Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   28   29   30   31   32   33   34   35   36

32

doğulmuşlar kimi qəbul olunurlar. Əksinə, ən mötəbər sayılan bir vətəndaş yadelli və ya cariyə qadın alarsa, doğulan

uşaqların vətəndaşlıq hüququna ixtiyarı çatmaz.

174. Beləliklə, kariyalılar özlərinə heç bir şöhrət qazanmadan Arpaqa tabe oldular: bu vaxt nə kariyalılar, nə də

onların ölkəsində yaşayan ellinlər heç bir şücaət göstərməyiblər. Orada başqa ellinlər arasında Lakedemondan köçmüş

knidiyalılar da yaşayırlar. Knidiyalıların torpaq sahələri dənizə qədər uzanır və Triopi adlanır. Knidiya qismən Bibass

şəhəri tərəflərdəki Xersonesdən başlayıb, əhəmiyyətsiz bir yeri nəzərə alınmazsa, tamamilə dənizlə əhatə olunmuşdur.

Beləliklə, o şimalda Keramik (körfəzi), cənubda Sima və Rodos adaları yaxınlığında dənizlə həmsərhəddir. Arpaq

İoniyanı işğal edəndə knidiyalılar öz torpaqlarını adaya çevirmək üçün yuxarıda xatırlanan (eni təqribən beş stadiya

olan) dar torpaq zolağını qazmağa başlayıblar. Axı, knidiyalıların bütün ərazisi yarımadanın bu tərəfində yerləşir,

onların qazmağa başladıqları kiçicik boğaz isə Knidiya torpağının qurtaracağındadır. Knidiyalılar burada işə

başlayanda məlum olur ki, qayanı yardıqca işçilər (qopan qamqalaqlardan) yaralanırlar, xüsusən gözləri zədələnir. (Bu

yaralar) birbaşa allahların fövqəladə təsirini göstərir. Knidiyalılar onlara nəyin mane olduğunu allahdan soruşmaq üçün

Delfə elçilər göndərirlər. Özlərinin dediyinə görə, Pifiya da onlara üç təqtili şerlə belə bəyan verir:

Qaya parçasını zorlamayın, qazmayın

Zevs istəsəydi oranı ada edərdi.49

Belə cavab alan knidiyalılar işi dayandırırlar və Arpaq qoşun çəkib (şəhərə) yaxınlaşanda onunla döyüşməyib təslim

olurlar.


175. Halikarnasın o tərəfində, ölkənin içərilərində pedasilər yaşayırlar. Onları və ya qonşularını hər dəfə bir

bədbəxtlik təhdid edən kimi Afina rəmmalının (rahibənin) üzündə uzun saqqal çıxırdı. Bu, onlarda üç dəfə baş

vermişdi. Həmin bu pedasilər həmin o kariyalılardan qalma yeganə adamlardılar ki, bir müddət Arpaqa müqavimət

göstərib, onu xeyli əziyyətə salmışdılar. Onlar Lida adlı dağda qorunmaq üçün bir yer möhkəmlətmişdilər.

176. Bununla belə, vaxt gəldi ki, pedasilər də tabe oldular. Arpaq Ksanf çayı vadisinə girəndə likiyalılar onun

qarşısına çıxıb, kiçik bölmələr şəklində böyük orduya qarşı rəşadətlə vuruşdular. Onlar məğlubiyyətə uğrayıb Ksanf

şəhərinə sıxışdırıldılar. Onda likiyalılar arvadları, uşaqları, əmlakı və qulları akropola yığıb onu yandırdılar və hamını

oda qurban verdilər. Bundan sonra ksanflılar dəhşətli lənətlər yağdıraraq özlərini ölümə məhkum etdilər: onlar

düşmənin üzərinə atılıb, sonuncu nəfərinə qədər hamısı həlak oldu. Axı, 80 ailə istisna edilərsə, özlərini likiyalılar kimi

göstərən indiki Ksanf əhalisinin əksəriyyəti gəlmələrdir. Bu 80 ailə o vaxt təsadüfən yad ölkədə olduqlarından həmin

dəhşətli qismətdən yaxa qurtarmışdılar. Arpaq Ksanfı belə ələ keçirmişdir. O, Kavn şəhərini də eyni şəkildə işğal

etmişdir, çünki kavnlıların əksəriyyəti də likiyalılar kimi hərəkət etmişdilər.

177. Arpaq Qabaq Asiyanın dənizkənarı torpaqlarını (şəhərlərini) talan etdiyi bir vaxtda Kuruş özü də ölkənin

daxilində heç kəsin yanından ötməyərək xalqları bir-bir tabe etmişdir. Bu yürüşlərin böyük əksəriyyətinin üstündən

keçib, ona daha çox başağrısı verən və xatırlanmağa layiq olan olaylar haqqında danışacağam.

178. Bütün (Asiya) materiki istila olunandan sonra Kuruş assurların üstünə gedir. Assuriyada böyük şəhərlər

çoxdur, lakin hökmdar sarayı yerləşən Nin şəhəri dağıdılandan sonra ən məşhur və daha möhtəşəmi Babil olmuşdur.

Babil bax belə tikilmişdir. O, dördkünc olub geniş bir düzənlikdə yerləşir, hasarının hər tərəfi 120 stadiya

uzunluğundadır. Şəhərin bütün dörd tərəfinin dairəsi 480 stadiyadır. Babil çox böyük şəhər olmaqdan başqa, həm də

mənim tanıdığım şəhərlər içərisində ən gözəlidir. Şəhər, hər şeydən öncə dərin, geniş və su ilə dolu xəndəklə dövrəyə

alınmışdır. Sonra eni 50, hündürlüyü də 200 hökmdar dirsəyi həcmində hasar gəlir. Hökmdar dirsəyi isə adi dirsəkdən

üç barmaq artıqdır.

179. Burada mən xəndəkdən çıxarılmış torpağın haraya işlədildiyini və hasarın necə tikildiyini danışmalıyam.

Əvvəlcə xəndəyi qazıb qurtarmış, sonra buradan çıxan torpaqdan kərpic kəsməyə başlamışlar. İstənilən qədər çiy kərpic

kəsəndən sonra da onu fırnlarda50 bişirmişlər. Tikintidə gəc əvəzinə isti ziftdən (asfaltdan) istifadə olunmuşdur. Hər

otuz cərgə kərpicdən sonra araya qamışdan hörmə çəpər qoymuşlar. Bu yolla öncə xəndəyin qıraqlarını bərkidib sonra

hasarı hörmüşlər. "Divarın üstündə hər iki ucda olmaq üzrə, iç tərəfə baxan və aralarından dördatlı bir arabanın rahatca

dönə biləcəyi məsafə qoyub sıra halında birər oda tikmişlər. Divarın çevrəsində qapıları tuncdan düzəldilmiş yüz keçid

vardır"51. Babildən səkkiz günlük yolda yerləşən İs adlı bir şəhər var. Oradan heç də böyük olmayan eyniadlı bir çay

axır. O, Fərat (Yevfrat) çayına tökülür. İs çayı öz axarı boyu zift parçaları gətirir. Babil hasarının tikintisi üçün zift

buradan aparılmışdır.

180. Babil hasarı bu yolla çəkilmişdir. Şəhərin özü iki hissədən ibarətdir. Başlanğıcını Ərməndən alan Fərat adlı çay

onun içindən keçir. Bu böyük, dərin və sürətlə axan çay Qırmızı dənizə tökülür. Divarlar hər iki tərəfdən əyilərək çay

sahilinə qədər enir. Bunlardan bir az irəlidə, bütün şəhəri dövrəyə alan və bişmiş kərpiclə tikilən bir hasar da var. Şəhər

tamam uç və dörd mərtəbəli evlərdən ibarət olub, bir qismi çayın axarı boyu, bir qismi də çaya köndələn vəziyyətdə

uzanan küçələrlə kəsişirlər. Köndələn küçələrin çaya çatan yerində kiçik darvazalar qoyulmuşdur. Bu qapılar da misdən

qayrılıblar və çaya açılırlar.

181. Bu (daxili) divar bir növ şəhərin zirehi hesab olunur. İkinci divar birincinin içindədir; amma ondan azca alçaq,

həm də xeyli dardır. Şəhərin hər iki hissəsinin ortasında binalar ucalmışdır. Hissələrin birində böyük və möhkəm

divarla dövrələnmiş hökmdar sarayı, o birisində Bel Zevsinin52 mis qapılı ibadətgahı yerləşir ki, bu, zəmanəmizə qədər

qalmışdır. Müqəddəs məbəd sahəsi dördkünc olub, hər tərəfinin uzunluğu 2 stadiya qədərdir. Bu müqəddəs məbəd

sahəsinin ortasında uzunu və eni bir stadiya olan nəhəng qüllə ucaldılmışdır. Bu qüllənin üstündə ikinci qüllə, onun da

üstündə daha bir qüllə, ümumən səkkiz qüllə üst-üstə tikilmişdir. Xaricdən qurulmuş pilləkən bütün bu qüllələrin ətrafı

ilə yuxarıya qalxır. Pilləkənin ortasında, görünür, istirahət üçün kətillər qoyulmuşdur. Axırıncı qüllədə böyük məbəd

ucalır. Bu məbəddə böyük, zəngin bəzədilmiş yataq, onun da yanında qızıl miz qoyulmuşdur. Lakin, orada heç bir allah



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə