Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   50   51   52   53   54   55   56   57   ...   99

108 
 
qarışıqlığına  görə  partiyaları  məzəmmət  edirdi  və  güclü  prezidentliyin 
yaradılmasına səsləyirdi. Bu məqsədə isə de Qoll 1958-ci ildə nail oldu. 
Dördüncü respublikanın kövrək siyasi stabilliyi Əlcəzair böhranı tərəfindən 
güclü  surətdə  silkələndirildi.  Fransız  ordusu  1954-cü  ildə  Hind-Çindəki 
məğlubiyyətdən  əzab  çəkirdi  və  əlcəzairlilərin  müstəqillik  tələblərinə  müqavimət 
göstərməyi  qərara  almışdı.  Lakin  fransız  ziyalıları  və  kilsə  liderləri  arasında 
möhkəm  anti-müharibə  hərəkatı  acı  bir  bölünməyə  aparıb  çıxardı  və  Fransada 
vətəndaş  müharibəsinin  mümkünlüyünə  qapıları  açdı.  Panika  qaydasında  qorxan 
Dördüncü  respublikanın  liderləri  təklif  etdilər  ki,  qoy  de  Qoll  hökumətə  başçılıq 
etsin və hətta Konstitusiyanı təftişə uğratsın. 
1958-ci ildə de Qoll ləngliyə yol vermədən Beşinci respublika üçün layihəni 
hazırladı, bu sənəd prezidentin hakimiyyətini artırırdı. Prezident baş naziri seçmək, 
parlamenti  buraxmaq,  müdafiə  və  xarici  siyasət  məsələlərinə  nəzarət  etmək 
hüququna  yiyələnəcəkdi.  Yeni  prezident  kimi  de  Qoll  Fransanı  böyük  dövlət 
mövqeyinə  qaytarmaq  yollarını  arayırdı.  O,  inanırdı  ki,  özünə  məxsus  milli 
qaydada rolunu oynamaqla Fransanın statusu qalxacaqdır. Bu səbəbdən o, Fransanı 
NATO-nun yüksək komandanlığından çıxardı. Dünya dövləti statusunu qazanmağa 
yönəlmiş baxışı ilə de Qoll nüvə silahları üzrə yarışa ağır investisiya qoydu. Fransa 
ilk  nüvə  bombasını  1960-cı  ildə  sınaqdan  çıxardı.  Öz  uğurlarına  baxmayaraq  de 
Qoll dünya dövləti barədə öz ambitsiyalı məqsədlərinə real olaraq çatmadı. Onun 
varisləri Fransanı ABŞ-dan və Sovet İttifaqından sonra üçüncü nüvə dövləti kimi 
saxlasalar da, həqiqətdə Fransa belə qlobal ambitsiyalar üçün çox kiçik idi.  
Nüvə  proqramının  xərci  müdafiə  büdcəsini  şişirtməsinə  baxmayaraq,  de 
Qoll  fransız  iqtisadiyyatının  inkişafına  da  biganə  deyildi.  İqtisadi  qərarlar 
mərkəzləşdirilmişdi.  1958-ci  və  1968-ci  illər  arasında  fransız  milli  daxili 
məhsulunun  artımı  hər  il  5,5  faiz  təşkil  etmişdi,  bu  Birləşmiş  Ştatların  inkişaf 
səviyyəsindən sürətli idi. 
De  Qoll  erası  başa  çatdıqda  Fransa  başlıca  sənaye  məhsulları,  xüsusən 
avtomobil  qayırma  və  silah  sahələri  üzrə  güclü  istehsalçı  və  ixracçı  idi.  Buna 
baxmayaraq,  problemlər  də  qalırdı.  Ənənəvi  sənaye  sahələrinin,  məsələn,  daş 
kömür,  polad  və  dəmir  yollarının  milliləşməsi  (dövlətin  mülkiyyətinə  keçməsi) 
büdcə  defitsitinin  böyüməsinə  səbəb  oldu.  Qalan  Avropa  ölkələrinə  nisbətən 
yaşayış  xərcləri  də  artmışdı.  İstehlak  qiymətləri  1968-ci  ildə  on  il  əvvəl 
olduğundan 45 faiz yuxarı idi. 
De Qoll hökumətinin bu problemləri həll edə bilməməsindən artan narazılıq 
daha  zorakı  hərəkətlərə  aparıb  çıxardı.  1968-ci  ilin  mayında  bir  sıra  tələbə 
etirazları  həmkarlar  təşkilatlarının  baş  təbilinin  arxasınca  hökuməti  silkələdi.  De 
Qollun  qaydanı  bərpa  etmək  cəhdlərinə  baxmayaraq,  1968-ci  ilin  may  hadisələri 
fransız  xalqının  öz  möhtəşəm  prezidentinə  olan  hörmətini  ciddi  surətdə  zədələdi. 
Yorulan  və  narazı  olan  de  Qoll  1969-cu  ilin  aprelində  istefa  verdi  və  bir  ilin 
içərisində öldü. 
2013-ci il. 
 
 


109 
 
 
 
Ogyüst Roden – müasir heykəltəraşlığın titanı  
 
Ogyüst  Roden  hələ  sağlığında,  başqa  sözlə  bir  əsrdən  çox  əvvəl,  bütün 
Avropada və Birləşmiş Ştatlarda nəhəng şöhrət qazanmışdı. XX əsrin əvvəllərində 
isə  bu  fransız  heykəltəraşı  bütün  dünyada  məşhurlaşmışdı.  Təsadüfi  deyildir  ki, 
uzun  müddət  ərzində  onu  dühanın  ilhamlandırdığı  qüdrətin  inkarnasiyası  sayılan 
Mikelancelosu hesab edirdilər. Doğrudur, Mikelancelonun kosmik istedadı özünü 
üç  ali  sənət  sahəsində  –  heykəltəraşlıqda,  rəssamlıqda  və  memarlıqda  sınamış  və 
bu, ona həmin çətin hər üç növdə dahilik zirvəsi bəxş etmişdi. Ogyüst Roden isə 
yalnız  heykəltəraşlıqda  Mikelancelodan  sonra  ən  böyük  sənət  dühalarından  biri 
hesab olunur.  
Rodeni uzun ömründəki qəribə hissiyyatı da ona həmçinin Olimpiya heykəli 
smivolu kimi haqq qazandırmışdı. Lakin XIX əsrin üç rübündə ona münasibət heç 
də  birmənalı  olmamışdı,  bəzi  elementlərin  təsvirinə  görə  isə  tənqidçilər  onu  bir 
dekorativ heykəltəraş hesab  edirdilər. Ancaq o, öz  yaradıcılığı ilə heykəltəraşlığa 
nəhəng  təsir  göstərmişdi.  Həm  də  onun  çoxsaydakı,  məsələn,  Emil  Burdel  kimi 
şagirdləri  ona  məxsus  olan  fərdi  üslubun  yayılması  sahəsində  geniş  fəaliyyət 
göstərmişlər.  Dünyadakı  ən  böyük  muzeylər  onun  əsərlərinin  kopiyalarına 
yiyələnmişdi.  Parisdəki,  Filadelfiyadakı  və  Tokiodakı  muzeylər  isə  şəxsən  onun 
yaradıcılığına həsr olunmuşdur.  
Rodenin  sənətə  başlıca  töhfəsi  Qərb  heykəltəraşlığını,  onun  əsas  qüdrəti 
sayılan ehtirasın və insan bədəninin dəbdəbəsinin təsvirini yenidən geri qaytarmaq, 
bərpa  etmək  idi.  O,  bir  qayda  olaraq  heykəltəraşlıq  portretlərində  öz  güclü 
təxəyyülünü və cilovlanmayan dühasını işə salırdı. Onun böyük şəxsiyyətlərə həsr 
olunmuş əsərləri, xüsusilə «Balzak»ı bütövlükdə inci hesab olunur.  
 
 
 
Ogyüst Roden 
İstedadın rüşeymləri 


110 
 
 
Fransua  Ogyüst  Rene  Roden  12  noyabr  1840-cı  ildə  Parisdə  anadan 
olmuşdur. Kral Lui-Filippin pataxtı bu vaxt özünün «İnsan komediyası» ilə məşhur 
olan  romançı  Balzakın  yazıb-yaratdığı  bir  məkan  idi.  Bu  nəhəng  metropoliyada 
mövcud olan dramların çox hissəsini Roden öz sənətitnə köçürmüşdü, bunlar onun 
ən böyük nailiyyəti sayılan «Cəhənnəm qapıları»nda görünür. Digər tərəfdən onun 
hadisələrə  yanaşmasındakı  bütün  radikalizm  nümunələri  həm  də  şəxiyyətinin 
fərqləndirici  cəhətlərindən  irəli  gəlirdi.  Onun  böyüdüyü  mühitdə  məhz  belə 
münasibət  tərbiyə  edilirdi.  Öz  tarixində  bəzən  Feniks  kimi  küldən  qalxmağa, 
həyata qayıtmağa qadir olan köhnə Paris yoxa çıxsa da, əsr yarımdan çox əvvəlin, 
1840-cı illərin Parisini indi də yada salmaq mümkündür.  
Rodenin  valideynləri  sadə  adamlar  idilər,  atası  Jan  Batist  Roden 
Normandiyadan  gəlmişdi,  ikinci  nikahından  bu  oğlu  doğulanda,  o,  Paris  polis 
prefekturasında  işləyirdi.  Rəssamın  anası  Lotaringiyadan  idi,  çox  mömin  qadın 
olmaqla oğluna və qızı Mariyaya xüsusi qayğı göstərirdi, həm də uşaqlara sağlam 
dini tərbiyə verirdi.  
Roden  doqquz  yaşına  qədər  rahiblərin  yaratdığı  məktəbə  gedirdi.  Tənbəl 
şagird olsa da, rəssamlıq onu özünə cəlb edirdi. Qəzetlərdə gedən illüstrasiyaların 
kopiyasını  çəkməkdən  həzz  alırdı,  bu  qəzetləri  isə  valideynləri  ərzaq  alanda 
mağazalardan  gətirirdilər.  Bir  dəfə  anası  kökə  bişirəndə,  xəmiri  çox  nazik 
yoğurmuşdu, bu piroqun üstünü bəzəyirdi, sonra onu müxtəlif fantastik formalarda 
kəsdi,  onlar  qazandan  çıxarılmamışdan  əvvəl  qaynayıb  şişmişdi.  Bu  fantastik 
formalar balaca oğlanın diqqətini cəlb etdi və anasından xahiş etdi ki, xəmirdən bir 
az adam fiquru düzəltməyə icazə versin. Qadının razılığını aldıqdan sonra uşaq o 
qədər çox sayda fiqur düzəltdi ki, bu işi davam etdirmək üçün artıq xəmir çatmadı. 
Anası  xəmir  heykəltəraşının ambisiyalı həvəsini dayandırmalı  oldu. Xəmir  yağda 
qızarandan sonra şişmişdi və elə görkəm almışdı ki, bu ananın və oğulun qəhqəhə 
çəkməsinə səbəb oldu. Hətta xəmir adam da gələcək heykəltəraşa bu mərhələdən 
keçməyi tələb edə bilərdi.  
Rodenin  valideynləri  bir  burjua  kimi  öz  oğullarını  böyütmək  qayğısını 
çəkirdilər,  onu  əmisi  Aleksandrın  Bove  şəhərində  açdığı  məktəbdə  oxumağa 
göndərdilər. Lakin bu, səhv qərara çevrildi, çünki Ogyüst məktəbdə özünü bədbəxt 
hesab edirdi və şagird yoldaşları ilə yaxşı yola getmirdi. Ona görə də Boveni tərk 
etməli  oldu.  Ancaq  həmin  şəhər  onu  təbiəti  sevmək  ruhunda  tərbiyə  etdi  və  bu, 
onun başlıca həzz mənbələrindən biri kimi daimi olaraq qaldı. O, məşhur rəssam 
Kamill Koronun çox sevdiyi Teren vadisində gəzdiyi vaxtları sonrakı dövrlərdə də 
xatırlayırdı. Həm də bu vaxt, rəsm çəkməyini də davam etdirirdi. On üç yaşında o, 
Parisə, sakit və sevimli valideynlərinin yanına qayıtdı.  
Roden  artıq  özünün  dolanması  üçün  qazanc  əldə  etmək  barədə  də 
düşünməyə başladı. O, rəsm çəkməyi öyrənmək barədəki qətiyyətini elan etdikdə, 
atası digər atalar kimi əvvəlcə buna etiraz etdi, lakin axırda onun İmperial məktəbə 
(Hazırda  Mildli  Dekorativ  Rəssamlığın  Ali  Məktəbi  adlanır)  daxil  olması  ilə 
razılaşmalı  oldu.  Bu  təhsil  ocağı  Böyük  İncəsənət  Məktəbindən  fərqlənmək  üçün 
Kiçik  Məktəb  adlanırdı.  Kiçik  Məktəb  istedadlı  dekorativ  rəssam  Başelye 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə