Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   38   39   40   41   42   43   44   45   ...   99

84 
 
boğaza  yığılmışdı.  Emerson  yazır  ki,  “Paxıllıq  cəhalətdən  yaranır”.  Cəhaləti  isə 
qısa  müddətdə  məhv  etmək  mümkün  deyildir.  Tərəfdarları  ona  açıqca  paxıllıq 
edirdilər.  
Fransa, İngiltərə və Birləşmiş Ştatlar ölkənin daxili işlərinə qarışmağa cəhd 
edirdilər.  Birləşmiş  Ştatlar  ispan  müstəmləkələrinin  metropoliyadan  azad 
olmasının  “nəcib  məqsədləri”  üçün  lazım  olan  resurslarla  onlara  ciddi  surətdə 
köməklik  göstərirdi.  Tezliklə  öz  maraqları  olan  İngiltərə  də  bu  prosesə  qoşuldu. 
Cənubi  Amerikadakı  vətəndaş  müharibəsi  regionların  kəskin  surətdə 
yoxsullaşmasına, insan həyatı itkilərinə, epidemiyalara, aclığa, daxili qiyamlara və 
dövlət  çevrilişlərinə  gətirib  çıxardı.  Anarxiya  güclənirdi.  1829-cu  ilin  payızında 
Venesuela Kolumbiyadan ayrıldı. 
Bolivar könülsüz olaraq belə bir fikrə gəlirdi ki, müstəqilliklərinə görə ona 
borclu olan millətlərin daxili və xarici dincliyi üçün onun mövcudluğunun özü bir 
təhlükə  kimi  çıxış  edir.  O,  istefa  verib,  8  may  1830-cu  ildə  Avropada  sığınacaq 
tapmaq  məqsədilə  Boqotanı  tərk  etdi.  Atlantik  okeanın  sahilinə  çatdıqda  öyrəndi 
ki, özünün varisi kimi qalan Sukre qətlə yetirilmişdir. Bolivarın hüznü nəhayətsiz 
idi.  Boqotadakı  hərbi  bunt  onu  əbəs  olaraq  geri  çağırdı.  Avropaya  səfər  layihəsi 
ləğv  edildi  və  bir  ispan  pərəstişkarının  dəvəti  ilə  Bolivar  Santa  Marta 
yaxınlığındakı malikanəyə səfər etdi. Elə bil ki, bir istehza qaydasında onun həyatı 
17  dekabr  1830-cu  ildə  ispanın  evində  başa  çatdı.  O,  vərəm  xəstəliyindən  öldü. 
Ölümündən  əvvəl  Bolivar  öz  torpaqlarından,  evlərindən  və  hətta  dövlət  
pensiyasından imtina etmişdi. 
Simon  Bolivar  uzun  müddət  Latın  Amerikasının  Corc  Vaşinqtonu  kimi 
qiymətləndirilirdi. Varlı Venesuela ailəsində anadan olan Bolivar gənc adam kimi 
maarifçilik ideyaları ilə tanış olmuşdu. Romada 1805-ci ildə İtaliyanın kralı kimi 
Napoleona  tac  qoyulmasının  şahidi  olanda,  o,  öz  ölkəsini  İspaniya  nəzarətindən 
azad  etmək  vəzifəsini  öz  qarşısında  qoymuşdu.  Cənubi  Amerikaya  dönəndə 
Bolivar  Venesuelada  və  Şimali  Amerikanın  digər  hissələrində  ağır  mübarizəyə 
başçılıq etdi. 
Bolivar Cənubi Amerikanın şimal hissəsini ispanlardan azad etməklə məşğul 
olanda, Xose de San Martin qitənin cənub hissəsində bu vəzifəni həyata keçirməyə 
can atırdı. 
Bolivarın  arzuları  qismən  də  olsa  həyata  keçdi.  1824-cü  ilin  sonunda  artıq 
Peru, Uruqvay, Paraqvay, Kolumbiya, Venesuela, Argentina, Boliviya və Çili azad 
dövlətlərə  çevrilmişdilər.  1823-cü  ildə  Mərkəzi  Amerika  dövlətləri  müstəqil 
oldular  və  1838-1839-cu  illərdə  beş  respublika  bölündü.  Bundan  əvvəl,  1822-ci 
ildə Braziliya Portuqaliyadan azad olunmuşdu. 
Latın  Amerikasında  Bolivarın  adı  çox  populyar  idi.  Bütöv  bir  dövlətin, 
əyalətin, şəhərlərin, küçələrin, pul vahidlərinin adında onun xatirəsi əbədiləşmişdir.  
O,  öz  kredosuna  axıradək  sadiq  qaldı.  22  yaşlı  bir  gənc  kimi  o,  Romadakı 
Monte-Sakro  təpəsində  and  içmişdi:  “Mənim  əcdadlarıma,  onların  allahlarına,  öz 
Vətənimə  and  olsun  ki,  nə  qədər  ki,  ispan  dövlətinin  zülmü  altında  saxlayan 
zəncirlər  qırılmamışdır,  mən  öz  əllərimə  istirahət,  öz  könlümə  sakitlik 


85 
 
verməyəcəm”.  Onun  bədxahları  belə,  Bolivarın  öz  andından  bir  an  da  olsun 
uzaqlaşdığını desələr, böyük haqsızlığa yol vermiş olarlar. 
Bolivarın  var-dövlətindən  və  titullarından  asılı  olmayaraq,  azad  ölkənin 
bütün  vətəndaşlarının  bərabərliyi  və  ədalət  barədə  dediyi:  “Yeni  meydana  gələn 
hökmdarlar  –  azadlığın  qəlpələri  üzərində  öz  taxt-taclarını  qurmağa  möhkəm  can 
atdıqda, onları qəbirüstü təpələrə çevirdiklərini görəcəklər. Bu təpələr isə gələcək 
nəsillərə  deyəcəklər  ki,  “bu  adamlar  boş  şöhrət  düşkünlüyünü  azadlıqdan  və 
şərəfdən üstün tutdular” sözləri iki əsrə yaxın vaxt keçsə də öz qiymətini itirmir və 
hakimiyyəti qəsb edib, öz mülkiyyətinə çevirənlərin hamısı üçün ucadan səslənən 
xəbərdarlıqdır. 
Simon Bolivar rahatlığın nə olduğunu bilməyən, əzablı həyat yaşamışdı. O, 
çox sayda təhlükələri dəf edir, qızmar səhralardan, bataqlıqlardan keçirdi. Sonra o, 
soyuğun  qanı  dondurduğu  yüksək  dağlardan,  şiş  ucları  olan  qayalardan  xəstəlik 
yayan gölməçələrə düşürdü. Həşərat sürülərinin arasından nə çörəyi, nə paltarı, nə 
ayaqqabısı  olmayan  əsgərlərə  yürüşdə  başçılıq  edirdi.  Bu  igidliklərdən  hər  biri 
digər  möcüzələr  kimi  qəribə  bir  təntənə  idi,  himnə  layiq  olan  insan  hünərinin 
nümayişi  idi.  Məhz  bu  qəhrəmanlıqların  hesabına  Bolivar  çoxsaylı  nizami  ispan 
ordusunu  darmadağın  edir  və  onları  təslim  olmağa  məcbur  edirdi.  Bolivarın 
şəxsiyyətini taxt-taca yiyələnmək yox, məhz bu ağla sığmayan igidlik nümunələri 
nişan verirdi. 
 
Uinston Çörçill 
Anaksandriddən  soruşduqda  ki,  niyə  spartalılar  müharibədə  təhlükədən 
qorxmurlar,  o,  dedi:  “Səbəb  orasındadır  ki,  biz  həyata  hörmət  edirik,  lakin 
başqaları kimi ona görə qorxmuruq”. 
Plutarx 
Yüksəkliklər ildırımı özünə çəkir. 
Metsenat 
Uinston Çörçill müəllif, natiq və dövlət xadimi olmaqla 1940-cı ildən 1945-
ci  ilədək  müharibə  dövründə  baş  nazir  kimi  Britaniyanı  məğlubiyyət  həddindən 
qələbəyə gətirib çıxarmışdı. Çoxları məğlubiyyətin qaçılmaz olduğunu düşündüyü 
bir vaxtda bu müdrik və cəsarətli insan nəticədə qələbə çalacaqlarına  ümidini bir 
an  da  itirməmiş,  İkinci  Dünya  müharibəsində  faşistlər  üzərindəki  zəfərin 
müəlliflərindən  biri  olmuşdu.  2002-ci  ildə  Bi-bi-si  kompaniyasının  apardığı  rəy 
sorğusuna görə Uinston Çörçill tarixdə ən böyük britaniyalı adlandırılmışdır. 
Birinci Dünya müharibəsindən əvvəl sensasiyalı qaydada həyatda görkəmli 
rol  oynamağa  cəhd  etməklə,  müharibənin  özündə  və  ondan  sonrakı  on  illikdə 
qeyri-sabit  mühakimə  yürüdən  bir  şəxs  şöhrəti  qazanmışdı.  Nəticədə  siyasi 
cəhətdən  şübhəli  olduğu  güman  edildiyindən  o,  1930-vu  illərdə  tənha  şəxsiyyətə 
çevrilmişdi. Bu, Adolf Hitlerin bütün dünyaya ünvanlanmış çağırışına qədər davam 
etdi  və  onu  1940-cı  ildə  milli  koalisiyanın  liderliyinə  aparıb  çıxardı.  Franklin 
Delano Ruzvelt və İosif Vissarionoviç Stalinlə birlikdə o, II Dünya müharibəsində 
müttəfiqlərin  strategiyasını  işləyib  hazırladı.  Müttəfiqlik  pozulduqdan  sonra  o, 
Sovet  İttifaqının  ekspansionist  xarakterli  təhlükələrinə  görə  Qərbi  dəyişdirməyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə