Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə40/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   36   37   38   39   40   41   42   43   ...   119

ən vacib məsələlərdən biridir. Havanın çirklənməsinin qarşısının alınması 
və korlanmış torpaqların rekultivasiyası proqramının həyata keçirilməsini 
sürətləndirmək lazımdır. Özü də şəhər daxilində korlanmış torpaqların və 
göllərin rekultivasiyasının yaşıllaşdırma və sanitar-gigiyena istiqamətində 
aparılması daha məqsədəuyğundur. 
“Azərbaycan  Respublikasının  regionlarının  sosial-iqtisadi  inkişafı” 
Dövlət  Proqramında  (2004-2008-ci  illər)  Bakı  şəhərində  və  Abşeron 
yarımadasında su probleminin həll edilməsi ilə əlaqədar bir çox məsələlər 
qarşıya  qoyulmuşdur.  Mingəçevir  su  anbarından,  Alazan-Əyriçay 
hövzəsindən, Samur-Abşeron sistemindən, Bakı- Sumqayıt şəhərlərinin və 
Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı üçün 
yeni  su  kəmərləri  və  qurğuları  tikintisinin  texniki-iqtisadi  əsaslarının 
hazırlanması göstərilmişdir. 
2.
 
Sumqayıt  iqtisadi-ekoloji rayonw-tərkibinə  Sumqayıt  ərazi  dairəsi, 
Hacı  Zeynalabdin  Tağıyev  və  Corat  qəsəbələri  daxildir.  Sumqayıt 
Azərbaycanın  sovet  hakimiyyəti  illərində  yaradılmış  ən  böyük  sənaye 
mərkəzidir.  Əhalisinin  sayına  görə  Gəncə  ərazi  dairəsindən  sonra  ikinci 
yerdədir, 301 min nəfər (2012-ci il) təşkil edir. Təxminən 80 km^ əraziyə 
malikdir. 
İqtisadi-ekoloji  rayon  istehsal  olunan  illik  sənaye  məhsulunun 
həcminə,  həm  də  sənaye  istehsalını  səciyyələndirən  digər  mühüm 
göstəricilərə  görə  Sumqayıt  Bakıdan  sonra  ölkənin  ikinci  sənaye 
qovşağıdır. Bu iqtisadi-ekoloji rayonun payına respublikada istehsal edilən 
sənaye məhsulunun 11,2 faizi, sənaye-istehsal heyətinin 9,5 və əsas istehsal 
fondlarının 12,5 faizi düşür. 
Sumqayıt  iqtisadi-ekoloji  rayonunun  meydana  gəlməsində  və 
formalaşmasında  bilavasitə  mövcud  emal  sənayesi  sahələri  və  onların 
sonrakı inkişaf mərhələləri ilə əlaqədar yaradılacaq yeni sənaye sahələrinin 
sıx qarşılıqlı istehsal-texnoloji əlaqələrinin pozulması şərtilə Bakı sənaye 
qovşağı  sənayenin  həddən  artıq  təmərküzləşməsinin  qarşısının  alınması, 
onun ümumi inkişaf tələbatının ödənilməsinə xidmət edən bir sıra sənaye 
sahələrinin burada inkişaf etdirilməsi ilə əlaqədar olmuşdur. Düzdür, bu bir 
tərəfdən yeni şə 
125 


hərin 
yaradılması 
hesabına 
Bakıda 
istehsalın 
həddən 
artıq 
təmərküzləşməsinin  mənfi  nəticələrinin  aradan  qaldırılmasına  şərait 
yaratdı.  Eyni  zamanda  kiçik  bir  ərazi  daxilində  həddən  artıq  istehsalın 
təmərküzləşməsi,  ekoloji  tarazlığın  pozulmasını  sürətləndirdi.  Burada 
sürətlə artan əhalinin sağlamlığına güclü təsir göstərməyə başladı, xüsusilə 
14 yaşına qədər uşaqlar arasında müxtəlif xəstəliklərin çoxalması daha çox 
müşahidə  edilirdi.  Xüsusilə  əsəb  sistemi,  qan,  nəfəs  orqanları  və 
mədə-bağırsaq xəstəliklərini göstərmək olar. Sumqayıt yeganə şəhərdir ki, 
burada xüsusi uşaq qəbiristanlığı var. 
Sumqayıt  iqtisadi-ekoloji  rayonunun  sənaye  strukturunda  kimya, 
neft-kimya  istehsalı  xüsusi  yer  tutur.  1952-ci  ildən  fəaliyyət  göstərən 
“Sintezkauçuk” zavodunda hazırda texniki və mütləqləşdirilmiş izopropil 
spirti, texniki efir, butadien və butil-izobutilen fraksiyaları istehsal olunur. 
1979-cu  ildə  yaradılmış  Sumqayıt  “Üzvi  sintez”  İstehsalat  Birliyi-plastik 
kütlələr,  sintetik  qatranlar,  polietilen  istehsalı  üzrə  ixtisaslaşdırılmışdır. 
Bundan  başqa  hazırda  Üzvi  Sintez  zavodunda  epoksid  qatranı,  poliefır 
qatranı  “Nore-R”  reagenti  istehsalına  başlanmışdır.  “Azərbaycan  məişət 
mallan”  zavodunda  kalsium-karbonat,  perlit,  kərpic,  maye  şüşə  və  s. 
istehsal  olunur.  Sumqayıt  Aşqarlar  Açıq  Səhmdar  Cəmiyyətində  lak 
istehsalı, “Vis- talyuks” aşqarının istehsalı yaradılmışdır. Formalin sexinin 
bazasında  neftin  kükürddən  təmizlənməsi  işində  istifadə  edilən  yeni 
həlledici  istehsalına  başlanılmışdır.  Tərkibində  azot,  fosfor,  kükürd  və  s. 
kimi birləşmələr olan aşqarlar tüstü və qurum əmələ gəlməsinin miqdarını 
xeyli azaldır, metalın korroziyaya uğramasının və tez yeyilməsinin qarşısını 
alır.  Şəhərin  sənaye  strukturunda  “Etilen  Polietilen”,  “Səthi  Aktiv 
Maddələr”, “Sumqayıt Superfosfat” müəssisələrini, həmçinin “Azərboru” 
Polietilen və Polipropilen Boru, “Sumqayıt əlvan metallurgiya”, kompozit 
maddələrdən  gündə  500  metr  boru  istehsal  edən  “Azkompozit”!  və  s. 
zavodlanm göstəımək olar. 
Sumqayıt  iqtisadi-ekoloji  rayonunun  istehsal  quruluşunun  təhlili  onu 
göstərir ki, o, son 60 il ərzində keçmiş SSRi məkanında sənaye 
126 


cəhətdən ən inkişaf etmiş şəhərlərdən birinə çevrilmişdir. 9,5 min hektar 
şəhər ərazisinin təxminən 34 faizini sənaye kompleksləri tutur. Regionda 
havanı, suyu və torpağı ciddi çirkləndirən qeyd olunan komplekslərdir. Bu 
da  müəyyən  dövrdə  köhnəlmiş  texnologiyanın  qalması,  çirklənməni 
azaldan  avadanlıqlann  çatışmaması  və  aşağı  keyfiyyətli  xammaldan 
istifadənin nəticəsidir. 
Sumqayıt  iqtisadi-ekoloji  rayonunda  ən  ciddi  sənaye  problemi  civə 
üsulundan  istifadə  etməklə  xlor-alkalinin  istehsalıdır.  İstehsal  prosesində 
civə  itkisi  bəzi  hallarda  maksimal  həddə  çatmışdır.  Xlor  istehsalında  1 
kq/ton itkiyə yol verilirdi. Avadanlıqlar normal işlədikdə bu göstərici 2-3 
q/ton təşkil edir. İstehsal prosesində ayrılan civə atmosferə atılır, bir hissəsi 
çirkab  sulara  axıdılır,  digər  hissəsi  zavodun  şlam  anbarında  toplanır. 
Burada tərkibində  0,1-0,3  %  civə  olan  və  yeraltı  suları çirkləndirmək  və 
Xəzərə  sızmaq  təhlükəsi  olan  200  min  ton  civə  şlamı  toplanılmışdır. 
Təmizlənməmiş  çirkabların  axıdılması  Sumqayıt  iqtisadi-ekoloji 
rayonunda Xəzərin dib çöküntülərini çox çirkləndirmişdir. 
Məlumdur ki, civə özü də orqanik metil formasında sinir sistemini iflic 
edən  çox  ciddi  zəhərdir.  Orqanik  civə  zəncirvarı  bioloji  qidalanma 
prosesində  yüksək  konsentrasiyada  toplanmaq  qabiliyyətinə  malikdir  və 
balıqlann  hüceyrələrində  tez-tez  tapılır.  Buna  görə  də,  çox  güman  ki, 
Sumqayıt  yaxınlığında  tutulan  nərə  və  digər  balıq  növləri  civə  ilə 
zəhərlənmiş və istifadə edildikdə əhalinin sağlamlığı üçün təhlükə yaradar. 
Ümumiyyətlə,  civə  təbiətdə  parçalanmayan  bir  element  olduğuna  görə 
onun atılması davam etdikcə vəziyyət daha da ciddiləşə bilər. Buna görə də 
civə şlamının təhlükəsiz yerləşdirilməsi, Xəzərin daha çox çirklənmiş dib 
çöküntülərinin  zərərsizləşdirilməsi  ən  mühüm  iqtisadi-ekoloji  problem 
olduğu  üçün  həlli  böyük  üstünlüklərə  malikdir.  Lakin  çox  vaxtlar 
Sumqayıtda uzun illərdən qalmış 40 min tondan çox civə tərkibli tullantılar 
toplanmış və xüsusi poliqonda basdırılmışdır [87]. 
Əldə edilmiş məlumatların təhlili göstərir ki, Sumqayıt iqtisadi- ekoloji 
rayonunda atmosfer hövzəsinin keyfiyyəti yaxşılaşmışdır. Bunu da əsasən 
istehsalın tempinin aşağı düşməsi ilə əlaqələndi 
127 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə