Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə41/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   37   38   39   40   41   42   43   44   ...   119

rirlər.  Lakin  qeyd  etmək  istərdik  ki,  havanı  təmiz  saxlamaq  naminə 
istehsalın tempini azaltmaq, yaxud da havam çirkləndirəcək deyə istehsalı 
saxlamaq,  iqtisadi  inkişafı  dayandırmaq  deməkdir.  Ona  görə  də  həm 
istehsalı  artırmaq,  həm  də  havanın-ekoloji  mühitin  keyfiyyətinin 
yaxşılaşdırılması zamanın əsas tələbidir, bunu da yerinə yetirmək lazımdır. 
Bunun  üçün  rayonun  bütün  sənaye  müəssisələrində  istehsal  müasir 
texnologiya  ilə,  keyfiyyətli  təmizləyici  qurğularla  təmin  edilməlidir. 
Həmçinin bu sahədə dövlətin nəzarətini gücləndirmək, ekoloji sanksiyaları 
və cərimələri artırmaq lazımdır. 
Əlavə  olaraq  qeyd  etmək  lazımdır  ki,  Sumqayıt  iqtisadi-ekoloji 
rayonunda sənaye çirklənmələrinin səviyyələrinin aşağı düşməsi ilə yanaşı 
avtomobillərin  sayının,  hərəkət  intensivliyinin  artması  heç  də  havanın 
keyfiyyətinin  sənaye  tullantılarının  azalması  ilə  əlaqədar  güman  edilən 
qədər  yaxşılaşmasına  gətirib  çıxarmamışdır.  Bakı  şəhərində  olduğu  kimi 
Sumqayıt şəhərində də nəqliyyat vasitələrinin hərəkətinin artması öz mənfi 
təsirini göstərmişdir. İqtisadi-ekoloji rayonun hava məkanında yoxlamalar 
nəticəsində kükürd oksidi (S02), azot-oksidi (N03), sülb hissəciklər, tüstü, 
kar-  bon-monoksid  (CO),  hidrogen-ftor  (HF)  və  digər  birləşmələrin 
konsentrasiyasımn  miqdarı  müəyyən  edilmişdir.  Ölçülmüş  spesifik 
parametrlər atmosferə atılan hansı tullantıların üstünlük təşkil etməyindən 
asılıdır.  Bunun  nəticəsində  Sumqayıt  şəhərinin  payına  ölkədə  atmosferə 
atılan  bütün  zərərli  maddələrin  22  faizi  düşür,  ona  görə  də  şəhər ən  çox 
narahatçılıq doğurur. 
Sumqayıt  iqtisadi-ekoloji  rayonunda  fəaliyyət  göstərən  emaledici 
sənaye  sahələrinin  ətraf  təbii  mühitə  göstərdiyi  mənfi  təsirləri  aradan 
qaldırmaq və tarazlı iqtisadi-ekoloji mühit yaratmaq üçün aşağıdakı işlərin 
görülməsi  məsləhətdir;  -  atmosfer  tullantılarının  müəyyən  mənbələrinin 
nəzarət  avadanlıqlarının  müasirləşdirilməsi;  emal  zavodunda  uçucu 
orqanik  hidrokarbonatlan  azaldan  və  udan  sistemlərin  təşkil  edilməsi; 
sənaye  müəssisələrinin  axıtdıqları  çirkab  sularını  təmizləmək  və  təkrar 
istifadə etmək üçün yeni texnologiyanın tətbiq edilməsi iqtisadi cəhətdən 
çox sərfəlidir. 
128 


3.
 
Balakən-Şəki  iqtisadi-ekoloji  rayonu  gələcəkdə  Balakən  polimetal 
filizlərinin  hasilatı  və  Şəkinin  ərazisində  dağ-mədən  metallurgiya 
kompleksinin inkişaf etdirilməsi əsasında formalaşacaqdır. İqtisadi-ekoloji 
rayon  əlverişli  iqtisadi-coğrafi  mövqedə  yerləşməklə  özünəməxsus 
təbii-iqlim  şəraitinə,  zəngin  mineral-xammal  və  əmək  ehtiyatlanna  görə 
çox fərqlənir. Rayonun dağətəyi və düzənlik relyefi təsərrüfat sahələrinin 
inkişafı üçün əlverişlidir. İqlimi əsasən mülayim rütubətlidir. Havanın orta 
illik temperaturu 6- 14°C arasında tərəddüd edir. Yağıntıların illik miqdarı 
ərazinin relyef quruluşu ilə əlaqədar müxtəlif cür paylanmışdır. Lənkəran 
zonasından  sonra  respublikada  yağıntının  miqdarına  görə  ikinci  yerdə 
dumr.  Unikal  təbii  şərait,  təsərrüfatın  digər  sahələri  ilə  yanaşı  burada 
kurort-rekreasiya  kompleksinin  inkişaf  etdirilməsi  üçün  böyük  imkanlar 
yaradır. 
Balakən-Şəki iqtisadi-ekoloji rayonu mühüm su ehtiyatlarına malikdir. 
Su ehtiyatlarını çaylar və yeraltı sular təşkil edir və çox böyük təsərrüfat 
əhəmiyyəti vardır. Bununla yanaşı, bu çaylar selli çaylardır. Böyük ekoloji 
problem  yaradan  bu  çaylann  törətdiyi  fəlakətlərin  qarşısını  almaq  üçün 
mühüm işlər görmək lazımdır. 
Balakən-Şəki  iqtisadi-ekoloji  rayonunun  ərazisində  Filizçay 
kolçedan-polimetal  yatağı  öz  ehtiyatlanna  görə  dünyanın  ən  zəngin 
yataqlarından hesab edilir. Ölkədə sink, qurğuşun ehtiyatlarının  97 faizi, 
misin hamısı, kükürd-kolçedanmm isə 90 faizi bu yataqda cəmlənmişdir. 
İqtisadi-ekoloji  rayonun  ərazisi  müxtəlif  tikinti  materialları  və  meşələrlə 
zəngindir. 
Yuxanda  qeyd  edilən  təbii-resurs  potensialı  rayonda  məhsuldar 
qüvvələrin  ərazi  təşkilinin  daha  da  təkmilləşdirilməsinə,  dağ-  mədən 
metallurgiya  kompleksinin  yaradılmasına  və  sənayenin  digər  sahələrinin 
ixtisaslaşdırılmasının dərinləşdirilməsinə şərait yaradacaqdır. 
Balakən-Şəki  iqtisadi-ekoloji  rayonunun  sosial-iqtisadi  inkişafını 
təmin  etmək  üçün  bir  çox  sahələrin  inkişafı  nəzərdə  tutulmuşdur.  Ona 
müvafiq  olaraq  aparılan  tədqiqat  müəyyən  etmişdir  ki,  burada  xüsusilə 
Balakən və Şəki inzibati rayonlarının ərazilərində 
129 


istehsalın  yerləşdirilməsi  üçün  çox  əlverişli  təbii-iqtisadi  amillər 
yaranmışdır.  Bu  rayonların  ərazilərində  istehsalın  ayrı-ayrı  sahələrinin 
inkişafında, əhalinin işlə təmin olunmasında, onun maddi və mədəni həyat 
səviyyəsinin  yaxşılaşdırılmasında  yerli  təbii  və  əmək  ehtiyatlanndan, 
maddi-texniki imkanlardan düzgün istifadə edilməsinin mühüm əhəmiyyəti 
vardır. 
Qeyd  edilən  bütün  imkanlar,  Balakən  və  Şəki  inzibati  rayonla-  nnm 
ərazilərində  bir-birini  daha  çox  tamamlayır.  Sənaye  əhəmiyyətli  bir  sıra 
faydalı qazıntılarla yanaşı burada çay konuslarında toplanmış daş, çınqıl, 
əhəngdaşı,  qum,  gil  ehtiyatları  geniş  yayılmışdır.  Bu  tikinti 
materiallarından yerli əhali fərdi evlərin tikintisində, çayların sahillərində 
bəndlərin  inşasında,  yolların  çəkilməsində  çoxdan  bəri  istifadə  edirdilər. 
Hələ XIX əsrin sonu XX əsrin əwəllərində Şəkidə bişmiş kərpic, kirəmit, 
saxsı su boruları istehsalı, çox geniş yayılmışdır. Rayonda sosial-iqtisadi 
inkişafa tələbatın artdığı müasir dövrdə yerli tikinti materiallarından geniş 
istifadə edilməsi ən mühüm məsələlərdən biridir. 
Hazırda  Balakən-Şəki  iqtisadi-ekoloji  rayonunda  tikinti  sənayesinin 
inkişafına  tələbat  artmışdır.  Bu  tələbatı  yerli  xammal  istehsalı  hesabına 
ödəmək  üçün  müxtəlif  tikinti  məmulatları  istehsal  edən  müəssisələrin 
istehsal gücünü artırmaq və yeni müəssisələr tikmək qarşıda duran mühüm 
məsələlərdən biri olmalıdır. Çünki bu sahələrin inkişaf etdirilməsi ərazidə 
mövcud əmək ehtiyatlanndan səmərəli istifadə olunmasına şərait yaradar. 
Regionda  məhsuldar  qüvvələrin  səmərəli  ərazi  təşkili  ilə  əlaqədar 
iqtisadi-ekoloji rayonun ərazisində yerləşən Filizçay polimetal yatağından 
gələcəkdə  səmərəli  istifadə  etməklə  ölkənin  əlvan  metallurgiya,  kimya 
sənayesi  məhsullarına,  xüsusilə  mineral  gübrəyə  olan  tələbatının 
ödənilməsinə də mühüm töhfələr verilə bilər. 
Sözsüz ki, “təbiəttutumlu” və “təbiət üçün təhlükəli” olan sənayenin bu 
sahələrinin ölkənin belə unikal ərazisində yerləşdirilməsi ekoloji cəhətdən 
çox  təhlükəlidir.  Lakin  ölkənin  iqtisadi  gücünü  artırmaq  naminə  bu 
sahələrin inkişaf etdirilməsini məqsədəuyğun hesab edirik. Məhz buna görə 
Balakən və Şəki inzibati 
130 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə