Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   44   45   46   47   48   49   50   51   ...   99

96 
 
Hərbi  uğurlar  Çörçillin  siyasi  məşğulluğa  heç  də  biganə  qalması  demək 
deyildi.  1944-cü  ilin  sentyabrındakı  Kvebek  konfransından  sonra  o,  Moskvaya 
uçdu  ki,  Rusiyanı  və  Polşanı  barışdırmağa  cəhd  etsin  və  Balkanlarda  nüfuz 
sferalarının  bölünməsini  razılaşdırsın.  Yunanıstanda  o,  Britaniya  qüvvələrini 
kommunistlərin  hakimiyyətə  gəlməsinə  mane  olmaq  üçün  istifadə  etdi  və  Milad 
bayramında Afinaya uçdu ki, məsələnin həllinə kömək etsin. 
1945-ci  ilin  4-11  fevralında  Yaltada  Krım  konfransı  keçiriləndə  Uzaq  Şərq 
məsələsi  həll  olundu,  bununla  yalnız  Ruzvelt  və  Stalin  razılaşdı,  Çörçill  isə 
müdaxilə  etmədi.  O,  polyakları  müdafiə  etmək  üçün  döyüşürdü,  lakin  gördü  ki, 
Sovetləri öz vədlərini yerinə yetirməyə məcbur etməyin heç bir yolu yoxdur. Sonra 
o,  Birləşmiş  Ştatlardan  xahiş  etdi  ki,  Rusiya  ordusu  girməmişdən  əvvəl  müttəfiq 
qüvvələrinin nə qədər mümkünsə o qədər Şərqi Avropaya girməsinə icazə versin, 
çünki alman hakimiyyəti oranı tərk etdikdən sonra ruslar vakuumu dolduracaqlar. 
Lakin o, nə Ruzvelti, nə sonralar Trumeni, nə də onların generallarını öz nöqteyi-
nəzərinə inandıra bilmədi. Krım konfransının rəsmi məlumatında qeyd olundu ki, 
“natsist Almaniyası məhvə məhkumdur”.  
12  aprel  1945-ci  ildə  natsist  Almaniyası  üzərindəki  qələbənin  kandarına 
çatılmış  və  militarist  Yaponiya  üzərində  isə  yaxınlaşan  qələbənin  müəlliflərindən 
biri, hərbi və maddi yardımı ilə həm Britaniyaya, həm də SSRİ-yə böyük kömək 
göstərmiş  ABŞ  prezidenti  Franklin  D.Ruzvelt  vəfat  etdi.  Müharibə  dövrünün 
ağırlığı və aramsız iş onun səhhətini pozmuşdu və artıq Yalta konfransında onun 
taqətdən düşdüyü hiss olunurdu. Ruzvelt erası “izolyasionizmdən” faşizm üzərində 
qələbəyə qədər uzanmışdı. 
Hələ  1944-cü  ildə  qələbə  perspektivi  aydın  görünəndə  İngiltərədə 
partiyaların  siyasi  fəallığı  xeyli  canlandı  və  1945-ci  ilin  mayında  müharibə 
dövründə  koalisiyada  olmuş  bütün  partiyalar  vaxtından  əvvəl  seçki  keçirilməsi 
istəklərini bildirdilər. Çörçill isə koalisiyanın ən azı Yaponiyanın  məğlubiyyətinə 
qədər  davam  etməsini  istəyirdi.  Leyboristlər  öz  müstəqilliklərini  təzələmək 
istəyirdilər.  Çörçill  qələbənin  populyar  arxitektoru  kimi  məğlubedilməz  tək 
görünürdü,  lakin  o,  seçki  kampaniyasını  aparanda  özünü  özünün  ən  pis  düşməni 
kimi  göstərdi.  Biverbrukun  dediyi  kimi,  o,  Leyborist  partiyasının  qələbəsinin 
dəhşətli  bir  nəticə  olacağı  barədə  qeyri-adi  peyğəmbərliyə  girişdi  və  özünü 
bütünlüklə  mühafizəkar  kimi  göstərdi.  Onun  seçki  kampaniyasına  həsr  olunmuş 
turları zəfər qaydasında inkişaf edirdi, lakin o, partiya lideri deyil, müharibə lideri 
idi,  onu  camaat  adətən  alqışlarla  qarşılayırdı.  Leyborist  partiyasının  isə  ehtiyatlı, 
lakin  geniş  iqtisadi  və  sosial  islahat  proqramı  milli  rəğbəti  qazanmaq  yarışında, 
Çörçillin parlaq çıxışlarından daha təsirli idi. Seçkilərdə onun partiyasının mövqeyi 
parlamentdəki  ümumi  640  yerdən  213  yeri  tutmaqla  nəticələndi.  Platon  yazır  ki, 
“İnsanlar  öz  bədbəxtliklərində  taleyi,  allahları  və  özlərindən  başqa  istənilən  hər 
şeyi günahlandırmağa meyl edirlər”. Çörçill də bu qaydadan kənara çıxmırdı. 
Alman  faşizmi  üzərində  qələbə  miqyasına  görə  müqayisə  edilməz  idi. 
Çörçillin  bəlkə  də  buna  hamıdan  çox  sevinməyə  haqqı  var  idi.  Lakin  o,  bədbin 
hisslər də yaşayırdı. Müharibə başa çatanda Çörçill yazmışdı: “İndi Avropa nədir? 
Qaraguruh yığını, qəbir,  zəhəri çoxalan və kinli torpaq”. 


97 
 
Millət tərəfindən inkar olunma Çörçillə ağır təsir göstərdi. Markiz Astolf de 
Kyustin yaxşı demişdi ki, “Tarix tərifli söz deyildir və ən böyük kişiləri də kamil 
kimi  təqdim  etmir”.  Çörçill  öz  üzərinə  parlament  müxalifətinin  lideri  rolunu 
götürməli  oldu.  O,  heç  vaxt  vətənində  bütünlüklə  bu  rolda  olmamışdı.  Daxili 
siyasətdə aparıcı rol oynayan iqtisadi və sosial məsələlər heç də onun maraqlarının 
mərkəzində deyildi. Öz imperial baxışına görə Hindistana və Birmaya müstəqillik 
verməkdə  gözə  çarpan,  özünün  “kömür  vedrəsi”  adlandırdığı  leyborist  siyasətini 
bəyənə  bilərdi.  Lakin  xarici  siyasətdə  nöqteyi-nəzərlərə  görə  skamyalar  arasında 
geniş fərqlər var idi və bu, Çörçillin əvvəldən özünü həsr etdiyi bir sfera idi. 
5  mart  1946-cı  ildə  Çörçill  ABŞ-da,  Missuri  ştatındakı  Fultondakı 
universitetdə  prezident  Trumenin  iştirakı  ilə  çıxış  edərkən  müharibədən  sonrakı 
dünyaya  baxışın  iki  mərkəzi  mövzusuna  toxundu:  Sovet  kommunizminin 
təhlükəsinə  qarşı  sülhün  mühafizəçiləri  kimi  Britaniyanın  və  Birləşmiş  Ştatların 
birliyinə  olan  ehtiyac  barədə  danışdı,  bu,  Avropanın  sifətini  çarpaz  qaydada 
bürümüş “dəmir pərdəni” aradan götürməlidir.  
Fultondakı  çıxışında  o,  “dəmir  pərdənin”  azad  dünyanı  kommunist 
imperiyasından  ayırdığını  iddia  edirdi.  Çörçill  SSRİ-ni  “müharibənin 
bəhrələrindən”  istifadə  etmək  və  öz  qüdrətinin  və  doktrinasının  qeyri-məhdud 
qaydada  yayılması  imkanını  əldə  etmək  arzusuna  görə  ittiham  edirdi.  SSRİ-nin 
ekspansiyası və onun özünə yeni müttəfiqlər cəlb etmək cəhdləri barədə Çörçillin 
ideoloji  postulatlarından  Qərb  “soyuq  müharibənin”  məqsədləri  üçün  istifadə 
edirdi. 
1941-ci ildə Uinston Çörçill demişdi: “Mən Əlahəzrətin baş naziri ona görə 
olmamışam  ki,  Britaniya  imperiyasının  ləğvinə  başçılıq  edim”.  1946-cı  ilin 
martında  isə  amerikan  auditoriyası  qarşısında  çıxış  edən  keçmiş  Britaniya  baş 
naziri  bəyan  etmişdi ki, bütün qitə boyu “dəmir  pərdə” salınmışdır,  Almaniya  və 
Avropa iki düşmən cəbhəyə bölmüşdür. Stalin Çörçillin çıxışını “Sovet İttifaqı ilə 
müharibəyə  çağırış”  kimi  qiymətləndirdi.  Bu  sözlərdən  yalnız  bir  neçə  ay  sonra 
dünya yenidən daha acı şəkildə bölünmüş kimi görünürdü. Belə bir fikir yaranırdı 
ki, görəsən Qərb sivilizasiyasının XX əsr böhranı heç vaxt qurtarmayacaqdırmı? 
Fultonda Çörçill demişdi: 
“Baltik dənizi üstündəki Ştettindən Adriatik dənizi üstündəki Triestədək qitə 
üzərinə  dəmir  pərdə  çəkilmişdir.  Xəttin  arxasında  Mərkəzi  və  Şərqi  Avropa 
dövlətləri  qalmışdır,  onların  əhalisi  sovet  sferasına  düşmüşdür.  Bu,  təkcə  sovet 
təsiri deyildir, çox yüksək və artan dərəcədə Moskvanın nəzarəti deməkdir”. 
Çıxışının  daha  təsirli  olması  üçün  o,  boyaları  tündləşdirməkdən  də 
çəkinmirdi.  Əlavə  etmişdi  ki,  “Avropanın  on  qədim  paytaxtı  indi  “dəmir  pərdə” 
arxasındadır. Qitənin böyük hissəsi asılılıqdadır. Onlar natsizmdən yalnız ona görə 
yaxa qurtardılar ki, kommunizmin ifratçılığı altına düşsünlər”. 
Hitlerin və onun dostlarının gətirdiyi alman irqi nəzəriyyəsi belə bir nəticəyə 
gəlirdi  ki,  yalnız  tam  yararlı  millət  olan  almanlar  digər  bütün  xalqlar  üzərində 
ağalıq etməli, onları idarə etməlidir. Çörçillin irəli sürdüyü ingilis irqi nəzəriyyəsi 
isə belə bir nəticəyə gəlirdi ki, ingilis dilində danışan millətlər tam yararlı millətlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə