Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   119   120   121   122   123   124   125   126   127

268 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
VALEH ƏLİXANOV  
Naxçıvan  Dövlət  Universiteti 
UOT: 378 
İDMAN VƏ ƏXLAQ 
Açar Sözlər: idman, əxlaq, əxlaq inkişafı, uşaqların əxlaqı, əxlaqi təhsil. 
Key words: sports, morality, moral development, morals of children, moral  
Ключевые слова: спортивный, мораль, нравственное развитие, нравственности детей
нравственное воспитание. 
İdman  və  əxlaq  bir-birində  ayrı  anlayışlar  kimi  qəbul  edilsə  də,  hər  iki  sahəni  birləşdirən 
ortaq  bir  nöqtə  insan  və  insanlararası  əlaqələri  təşkil  edən  qaydalar  sistemi  mövcuddur.  Hər  iki 
anlayış  insanlararası  əlaqələrin,  qarşılıqlı  təsiri  nəticəsində  ortaya  çıxmışdır.  Əxlaq  insanın  əxlaqi 
ictimai  dəyərini  əks  etdirir  və  uşaqlıq  illərindən  etibarən  formalaşmağa  başlayır.  Ümumiyyətlə 
uşaqların əxlaqi inkişafına həmyaşıtlarının böyük təsiri vardır.  
İdmançı  həm  də  əxlaqlı  olmalıdır.  Böyük  öndər  M.K.Atatürk  “Mən  ağıllı  və  çevik,  eyni 
zamanda,  əxlaqlı  idmançıya  üstünlük  verirəm”  cümləsi  söylədiklərimizi  tam  ifadə  edir.  Çünki, 
insanın  seçdiyi  və  yiyələndiyi  idman  təhsil  vasitəsilə  bədəndə  sağlam,  azad  ruh  da  tərbiyə  edir. 
Səhhətinə  laqeyd  olan  insan  əxlaqdan,  ədəb  tərbiyəsindən  uzaqlaşar.  əxlaq  və  idmanın  vəhdəti 
nəticə  etibarı  ilə  qüvvətli  bir  bir  şəxsiyyətin  meydana  gəlməsinə  səbəb  olar.  İdman  öz  quruluşu 
etibarı ilə sağlamlığa, birlik və bərabərliyə, qardaşlığa,  yoldaşlığa və dostluğa söykənən bir insan 
birliyidir.İdman  və  əxlaqın  hər  ikisi  qaydalar  sistemi  kimi  qəbul  oluna  bilər.  İdman  qaydaları 
olmadan yarışlarda idmançıların etdikləri hərəkətləri qiymətləndirmək olmaz. Nizam-intizamsız hər 
bir  idman  yarışı  olmadığı  kimi,  qaydaya  uyğun  gəlmə  hərəkəti  idman  qaydalarından  ayrılıqda  da 
əxlaq  mümkün  deyildir.  İdmançının  əxlaqlı  davranışları  sayəsində  idmançı  adını  yüksək  tutmaq 
mümkündür. 
Cəmiyyətin əxlaq dəyərini meydana gətirən qaydalar o cəmiyyətdə yaşayan insanların dəyər 
verdikləri  kəslərin  davranışları  ilə  ölçülür.  İdman  tarixində  insanlara  nümunə  olmuş  şəxslərin 
həyatlarında  idman  tədbirlərinin  böyük  əhəmiyyəti  olduğunu  görürük.  Tarixin  ilk  dövrlərindən 
başlayaraq  varlığını yalnız fiziki və əqli gücdən qüvvətli ola bilən insan qoruya bilərdi. Qaydaları 
o,  qoyar,  nizam-intizamı  o  təyin  edərdi.  Bu  da  şübhəsiz  idman  tədbirlərinin  təmin  etdiyi  güc  və 
hərəkət  ilə  olurdu.Yaxşı  at  çapa  bilən,  səlis  ox  atıb,  qüvvətli  qolu  ilə  qılınc  çalan,  əyləncə  və 
mərasimlərdə öz bacarıqlarını göstərənlər o cəmiyyətin eyni zamanda xarakterini də ifadə edirdilər. 
Orta  əsrlərdə  cəngavərlərin  yetişdirilməsində  yeddi  cəngavər  bacarığının  altısını  idman 
tədbirləri,  yeddincisi  isə  ədəb-ərkan  qaydaları  təşkil  edirdi.  Bu  isə  idmanın  cəmiyyətin  həyatında 
özünə hörmət qazanmasında və cəmiyyət qaydalarının nizamlanmasında öz təsirini göstərirdi. 
Orta  əsrlər  dövründə  cəngavərliyə  yönəldilən  uşaqlar  idmanla  3-6  yaşları  arasında  məşğul 
olmağa başlayırdılar.  Bu  yaş dövründə belə hesab edilirdi ki,  uşaq səhf ilə doğrunu ayırd  etməyə 
cəhd göstərir, əxlaqi tərbiyəsi də eyni vaxtda inkişaf edir. 
Əxlaqi  inkişaf  haqqında  ədəbiyyat,  uşağın  idman  fəaliyyətinə  başlama  və  davam  etdirmə 
yaşının da əxlaq inkişafının ən əhəmiyyətli mərhələlərindən olduğunu göstərir. Bu dövrlər ərzində 
təşəbbüsü  əllərində  saxlaya  bilənlər,  uşağın  əxlaqi  cəhətdən  təkmilləşməsində  bir  söz  sahibi 
olacaqlar.  İdmana  başlamağın  əhəmiyyətli  dövrləri  hesab  olunan  4-8  yaş  həyatı  özünəməxsus 
qaydada qəbul etmə dövrü (Egosantizm) sayıldığına görə şəxsiyyətin formalaşması da bu dövrdən 
başlanması da məlum olur. 
Əxlaq  insan  davranışları  və  bu  davranışlar  nəticəsində  ortaya  çıxan  əlaqələr  üzərində 
dayanır.Burada  əsas  məqsəd  müəyyən  qaydalar  çərçivəsində  insanların  cəmiyyət  tərəfindən 
bəyənilən  davranışlarını  meydana  gətirmələrini  təmin  etməkdir.İdmana  da  ictimai  normalar, 
qaydalar və yollar sistemi olaraq baxmaq lazımdır. 


269 
 
İdmanla  məşğul  olmaq  istənildikdə  hərəkətlər  nizamlanmış  və  qaydalı  şəkildə  olması  vacib 
məsələ  kimi  qarşıya  çıxır.İdman  hərəkətləri  birbaşa  əxlaqla  əlaqədardır.Çünki,  idmanda,  xüsusilə 
komanda oyunlarında insanlar bir-biri ilə münasibətdə olur, əlaqə saxlayırlar.İdman kimi əxlaq da 
ən  yaxşı  həyat  tərzini  möhkəmləndirməyə  çalışır.  Əxlaq  insanda  reallaşması  arzu  olunan    yüksək 
əqli xüsusiyyət və qabiliyyətlərin ümumi ifadəsidir.  
Əxlaq  cismani  və  əqli  bərabərliyin  marağındadır.  İdmanın  bu  məqsədi  insanları  həm 
cismani, həm də əqli tarazlı bir şəxsiyyətin meydana cəlməsini təmin etməkdir.  Xüsusi ilə komanda 
yarışlarındakı    oyun  qaydaları,  eynilə  əxlaq  qaydalarında  olduğu  kimi  müsabiqə  əsasında 
oyunçuların  hərəkətlərini  və  bir-birilə  olan    əlaqələrini  təşkil  etmək  məqsədi  ilə  yaradılmışdır. 
Əxlaqi  prinsipləprə  uyğun  davranışlar  isə  qiymətləndirilə  bilər.    Bu  qaydalara  əsasən  davranan 
idmançıların mükafatlandırıldığı hallarda onlara bənzəməyə çalışan bir çox idmançı olacaqdır. Belə 
idmançıların  adlarını  küçələrə,  idman  təşkilatlarına  verilməsi  idmana  yeni  başlayanlara  nümunə 
olacaqdır.  İdmanla məşğul olan insan yalnız öz hissələrini idarə edə bilir və  eyni zamanda, digər 
şəxslərin azadlıqlarına hörmət edən və qaydalara riayət edən şəxsə çevrilir. 
 
Oyun  uşağın  fiziki,  əqli  və  sosial  inkişafı  üçün    son  dərəcə  əhəmiyyətli  bir  fəaliyyətdir. 
İdman  elmləri  mövzusunda  yazan  bəzi  tanınmış  pedaqoqlar  bir  insanın  fiziki  və  fərdi  
xüsusiyyətlərini  təyin  edən  ən  əhəmiyyətli  amilin  «məqsəd»  olduğunu  qəbul  edirlər.  Onlar 
göstərirlər  ki,  əsl  iş  rəqabət  və  sistemli  şəkildə  aparılan  bir  yarış  mühitində  bu  qabiliyyəti  ortaya 
çıxarmaq, inkişaf etdirmək insanı cəmiyyətə fayda verə biləcək şəxs halına gətirmək iqtidarındadır. 
«İstedad» insanın dünyaya gəldiyi andan etibarən onun müvəffəqiyyət qazanması üçün lazım olan 
psixoloji,  morfoloji,  fizioloji  və  antrometrik  bir  keyfiyyət  şəklində  təsvir  edilir.  Hər  insan 
doğulduğu  andan  etibarən  məqsədli  olması  sayəsində  müəyyən  bir  qabiliyyətə  malikdir.    Bu 
qabiliyyətin ortaya çıxarılması vəzifəsi əvvəlsə ailəyə, daha sonra müəllimlərə həvalə edilir. 
 
Uşağın  hansı  sahədə  qabiliyyəti  olduğunu  ortaya  çıxarılması  nə  qədər  erkən  olarsa, 
qabiliyyətin inkişaf etdirilməsi o qədər də tez olar.  Fərdlər arasındakı əxlaqi inkişaf səviyyəsi  fərdi 
təhsil yolu ilə  təşkil edilə bilər. Cəmiyyət daxilində etibarlı əxlaqi qayda və davranışlar baxımından 
təhsil almaları  fərdlərin daha üstün səviyyəli əxlaqi dəyərlərə malik ola bilmələrini təmin edəcək.  
Fərdin içində yetişdirdiyi və yaşadığı cəmiyyətin  ədalət anlayışı ilə əxlaq inkişafı  arasında əlaqə 
var.  Ədalətli  bir  mühitdə  yetişən  fərd  öz  dəyərlər  sistemini  tənqid  edərək  yenidən  qiymətləndirə 
bilər. İdmançılar və ölkələr arasındakı rəqabətin miqyasının hər keçən gün bir az daha artdığı indiki 
vaxtda  qabiliyyətlərinin  mümkün  qədər  tez  və  düzgün  olaraq  tanınması  idmanda  müvəffəqiyyət  
üçün həyati əhəmiyyət kəsb edir.  
İdman  insanın  fiziki,  əqli  və  ictimai  baxımdan  inkişaf  etdirən,  başqa  sözlə  desək,  insanın 
xarakterini yetişdirən, şəxsiyyəti yetkinləşdirən  və eyni zamanda, onun  atmosferi içərisində zövqlü 
yaşaya bilmək üçün qəbul edilmiş  hüquq qaydalarına və həm yazılmış və həm də yazılmamış əxlaq 
qaydalarına  riayət  edilməsi  lazımdır.  Bu  qaydalarına  pozulması  qarşısında  cəza  ala  bilərik,  ya  da  
cəmiyyətdən qovula bilərik. Bir idman oyununda özünə yer almaq istəyən adam da oyun qaydaları 
ilə uyğunlaşmalıdır. Bu qaydaları  oyun müddəti, oyun sahəsi, oyunçu sayı kimi artıq qanuni şəkildə 
qəbul edilmiş qaydalar və vəsaitin istifadəsindən etina etməmək, yoldaşına xor baxmamaq, kimsəni 
oyundan  məhrum    etməmək,  kimi  yazılmamış,  amma  hər  idmançının  uyğunlaşmalı  olduğu 
qaydalardır.  Qaydaları  olmayan bir oyun və ya idman yarışı mümkün deyil. 
Ən  sadəsindən başlamış ən mürəkkəbinə qədər hər oyunun özünə  görə qaydaları var. Oyun  
qaydaları    hərəkət  nümunələri  insanlararası  əlaqələrin  nəticəsidir  və  insan  hərəkətini  nizamlayır, 
yönləndirir.  
Yarışlar  əsnasında  idmançıların  necə  davranmaları  fərqli  şəkillərdə  ifadə  edilə  bilər. 
Qaydalar  oyunçuların  istəyindən  və  tələbatından    doğur.  Oyun  qaydaları  ilə  oyunla  qələbə 
qazanmaq  bərabərliyi  təmin  edilmiş  olur.  Bu  məktəbdəki  idmaq  müsabiqələri  üçün  də  etibarlıdır. 
Oyunçularda ədalətli davranma xüsusiyyətini yüksəldir.  
Məktəbdaxili  yarışlarda  hər  şagird  öz  düşüncəsinə  görə  fərqli  məqsədlər  üçün  oynayır. 
Məsələn, müsabiqə şəklindəki imtahanda bəzi şagirdlər yaxşı qiymət almağa,daim qol vurmağa can 
atırlar. Bəziləri isə məktəbdə qazanacaqları müsbət nəticələri düşünürlər. Digər fənlərdən dərs deyən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə