Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə34/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   30   31   32   33   34   35   36   37   ...   119

Firkrimizcə yuxanda qeyd edilən metodikanın təcrübədə tətbiqi, lazım 
olan  böyük  miqdarda  informasiyalann  toplanması,  sistemləşdirilməsi  və 
təhlili  üzündən  böyük  çətinliklər  yaradır.  Həm  də  onlarda  təbii  mühitə 
təsirlərin  ölçüləri  məsələlərinə  az  dərəcədə  baxılır.  Lakin  ekoloji 
yanmsistemlərdə ola bilən ciddi korlanmalar nəzərə alınır. Sonralar dünya 
miqyasında  aparılan  tədqiqatlarda  təbii  mühitə  təsirin  daha  dərindən 
öyrənilməsi üçün əsas istehsal komplekslərinin tədqiqinin zəruriliyi qeyd 
edilir. Bura, həmçinin, nəqliyyatı, kommunal-təsərrüfatı və bilavasitə əsas 
komplekslə əlaqəsi olan sosial və mədəni fəaliyyəti daxil edilir. 
Azərbaycanın  Xəzərsahili  regionunun  iqtisadi-ekoloji  sistem  kimi 
fəaliyyətinin  oxşar  modelinin  tərtibi  üçün  bazam  iqtisadi-ekoloji  təhlil 
təşkil edir. Regionun təbii mühitinə təsərrüfat fəaliyyətinin göstərdiyi təsiri 
proqnozlaşdırmaq  məqsədilə  təklif  edilən  model  əhəmiyyətlidir.  Qarşıya 
qoyulan 
məsələyə 
müvafiq, 
müxtəlif 
antropogen 
mənbələrin 
çirkləndirmələrini  müqayisə  etməklə  ətraf  mühitə-iqtisadi  yarımsistemə 
dəyən  zərərə  bütövlükdə  çirk-  ləndirmə  mənbəyi  kimi  və  ekoloji 
yanmsistemlərə  digər  təsir  növlərinin  və  öz  növbəsində  ekoloji 
yanmsistemlər tərəfindən müxtəlif təsirlərin obyekti kimi baxılır. 
İqtisadi yanın sistem 
Ekoloji yanmsistem 
Xarici qüvvə amilləri 
Əhali 
Yaşayış məntəqələri 
Sənaye 
Kənd təsərrüfatı Nəqliyyat 
Xəzər dənizinin 
resursların 
istisman 
Rekreasiya 
Digər amillər 




Xarici qüvvələrin təsiri 
Çirklənmiş sahələr 
Biosenozların davamlılığı 
Biosenozların reaksiyaları 
Ekoloji zərər Digər amillər 
Azerbaycanın Xezersahili regionunun yarımsistemlerinin 
vəziyyetini seciyyələndirən amillər. 
106 


Regional  iqtisadi-ekoloji  sistemin  öyrənilməsi  ilə  əlaqədar  onlar 
çirklənmənin dərəcəsinə görə məlum oxşarlığı və Xəzər dənizinin ekoloji 
sisteminə təsiri əsasında ərazi sistemlərinə ayrılır. 
Tədqiqatın  digər  mühüm  elementlərindən  məskunlaşma,  sənaye, 
nəqliyyat.  Xəzər  dənizinin  resursları,  həmçinin  torpaq,  rekreasiya, 
keyfiyyətli səth suları kimi belə funksional yarımsistemin qarşılıqlı əlaqəli 
matrisa-modelinin hazırlanmasıdır. 
Resurslardan  istifadə  edilməsi  su  hövzələrinin  çirklənməsinə  və 
torpaqlarm  eroziyasına  gətirə  bilər.  Digər  tərəfdən  keyfiyyətli  süni  səth 
sulan  kənd  təsərrüfatının  inkişafına  təsir  göstərə  bilər.  Məskunlaşma 
yarımsistemi və resurslar yarımsistemi arasında qarşılıqlı əlaqə, burada bir 
tərəfdən torpaqlann şumlanması, yolların çəkilməsi, yaşayış massivlərinin 
salınması, digər tərəfdən, əlverişsiz şəraitin nəticələri təzahür edir. 
Tərtib  edilmiş  matrisa  (model),  ayrı-ayrı  ərazi  yarımsistemləri  üçün 
tətbiq edilə bilər. Ətraf mühitin pozulması zamanı Xəzər dənizinin ekoloji 
sistemini  çirkləndirən  müxtəlif  antropogen  mənbələrin  təsirinin  necə 
qiymətləndirilməsi müəyyən edilir. 
Ərazi-istehsal  komplekslərinin  strukturlannm  formalaşması  üzrə 
modelə ekoloji amillərin daha da geniş cəlb edilməsini optimallaş- dırır. 
Bununla 
əlaqədar  iqtisadi-ekoloji  təhlilin  metodikası  qismində 
ərazi-istehsal  komplekslərinin  torpaq  və  su  resurslarına  təsir  göstərən 
amilləri təsvir edən modellərin qurulması, hər şeydən əvvəl ƏİK-nə daxil 
olan  müəssisələrin  hər  birində  istehsal  olunan  məhsulların;  məhsul 
vahidinə  düşən  çirkləndirici  maddələrin  çıxan;  məişət  çirkabları; 
təmizləyici qurğularda neytrallaşdırılan çirklən- diricilərin miqdarını və s., 
metodikası hazırlanmışdır. 
2.3.
 
İqtisadi-ekoloji rayonlaşdırma dialektikası 
İqtisadi-ekoloji rayonlaşdırma dialektikası iqtisadi və sosial coğrafiya 
elminin  konseptual  tədqiq  edilən  məsələlərindən  biridir.  Onun  əsasını 
təsərrüfat  fəaliyyətinin  ətraf  təbii  mühitə  təsiri  prosesi  dialektikası, 
xarakterik səviyyəsi və tiplərinin ərazi fərqləri; təbi 
107 


ətdən istifadənin formalan; regionların sosial-iqtisadi inkişafı təşkil edir. 
İqtisadi-ekoloji  rayonlar  sistem  kimi  sosial-iqtisadi  və  fiziki-  coğrafi 
şəraitin təsiri altında formalaşır. Regionun ərazisini təşkil edən elementlərin 
vəhdəti  qarşılıqlı  asılılığı  və  qarşılıqlı  əlaqəsinin  mövcudluğu 
iqtisadi-ekoloji  rayonlaşdırmanın  ən  mühüm  prinsipləridir.  Özü  də  bu 
vəhdət  məlum  ərazinin  inkişafının  obyektiv  şəraiti  və  qanunauyğun 
nəticəsindən ibarətdir [94]. 
İqtisadi-ekoloji  rayonlaşdırma-rayonlaşdırmanın  sosial-iqtisadi  və 
təbii-coğrafi  tipologiyasının  əlaqəli  formalarından  biridir.  Bu  əlaqənin 
zəruriliyi  barədə  N.N.Kolosovskiy  yazırdı:  “Yalnız  təbii-  tarixi 
qanunauyğunluqlarla  məhdudlaşmaq  olmaz,  necə  ki,  bu,  fiziki-coğrafi 
rayonlar üçün qəbul edilmişdir. Lakin təbiəti dəyişdirən ictimai istehsalın 
maddi  proseslərinin,  yaxud  da,  əksinə,  təbiətin  cəmiyyətə  təsirini  nəzərə 
almaq lazımdır” [128]. 
İqtisadi-ekoloji  rayonlaşdırmanın  tipoloji  funksiyaları  mövcuddur. 
Onun  xüsusi  funksiyalarına  ayrı-ayn  çirklənmə  növlərinin  səviyyəsinə 
görə-sənaye  və  kənd  təsərrüfatı,  su  təsərrüfatı  rayonlaşdırmaları  həm  də 
ictimai istehsal sahələrinin forma və xüsusiyyətləri üzrə rayonlaşdırmaları 
aid etmək olar. 
İqtisadi-ekoloji rayonlaşdırmanın xüsusi növlərinin bəzi məsələlərinə 
kompleks  yanaşmada  K.Dolqopolov  və  E.Fyodorova,  [120]  və  b., 
Azərbaycan  alimlərindən  B.Budaqov  [25,27],  M.Müseyibov  [79], 
T.G.Həsənov [112], Ş.Xəlilov [40], Q.Məmmədov, M.Xəlilov [53,55] və 
başqaları  öz  tədqiqatlarında  geniş  yer  ayırmışlar.  Bunlar  içərisində 
E.Fyodorova  və  K.Dolqopolovun  yanaşmaları  daha  uyğundur.  Onlar  su 
təsəmifatı  rayonlaşdırmasının  sahəvi,  həm  də  in-  teqral  rayonlarla  çox 
ümumi  cəhətlərə  malik  olmaqla  rayonlaşdırmanın  xüsusi  növünə  aid 
edirlər.  Eyni  zamanda  digər  yanaşmalardan  fərqli  olaraq,  su  təsərrüfatı 
rayonlaşdırmasında  təbii  zəminlər  bir  o  qədər  nəzərə  alınmır,  nəinki 
təsərrüfat xüsusiyyətləri. Buna görə, su təsərrüfatı rayonları kimi, hazırda 
və gələcəkdə bu su təchizatı mənbələrindən istifadə edən istehsalın tərkibi 
və su tələb edən təsərrüfatların özünəməxsus ərazilərə bölünməsidir. 
108 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə