Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə30/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   26   27   28   29   30   31   32   33   ...   119

edir  ki,  onda  təbii  mühitin  aj^nlıqda  deyil,  öz  aralarında  sıx  qarşılıqlı 
əlaqədə  olan  elementlərdən  regional ehtiyatlar  və  şəraitin  uzlaşmasından 
bir-birini qarşılıqlı əvəz etməsindən ibarət olsun [119]. Bir də komplekslik, 
təsərrüfatın çoxunun, xüsusilə yeni tikilən obyektlərin, yaxud da fəaliyyət 
göstərən müəssisələrin genişləndirilməsi ilə əlaqədar təbii yanmsistemlərin 
müxtəlif  elementlərin  reaksiyalarının  yaratdığı  problemlərin  həllindən 
ibarətdir. 
Hər bir təsərrüfat fəaliyyəti özünəməxsus ətraf mühitə kompleks təsir 
göstərir. Məsələn, istilik-elektrik stansiyaları ətraf mühitə özünün təsirini 
müxtəlif tərzdə göstərir. Belə ki, atmosferə zərərli maddələrin atılması və 
su  toplayıcı  qurğulardan  su  buxan  torpaqları  şoranlaşmaya  aparır,  torpaq 
şlaklar vasitəsilə çirklənir. Su soyudan anbarların yaradılması ərazidə qrunt 
sulannm səviyyəsinin qalxmasına, yaxud da enməsinə gətirir. Bu da kənd 
təsərrüfatı torpaqlanmn sıradan çıxmasına və s. şərait yaradır. 
Məlumdur ki, təbiətdən istifadə proseslərinin özü təbiətin mühafizəsi 
və səmərəli istifadə edilməsi, təkrar istehsalı, resursların mənimsənilməsi, 
ən  müxtəlif  cür  tədbirlərin  yerinə  yetirilməsi  ilə  təsərrüfatın  müxtəlif 
sahələrinin maraqlarının qarşılıqlı bağlılığı və s. kompleks xarakter daşıyır 
[176].  Ölkənin  təsərrüfat  sahələrində  təbii  resurslardan  nə  qədər  çox 
istifadə  olunarsa,  istifadənin  komplekslilik  səviyyəsi  yüksək  olur. 
Təbiətdən  istifadənin  komplekslilik  prinsipi  su  və  torpaq  resurslarının 
istifadə  edilməsi  və  mühafizəsi  timsalında  daha  aydın  təzahür  edir.  Su 
resurslanndan kompleks istifadə aşağıdakı aspektlərə ayrılır [170]; 

 
tətbiqi  sahəsinin  və  təcrübi  cəhətdən  yararlı  xassələrinin  həcminə 
görə; 

 
axınların  yenidən  paylanması,  su  kütləsində  termal  dəyişkənlik, 
kimyəvi təsir və s. nəticəsində təbii mühitin digər elementləri üçün təbii 
tsikllərin  mümkün  korlanmalannm,  meşələrin  qıniması,  bərk  süxurların 
yerdəyişməsi, torpaq eroziyası və s. kimi əks təsirin he 
92 


saba alınmasına görə; 

 
təbii  proseslərlə  birləşməsinin  dərəcə  və  tətbiq  növlərinin  qarşılıqlı 
əlaqəsinə görə-texnoloji proseslərdə çoxpilləli istifadəyə kənd təsərrüfatı su 
dövriyyəsini sənaye və məişət su dövriyyəsinə qoşmaq

 
texniki  məsələlərin  birliyinə  görə  sudan  istifadənin  təkmilləş- 
dirilməsinə istiqamətləndirilməsi. 
Dialektik  yanaşma  təbiətdən  istifadə  proseslərinin  və  təbii  mühitin 
mühafizəsində,  regionların  inkişafının  digər  aspektləri  ilə  qarşılıqlı 
asılılıqda,  ən  sıx  qarşılıqlı  əlaqədə  təzahür  edir.  Ətraf  mühitin 
problemlərinin həllində kompleks yanaşmanın reallaşması hökmən sistem 
təhlil metodunun tətbiqini nəzərdə tutur. 
Sosial-ekoloji-coğrafi  yanaşma  regionların  ekoloji  təhlilinin  və 
dialektik planlaşdırılmasmın mühüm məsələlərini irəlicədən müəyyən edir. 
Həmçinin  bu  ərazidə  məhsuldar  qüvvələrin  inkişafı  və  yerləşdirilməsi, 
yaşayış  məntəqələrinin  sosial-iqtisadi  inkişaf  planlan  ilə  regional  enerji 
sisteminin tarazlığının saxlanması probleminin əlaqəsini tamamlayır [161]. 
Ekoloji 
planlaşdırmanın 
xüsusiyyətləri 
onun 
obyektinin 
özünəməxsusluğu  ilə  təbii  mühitdə  baş  verən  proseslərlə  onların  kifayət 
qədər öyrənilməsi ilə, həmçinin antropogen təsirlərin həqiqi nəticələri ilə 
bağlıdır,  o  cümlədən,  landşaft  tiplərinə  müvafiq,  çox  ağır  gərginlikli 
ərazilərin göstəriciləri tam işlənməmişdir. 
Buna görə də ekoloji planlaşdınimanın səmərəliliyinin ən mühüm şərti 
təsəiTÜfatın  və  ətraf  mühitin  qarşılıqlı  təsirinin  nəticələrinin 
qiymətləndirilməsi  zamanı  ərazinin  təbii  zonallıq  və  azonallıq 
xüsusiyyətlərinin dəqiqliklə hesaba alınmasından ibarətdir. Zonal və azonal 
amillərin məcmu30i mühüm dərəcədə təsərrüfat fəaliyyətinin nəticələrinin 
səviyyəsini və xarakterini, həmçinin, onların ləğv edilməsi üzrə tədbirləri 
müəyyən  edir.  Təbii  xüsusiyyətlərin  kompleks  hesaba  alınması,  təbiətin 
mühafizə tədbirlərinə vəsaitlə 
93 


rin səmərəli bölgüsünə daha çox imkanlar verir [163]. 
Fikrimizcə  tədqiq  edilən  regionun  geosisteminin  təbii  potensialının 
hərtərəfli qiymətləndirilməsi lazımdır. Təbii proseslərin qarşılıqlı təsirinin 
nəticələrini təmsil edən və onların insanların istifadəsindən asılı olmayaraq 
obyektiv  surətdə  mövcud  olan  geosistemin  potensialları  aşağıdakı  əsas 
qruplara ayrılır: 

 
yığılmış  (akkumulyasiya)  və  dəyişilmiş  maddələr  potensialı- 
regionların  təbii  sisteminin  və  təbii  maddələri  texniki  cəhətdən  yararlı 
vəziyyətə  çevirmək  iqtidarında  olması,  məsələn,  minerallar,  enerji 
daşıyıcıları, tikinti materiallan

 
su potensialı - bitkiləri rütubətlə təchiz etməkdən və hidroloji qapalı 
səth  suları  və  yeraltı  suları  yaratmaqdan  ötrü  təbii  sistemin  yağıntıları 
transformasiya etmək iqtidarında olması; 

 
məhsuldarlıq  potensialı  -  təbii  sistemin  fotosintez  yolu  ilə  üzvi 
maddələrin  mənşəyini  təyin  etmək  və  bu  prosesi  daima  təzələmək 
iqtidarında olması; 

 
dağılma,  pozulma  və  öz-özünü  təmizləmə  potensialı-təbii  sistemin 
ərazidə təbii və yad maddələri, yəni tullantı qazları, çirkab suları, toz, zibil 
tullantıları  və  s.  məlum  həddə  ayırmaq  və  assimilyasiya  etmək,  onların 
əraziyə və istehsal sahələrinə zərərli təsirini ləğv etməklə, bir müddətdən 
sonra onları yenidən təbii dövrana cəlb etmək iqtidarında olması; 

 
rekreasiya potensialı: təbii sistemin insanlara müəyyən yararlı, yeni 
fiziki, psixoloji, estetik və s. təsir göstərmək iqtidannda olması. Düzdür, bu 
potensial  bir  qayda  olaraq  ərazi  üzrə  qeyri-bərabər  paylanıb  və  birinci 
növbədə təbii vəziyyətdən, müxtəlif biokütlədən və relyefdən asılıdır. 
Bundan  başqa,  digər  təbii  potensiallardan  bioiqlim,  meşə,  kənd 
təsərrüfatı torpaqları və s. çox böyük əhəmiyyətə malikdir. 
Yuxarıda  qeyd  edilən  təbii  potensialların  müəyyən  əhəmiyyətini 
mühüm dərəcədə zonal şəraitləri müəyyənləşdirir. Məsələn, 
94 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə