Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   45   46   47   48   49   50   51   52   ...   99

98 
 
olmaqla,  dünyanın  qalan  digər  xalqları  üzərində  ağalıq  etməli,  onları  idarə 
etməlidir. Eyni qızğınlıqla o, Avropa birliyinin tərəfdarı kimi çıxış edirdi. 
Altı  ay sonra, 19 sentyabr  1946-cı ildə isə İsveçrədəki  Sürixdə o,  “Avropa 
Şurasının”  yaradılmasının  vacibliyini  sübut  edirdi  və  özü  1949-cu  ildə  Şuranın 
Strasburqda keçirilən ilk yığıncağına gəldi. Özəl həyatında bu vaxt o, böyük tarixi 
əsəri  olan  altı  cildlik  “İkinci  Dünya  müharibəsi”  kitabını  yazırdı  (1948-1954-cü 
illər). 
1950-ci  ilin  ümumi  seçkilərində  Çörçill  şəxsi  mandat  qazanmaq  üçün  uzun 
müddət gözlədiyi imkandan istifadə etməli oldu. 
Seçki  hücumu  leyboristləri  silkələdi,  lakin  onları  yenidən  hakimiyyətdə 
saxladı.  Bu,  Çörçillin  dediyi  kimi  “daha  bir  dəfə  qalxmaq”  olub,  1951-ci  ilin 
oktyabrında  ikinci  seçkilərdə  onları  məğlubiyyətə  apardı.  İranda  Britaniya  neft 
şirkətinin  özəlləşdirildiyinə    görə  orada  yaranan  böhran  üçün  hökumətə  təzyiq 
göstərilirdi.  
Mühafizəkarlar 26 səs çoxluğu ilə yenidən qayıtdılar və Çörçill ikinci dəfə 
baş  nazir  oldu.  Onun  təşkil  etdiyi  hökumətdə  liberal  mühafizəkarlar  üstünlüyə 
malik idi. Entoni İden Xarici işlər naziri oldu. 
Yerli  leyboristlər  və  administrasiyadakı  döyüşlər  Çörçillin  maraq 
dairəsindən  uzaq  idi.  O,  artıq  qoca  idi,  qüvvəsini  xarici  işlər,  sülh  və  müharibə 
məsələləri  üçün  qoruyub  saxlayırdı.  Britaniya  Koreya  müharibəsində  iştirak 
etmədi, diqqətini Almaniyanın yenidən silahlanmasına yönəltmişdi. 
1953-cü  ildə  kraliça  II  Elizabetə  tac  qoyulması  mərasimi  baş  verdi.  Həmin 
ili  Çörçill  iki  müxtəlif  mükafat  aldı  –  Qarter  ordeninin  sahibi  və  ədəbiyyat  üzrə 
Nobel  mükafatı  laureatı  oldu.  O,  müttəfiq  orduların  köhnə  baş  komandanı  Duayt 
Eyzenhauerin  prezident  kimi  Ağ  Evə  gəlməsinə  çox  sevindi.  İden  aprel  ayında 
xəstələndikdə Çörçill xarici işlər naziri vəzifəsini də öz üzərinə götürdü. 27 iyulda 
onu insult zərbəsi vurdu və bədəni müəyyən dərəcədə iflic oldu. Buna baxmayaraq, 
o, sağala bildi və oktyabrda yenidən işinə qayıtdı. 
1954-cü  il  Hind-Çin  müharibəsi  problemlərini  kəskin  yüksəkliyə  qaldırdı. 
Çörçillin  saziş  barədəki  müraciəti  Britaniya  qoşunlarının  Suveyş  bazasından  geri 
çəkilməsi  ilə  nəticələndi.  30  noyabr  1954-cü  ildə  onun  80  illik  yubileyi  qeyd 
ediləndə, Vestminsterdə ona ehtiram göstərilməsi şərəfinə bütün partiyaların birgə 
təntənəli  mərasimi  keçirildi.  Ehtiram  onu  göstərirdi  ki,  o,  tezliklə  istirahətə 
yollanacaqdır. 5 aprel 1955-ci ildə o, tutduğu vəzifədən istefa verdi, bir neçə həftə 
əvvəl  onun  seçilmiş  varisi  ser  Entoni  İden  Cenevrədəki  dörd  dövlət  başçısının 
konfransı qarşısında öz planlarını elan etdi. 
Çörçill  İcmalar  Palatasında  qalmaqla  “Palatanın  atasına”  çevrildi,  hətta 
1959-cu ildəki yeni seçkilərdə mübarizə apardı və qalib gəldi. Dörd cildlik “İngilis 
dilli xalqların tarixi” əsərini (1956-1958-ci illər) yazdı. 1963-cü ilin aprelində ona 
Birləşmiş  Ştatların  fəxri  vətəndaşlığı  verildi,  bu  ona  Konqressdə  fəaliyyət 
göstərmək imkanı verirdi. 
O,  24  yanvar  1965-ci  ildə  Londondakı  evində  öldü.  Dövlət  matəmində 
demək olar ki, bütün dünya ona öz ehtiramını nümayiş etdirdi. O, Oksfordşirdəki 
Pladon  kilsəsinin  həyətində  ailə  qəbiristanlığında  dəfn  edildi.  Çörçill  deyirdi  ki, 


99 
 
“Zaman  –  pis  müttəfiqdir”.  Özünə  münasibətə  gəldikdə  zamanın  əla  müttəfiq 
olduğu üzə çıxdı. 
 
Şarl de Qoll 
İnsan  üçün  ən  yaxşı  qələbə  özünə  qalib  gəlməkdir.  Başqası  tərəfindən 
məğlub olmaq biabırçılıqdır və hər şeydən pisdir. 
Platon 
Baxışın məlum genişliyində bütün qorxulu vəziyyətlər yoxa çıxır. 
Şarl Monteskye 
Şarl  de  Qoll  iki  dəfə  öz  ölkəsini  bədbəxtlikdən  xilas  etmiş,  onun  siyasi  və 
konstitusional  normallığını  bərpa  etmiş  və  ardıcılları  olan  vətəndaşlarının 
çoxluğunun dəstəyinə artıq malik olmadığı aydın olduqda isə iki dəfə özəl həyata 
yollanmışdı.  Siyasi  həyatda  əgər  yeganə  deyilsə,  nadir  şəxsiyyət  olmaqla  o,  bu 
nailiyyətlərini özünün yazıçılığı və hərbi nəzəriyyəçi kimi istedadı ilə birləşdirirdi. 
Əlbəttə, o, 50 yaşına yaxın olana qədər siyasi şəxsiyyət kimi meydana çıxmamışdı, 
baxmayaraq  ki,  onun  əvvəllər  hərbi  xadim  və  yazıçı  kimi  artıq  bəzi  mənəvi, 
intellektual, siyasi və digər xarakterik keyfiyyətləri üzə çıxmışdı. Bu onun sonrakı 
karyerasında  özünü  göstərdi.  Birincisi,  qalib  gələn  Fransanın  lideri  və  onun 
müharibədən  sonrakı  müvəqqəti  hökumətin  başçısı  kimi;  ikincisi,  Beşinci 
respublikanın  banisi  və  birinci  prezidenti  kimi;  üçüncüsü,  özünün  iştirak  etdiyi 
hadisələrin tarixçisi və avtobioqrafik əsərin müəllifi kimi. 
Şarl-Andre-Mari-Jozef  de  Qoll  22  noyabr  1890-cı  ildə  Lilldə  anadan 
olmuşdur.  Katolik,  vətənpərvər  və  millətçi,  orta  sinfin  yuxarısından  olan  ailənin 
ikinci  oğlu  olmaqla,  erudisiya  atmosferinə  düşmüşdü.  Ailədən  tarixçilər  və 
yazıçılar çıxmışdı, onun atası isə fəlsəfə və ədəbiyyat professoru idi. Lakin Şarl de 
Qoll  uşaq  kimi  artıq  hərbi  işlərə  ehtiraslı  maraq  göstərirdi.  Sen-Sir  hərbi 
akademiyasında oxudu və 1913-cü ildə gənc ikinci leytenant kimi polkovnik Filipp 
Petenin piyada polkuna götürüldü. Sonralar de Qoll öz gəncliyini belə xatırlayırdı: 
“Mən hesab edirdim ki, həyatın mənası Fransa naminə böyük igidlik göstərməkdir 
və  elə  gün  gələcəkdir  ki,  mənə  belə  imkan  qismət  olacaqdır”.  Onda  ölkəsinə 
xidmət barədə mistik bir vəzifə, borc hissi meydana gəlmişdi. 
Hərbi  karyerası  onun  fərasətli,  zəhmətkeş,  qızğın  gənc  zabit,  orijinal  ağla 
malik  olan  bir  adam,  özünə  yüksək  dərəcədə  güvənən  olduğunu  və  qeyri-adi 
igidliyə malik olacağını biruzə verirdi. Birinci Dünya müharibəsində o, Verdendə 
vuruşmuşdu, üç dəfə yaralanmış və iki il səkkiz ayı müharibə əsirliyində keçirmiş, 
bu  vaxt  altı  dəfə  qaçmağa  cəhd  etmiş  və  adı  üç  dəfə  rəsmi  məlumatlarda  qeyd 
olunmuşdu. Əsirlik ərzində alman müəlliflərini mütaliə edir, Almaniya barədə daha 
çox  şey  öyrənir.  Məhz  o  vaxtlar  o,  yeni  kitabı  olan  “Düşmənin  ölkəsində  nifaq” 
əsərini yazır və 1916-cı ildə çap etdirir. De Qoll əsirlikdən yalnız 11 noyabr 1918-
ci  ildə,  sülh  razılaşmasından  sonra  azad  edilir.  İki  il  Polşada  hərbi  məktəbdə 
taktikadan  dərs  deyir.  Vətənə  döndükdən  sonra,  1921-ci  ildə  aprelin  əvvəlində 
evlənir  və  ilin  sonunda  onun  oğlu  olur.  Uşağı  onun  gələcək  antoqonisti  marşal 
Petenin şərəfinə Filipp adlandırır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə