Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   43   44   45   46   47   48   49   50   ...   99

94 
 
Ştatları  birləşdirirdi.  Lakin  1942-ci  ilin  mayına  kimi  qarşılıqlı  kömək  barədə  20 
illik ingilis-sovet paktı barədə danışıqlar aparıldı. 
7  dekabr  1941-ci  ildə  yaponların  Pörl-Harbora  hücumu  Çörçillin  gözündə 
müharibənin  bütün  perspektivini  dəyişdirdi.  Nəhayət  o,  Vaşinqtona  (Kolumbiya 
mahalı)  yollandı  və  Ruzveltlə  birlikdə  ingilis-amerikan  razılaşmalarını 
möhkəmləndirdi.  Müharibənin  bütün  təhlükələrinə  qarşı  birləşmiş  komandanlıq 
yaradıldı.  Təməl  strategiya  razılaşdırıldı  ki,  Almaniyanın  məğlubiyyəti 
Yaponiyanın məğlubiyyətinə görə prioritet əhəmiyyət daşıyacaqdır. Böyük alyans 
artıq  mövcud  idi.  Çörçill  özünü  onun  memarı  hesab  edə  bilərdi.  Onun  qorunub 
saxlanması Çörçillin sonrakı üç il yarımlıq dövr üçün başlıca marağına çevrildi. 
Onunla  Ruzvelt  arasındakı  ehtiram  və  bağlılıq  həlledici  əhəmiyyətə  malik 
idi. Çörçill təkbaşına, Stalinin aramsız təzyiqlərinə baxmayaraq, “ikinci cəbhənin” 
1942-ci  ildə  açılması  təklifindən  imtina  etdi.  1942-ci  ilin  avqustunda  Moskvaya 
uçub Stalinlə görüşdü və onun narazılığının ağırlığını xeyli müddət daşımalı oldu. 
8  avqustda  Çörçill  Moskvaya  səfərinin  yekunları  barədə  Britaniya  parlamentində 
çıxış  edərkən  demişdi:  “Rusiyanın  bəxti  gətirmişdir  ki,  aqoniya  vəziyyətində 
olanda  onun  başında  belə  bir  sərt  rəhbər  dayandı.  O,  belə  ağır,  çətin  dövrlərə 
yarayan görkəmli şəxsiyyətdir. Bu adam tükənməz dərəcədə cəsarətli, hökmlü, öz 
rəylərində açıq və hətta sərtdir. Lakin o, yumor hissini də qoruyub saxlamışdır, bu 
isə bütün adamlar və xalqlar üçün, xüsusilə böyük adamlar və böyük xalqlar üçün 
vacibdir.  Stalin  özünün  soyuqqanlılığı,  müdrikliyi  ilə,  həm  də  hansısa  bir 
illyuziyasının tamamilə olmaması ilə mənə yaxşı təsir bağışladı. Mən ümid edirəm 
ki,  onu  inandırmağa  müvəffəq  oldum  ki,  bu  müharibədə  biz  sədaqətli  və  etibarlı 
silahdaşlar olacağıq, ancaq bu, nəhayət etibarilə, sözlə deyil, işlərlə sübut edilir”. 
1945-ci  il  noyabrın  əvvəlində  Çörçill  İcmalar  Palatasındakı  nitqində 
demişdi: “Mən bu həqiqətən böyük insan barədə yüksək heyranlıqdan başqa şəxsən 
hansısa digər bir şey hiss etmirəm. O, öz ölkəsinin atasıdır, dinc dövrlərdə ölkənin 
taleyini idarə etmiş, müharibə dövründə isə qalibiyyətin müdafiəçisi olmuşdur”. Bu 
sözləri o, Stalinə ünvanlamışdı. 
Tədqiqatçılar  güman  edir  ki,  Çörçillin  Stalinə  münasibəti  kəskin  qaydada 
neqativ idi. Stalin barədə tərifli sözləri isə o, müharibə vaxtı, xüsusilə 1942-ci ildə 
söyləmişdir, o vaxt isə situasiya tam başqa cür idi. 
Çörçill  vətənə  atəş  altında  döndü.  İyun  ayında  Şimali  Afrikadakı  Tobruk, 
onun Vaşinqtona ikinci səfəri vaxtı almanlara təslim oldu. 1942-ci il Kabinet sola 
tərəf bəzi dəyişikliklərə məruz qaldı. 
Müttəfiqlər Şimali Afrikada sahilə çıxdılar, Çörçill və Ruzvelt arasında yeni 
bir görüş baş verdi. Görüş 1943-cü ilin yanvarında Kasablankada keçirildi. Stalin 
Moskvada  qalmağın  vacib  olduğunu  əsas  götürərək  konfransda  iştirak  etmədi. 
Ruzvelt  və  Çörçill  müttəfiqlərin  qoşunlarının  1943-cü  ilin  iyulunda  Siciliyada 
sahilə çıxarılmasına razılaşdılar. Bu plan yalnız Çörçillə xoş gəlirdi, onun xeyrinə 
idi.  Ruzvelt  İtaliya,  Yaponiya  və  Almaniyanın  danışıqsız  təslim  olmasını  və 
ideologiyanın məhv edilməsini tələb etdi. Bu ideologiya ilə digər xalqların işğal və 
qul  edilməsi  məqsədindən  irəli  gəlirdi.  Beləliklə,  müttəfiqlər  hansısa  bir  alman 
hökuməti ilə, hətta Hitler devrilsə belə, barışıq imkanını istisna etdilər. 


95 
 
Çörçillin  uzun  müddətli  səfəri,  bura  Tripoli  və  Əlcəzair  daxil  idi,  onu  
sətəlcəmlə  xəstələndirdi.  May  ayında  o,  yenidən  Vaşinqtonda  idi,  avqustda  isə 
Kvebekdə  oldu,  burada  o,  “Overlord”  planı  üzərində  işləyirdi,  bu  La-Manşı 
keçməklə  hücum  demək  idi.  Eşidəndə  ki,  amerikanlar  1944-cü  ildə  Birmaya 
müdaxilə  planlaşdırırlar,  o,  qorxdu  ki,  birləşmiş  resurslar  “Overlordun”  uğurlu 
olması üçün adekvat olmayacaqdır. 1943-cü ilin noyabrında Qahirədə o, Ruzveltlə 
Aralıq dənizindəki sonrakı hücumların prioritet əhəmiyyət daşıdığını sübut edirdi.  
28 noyabr – 1 dekabr 1943-cü ildə Tehranda SSRİ, Böyük Britaniya və ABŞ 
hökumət  başçılarının  konfransı  keçirildi.  Burada  Almaniyaya  qarşı  müharibədə 
birgə  hərəkətlər  etmək  və  müharibədən  sonrakı  əməkdaşlıq  məsələləri  müzakirə 
edildi. 
Tehranda “böyük üçlüyün” ilk görüşündə Çörçill Ruzveltin birləşmiş ingilis-
amerikan  cəbhəsinə  tərəfdarlığını  saxlamaqda  uğursuzluğa  düçar  oldu.  Ruzvelt 
Stalinlə  özəl  qaydada  məsləhətləşməsinə  baxmayaraq,  Çörçillə  təklikdə 
görüşməkdən imtina edirdi. Onların bütün dostluğu ilə yanaşı, burada həmçinin iki 
Qərb  liderinin  arasında  rəqabət  elementi  də  var  idi  və  Stalin  bundan  məharətlə 
istifadə edirdi. 
Ümumiyyətlə  Stalin  bolşevizmə  nifrətinə,  inqilabi  Rusiyaya  müdaxilənin 
təşəbbüskarı olduğuna görə Çörçillə o qədər də loyal münasibət bəsləmirdi və daim 
onu  cırnatmağa  səy  göstərirdi.  Tehran  konfransında  Ruzveltlə  daha  yaxşı 
münasibət  quran  Stalin  Çörçilli  hövsələdən  çıxartmaq  imkanını  da  əldən 
buraxmırdı.  Baxmayaraq  ki,  Çörçill  sovet  ordusunun  Stalinqraddakı  böyük 
qələbəsinə görə kralın hədiyyəsi olan qılıncı ona təntənəli şəraitdə təqdim etmişdi 
və  xoş  sözlər  söyləmişdi,  Stalin  yenə  də  ona  sataşmaqdan  əl  çəkmirdi.  Sovet 
səfirliyində Stalin iki dövlət rəhbərinin şərəfinə ziyafət verdikdə, birdən bəyan etdi 
ki, Almaniyanı tam sülh şəraitinə qaytarmaq üçün qələbədən sonra 50 min yüksək 
rütbəli  alman  hərbi  cinayətkarını  güllələmək  kifayət  edəcəkdir.  Çörçill  buna  öz 
etirazını  bildirdi  ki,  məhkəməsiz  heç  kəsi  cəzalandırmaq,  güllələmək  olmaz.  Bu 
ədalətə ziddir və ingilislər bununla heç cür razılaşmazlar. Stalin yenə öz təklifində 
israr  etdi.  Çörçill  bildirdi  ki,  o,  buna  razılıq  verə  bilməz,  çünki  parlament 
qarşısında  məsuliyyət  daşıyır.  Bu  vaxt  Ruzvelt  söhbətə  qarışıb,  Çörçilli 
hiddətləndirmək üçün istehza şəklində bildirdi ki, 50 min yox, 49 min alman hərbi 
xadimini güllələmək kifayətdir. Bu vaxt Çörçill bildirdi ki, özünün güllələnməsinə 
razı  olar,  ancaq  belə  ədalətsizliyə  razılıq  verməz.  O,  incik  halda  zalı  tərk  edib, 
qonşu otağa keçdi, bura isə qaranlıq idi. Az sonra kiminsə əlinin çiyninə dəydiyini 
hiss  etdi,  bu  SSRİ-nin  Xarici  işlər  naziri  V.M.Molotov  idi.  Sonra  Stalin  də  ona 
yaxınlaşıb bunun zarafat olduğunu dedi və onu ziyafət süfrəsinin arxasına qaytardı. 
Çörçill  bu  hadisəni  özünün  məşhur  fundamental  əsəri  olan  “İkinci  Dünya 
müharibəsi” kitabında təsvir etmişdir. 
Tehran  konfransında  Avropanın  cənubuna  müttəfiqlərin  hücum  yürüşü 
barədəki təklif məsələsində də Çörçill təklikdə qaldı. Bu səfərdən də o, sətəlcəmlə 
qayıtdı. Sağalma tez getsə də, o, yalnız 1944-cü ilin yanvarında tam sağaldı. May 
ayında  o,  təklif  etdi  ki,  D-Day  (desant  günü)  hücumunu  döyüş  kreyserindən 
müşahidə etsin. Yalnız şəxsən kral onu bundan çəkindirə bildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə