Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə42/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   38   39   40   41   42   43   44   45   ...   119

rayonlannm birlikdə ölkənin mühüm sənaye rayonuna çevriləcəyini nəzərə 
alıb  onu  iqtisadi-ekoloji  rayon  kimi  qiymətləndirmək  olar.  Rayonun 
göstərilən  istiqamətdə  inkişafı  ilə  əlaqədar  onun  ekoloji  problemlərinin 
həlli birlikdə aparılmalıdır. 
4.
 
Siyəzən—Xaçmaz  iqtisadi—ekoloji  rayonu.  Rayonun  tərkibinə 
Siyəzən,  Şabran  və  Xaçmaz  inzibati  rayonlannm  əraziləri  daxildir. 
İqtisadi-ekoloji rayonun sosial-iqtisadi inkişafmı əlverişli iqtisadi- coğrafi 
mövqeyi  və  təbii  şəraiti,  mineral  resurslan,  müxtəlif  əmək  vərdişlərinə 
malik əmək ehtiyatları təmin edir. 
Bu  iqtisadi-ekoloji  rayon  əlverişli  nəqliyyat  coğrafi  mövqeyinə  görə 
respublikanın  şimal  sərhədində  nəqliyyat  paylayıcı  rolunu  oynayır. 
Mühüm  xammal  ehtiyatına  malik  Rusiya  ilə  respublikanın  avtomobil  və 
dəmir yolları ilə iqtisadi əlaqələri onun ərazisindən keçir. Bunun da rayon 
üçün çox böyük əhəmiyyəti vardır. Həmçinin iqtisadi-ekoloji rayonun Bakı 
və Sumqayıt kimi sənaye cəhətdən inkişaf etmiş iqtisadi-ekoloji rayonlara 
yaxınlığı,  onun  sənayesinin  gələcəkdə  formalaşmasına  çox  böyük  təsir 
göstərər. 
Tədqiq  edilən  iqtisadi-ekoloji  rayon  əlverişli  təbii  şəraitə  malikdir. 
Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunun əsasən şərq hissəsini əhatə edən 
Siyəzən-Xaçmaz  ekoloji-iqtisadi  rayonunun  əhatə  etdiyi  ərazinin  relyefi 
maili düzənlik və ovalıqlardan ibarətdir. Təsərrüfat sahələri və əhali əsasən 
Xəzər  dənizinə  yaxın  düzənlik  ərazilərdə  yerləşmişdir.  Rayonda  yeni 
sənaye sahələrinin tikilməsi üçün əlverişli ərazilər çoxdur. 
Siyəzən-Xaçmaz  iqtisadi-ekoloji  rayonunun  təsərrüfatının,  o 
cümlədən,  kurort-turizm  sənayesinin  inkişafında  iqlim,  su  və  meşə 
ehtiyatlarının  rolu  çox  böyükdür.  İqtisadi-ekoloji  rayonun  ərazisi  əsasən 
düzənlik  əraziləri  əhatə  etdiyi  üçün  buranın  istiliklə  təmin  olunması 
4400°C  təşkil  edir.  Günəş  radiasiyasının  illik  miqdarı  120-148 
kkal/sm^-dir.  İlin  isti  aylarında  havanın  mütləq  maksimum  temperaturu 
20-^3°C-yə çatır. Günəşli saatların orta illik miqdarı 2020-2120 (5 bal), o 
cümlədən,  günəşli  günlərin  sayı  140,  tutqun  günlərin  sayı  isə  83-dür. 
Burada komfort günlərin sayı 148-ə çatır. Ərazinin bu cür iqlim şəraitinin 
olması onu göstərir ki, burada qısa 
131 


və  uzunmüddətli  istirahət  üçün  böyük  imkanlar  vardır.  Beləliklə  iqlim 
ehtiyatlannm  qısa  səciyyəsi  onu  göstərir  ki,  rayonun  iqlim  ehtiyatları 
kurort-turizm sənayesinin inkişafı üçün çox əlverişlidir. 
Siyəzən-Xaçmaz iqtisadi-ekoloji rayonunun sosial-iqtisadi inkişafında 
su  və  meşə  ehtiyatlarının  rolu  böyükdür.  Quba-Xaçmaz  iqtisadi-coğrafi 
rayonunun  bütün  çayları  onun  ərazisindən  axıb  Xəzər  dənizinə  tökülür. 
İqtisadi-ekoloji  rayon  bol  su  ehtiyatına  malikdir.  İndiki  su  təsərrüfatı 
balansı  şəraitində  rayonda xeyli  su  ehtiyatı  qalır  ki,  bunlar  da  gələcəkdə 
sututumlu istehsal sahələrinin yaradılmasına, əhalinin məişətdə tələbatının 
ödənilməsinə, həmçinin Bakı və Sumqayıt kimi iri yaşayış məntəqələrinin 
su təchizatının yaxşılaşdırılmasına şərait yaradar. Yeraltı su ehtiyatlarının 
da  rayon  və  eləcə  də  Bakı  və  Sumqayıt  şəhərlərinin  əhalisinin  təmiz  və 
sərin su ilə təchizatında rolu böyükdür. 
İqtisadi-ekoloji  rayonun  təsərrüfat  əhəmiyyətli  meşə  örtüyü  Siyəzən, 
Nabran  və  Yalama  ərazilərində  yayılmışdır.  Meşələr əsasən  vələs, fıstıq, 
palıd, qovaq və s. kimi enliyarpaqh ağac növlərindən ibarətdir. Bu meşəlik 
sahələr  rayonda  kurort-rekreasiya  komplekslərini  tamamlayan  mühüm 
sərvətlərdən biridir. 
Siyəzən-Xaçmaz  iqtisadi-ekoloji  rayonunda  sənayenin  və  tikintinin 
inkişaf etdirilməsində mineral resurslarının əhəmiyyəti böyükdür. Burada 
zəngin  neft-qaz,  qum,  gil,  çınqıl,  qırma  daş  ehtiyatlarının  xeyli  hissəsi 
cəmlənmişdir. Müxtəlif tipli mineral su ehtiyatları rayonun gələcək inkişafı 
üçün xeyli əhəmiyyətlidir. Ukrayna Respublikasının Truskavetskdəki kimi 
məşhur  “Naftuziya”  tipli Qa-  laaltı  mineral  bulağı,  Nabranda  mineral  və 
soyuq bulaqlar kurort- turizm sənayesinin inkişafına böyük imkan yaradır. 
Böyrək xəstəliklərinin müalicəsində Qalaaltı mineral bulağının suyundan 
istifadə  etməklə  müasir  tipli  balneoloji  sanatoriyanın  tikilməsi  çox 
əhəmiyyətlidir. 
Yuxarıda  qeyd  olunan  təbii  və  mineral  resurs  ehtiyatlarının 
mənimsənilməsi  Siyəzən-Xaçmaz  iqtisadi-ekoloji  rayonunda  təsərrüfat 
sahələrinin,  xüsusilə  sənayenin  gələcək  inkişafına  çox  böyük  təsir 
göstərəcəkdir. Əldə olunan məlumatlarm təhlili göstərir ki, bu 
132 


ehtiyatlann  istifadəsi  zamanı  müəyyən  iqtisadi-ekoloji  problemlər 
yaranacaqdır və bunların qarşısını almaq üçün müəyyən ekoloji tədbirlərin 
görülməsi məqsədəuyğundur. 
İqtisadi-ekoloji rayon Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunun ərazisi 
daxilində yerləşir. Bu iqtisadi rayon ölkənin mühüm  meyvə- tərəvəzçilik 
rayonudur.  Hər  il  bu  əraziyə  min  tonlarla  mineral  gübrələr  və  zəhərli 
dərmanlar  tökülür.  Belə  şəraitdə  elə  edilməlidir  ki,  onlar  yeraltı  suların 
keyfiyyətinə mənfi təsir göstərməsin. 
Məlumdur  ki,  son  30  ildə  Xəzər  dənizinin  səviyyəsinin  qalxması  bu 
rayonda  sahil  zonasını  20  km-dən  çox  joımuşdur.  Nəticədə  rayonun 
dənizsahili  yollan,  çimərlik  təsərrüfatları  su  altında  qalmış  və  ərazinin 
ekoloji  şəraiti  pisləşmişdir.  Siyəzən  rayonunda  neft-qaz  mədənləri 
ərazisində texnogen təsirin güclü olması ərazinin bitki və torpaq örtüyünə 
çox  böyük  ziyan  vurmuşdur.  İqtisadiyyatının  inkişaf  səviyyəsinə  görə, 
perspektivli  sayılan  iqtisadi-ekoloji  rayonda  ekoloji  problemlərin  həlli 
qarşıda  duran  əsas  məsələlərdəndir.  Ətraf  mühitə  mənfi  təsir  edən 
mənbələrdən  Xaçmazda  modul  tipli  elektrik  stansiyasını  göstərmək  olar. 
Aparılan  müşahidələr  göstərir  ki,  stansiya  ətrafında  əkilən  ağaclar,  onun 
təsiri nəticəsində inkişafdan qalmışdır. Siyəzən rayonunda yerləşən Siyəzən 
kərpic  zavodunun  ətrafında  tullantılar  ərazinin  ekologiyasına  mənfi  təsir 
göstərir. 
5.
 
Şamaxı-Qobustan  iqtisadi-ekoloji  rayonu,  Şamaxı  və  Qobustan 
inzibati rayonlarının ərazisini əhatə edir. Ölkədə regionların sosial-iqtisadi 
inkişafına nail olmaq üçün qəbul edilmiş Dövlət Proqramları (2004-2008 və 
2009-2013-cü  illər),  rayonlarda,  o  cümlədən,  Şamaxı  və  Qobustan 
rayonlarında  mövcud  təbii  və  iqtisadi  potensialdan  səmərəli  istifadə 
etməklə  yeni  istehsal  sahələrinin  inkişafını  təmin  edir  və  əmək 
ehtiyatlarının yerlərdə qalmasına şərait yaradır. 
Bu məqsədlə ayrılmış Şamaxı-Qobustan iqtisadi-ekoloji rayonu böyük 
imkanlara  malikdir.  Rayonun  əlverişli  iqtisadi-coğrafi  mövqeyi,  zəngin 
təbii  və  mineral  suları,  əhali  resursları  onun  sənaye  kompleksinin 
formalaşmasında mühüm rol oynayır. 
Burada sənaye əhəmiyyətli neft-qaz ehtiyatları hələ 1932-ci ildə 
133 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə