Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

124
Bu manqaların hər biri üçün müvafiq tədris proqramları hazırlanmış, tədrisin 
əsas məqsəd və üsulları müəyyən edilmişdir.
Mülki  müdafiə  manqalarının  üzvləri  manqa  tərkibində  xüsusi  vəzifələrin 
icrası qaydalarını öyrənir, rəhbər­komandirlər heyəti isə xüsusi proqramlar üzrə 
hazırlıq keçirlər.
İstehsalatda və xidmət sahələrində işləməyən əhaliyə mühafizə biliklərinin 
öyrədilməsini  şəhər  mülki  müdafiə  qərargahları  yaşayış  yerlərində  –  mənzil­
istismar sahələri, ev idarələri və s. üzrə təşkil edir.
Orta ümumtəhsil və texniki peşə məktəblərinin şagirdləri, ali məktəb və kol­
lec lərin  tələbələri  mülki  müdafiəyə  müvafiq  proqramlar  əsasında,  oxuduqları 
tədris müəssisəsində hazırlanırlar.
Əhalinin mühafizəyə hazırlanması üçün mülki müdafiə təbliğatının əhəmiy­
yəti  olduqca  böyükdür.  Əhalinin  bu  sahədə  biliklərini  artırmaq,  onun  mənəvi­
psixoloji hazırlığını təmin etmək təbliğatın əsas vəzifələrinə daxildir. Bu iş yerli 
icra  hakimiyyəti  orqanlarının  rəhbərliyi  altında  yerinə  yetirilir.  Bu  məqsədlə 
“Mülki  müdafiə  günləri”  təşkil  etmək,  manqaların  məşqlərini,  yarışmalarını  və 
digər kütləvi tədbirlər keçirmək lazımdır.
Ümumdünya  Mülki  Müdafiə  Günü  –  1  mart  1972­ci  ildə  Beynəlxalq  Mülki  Müdafiə 
Təşkilatının  yaradılması  şərəfinə  qeyd  edilən  xüsusi  gündür.  Azərbaycan  bu  nüfuzlu 
beynəlxalq təşkilatın tərkibinə 1993­cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü 
hər il konkret bir problemə həsr edilir.
1.  Mülki müdafiə və onun əhəmiyyəti barədə təqdimat hazırlayın. 
2.  Sizcə, obyektlərdə mülki müdafiənin təşkil olunmasına ehtiyac varmı?
3.  Oxuduğunuz  təhsil  müəssisəsində  mülki  müdafiə  manqalarının 
fəaliyyəti haqqında təqdimat hazırlayın.
4.  Sizcə, mülki müdafiə işlərinin yerinə yetirilməsində vətəndaşların 
vəzifələri nədən ibarətdir?
5.  Mülki  müdafiə  vəzifələrini  yerinə  yetirmək  üçün  hansı  bilik  və 
bacarıqlara sahibsiniz?
6.  Yaşadığınız  rayonda  (ərazidə)  mülki  müdafiə  işləri  necə  təşkil 
edilir?
Sual və tapşırıqlar
  LAYİHƏ


125
23.  MÜXTƏLİF NÖV FÖVQƏLADƏ HADİSƏLƏR ZAMANI 
ƏHALİNİN MÜHAFİZƏSİNİN TƏŞKİLİ
Əhalinin  mülki  müdafiəyə  ümumi  hazırlığı  müasir  şəraitdən  irəli  gə lən 
zərurətdir. Nə qədər ki hərbi münaqişələr təhlükəsi, istehsalat qəza ları, təbii 
fəlakətlər ehtimalı mövcuddur, hər kəs mühafizə qaydalarını bilməli və müha­
fizə olunmağı bacarmalıdır.
“Müxtəlif  növ  fövqəladə  hallar  zamanı  əhalinin  mühafizəsi”  dedikdə  nə 
başa düşürsünüz?
Əhalinin mühafizəsi – dövlətin idarəetmə orqanları və bütün əhali tərəfindən 
aparılan  tədbirlər  sistemidir.  Əsas  məqsəd  insanların  zərər  görməsinin  qarşı­
sını almaq və zərərçəkmişlərin sayını minimuma endirməkdən ibarətdir. 
Fövqəladə hallarda əhalinin mühafizəsini təmin etmək üçün aşağıdakı təd­
birlər görülməlidir:
Əhalinin mühafizəsinin təşkili
Əhalinin xəbərdar 
edilməsi
Əhalinin 
köçürülməsi
Bioloji yoluxma­
dan mühafizə
Xilasetmə və 
yaralılara ilk yardım
Radiasiya və kim yəvi 
zəhərlənmədən mühafizə
Mühafizə qurğu­
larında yerləşmə
Əhalinin xəbərdar edilməsinin təşkili
 Mərkəzləşdirilmiş respublika və ərazi avtomat xəbərdarlıq sistemləri əvvəl­
cədən yaradılır və həmişə hazır vəziyyətdə saxlanılır;
  Ehtimal  olunan  fəlakətli  daşqın  zonalarında  radiasiya  və  kimyəvi  zəhər­
lənmə təhlükəli müəssisələr müşahidə və nəzarət sistemlərinə qoşulur
 Radio, televiziya verilişləri və digər texniki informasiya vasitələrindən mər­
kəz ləşdirilmiş qaydada xəbərdarlıq üçün istifadə edilir.
  LAYİHƏ


126
Əhalinin köçürülməsinin təşkili
Təhlükəli rayonlardan bütün əhali və ya əhalinin ayrı­ayrı qrupları (yaşına, 
məşğuliyyətinə görə) köçürülür. Müharibə dövrü üçün səfərbərlik vərəqəsi olan 
şəxslər köçürülmür. Onlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xid­
mətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin  sərəncamına  gedirlər.  Əhali  qısa  müd­
dətdə kütləvi şəkildə, yaxud mərhələ­mərhələ köçürülə bilər. Köçürülmə nəqliy­
yatla, yaxud piyada həyata keçirilir. 
Əhalinin yerləşdiriləcəyi rayonlar və köçürülmə qaydası hərbi komandanlıq 
orqanları, habelə müvafiq idarə və müəssisələrlə razılaşdırılır.
Radiasiya və kimyəvi zəhərlənmədən mühafizənin təşkili
  Əvvəlcədən  fərdi  mühafizə  vasitələri,  radiasiya,  kimyəvi  kəşfiyyat  və  dozi­
met rik nəzarət cihazları ehtiyatı yaradılır;
 Düşmənin kütləvi qırğın vasitələri işlətdiyini, onların miqyasını və nəticə lərini 
qiymətləndirmək üçün ən müasir vasitələrdən və üsullardan istifadə edilir. 
Ərazidə  havadan  radiasiya  kəşfiyyatı  aparılması  üçün  mülki  aviasiya 
təyyarələri (vertolyotları) cəlb edilir;
 Radioaktiv və kimyəvi zəhərlənmə ocaqları vaxtında ləğv edilir, zəhərli tul­
lantılar xüsusi yerlərdə basdırılır.
Bioloji yoluxma vasitələrindən mühafizənin təşkili
 Kollektiv və fərdi mühafizə vasitələrindən istifadə edilir;
 Karantin və observasiya rejimləri qoyulur;
 Yoluxma ocağı zərərsizləşdirilir;
 Tibb müəssisələri və əhali tərəfindən epidemiya əleyhinə rejimə riayət edil­
məsi təmin olunur.
Mühafizə qurğularında yerləşmə
 Şəhərlərdə və digər yaşayış məntəqələrində olan yeraltı qurğuların bir qis  mi 
fövqəladə hallar zamanı əhalinin mühafizəsi üçün nəzərdə tutulur;
 Mühafizə üçün yararlı yeraltı, yerüstü binalar, qurğular, mağaralar yoxlanılır 
və qeydə alınır;
 Zirzəmilər və digər yeraltı tikililər daldalanacaq kimi düzəldilir;
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə