BOYUNDURUQ
69
– Sən məni pis tanıyırsan. Daha doğrusu, necə də yiş-
di yim dən xəbərin yoxdur. Var-dövlət insanların simasını
dəyişdirir.
– Bu ki lap gülməlidir! – onun səsi yad adamın səsi
ki mi gəlirdi, – dedim axı, bir qəpik pulunda belə gözüm
yox dur. Bundan başqa, məncə, çətin ki bu müqavilədə
bir cə vergülün belə yerini dəyişə biləsən.
Lorans, həqiqətən də, əldən düşmüşdü və bunun da
ye tərli səbəbi var idi: yeddi il idi o, məni saxlayırdı; sən
de mə, özü də bilmədən höcət bir adam bəsləyirmiş. Bircə
bu qalmışdı…
– Bəsdir də, əzizim, qulaq as! Sabah banka ge də cə-
yəm, özün də görəcəksən ki, bütün bunlar zarafatdır. İnan
mə nə, necə istəyirəmsə, onlar elə də edəcəklər.
– Əgər onların fikrini dəyişə bilsən, sənə «əhsən»
deyə rəm.
Bilirdim ki, pullarımı Loransın hesabına keçirmək üçün
on ları yola gətirmək elə də çətin məsələ deyil; sadədən
də sadə işdir, həm də çox təbiidir. Sadəcə, Koriolanın
növ bə ti qonorarları üçün qol çəkməyi ondan xahiş edib,
bu nun nəyə gərək olduğunu izah edəcəkdim. Ya da yox,
izah etməyəcəyəm. Məndə isə mahnımın nəşri üçün ala-
ca ğım qonorarlar qalacaqdı, bankda onlarla bağlı heç sə si-
mi də çıxarmadım; üstəgəl Koriolanın Qəpik-qu ruş suzdan
qo para bildiyi min frank… Elə də pis deyil…
– Nə? Mərc gəlmək istəyirsən? – soruşdum, – yəqin
ki, hər zaman olduğu kimi, sabah da mənim xeyir-duamı
al ma dan öz qəbzlərini imzalaya biləcəksən.
Araya çökən kiçik sükutdan sonra Lorans otaqdan çıx-
dı və bu sözləri düz sifətimə çırpdı:
– Amma sən mənim imzam olmadan heç cür keçinə
bi lməyəcəksən.
İki dəqiqə ərzində o, üz-gözünü boyamış, əynini dəyi-
şərək qara geyinmişdi; qəzəblənmiş haqq-ədalət hey kə-
li nə bənzəyirdi, bu isə ona çox yaraşırdı; həm də mə ni
onun əbədi giley-güzarları haqqında tamamilə yeni for-
ma da fikirləşməyə vadar edirdi.
Ona tərəf bir addım atdım; heyrətə gəlmişdim, belə
bir şey heç ağlımın ucundan belə keçmirdi.
– Tələsirəm, – o köksünü ötürdü, – yol ver, keçim!
Gör mür sən ki gecikirəm?
FRANSUAZA SAQAN
70
Hər ayın birinci cümə axşamı Lorans öz məktəb yol-
daş la rı ilə bric oynayırdı; onun uda və ya uduza bildiyi ən
bö yük məbləğ yüz frank olardı; ona görə də bu cür də li cə-
si nə tələsməsi məni əməlli-başlı heyrətləndirdi.
– Yaxşı, nə deyirəm ki, get, get! Amma ümumi he sa-
bı mı zı qumara qoyma ha!
O artıq qapını açmışdı, liftin gəlməyini gözləmədən
xır da addımlarla pilləkənləri enirdi. Mən məhəccərə dir-
sək lən dim. Yalnız aşağıdakı meydançaya çatanda Lorans
pa rıl tı lı bir baxışla yuxarı baxıb qışqırdı – səsindən açıq-
aydın yüngülləşdiyi hiss olunurdu:
– Yaxşı, sən bu bankirləri necə yoldan çıxaracaqsan?
Rişxənd dolu sual idi. O, özünü qürurlu göstərməyə
ça lı şırdı, amma mən bilirdim ki, Lorans bu gün onda nifrət
oya dan pullardan heç vaxt imtina etməyəcək. O, pul cin-
gil ti sinə uzun müddət nifrət edə bilməzdi.
– Necə yola gətirəcəyəm? – sürahidən əyilərək ar xa-
sın ca qışqırdım, – əzizim, bütün bu dollarları sənin adı na
qo ya cağam, hamısını sənə verəcəyəm, yalnız sə nə. Qəbz-
lər də də mənim imzama ehtiyac olmayacaq! Aradabir,
əgər istəyərsənsə, mənə qəbz yazarsan.
Sözümü deyər-deməz etiraz və rədd cavabı eşit mə-
mək üçün mənzilə qaçıb, arxamca qapını çırpdım. Ancaq
onun çığırtısını eşitməyə imkan tapdım və bu, daha çox,
hey rət ifadə edirdi, nəinki etiraz…
6
Sentyabrın sonları… Gözəl və yumşaq Paris axşam la-
rın dan biri idi. Səma hələ də mavi rəngdəydi, gah qalın,
gah dəniz dalğası kimi parlaq, gah da şər qarışandakı ki-
mi, gecə rəngli…
Amma üfüqdən-üfüqə doğru uzanan bu gözəllik bə zi
yerlərdə artıq bozarmağa başlamışdı; elə bil, kətan par ça-
sının kənarları cırılmış, yüngülcə ləkələnmiş, qançır edil-
miş di; sanki, şəhər alovlarının tez üşüyən bozumtul şit
işar tı sı nı özünə çəkmiş çəhrayı bulud qatarı ona to
xun-
muş du; bu buludlar, sanki, qış səmasını bəzəyirdi; tezliklə
o səma da buludlar arxasında gözdən itəcəkdi.
BOYUNDURUQ
71
Bu axşam, nədənsə, soyuq hiss olunur, gəlməkdə
olan qış duyulurdu; haradasa yaxınlarda bağban, ya da
kü çə sü
pür gəçisi qurumuş, xəzəl olmuş yarpaqlardan
ocaq qa lamışdı; ağızbüzüşdürücü gözəl tüstü qoxusunun
içə ri sin də nə isə cəlbedici və uşaqcasına bir şey var idi;
o, kənd lə bağlı xatirələri oyadırdı, xüsusilə də əgər bütün
uşaq lı ğın şə hər də keçibsə… acı xatirələr...
Koriolanla söhbətim məni poetik nota kökləmişdi –
Lo rans evdən çıxan kimi bu söhbət üçün sevimli kafemizə
yol lan mışdım. Ona bankla olan müqavilənin surətini gös-
tər dim, o dəqiqə də məhəbbət dolu mərhəmətli ba xış la-
rı nı hiss etdim; mən xəcalət çəkirdim, o isə məni həmişə
mə həb bətlə əhatə edirdi.
– Yox, doğrudan da, eşit bir, – dedim, – əgər bankdan
pul larımı götürmək istəyirəmsə, Lorans imza atmaqdan
bo yun qaçıra bilməz ki… Bu, sadəcə, ağlasığmaz olardı!
– Belə hesab edirsən?
– Axı o özü deyir ki, pulları istəmir.
– Hə, istəmir! Xüsusilə də onların səndə olmasını is-
tə mir! Hələ bunu başa düşməmisən? Lorans üçün sənin
pul la rı nın olması o deməkdir ki, istənilən vaxt sarışın bir
gö zəl çə ilə təy yarəyə minib «ça-ça-ça» oynamaq üçün is-
tə di yin yerə uça bilərsən; təbii ki, Lorans olmadan. O, bu
pul la ra nifrət edir, amma indi… onları sənin əlindən ala bi-
lə cə yi bir zamanda... – o, başını yellədi.
Mən isə səfeh kimi inadımdan əl çəkmirdim:
– Sən nə danışırsan?.. O, mənə qadağa qoya bilməz...
– O, sənə bir qutu siqaret almaqdan da imtina edə bi-
lər… əlbəttə, əgər kefi istəsə! – Koriolan kəskin səslə dedi,
– başa düş... Çox güman ki, sənə bu pullardan bir santim
be lə verməyəcəklər... Əcəb yaxşı aldadıblar... Ay səni,
may maq!
Mən dayanmadan bunun mümkün olmadığını söy-
lə yə-söyləyə dodaqaltı mızıldanırdım... Eyni zamanda
da qa yı na ta mın özündənrazı görkəmi, Loransın onu vur-
maq is tə diyimi düşünərək etdiyi jest gözümün önün dən
get mir di... Qorxmuşdu, deməli, qorxmaq üçün sə bə bi
var dı... İndi artıq özüm də bunu başa düşməyə baş la mış-
dım... Am ma… hər halda… yenə də ağlasığmaz idi...
– Səncə, onun buna cəsarəti çatar?
Dostları ilə paylaş: |