Lloyd Corca da 
təkliflər edildi, lakin o, onlardan yayındı. 
Çörçill  özü  həm  də  üstəlik  İcmalar  Palatasında,  Müdafiə  Nazirliyində 
liderlik  edirdi.  Bu  nümunə  müharibə  vasitəsi  ilə  dəstəklənirdi.  Baş  nazir  öz 
diqqətini  cəmləşdirmişdi,  o,  heç  vaxt  kollektiv  rəy  əleyhinə  çıxmırdı.  Bütün 
bunlarda parlament həyati əhəmiyyətli rol oynayırdı. 
13 mayda Çörçill İcmalar Palatası qarşısında ilk dəfə baş nazir kimi dayandı. 
O, qarşıdakı çətin yol barədə parlament üzvlərini xəbərdar etdi. 
“Mən qandan, ağır zəhmətdən, göz yaşlarından və tərdən başqa heç nə təklif 
etmirəm”.  Çıxışında  o,  özünü  və  bütün  milləti  qazanılacaq  qələbəyə  qədər 
müharibənin  bütün  çətinliklərini  dəf  etməyə  həsr  olmağa  çağırdı.  Məqsədin 
sadəliyinin  arxasında  onun  sadiq  qaldığı  dəqiq  strategiya  dayanırdı.  Bütün 
müharibə  dövrü  diqqət  buna cəmlənmişdi. Hitler Almaniyası düşmən idi. Heç nə 
bütün  Britaniya  xalqını  almanları  məğlubiyyətə  çatdıracaq  vəzifədən  yayındıra 
bilməzdi.  Kim  qələbə  məqsədini  güdürsə,  hətta  qoy  lap  kommunistlər  olsun, 
müttəfiqlik  üçün  qəbul  ediləcəkdi.  Bu  cəhddə  heç  bir  müqayisəyə  gəlməyən 
müttəfiq isə, istər müharibə olur ya olmasın, əlbəttə ki, Birləşmiş Ştatlar idi. Onun 
dəstəyini almaq və ona tərəfdar çıxmaq Çörçill düşüncəsinin mərkəzi prinsipi idi. 
Çörçill  qələbə  mehrabına  hər  şeyi  qurban  verməyə  hazır  idi.  Parlamentin  qəbul 
etdiyi  qanuna  görə  “adamlar,  onların  xidmətləri  və  mülkiyyəti  Tacın 


93 
 
sərəncamında” olmalı idi. Bu, Britaniya tarixində hökumətə fövqəladə hakimiyyət 
vermək demək idi. 
Alman  aviasiyasının  Böyük  Britaniya  şəhərlərini  “yer  üzündən  silməyə” 
hazır  olduğu  barədə  Hitlerin  hədəsindən  bir  neçə  gün  sonra,  alman  hərbi-hava 
qüvvələri  güclü  hücuma  keçdilər.  Lakin  almanlar  ingilislərin  müqavimətini  qıra 
bilmədilər. Almaniya öz məqsədlərinə nail ola bilmədi. 
Çörçill  bu  qərara  gəldi  ki,  natsizmə  heç  bir  güzəştə  getmək  olmaz.  O, 
inanırdı  ki,  Britaniyanı  qəti  qələbəyə  apara  bilər:  “Mən  düşünürəm  ki,  bunların 
hamısı  barədə  böyük  işləri  görməyi  bilirəm”.  O,  elə  bil  ki,  Böyük  Uilyam  Pittin 
sözlərini  təkrar  edirdi.  Böyük  Uilyam  Pittə  1756-cı  ildə  başlanan  Yeddi  illik 
müharibə  bir  dövlət  xadimi  kimi  ali  imkan  verdi.  Müharibə  ağır  itkilərlə  və 
siyasətin xeyli qarışıqlığı ilə başlandı. O, bəyan etdi: “Mən əminəm ki, bu ölkəni 
xilas  edə  bilərəm  və  başqa  heç  bir  kəs  bunu  bacarmaz”.  Bu  özünə  güvənmənin 
arxasında  hər  iki  halda  yüksək  potensiala  və  ondan  səmərəli  istifadə  etmək 
bacarığına tam əminlik var idi. 
Fransanın  sürətli  məğlubiyyəti  ilə  üz-üzə  gəldikdə  Çörçill  bir  neçə  dəfə 
fransız  hökuməti  ilə  görüşmək  üçün  oraya  səfərlər  etdi  ki,  Fransanı  müharibədə 
saxlamağa cəhd etsin, bunun yüksək nöqtəsi 16 iyun 1946-clı ildə məşhur ingilis-
fransız ittifaqının təklif edilməsi oldu. Bütün bunlar uğursuz cəhdlərə çevrildikdə 
Britaniya  döyüşü  başlandı.  Çörçill  atəş  xəttində  olurdu,  qərargahlara  gedir, 
təyyarələrdən  müdafiə  batalyonlarını  və  sahil  müdafiə  qüvvələrini  yoxlayırdı, 
“blits”(ildırım  sürətli)  müharibənin  bombalarının  zərər  vurduğu  yerlərə  və  ya 
qurbanlar  səhnələrinə  nüfuz  edirdi.  Daim  siqarını  tüstülədir,  iki  barmağı  ilə 
qələbəni bildirən “V” işarəsi (victory – “qələbə”) ilə adamları salamlayır, yaxud da 
radio  ilə  xalqa  açıq  məlumatlar  verirdi.  Bu  söhbətlərində  o,  yumor  hissindən  də 
qalmırdı. Millət onu öz ürəyində gəzdirirdi: hər ikisi “özlərinin ən yaxşı saatında” 
idilər. 
Digər ağrılı və daha mübahisəli qərarlar Çörçillin üzərinə düşürdü. Fransız 
donanmasına  hücum  edildi  ki,  onun  Hitlerə  təslim  olmasının  qarşısı  alınsın. 
Müdaxilə  təhlükəsi  qorxulu  olduqda,  Şərqi  Aralıq  dənizində  qüvvələri 
gücləndirmək barədə qərar qəbul olundu. Yunanıstana da qoşunlar göndərildi, ağır 
başa  gələn  qurbanlar  verildi.  Krit  adasından  evakuasiya  digər  Qalliopolini  yada 
salırdı və belə hadisələrə görə Çörçill parlamentdə ağır atəş altına düşürdü. 
Britaniya Karib boğazını Birləşmiş Ştatlara verməyə və əvəzində lend-lizin 
tətbiq edilməsinə görə Çörçill lovğalanırdı ki, “Bizə alət verin və biz işimizi başa 
çatdıracağıq”.  1941-ci  ilin  avqustunda  Nyu-Faundlenddəki  Plasentiya  körfəzində 
Çörçillə Ruzveltin dramatik keçən görüşü münasibətləri möhkəmləndirdi. Atlantik 
Xartiyası qəbul olundu, bu, Birləşmiş Ştatlarla Britaniya arasında ümumi prinsiplər 
barədə bəyanat idi. 
Hitler  Sovet  İttifaqına  qəflətən  hücum  etdikdə,  Çörçillin  cavabı  sürətli  və 
ikibaşlı  idi.  22  iyun  1941-ci  ildəki  radio  ilə  çıxışında  kommunizmin  hansısa 
tənqidini  dilə  gətirməkdən  imtina  etdi  və  israrla  dedi  ki,  “Rusiyanın  təhlükəsi 
bizim təhlükəmizdir” və Rusiya xalqına kömək göstərmək vədini verdi. Bu “böyük 
alyans”  yaratmaq  barədə  onun  siyasəti  olmaqla,  Sovet  İttifaqını  və  Birləşmiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə