Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   28   29   30   31   32   33   34   35   36

34

188. Kuruş bu qadının oğlunun əleyhinə müharibəyə gedir (atası kimi, o da Labinet adlanırdı və Assuriyanın

hökmdarı olmuşdur). Şahənşah hər dəfə hərbi yürüşə çıxmağa hazırlaşanda bol taxıl və xırda heyvan ehtiyatı tutar,

bundan əlavə, Susdan axan Xoasp çayının suyundan da özü ilə götürərmiş (o, yalnız bu çayın suyundan içərmiş). Şah

haraya yürüş eləsə, Xoasp çayının qaynadılmış suyu ilə dolu gümüş qablar da qatır qoşulmuş dördtəkərli arabalarda

həmişə onun arxasınca aparılarmış.

189. Kuruş Babilə hərəkət edib Gind (sonrakı Diyala) çayına çatır. Bu çay mənbəyini Matyeena dağlarından alıb,

dardanlar torpağından axaraq başqa bir çaya-Dəcləyə (Tiqrə) tökülür.

Dəclə çayı isə Opida şəhərinin yanından keçib Qırmızı dənizə tökülür. Kuruş gəmi yolu olan bu Gind çayına

keçmək istəyəndə onun müqəddəs ağ atlarından biri harınlığı üzündən çaya atılır. At çayda batır və axıb gedir. Kuruş

çaya o qədər qəzəblənir ki, onu bu kəcliyinə görə arvadların belə dizlərini islatmadan keçə biləcəkləri xırda hissələrə

böldürür. Belə təhlükədən sonra Kuruş Babilə yürüşü hələlik təxirə salır. Şah qoşunu iki hissəyə bölərək hər iki sahil

boyu çaya doğru gedən ox kimi düz arx üçün cızıq çəkdirir. Sonra, əsgərləri cərgəyə düzüb arx qazmaq əmri verir.

İşçilərin çoxluğu sayəsində arxlar tez başa gəlir, amma, hər halda, bütün yay ayları buna sərf olunur.

190. Kuruş Gindi 360 kanala bölərək çayı beləcə ram edir. Yaz yenidən gələndə şah Babilə yürüş eləyir. Babillilər

şəhərdən çıxıb Kuruşu gözləyirlər. Şah şəhərə yaxınlaşanda babillilər döyüşə atılırlar. Lakin məğlubiyyətə uğrayıb

şəhərə sıxışdırılırlar. Babillilər əvvəlcədən bilirdilər ki, Kuruş indi farağat durmayacaq: axı bir-birinin ardınca neçə

xalqa hücum etdiyini görmüşdülər. Buna görə də bir çox illər üçün ehtiyat gördüklərindən mühasirəyə qəti əhəmiyyət

vermirlər. Bu vaxt Kuruşun özü çətin vəziyyətə düşür, çünki xeyli vaxt keçməsinə baxmayaraq mühasirədə heç bir

irəliləyiş görünmür.

191. Nəhayət, çətinlikdən çıxmaq üçün ona özgəsimi məsləhət verir, yoxsa necə hərəkət etmək lazım olduğunu

özümü başa düşür, nədənsə, belə bir iş görür: O, qoşunun bir hissəsini çayın şəhərə girən yerində, bir hissəsini də

şəhərdən çıxan yerində qoyur. Bundan sonra döyüşçülərə əmr edir ki, çayın keçilə biləcək qədər dayazlaşdığını görən

kimi məcra boyu şəhərə doğru hərəkət etsinlər. Sonra da özü qoşunun qeyri-nizami hissəsi ilə birlikdə geri çəkilir.

Kuruş yuxarıda xatırladılan gölə çatanda vaxtı ilə Babil hökmdarı çayla əlaqədar nə iş görmüşdüsə, o da təxminən buna

oxşar bir iş tutur. Fars şahı çayı kanal vasitəsi ilə əslində bataqlıqdan ibarət olan gölə döndərir. Beləliklə də köhnə

məcra dayazlaşıb keçilməli olur. Çayın suyu təxminən dizə qədər azalanda farslar köhnə məcra ilə Babilə girirlər. Əgər

babillilər Kuruşun niyyətini əvvəlcədən bilsəydilər, ya da onun hərəkətini vaxtında görsəydilər, onda, əlbəttə, farsların

nəinki şəhərə soxulmasına imkan verməzdilər, hətta düşməni tamam məhv edərdilər. Axı, onlar sadəcə olaraq, çaya

açılan bütün darvazaları bağlayar, hər iki sahil hasarının üstünə çıxıb farsları tələyə düşmüş adamlar kimi tutardılar.

Halbuki farslar Babilə qəflətən hücum etmişdilər. Babil isə elə böyük şəhərdir ki, oranın adamlarının danışığına görə,

mərkəzdə yaşayan şəhərlilər farsların kənarları tutmalarından xəbərsiz qalmışlarmış. Bu vaxt onlar (özlərinin dəhşətli

vəziyyətini əməlli-başlı bilənə qədər) bayram münasibəti ilə oynayıb şadlıq keçirirlərmiş. Babil o vaxt ilk dəfə belə

alınmışdır.

192. Babilin nə qədər böyük sərvəti olduğunu mən bir çox nümunələr əsasında göstərə bilərəm, lakin aşağıdakılarla

kifayətlənirəm. Şahənşaha tabe olan bütün ölkə adi vergidən başqa, şahı və onun ordusunu saxlamağa borclu idi.

Beləliklə, ilin on iki ayının dörd ayında Babil torpağı, qalan səkkiz ayda isə bütün Asiya şaha ərzaq tədarükü görür. Bu

ölkədə farsların satraplıq adlandırdıqları sərdarlıq, şübhəsiz, bütün canişinliklərdən daha gəlirli olmuşdur. Şahın bu

bölgəni idarə işinə təyin etdiyi Artabaz oğlu Tritəntəhm oradan hər gün bütün bir artaba gümüş toplamışdır (fars ölçüsü

olan artaba I Attika medimni və 3 Attika xeniki qədərdir). Tritəntəhmin özünün döyüş atlarından başqa 800 ayğırı,

16000 madyanı vardı (hər ayğır 20 madyanla cütləşirdi). O, həm də hind cinsindən o qədər it saxlayıb ki, düzənlikdə

yerləşmiş dörd böyük kənd bu itlərə yem gətirməli olmuşdular və buna görə də onlar başqa vergilərdən azad

edilmişdilər. Babil hökmdarı belə varlı olmuşdur.

193. Assuriya torpağına az yağış yağır, lakin elə bu azacıq yağış da dənli bitkilərin cücərməsi və böyüməsi üçün

onların kökünə bəs edir. Əkinlər həm də, çay suyu ilə suvarılır, dənli bitkilər göyərir və böyüyür. Lakin Misirdə olduğu

kimi, burada da çay qalxıb zəmiləri basmır, suvarma işi su götürən qurğular (mancanaqlar) sayəsində əllə görülür.

Bütün Babil torpağı da Misir kimi kanallarla qazıq-qazıq edilmişdir. Bu kanalların ən böyüyü gəmi hərəkəti üçün

əlverişlidir: bu kanal Fəratdan cənub-şərq istiqamətində sahilində Nin şəhəri yerləşən o biri çaya-Dəcləyə (Tiqrə)

tökülür. Dünyanın tanıdığım bütün ölkələrinə nisbətən bu torpaq, şübhəsiz, ən yaxşı Demetra nemətləri yetirir. Bunun

əksinə, orada meyvə ağacları-nə əncir, nə üzüm meynəsi, nə də zeytun bitmir. Demetra meyvəsinə gəldikdə, torpaq bu

meyvədən o qədər bol yetirir ki, burada məhsul, ümumən, iki yüz qat (yaxşı gələn illərdə), hətta, üç yüz qat olur. Buğda

və arpa saçaqları tam dörd barmaq eninə gəlib çatır. Darı və küncüt orada ağac hündürlüyündə olur. Bunu mən yaxşı

bilirəm, amma bu barədə danışmayacağam. Müxtəlif taxıl bitkilərinin məhsuldarlığı barədə söyləyəcəklərimin Babildə

olmayan adamlarda necə inamsızlıq doğuracağını bilirəm. Babillilər əlif yağını heç işlətmirlər, ancaq küncüt yağından

istifadə edirlər. Oranın bütün düzənliklərində bol məhsul verən xurma ağacları bitir. Xurma ağacı meyvəsindən çörək,

çaxır və bal hazırlayırlar. Babillilər xurma ağacını da eyni ilə əncir ağaclarının bəslənildiyi üsulla bəsləyirlər. Onlar

ellinlərin "erkək" adlandırdıqları xurma ağacı çiliyini bar verən ağaca calayırlar ki, onun yetişməsinə və vaxtından

əvvəl tökülməməsinə kömək etsin. Axı, qış əncirlərindəki kimi tumtörədənlər "erkək" xurma toxumunun üstündə olur.

194. İndi mən (Babil şəhərinin özündən başqa) bu ölkədə olan ən heyrətamiz şeylərdən söhbət açacağam. Çayla

aşağıya, Babilə üzüb gələn yük gəmiləri girdə olub tamam göndən qayrılır. Assuriyadan yuxarıda yerləşən Ərməndə

babillilər gəminin gövdəsi üçün söyüd çubuqları kəsirlər. Gəminin (girdə) dibinə ona oxşar şəkildə girdə gön çəkdikləri

kimi, gəmi (gövdəsinin) bayırına da tarım gön çəkirlər. Onlar gəminin nə göyərtə hissəsini genişləndirirlər, nə də

burnunu iti edirlər, bəlkə qalxan sayağı dəyirmi gəmi qayırırlar. Sonra (yükü bürümək üçün) gəmini küləşlə doldururlar

və yükləyib suyun axarı ilə aşağılara üzüb getmək üçün onu çaya salırlar. Çay vasitəsi ilə aşağıya, əsasən, gil qablarda




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə