Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   51   52   53   54   55   56   57   58   ...   99

111 
 
tərəfindən  1765-ci  ildə  təsis  edilmişdi.  O,  əvvəllər  bir  sıra  sevilən  həyatı  təsvir 
edən  tablolar  yaratmışdı.  Onlardan  çoxu  kral  XV  Luinin  məşhur  məşuqəsi, 
ədəbiyyat  və  incəsənətə  himayədarlıq  edən,  əsl  metsenat  fəaliyyəti  göstərən 
Madam  de  Pompadurun  xoşuna  gəlmişdi.  Roden  üç  il  burada  oxudu.  Tələbələr 
təkcə  bilavasitə  modellərin  rəsmini  çəkməklə  məşğul  olmayıb,  həm  də  öz 
yaddaşlarında saxladıqlarından da rəsmlər  çəkirdilər. Rodenin on beş  yaşı  olanda 
ilk dəfə muzeyə getmişdi. Burada rənglər onu valeh etmişdi, daha çox yuxarıdakı 
otaqlarda  olan  Titsianın  və  Rembrandtın  əsərlərinə  vurulmuşdu.  Antik  əsərlərin 
kopiyasını  çıxarmaq  üçün  isə  onun  yalnız  kağızı  və  karandaşları  var  idi.  Aşağı 
otaqlarda işləməyə məcbur olduğundan, onda heykəltəraşlığa böyük ehtiras yarandı 
və o, artıq başqa heç nə barədə düşünmürdü.  
Bundan sonra o, müstəqil rəssamların cərgəsinə qoşuldu. Ancaq rəssamdan 
fərqli  olaraq  heykəltəraş  üçün  öz  işinə  diqqəti  cəlb  etmək  olduqca  çətin  və 
mürəkkəb  bir  məsələ  idi.  Rəssamlar  əsasən  sadə  materiallardan  –  boyalardan, 
fırçalardan  və  kətanlardan  istifadə  edirdilər,  bu  vasitələr  isə  özlüyündə  həqiqətən 
də baha deyildi. Heykəltəraş isə öz ildeyalarının bütünlüklə realitzə olunması üçün 
tunc  və  ya  mərmər  əldə  etməyə  möhtac  idi,  onlar  isə  olduqca  baha  qiymətə  idi. 
Rəssam  adətən  ağlında  az  sayda  topladıqlarını  canlandıra  bilərdi,  böyük  ideyaya 
malik  olan  heykəltəraş  üçün  isə  ictimai  hakimiyyətin  dəsitəyi  tələb  olunurdu. 
Bədbəxtlikdən, onun həyatının erkən hissəsi ərzində, nə vaxt ki, o, öz rəyinə görə, 
çox  şey  təklif  edə  bilərdi,  hansısa  bir  dəstək  almaqda  və  Salona  daxil  olmaq 
hüququnu əldə etməkdə yalnız probelmlərlə üzləşməli olurdu.  
Uğurlar heç də asanlıqla gəlib çıxmırdı və onlar qeybə çəkildikdə, o, özünü 
dolandırmaq üçün müxtəlif işlərlə məşğul olurdu. 1857-ci ildə, misal üçün, o, bir 
dekorator tərəfindən işə götürülmüşdü, sonra isə Paris Notr-Dam kilsəsinin bərpa 
olunmasında çalışmışdı. Dekoratorlar üçün işləyəndə o, bəzək vuran rəssam kimi 
fəaliyyət  göstərirdi,  daşı  taraşlamağı  və  qiymətli  daşlarla  işləməyi  həmin 
sənətkarlardan  öyrənirdi.  Onlardan  biri  olan  Kruşe  ilə  işləyəndə,  indi  Roden 
muzeyində saxlanılan Madam Kruşenin büstünü yaratmışdı. Digər sifarişlər isə bu 
dövrdə yalnız dekorativ layihələrə xidmət edirdi.  
Roden heç vaxt elə adam olmamışdı ki, başqalarına olan öz borcunu etiraf 
etməsin.  Dekoratoiv  layihələrlə  işləyəndə  heykəltəraş  Konstant  Simonla 
görüşündən  o,  qiymətli  təcrübə  qazana  bilmişdi.  Simon  ona  öyrətmişdi  ki, 
yarpaqları  səthdə  düz  qaydada  uzandırma,  bu  vaxt  onlar  darıxdırıcı  görünürlər. 
Onların  kənarını  döndər,  bu  vaxt  məhz  heykəl  kimi  görünəcəklər.  Roden  bu 
məsləhətə qulaq asdı və həmin təklifinə görə Simona minnətdar oldu. Məktəblərdə 
öyrənilməyən  bir  prinsipi  də  ona  açmışdı  ki,  hərəkətin  mahiyyət  tarazlığını, 
bədənin  planlarının  sirrini  müşahidə  etsin.  Həmin  dərs  ona  bütün  həyatı  boyu  öz 
təsirini göstərməmiş qalmadı.  
Ornament  çəkən  rəssam  kimi  o,  Simonun  emalatxanasında  çox  cüzi  maaş 
alırdı. Uzun müddət peşimançılıq çəkirdi ki, bu işi görməyə məcburdur, lakiin həm 
də həmin vaxt barədə sevinc ruhunda düşünürdü, anlayırdı ki, insan sifətində olan 
kimi, ornamentdə də gözəlliyin bir çox mənbələri mövcuddur.  


112 
 
Roden heykəltəraş kimi işlədikcə anatomiyaya dərin maraq göstərirdi, bunu 
Roden muzeylərindəki çox saydakı anatomik eskizlər bir daha sübut edir. O, Tibb 
Məktəbində  anatomiya  kursu  keçdi  və  anatomiyaya  həsr  olunmuş  Dupuytren 
muzeyində təhsil aldı. O, Jerikonun və Delakruanın dramatik romantik ənənəsinin 
davamçısı  idi.  Onların  hər  ikisi  qüdrətin  aludəçisi  idi,  hərəkətdə  olan  heyvanlara 
onlar  xüsüsi  maraq  göstərirdilər.  Delakrua  heyvanlar  aləminin  sirrlərinə  valeh 
olmuşdu.  Parisdə  Tingilər  bağında  Roden  də  şirləri  və  pələngləri  seyr  edib 
öyrənirdi.    Heyvanlara  belə  diqqət,  onların  öyrənilməsi  heç  də  onun  uduzması 
deyildi. Yalnız bir təsadüfi işində o, 1882-ci ildə «Ağlayan şir» heykəlində heyvanı 
real şəkildə təsvir edən vaxt, onun məşuqələri bir-birinin üzərinə vəhşi heyvanlar 
quduzluğu ilə hücum edirdilər.  
XIX  əsrin  ortalarındakı  fransız  heykəltəraşlığının  tarixi  israrlı  qaydada 
özünün  imtahana  çəkilməsini  tələb  edir.  Rodenin  erkən  dövrlərində,  1850-ci  və 
1860-cı  illərdə  heykəltəraşlıqda  meyl  olduqca  mürəkkəb  idi.  Üslubun  başlıca 
xarakteri  eklektizmin  geniş  yayılması  idi.  Bunu  mərkəzdən  olan  istiqamətin 
yoxluğu ilə əlaqələndirirdilər. Bir monarx kimi Lui-Filipp haqqında deyə bilərdilər 
ki, o, şəxsən rəssamlığa maraq göstərir və öz erasına fərdi möhürünü vurmuşdur. 
Digər  tərəfdən,  nə  III  Napoleon,  nə  də  onun  arvadı,  imperatriça  Yevgeniya 
dövrünün  rəssamlığı  ilə  maraqlanmırdılar,  onların  zövqü  XVIII  əsrə  –  kral  XVI 
Luinin  dövrünə  yönəlmişdi.  Buna  baxmayaraq,  İkinci  İmperiya  bir  mühüm 
heykəltəraşı – Jan Batist Karponu meydana gətirmişdi. O, rəssam olmaqla yanaşı, 
həm də heykəltəraş olsa da, bir portret rəssamı kimi, əlbəttə, böyük istedada malik 
idi.  Bunu Paris  Operasının  arxitektoru  Şarl  Qarnyenin  və  digərlərinin  büstlərində 
göstərə  bilmişdi.  Onun  Paris  operasının-  Qrand  Opera  binasında  qoyulan  məşhur 
«Rəqs»  əsəri  Bakxanalia  rəqsini  təsvir  etməklə,  Karpo  ruhunun  nəzərə  çarpan 
gözəl  ifadəsini  əks  etdirirdi.  Onun  təsiri  Rodenin  portret  büstlərində,  həmçinin 
qadın və uşaq qruplarında aydın görünür. Karponun «Uqolino»sunun eskizinin bir 
nümunəsinin Rodenin kolleksiyasında olması da bunu sübut edir. 
Rodenin həyat xətti 1862-ci ildə bacısı Mariyanın faciəli şəraitdə ölməsi ilə 
pozuldu. Bu qız qardaşının dostuna vurulmuşdu. Həmin gənc qardaş və bacının hər 
ikisinin  portretlərini  çəkmişdi.  Lakin  qızın  məhəbbəti  cavabsız  qaldıqda  o, 
dünyadan  üz  döndərmyi  qərara  aldı  və  monastıra  yollandı.  Bədbəxtlikdən,  yazıq 
qız  peritonitdən  öldü,  öz  sonuncu  andını  da  içə  bilmədi.  Onun  ölümü  Rodenin 
könlünü  dağıtdı,  o  da  bacısı  kimi  dünyadan  imtana  edib,  rahib  olmaq  istədi. 
Xoşbəxtlikdən,  Ordenin  Ali  Atası  və  banisi  gənc  rahibin  dindar  olmadığını  və 
əslində  rəssam  olduğunu  qət  etdikdən  sonra,  ona  bağda  rəsm  çəkməyə  və  öz 
başının  və  büstünün  heykəl  təsvirini  yaratmağa  icazə  verdi.  Bunun  nəticəsi 
Rodenin öz vəziyyətini dərk etməyə səbəb oldu və o, yenidən monastırı tərk edib, 
dünyəvi  fəaliyyətə  qayıtdı.  Bunu  qeyd  etmək  də  maraqlıdır  ki,  «Cəhənnəm 
qapıları»nın  və  «Kale  burgerləri»nin  müəllifi  olan  heykəltəraş  həyatın  bu  yadda 
qalan hissəsindən də bir rahib kimi keçməli oldu.  
O,  bir  sıra  nəcib  adamlarla  –  Aleksandr  Düma  və  Teofil  Qotye  kimi 
yazıçılarla,  Delakrua,  Enqr  və  Karpo  kimi  rəssamlarla  görüşüb  tanış  oldu.  Onun 
şəxsi həyatında da dəyişiklik baş verdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə