Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə38/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   34   35   36   37   38   39   40   41   ...   119

lıqlı  əlaqəli  modellərin  hazırlanmasıdır.  Həmçinin  ərazi-istehsal 
komplekslərinin  strukturlarının  modeli  üçün  ekoloji  dialektik  yanaşma 
tərzini tələb edir. 
Regionların sosial-iqtisadi inkişafının lazımi mərhələsi əsaslandırılmış 
inteqral  iqtisadi-ekoloji  rayonlaşdırma  şəbəkəsinin  hazırlanmasından 
ibarətdir. Rayonların sərhədlərinin aşkar edilməsi, müəyyən təbii şəraitdə 
hər hansı bir istehsalın ixtisaslaşması ilə keçən iqtisadi-ekoloji proseslərin 
intensivliyi və oxşar xarakterli prinsiplərin əsasında yerinə yetirilə bilər. 
2.4.
 
İqtisadi-ekoloji rayonlaşdırmanın inteqral 
iqtisadi-coğrafi əsasları 
Azərbaycanın  ərazisi  daxilində  iqtisadi-ekoloji  inteqral  rayonlar 
aynimış və onlann ölkənin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının 
tələblərinə uyğun dayanıqlı istifadə istiqamətləri müəyyən edilmişdir. 
İqtisadi-ekoloji  rayonların  iqtisadi-coğrafi  əsaslarını  Azərbaycanın 
görkəmli  coğrafiyaşünas  alimlərinin,  B.Budaqovun  [25,  26,  27], 
Ə.Hacızadənin  [111,112],  Ş.GöyçayImm  [35,  36],  T.Həsənovun  [112], 
N.Babaxanovun [25], A.Qurbanzadənin [49,50], N.Nə- biyevin [83,84] və 
s.  nəzəri  ideyaları,.həmçinin  bir  sıra  digər  alimlərin  elmi-tədqiqat 
materialları  “Azərbaycan  Respublikasının  ekoloji  atlası”  [16], 
“Azərbaycan Respublikasının atlası” [17] və s. mənbələrdən istifadə təşkil 
edir.. 
Müəyyən edilmişdir ki, hər bir iqtisadi-ekoloji rayonların formalaşması 
və  inkişafı  çoxsaylı  amillərin  və  şərtlərin  təsiri  altında  gedir.  Ayrı-ayrı 
ərazilərdə  bu  amillərin  iqtisadi-ekoloji  rayonların  formalaşmasına  və 
inkişafına təsiri, təbii olaraq eyni deyildir. Belə iqtisadi-ekoloji rayonların 
birinin  formalaşmasında  mineral-xammal  resursları  və  onlardan  istifadə, 
digərində  kənd  təsərrüfatı  xammalı,  üçüncüsündə  isə  əlverişli 
nəqliyyat-coğrafi  mövqeyi  və  s.  əsas  rol  oynayır.  Aydındır  ki,  bu 
müxtəliflik  öz  əksini  ilk  növbədə  iqtisadi-ekoloji  rayonların  istehsal 
quruluşunda tapır. Buna görə də 
119 


ölkə  üzrə  ayrılmış  iqtisadi-ekoloji  rayonların  müasir  vəziyyəti  haqqında 
daha düzgün təsəvvür  yaratmaq üçün tədqiqata uyğun onların hər birinin 
ayrılıqda iqtisadi-coğrafi vəziyyətinin səvİ3^əsi verilir. 
1.  Bah  iqtisadi-ekoloji  rayonu-istər  sənaye  potensialına  və  istehsal 
quruluşuna,  istərsə  də  ekoloji  vəziyyətinə  görə,  respublikanın  digər 
iqtisadi-ekoloji rayonlarından kəskin surətdə fərqlənir. 
Bu iqtisadi-ekoloji rayonun tərkibinə Bakı şəhəri və Abşeron inzibati 
rayonunun  əraziləri  daxildir.  Sahəsi  2,2  min  km^  olub,  Abşeron 
yanmadasınm  əsas  hissəsini,  Abşeron  və  Bakı  arxipelaqlarını  və 
Qobustanın bir hissəsini tutaraq Xəzər sahili boyunca, Cənub- Şərqi Şirvan 
düzünədək  uzanır.  Relyefi  qərb  hissədə  tirə  və  təpəliklərdir. 
Çökəkliklərdən,  sahillərdə  düzənliklərdən  ibarətdir.  Dənizkənarı  hissələr 
okean  səviyyəsindən  27  metrə  qədər  alçaqdadır.  İqtisadi-ekoloji  rayonun 
ərazisində zəngin neft, qaz, mibctəlif tikinti materialları yataqlarından və 
mineral  su  mənbələrindən  qədim  zamanlardan  bəri  geniş  istifadə  edilir. 
Rayonun iqlimi subtropikdir, orta illik temperaturu 14,4° C,  yağıntısı isə 
247 mm-dir. Ərazi üçün güclü Xəzri və Gilavar küləkləri, çoxlu şor göllər
palçıq  vulkanları,  dənizkənarı  qumlu  çimərliklər,  boz-qonur,  şoran,  şora- 
kətvari  torpaqlar,  efemerlər,  şoran  otları,  yovşan  və  s.  bitən  quru  çöl  və 
yanmsəhra  landşaftı  xarakterikdir.  Antropogen  fəaliyyət  nəticəsində 
rayonun təbii landşaftı güclü dəyişikliklərə məruz qalmışdır. 
Bakı iqtisadi-ekoloji rayonu ölkədə istehsal olunan sənaye məhsulunun 
yarıdan  çoxunu,  əsas  istehsal  fondlarının  55  faizini,  sənaye-istehsal 
heyətinin  isə  65  faizini  təşkil  edir.  Respublikada  neft  hasilatının  90 
faizindən  çoxu,  qaz  hasilatının  94  faizə  qədəri,  maşınqayırma  və  metal 
emalı məhsulunun əsas hissəsi, neft və neft- kimya sənaye məhsulunun 15 
faizi, meşə və ağac emalı sənaye məhsulunun 70 faizi, tikinti materialları 
sənaye məhsulunun 55 faizi, yüngül sənaye məhsulunun 40 faizi, yeyinti 
sənaye  məhsulunun  30  faizdən  çoxu  Bakı  iqtisadi-ekoloji  rayonunun 
tərkibinə düşür. 
Tədqiq edilən rayon neft bazasında formalaşmışdır. Ümumi sə 
120 


naye  məhsulunun  60  faizdən  çoxunu  verən  yanacaq  hasilatı  və  onunla 
əlaqədar olan neft emalı, elektroenergetika, neft-maşınqayırma, neft-kimya 
və  s.  kimi  sahələr  iqtisadi-ekoloji  rayonun  iqtisadiyyatında  mühüm  yer 
tutur. Rayonda neft hasilatma XIX əsrin ikinci yansmdan başlanılmışdır və 
XX əsrin birinci yansına qədər dünyanın əsas neft hasilatı rayonu idi. O 
dövrdə  neft  yalnız  Bala-  xanı-Sabunçu-Ramana,  Bibiheybət,  Suraxanı, 
Binəqədi, Atəşgah və Pirallahı adası yataqlarında çıxanlırdı. Sonralar Puta, 
Qaraçuxur,  Zığ,  Lökbatan,  Buzovna-Maştağa,  Qaradağ-Zirə  və  s.  kimi 
çoxlu  yeni  neft  və  qaz  yataqları  istifadəyə  verilmişdir.  1950-ci  illərdə 
istifadəyə verilmiş dəniz neft və qaz yataqları-Neft daşları. Palçıq sopkası, 
Darvin  və  Koveroçkin  bankaları,  Səngəçal-dəniz,  Xərə-  Zirə  və  s. 
göstərmək  olar.  Abşeron  və  Bakı  arxipelaqları  akvatoriyasında  ümumi 
uzunluğu 400 km-dən çox olan estakadalar şəbəkəsi yaradılmış, dənizdən 
quruya neft və qaz kəmərləri çəkilmişdir. 
Uzun  illərdən  bəri  rayonda  neft  hasilatı  gərgin  ekoloji  vəziyyətin 
yaranmasına  səbəb  olmuşdu.  Müxtəlif  dövrlərdə  aparılan  neft  hasilatı  və 
sistemsiz  boru  kəmərlərinin  çəkilməsi  təqribən  30  min  hektar  torpağın 
korlanmasında  əsaslı  rol  oynamışdır  [59].  Bakıda  150  ildən  artıq  ətraf 
mühitə təsiri nəzərə almadan aparılan neft hasilatı 20 min hektardan artıq 
torpağın güclü surətdə deqradasiyası ilə nəticələnmişdir. 
İqtisadi-ekoloji  rayonun  ərazisində  çoxlu  göllər  güclü  çirklənməyə 
məruz  qalmışdır.  Elektrik  stansiyalarında  neftin  yandırılması  nəticəsində 
əmələ  gələn  metallar  (Ni  və  V),  qurğuşunlu  benzinin  və  metal  tərkibli 
pestisidin istifadəsi də mühüm çirklənmə mənbəyidir. Tərkibində neft olan 
qumun, lay sularının, qazıma şlamı və məhlulunun, həmçinin kəşfiyyat və 
qazıma  zamanı  işlədilən  bəzi  reagentlərin  təsiri  çox  böyükdür.  Onların 
təmizlənmədən  birbaşa  dənizə  atılması  ekoloji  tarazlığın  pozulmasına 
gətirib  çıxarır.  Müəyyən  edilmişdir  ki.  Xəzərin  su  orqanizmləri  üçün 
qazıma  şla-  mımn  ölümlə  nəticələnən  konsentrasiyası  1,5-2,9  q/1;  son 
həddi isə 2,0-2,3 q/1 təşkil edir [132]. 
Bakı iqtisadi-ekoloji rayonunda sənayenin digər sahələrindən biri 
121 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə