Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə44/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   40   41   42   43   44   45   46   47   ...   119

maddələrin  tutulub  saxlanmasına  və  təmizlənməsinə  yeni  texnologiyanın 
tətbiq edilməsini gücləndirmək lazımdır. Bu sənaye müəssisələrində dövlət 
nəzarətinin  gücləndirilməsinə  və  yeni  texnologiyaya  keçməsinə  şərait 
yaratmaq  lazımdır.  Son  dövrlər  şəhərin  atmosferinin  çirklənməsində 
avtomobil  parkının  sürətli  inkişafının  təsiri  çox  böyük  olmuşdur. 
Azərbaycan  Dövlət  Yol  Polisinin  verdiyi  məlumata  görə  2012-ci  ildə 
Gəncə  ərazi  dairəsində  avtomobillərin  sayı  50  minə  çatmışdır.  Şəhərin 
atmosfer  hövzəsinin  çirklənməsinin  60  faizi  avtomobil  nəqliyyatının 
payına  düşür.  Bu  nəqliyyat  vasitələrinin  atmosferə  atdığı  tullantıların  94 
faizi kar- bon-oksidi, 44 faizi isə azot-oksididir [78]. 
Əldə  olunan  məlumatların  təhlili  göstərir  ki,  Gəncə-Daşkəsən 
iqtisadi-ekoloji rayonunda stasionar mənbələrdən atmosfer havasına atılan 
çirkləndirici maddələrin cəmi 2010-cu ildə 567,8 ton olmuşdur. Bunun da 
293,4 tonu bərk maddələr, 274,4 tonu qazaoxşar və maye maddələr, 16,2 
tonu  kükürd-anhidridi  (S02),  79,2  tonu  karbon-oksidi  (CO),  21,8  tonu 
azot-oksidi (N02) təşkil edirdi. Atmosfer hövzəsinə atılan bu çirkləndirici 
maddələri ərazidə üstünlük təşkil edən hakim küləkləri, müxtəlif yollarla 
torpağa  və  su  hövzələrinin  səthinə  çökdürür  və  bu  da  torpağın  və  suyun 
keyfiyyət göstəricilərinə mənfi təsir göstərir. Təyin edilmişdir ki, atmosferə 
atılan və ölçüsü 10 mkt-dən böyük əlan toz, his, qurum hissəcikləri torpaq 
örtüyünə tez çökürlər. Diametri 5 mkm-dən 0,1 mkm-ə və ondan kiçik olan 
toz  və  qaz  hissəcikləri  atmosferdə  uzun  müddət  qalır  və  hava  axınları 
vasitəsilə uzaq ərazilərə aparılır. 
Gəncə-Daşkəsən  iqtisadi-ekoloji  rayonunda  olan  çaylar  da  böyük 
çirklənməyə  məruz  qalmışdır.  Bu  çaylar  içərisində  ən  ciddi  çirklənməyə 
Qoşqar çayı məruz qalıb ki, buna da səbəb Gəncə- Daşkəsən şəhərlərinin 
dağ-mədən  sənaye  obyektlərinin  tullantı  sularıdır.  Kiçik  Qafqaz 
dağlarından başlayan Gəncə çayı Gəncə şəhərinin ərazisini yarıb keçir. Çay 
özünün axarı boyu çox çirklənmişdir. Buna səbəb yaşayış məntəqələrinin, 
həmçinin çayın sahilində yerləşən sənaye müəssisələrinin çirkab sularının 
suya axıdıl- masıdır. Məişət tullantılan ilə hədsiz çirklənən Gəncə çayı çox 
pis 
137 


görkəm  almışdır.  Çay  dərəsində  yığılıb  qalan  tullantılar  çürüyür  və  hər 
tərəfi üfunət bürüyür, nəticədə antisanitariya bir sıra infeksion xəstəliklərin 
yayılmasına səbəb olur. Bundan başqa şəhərin çirkab suları Gəncə çayının 
aşağı axanna və Kür çayına axıdılır. Əhalinin və sənayenin inkişafı Gəncə 
şəhərində çirkab sularının həcmini artırmışdır. Şəhərdə 2010-cu ildə 12,3 
milyon kubmetr çirkab suları ətraf mühitə atılmışdır. 
Qeyd  etmək  istərdik  ki,  iqtisadi-ekoloji  rayonun  ekoloji  problemləri 
sırasında torpaqlardan düzgün istifadə edilməməsi, nəzarətsiz zibilliklər və 
tikinti işlərinin çox olması da aiddir. Nəticədə torpaqlann məhsuldar qatı 
pozulmuşdur,  şoranlaşma  və  eroziya  prosesləri  güclənmişdir.  Gəncə 
şəhərindən  12  km  aralıda,  sahəsi  25  hektar  olan  bərk  tullantılar  üçün 
poliqon  ayrılmasına  baxmayaraq  tullantılann  utilizasiya  edilməsi  üçün 
qurğular  quraşdınimışdır.  Tullantılar  uzun  müddət  açıq  havada  kimyəvi 
parçalanmaya  məruz  qalır  və  ətraf  mühiti  çirkləndirir.  2010-cu  ildə 
iqtisadi-ekoloji rayon üzrə kommunal xidmətləri tərəfindən yığılmış məişət 
tullantılannm miqdarı 46,8 min m^ qeydə alınmışdır [30]. 
Gəncə-Daşkəsən  iqtisadi-ekoloji  rayonunda  ekoloji  gərginliyin 
artmasında Gəncə şəhərinin şərqində yerləşən Gəncə Gil-Torpaq İstehsalat 
sahəsidir.  1966-cı  ildə  işə  başlayan  müəssisənin  atmosferə  buraxdığı 
tullantılar  hədsiz  çox  olmuşdur.  2008-ci  ildə  dünyada  baş  verən  maliyyə 
böhranı  səbəbindən  alüminium-oksidinin  dünya  bazarında  qiymətinin 
ucuzlaşması  nəticəsində  2009-cu  ildən  gil-torpaq  sexlərinin  işi  tamamilə 
dayandırılıb və hal-hazırda fəaliyyət göstərmir. Fəaliyyətinin dayandınidığı 
dövrdən  müəssisədə  olan  şlam  hovuzlarına  suyun  verilməsinin  tamamilə 
dayandırılması hovuzda suyun qurumasına səbəb olmuşdur. Bu da hovuzda 
toz  halında  olan  tullantılann  külək  vasitəsilə  ətraf  ərazilərə  yayılmasına 
şərait  yaradır.  Həm  ərazinin  havasını  tozla  çirkləndirir,  həm  də  ərazinin 
yaxınlığında  yerləşən  qonşu  Goranboy  və  Samux  rayonlannm  yaşayış 
məntəqələrinə,  kənd  təsərrüfatına,  yaşıllığa  ciddi  ziyan  vurur.  Bundan 
başqa  tərkibində  müxtəlif  zərərli  maddələr  olan  bu  tullantılar  insan 
orqanizmlərinə mənfi təsir göstərərək müxtəlif 
138 


xəstəliklərin yaranmasına şərait yaradır. Buna görə də bu problemlərin həlli 
üçün  müxtəlif  istiqamətlərdə  tədbirlər  görülməlidir.  İlk  növbədə 
müəssisənin  fəaliyyəti  bərpa  edilməlidir  və  şlam  hovuzları  su  ilə 
nəmləndirilməlidir,  ikincisi,  şlam  hovuzunun  korlanmış  ərazilərində 
rekultivasiya  işlərinin  aparılmasını  təmin  etmək  və  bəıpa  olunmuş 
sahələrdə  meşə  zolaqlan  salmaq  lazımdır.  Nəhayət  bu  tullantıların təkrar 
istehsalmın  genişləndirilməsi  və  istifadə  edilməsi  iqtisadi  cəhətdən 
məqsədəuyğundur. 
Yuxarıda  qeyd  edildi  ki,  Gəncə-Daşkəsən  iqtisadi-ekoloji  rayonunda 
həm  də  dağ-mədən  sənayesi  inkişaf  etmişdir.  Uzun  illər  bu  mədənlərin 
istifadəsi ətraf mühitə çox böyük təsir göstərmişdir. Daşkəsən dəmir filizi 
yataqlarının şimal-şərq və şimal-qərb mədənlərində filiz hasilatı açıq üsulla 
aparılır.  Bununla əlaqədar ərazinin  900  hektarı,  o  cümlədən,  500  hektarı 
yararsız  süxurlarla  korlanmışdır,  dik  yamaclarda  eroziya  prosesi 
nəticəsində  yarğanlar  əmələ  gəlmişdir.  Zəylik  alunit  mədəni  300  hektar, 
kobalt  mədəni  isə  25  hektar  ərazini  yararsız  hala  salaraq  korlamışdır. 
Daşkəsəndə  yerləşən  mərmər  hasilatı  müəssisəsi  ətraf  mühitə  külli 
miqdarda  bərk  maddələr  ataraq  atmosferi  çirkləndirir  [45].  Bütün  bu 
problemlərin həll edilməsi üçün rekultivasiya tədbirlərini həyata keçirmək 
lazımdır.  Şərt  o  deyil  ki,  bərpa  edilmiş  ərazilər  hansısa  iqtisadi  səmərə 
verəcəkdir.  Burada  əsas  məsələ  ətraf  təbii  mühiti  əvvəlki  vəziyyətinə 
qaytarmaqdır.  Bunun  üçün  burada  ekoloji  mühitin  mühafizəsi  məqsədilə 
korlanmış torpaqların rekultivasiyası hökmən lazımdır. 
7.
 
Naxçıvan  iqtisadi—ekoloji  rayonu  dağ—mədən,  yeyinti,  elektrik 
enerjisinin  istehsalı,  tikinti  materialları  sənayesi  bazasında  fonna-  laşır. 
Naxçıvan  Muxtar  Respublikası  daxilində  inkişaf  edən  və  formalaşma 
mərhələsində  olan  ekoloji-iqtisadi  rayonun  iqtisadi-  coğrafi  mövqeyi 
olduqca  əlverişsiz  olmuşdur.  Belə  ki,  erməni  işğalçıları  tərəfindən 
avtomobil və dəmir yollarının bağlanması, onun ölkənin ayrı-ayn regionları 
ilə  əlaqəsini  kəsmişdir.  Bu  da  rayonun  iqtisadi  inkişafına  mənfi  təsir 
göstərir. İqtisadi-ekoloji rayonun ölkənin əsas hissələri ilə əlaqələrini hava 
yolu və 150 km İran ərazi 
139 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə