85
«Е»гурупу
ЕХW
Франко-завод
«Ф» групу
ФЪА
ФАС
ФОБ
Дашыйыъынын йанына сярбяст
Эями борту бойунъа сярбяст
Эями бортунда сярбяст
«Ъ» групу
ЪФР
ЪИФ
ЪПТ
ЪИП
Дяйяр вя фрахт
Дяйяр, сыьорта вя фрахт
Дашынма ....гядяр юдянилмишдир
Дашынма щаггы вя сыьорта ... гядяр
юдянилмишдир
«Д» групу
ДАФ
ДЕС
ДЕГ
ДДУ
ДДП
Сярщядя гядяр дашынмышдыр
(чатдырылмышдыр)
Эямидян дашынмышдыр
Эяминин йан алдыьы кюрпцйядяк
дашынмышдыр (рцсумун юдянилмяси дахил
олмагла)
Рцсум юдянилмядян дашынмышдыр
(чатдырылмышдыр)
Рцсум юдянилмякля дашынмышдыр
(чатдырылмышдыр)
Рцсум юдянилмякля дашынмышдыр
(чатдырылмышдыр)
Uyğun şərtlər 10 bəndə bölünmüş öhdəçilikdə izah
edilmişdir ki, burada da eyni suallar üzrə satıcının
hər hansı öhdəçiliyinə uyğun olaraq alıcının da öhdəçiliyi öz əksini tapmışdır. Məsələn, satıcının öhdəçiliyi izah
edilən A-3 bəndinə uyğun olaraq satıcı daşınmanı təşkil etməli və ödənilməsini yerinə yetirməlidirsə, alıcının
öhədçiliyini təyin edən B.3 bəndində alıcının “
öhdəçiliyi yoxdur” sözləri qeyd olunmuşdur.
Bütün bunlar o demək deyildir ki, alıcı malın daşınmasına görə öhdəçilik götürə bilməz, ancaq şərtə
görə onun qarşısında belə bir “öhdəçiliyi” yoxdur.
“İnkoterms” tərəflər arasında verginin, rüsumun, digər rəsmi yığımların,
habelə gömrük
rəsmiləşdirilməsinə çəkilən xərclərin bölüşdürülməsi bölməsində tərəflər arasında çəkilən xərclərin hansı ölçüdə
bölünməsini izah edir, hərçənd ki, satıcı malın satışından sonra onu alıcı tərəfindən neçə istifadə olunmasında
maraqlı olmaya bilər. Və əksinə, bəzi şərtlərə görə, məsələn
, “D” tipinə görə, təyin edilmiş məntəqəyədək malın
daşınmasına görə satıcı tərəfindən çəkilən alıcını maraqlandırmır.
Yaxşı olardı ki, malların gömrük təmizlənməsi öz ölkələrində müqavilə iştirakçıları tərəfindən və ya bu
işlərə vəkil edilmiş şəxslər tərəfindən təşkil edilsin. Ancaq, bir sıra ticarət şərtlərinə uyğun olaraq, alıcı
məcburdur ki, gömrük təmizlənməsini satıcının ölkəsində həyata keçirsin
(EXW, FAS və i.a.)
və əksinə, satıcı -
gömrük təmizlənməsini alıcının ölkəsində yerinə yetirsin
(DEQ və DDP). Aydındır ki, belə hallarda alıcı və
satıcı müəyyən malların aparılması və gətirilməsi üçün qadağalarla əlaqədar mümkün hər hansı riski öz
üzərlərinə götürürlər.
Onlar
həmçinin, uyğun ölkə tərəfindən həmin ölkənin vətəndaşı olmayan şəxsin gömrük təmizlənməsi
əməliyyatı aparmasına icazə verilməsini müəyyən etməlidirlər (məsələn, Rusiyanın gömrük qanunvericiliyi
buna yol vermir).
Ola bilər ki, alıcı
EXW şərtinə uyğun olaraq malı anbar meydançasından qəbul edilməsini arzu etsin və
ya
“FAS” şərtinə görə yükü gəmi bortu boyunca qəbul etsin
və eyni zamanda istəyər ki, malın ixracına görə
gömrük təmizlənməsi satıcı tərəfindən yerinə yetirilsin.
Belə olan halda “ixraca görə gömrük təmizlənməsi daxil olmaqla” ifadəsi müəyyən ticarət terminindən
sonra əlavə edilir. Əksinə elə hallar da olur ki, satıcı
“DEQ” və ya “DDP” şərtlərinə uyğun olaraq malın
çatdırılmasına hazırdır, lakin idxal üçün nəzərdə tutulan rüsum və rəsmi yığımların ödənilməsi üçün öz üzərinə
tam və ya qismən öhdəçilik götürmür. Bu hal üçün onda DEQ şərtinə “rüsum ödənilmişdir”
ifadəsi əlavə
edilməlidir və ya satıcı tərəfindən konkret hansı vergi və yığımların ödənilməsini istəmədiyi göstərilməlidir.
Məsələn, DEQ və ya DDP VAT unald (əlavə edilmiş dəyərin vergisi ödənilməmişdir).
Nəzərə alınmalıdır ki, xarici şirkətlər üçün bir çox ölkələrdə nəinki idxal lisenziyalarının alınması, hətta
əlavə olunmuş dəyərə görə rüsum və vergilərin ödənilməsi müəyyən çətinliklərlə qarşılanır. Belə halda ən çox
qəbul edilən şərt “DDU”dür (rüsumu ödənilmədən daşınma).
86
Ancaq bir neçə halda elə olur ki, idxal olunacaq malın idxalatçının ölkəsindəki anbarlarına qədər
çatdırılmasını (göndərişini) öz öhdəsinə götürmüş satıcı istəyər ki, gömrük rəsmiləşdirilməsini rüsumu
ödəmədən həyata keçirsin. Onda “DDU” şərtindən sonra “gömrük təmizlənməsi daxil olmaqla” ifadəsi əlavə
edilməlidir. Həmçinin D tipli terminlərinə də digər uyğun əlavələr edilə bilər. Məsələn, DDP, əlavə olunan
dəyərin vergisi istisna olmaqla, DEQ, rüsum ödənilmədən və i.a.
Bir çox hallarda tərəflər arzu edirlər ki, malın təyinat yerinə qədər təhlükəsiz daşınması üçün hansı
qablaşdırmadan istifadə olunması müəyyən edilsin.
Ancaq daşınmanın müddətindən və növündən asılı olaraq satıcı tərəfindən götürülən öhdəçilik də
müxtəlif olur ki, buna görə də satış kontraktının bağlanmasına qədər satıcı qablaşdırmanın şərtlərindən xəbərdar
olmalı və yerinə yetirməlidir. Bu müddəa malların beynəlxalq ticarətinə dair kontraktlar haqqında BMT-nin
1980-ci il Konvensiyasının 35.1 və 35.2.6 maddələrində öz əksini tapmışdır.
Bir çox hallarda alıcı tərəfindən malların keyfiyyətinin yoxlanılmasının təşkili malın satıcıdan alınana
qədər və ya daşınmaya qəbul edilənədək həyata keçirilməsi məqsədyönlü hesab edilir (yüklənməyə qədər
yoxlanılma -
PSI pre-shirment insrektion). Əgər kontraktda
başqa hal nəzərdə tutulmursa, alıcı marağına
uyğun təşkil etdiyi belə yoxlamanın dəyərini özü ödəyir. Amma yoxlama yalnız lisenziya alınması məqsədilə
satıcının ölkəsində aparılarsa, onda malın yoxlanılması üçün çəkilən xərci özü ödəyir.
Daşıyıcının yanında sərbəst (FSA)
Qeyd olunduğu kimi, FSA termini o vaxt işlədilir ki, satıcı daşınma üzrə öz öhdəçiliyinə əməl etsin və
malı alıcının təyin etdiyi daşıyıcıya təhvil versin. Bunun dəniz nəqliyyatında da istifadə olunması bu şərtlə
gözlənilir ki, yük ənənəvi üsulla gəmiyə yüklənə bilməsin. Ənənəvi FOB şərtinin burada istifadəsi münasib
deyil, çünki satıcı gəminin gəlməsinə qədər malı yük terminalına təhvil vermək məcburiyyətindədir və əgər belə
olmasa, o malın nəzarəti və saxlanması üçün müəyyən riskə və əlavə xərclərə yol verməlidir.
Qeyd etmək lazımdır ki, “F” tipli şərtə görə satıcı mütləq alıcının təlimatı üzrə malları daşımaq üçün
təhvil verir, çünki yalnız alıcı malların daşınmasına dair, daşıyıcını göstərməklə, müqavilə bağlayır.
CFR, CİF CRT və CİP tipli şərtlər
“C” şərtinə müvafiq olaraq, satıcı öz hesabına adi şərtlər daxilində nəqliyyat vasitələri ilə müqavilə
bağlamalıdır. Buna görə də daşınmanın dəyəri hansı məntəqəyə qədər ödənilirsə bu məntəqənin adı uyğun “C”
terminindən sonra mütləq yazılmalıdır.
“CİF” və
“CİP” şərtlərinə müvafiq olaraq satıcı, həmçinin, malı sığorta etməli və sığorta üçün xərc
çəkməlidir.
Satıcı və alıcı arasında xərclərin ayrılma məntəqəsi, adətən, təyinat ölkəsinə aid edilir və bəzən “C”
şərtini səhvən “D” tipli şərtə aid edirlər, ancaq bu şərtlər arasında əsaslı fərq vardır:
“C” tipli şərtə görə satıcı daşınma prosesində hər cür riskdən azaddır, “D” tipli şərtə görə isə satıcı malın
razılaşdırılmış təyinat məntəqəsinə qədər mümkün olan hər cür risk və xərclərə görə məsuliyyət daşıyır.
Bununla əlaqədar, qeyd etmək lazımdır ki, “C” tipli şərt “F” tipli şərtə yaxındır, belə ki, satıcı ölkədə yükləmə
və yolasalma üçün konkret öhdəçiliyi yerinə yetirir.
Beləliklə, “C” və “F” tipli şərtlərlə bağlanmış satış kontraktları yükləmə kateqoriyalı kontraktlara aiddir.
Bu kontraktlardakı qaydalara görə satıcının payına malın razılaşdırılmış təyinat yerinə qədər daşınması üçün adi
nəqliyyat xərcləri, alıcının payına isə malın daşınması üçün təhvil verildiyi andan etibarən onun məhv edilməsi,
xarab olma riski və əlavə xərclər düşür. Məsələn, “C” tipli şərt bütün şərtlərdən fərqli olaraq iki kritik nöqtəyə
malikdir:
birincisi, xərclərin bölünməsi sahəsində, digəri isə risklərin bölüşdürülməsi sahəsində. Bu səbəbdən
“C” tipli şərt daxilində satıcıya əlavə öhdəçiliklər verən zaman həddən artıq diqqətli olmaq lazımdır. Başlıcası
odur ki, bütün bunlar vaxt etibarı ilə riskin alıcıdan satıcıya keçmə anına qədər həyata keçirilsin. “C” tipli şərtin
əsas mahiyyəti, satıcı kontrakta əsasən daşınma üçün müqavilə bağladıqdan və malı “
CİF” və
“CİP” şərtlərinə
uyğun sığortaya təqdim etdikdən sonra onun gələcəkdə bütün mümkün riskdən və xərclərdən azad
olunmasından ibarətdir. Satıcıya imkan yaradılmalıdır ki, yük sənədlərini banka təqdim etmək yolu ilə
ödəmələri alıcı ilə razılaşdırsın.
Aydındır ki, satıcı adətən, daşınma üçün çəkilən
bütün xərcləri ödəməlidir; fərqi yoxdur, ödəniş fraxtın
Fraxt - ingiliscə - freight dəniz və ya hava yolu ilə yükün daşınması xərcləridir. Daşıma müqaviləsi
iştirakçılarının razılığı və ya tariflərlə fraxtı müəyyən edirlər) qabaqcadan mal yükləndikdən dərhal sonra (rre-
raid uron shirment) və yaxud hesablaşma təyinat yerində olsun (freight collect).
Adətən, əgər məntəqələrarası yüklərin boşaldılıb yüklənməsi və həmçinin yükün bir nəqliyyat
vasitəsindən digərinə keçirilməsi də daxil olmaqla daşınma bir neçə daşınma kontraktı ilə həyata keçirilirsə,
onda bu əməliyyatlar üçün bütün xərclər satıcı tərəfindən ödənilir. Yox, əgər daşıyıcı öz hüquqlarını həyata