Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə43/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   39   40   41   42   43   44   45   46   ...   119

Qobustan  yataqlarında  qazılan  ilk  quyu  vasitəsilə  bütün  laylarda  neftin 
olması ilə müəyyən edilmişdir. Bu yataqların əsasən Şamaxı və Qobustan 
inzibati  rayonlarının  ərazilərində  olması,  burada  mədən  sənayesinin 
inkişafına  imkan  yaradacaqdır.  Həm  də  neft-  qaz  yataqlarının  Bakıya 
yaxınlığı,  laylarda  zəngin  ehtiyatın  olması,  onların  iqtisadi  cəhətdən 
qiymətini  artırır.  Burada  neft  sənayesinin  inkişafı  əhalinin  işlə  təmin 
edilməsində  rolımu  artınr.  Bundan  başqa  Qobustan  rayonunda  2-7,5  km 
məsafədə qalınlığı 1-4,5 metrlik təbəqələr şəklində yanar şistin də sənaye 
əhəmiyyəti  böyükdür.  Çünki  tərkibində  kükürd  azdır  və  istilik  törətmə 
qabiliyyəti 500- 1600 kkal/kq-dır. 
Şamaxı-Qobustan iqtisadi-ekoloji rayonu müxtəlif tikinti mate- riallan 
və mineral su sərvətləri ilə zəngindir. Şamaxı və Qobustan rayonunda daş, 
çınqıl,  qum,  gil  ehtiyatlan  tikinti  sənayesinin  inkişafı  üçün  çox 
əhəmiyyətlidir.  Qobustanın  Keçiqaya  və  Qaraqaya  qumları  şüşə  istehsalı 
üçün  yararlıdır.  Mərəzədə  tikinti  materialları  istehsalı  müəssisəsi, 
Hilmillidə  çınqıl  doğrama  sexi,  Vəndə  daş  karxanası  fəaliyyət  göstərir. 
Rayonun dağlıq hissəsində, Çuxuryurd, Çağan, Zərgəran hidrogen sulfıdli 
bulaqları  çox  məşhurdur.  Meşələrlə  əhatə  olunmuş  bu  bulaqlar  hələ  çox 
qədim  zamanlardan  yerli  əhali  tərəfindən  yel,  dəri,  qadın  xəstəliklərinin 
müalicəsində istifadə olunur. Bunlardan kurort-turizm sənayesinin inkişafı 
üçün istifadə edilməsi çox əlverişlidir. 
Aparılan tədqiqatlar onu göstərir ki, Şamaxı-Qobustan iqtisadi- ekoloji 
rayonunda  sənaye  istehsalının  yaradılması  üçün  əlverişli  imkanlara 
baxmayaraq təbii və potensial ehtiyatlardan tam istifadə edilmir. Bütün bu 
qeyd  edilənləri  nəzərə  alaraq  gələcəkdə  Bakı  şəhərinin  yaxınlığında 
Şamaxı-Qobustan  iqtisadi-ekoloji  rayonunun  ərazisində  çoxlu  mühüm 
sənaye  kompleksi  yaratmaq  mümkündür.  Bu  həm  də  rayonda  25-30  faiz 
işsiz əmək qabiliyyətli əhalinin rayondan getməsinin qarşısını alar. Əlavə 
olaraq  onu  qeyd  etmək  olar  ki,  rayonun  ekoloji  şəraiti  təbii  sərvətlərin 
mənimsənilməsində  bəzi  problemlər  yaradır.  Lakin  müasir  dövrdə  bu 
problemlərin həlli üçün əlverişli imkanlar çoxdur. 
134 


6.
 
Gəncə-Daşkəsən iqtisadi-ekoloji rayonu, iqtisadi inkişaf səviyyəsinə 
görə  Bakı  və  Sumqayıt  ekoloji-iqtisadi  rayonlarından  sonra  üçüncü  yer 
tutur.  Onun  tərkibinə  Gəncə  ərazi  dairəsi-  Gəncə  şəhəri  və  Hacıkənd 
qəsəbəsi [80], Göygöl və Daşkəsən inzibati rayonu daxildir. Əhalinin sayı 
350  min  nəfərə  yaxındır.  İqtisadi-ekoloji  rayonun  təbii  şəraiti  və  təbii 
resursları  ərazidə,  sənayenin  müxtəlif  sahələrinin  və  eləcə  də  kənd 
təsərrüfatının  inkişafına  əlverişli  şərait  yaradır.  Ərazi  düzənlik  və  çay 
dərələri ilə parçalanmış dağlıq relyefə malikdir. İqlimi yayı isti, quraq, qışı 
mülayim və yumşaqdır. Orta illik temperatum -l-10-14°C arasında dəyişir. 
Dağlıq ərazilərdə qışı quraq keçən mülayim isti iqlim üstünlük təşkil edir və 
orta  illik  temperaturu  -1-6-10°C  arasında  tərəddüd  edir.  Orta  illik 
yağıntıların  miq-  dan  400-600  mm-dir.  Torpaqları  əsasən  münbit  olub 
relyef  və  iqlim  şəraitindən  asılı  olaraq  dəyişir.  Ərazidə  şabalıdı 
torpaqlardan  tutmuş  boz  qonur  torpaqlara  qədər  bəzi  yerlərdə  dağ 
yamaclarında  daha  münbit  və  məhsuldar  qəhvəyi,  qonur  meşə  və  qara 
torpaqlar, yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları geniş yayılmışdır. 
Ümumiyyətlə  iqtisadi-ekoloji  rayonun  torpaq-iqlim  şəraiti  təsərrüfat 
fəaliyyəti üçün əlverişli zəmin yaradır. 
Gəncə-Daşkəsən  iqtisadi-ekoloji  rayonu  böyük  şirin  su  ehtiyatlarına 
malikdir. Gəncəçay, Qoşqarçay, Şəmkir su anbarı. Göygöl, Maralgöl və s. 
yeraltı sular əsas şirin su mənbələridir. Tarlaların suvarılmasında, əhalinin 
və sənayenin suya olan tələbatının ödənilməsində bu mənbələr mühüm rol 
oynayır. 
Gəncə-Daşkəsən  iqtisadi-ekoloji  rayonu  zəngin  meşəlik  şairəsinə 
malikdir.  Buranın  meşələrinin  böyük  kurort  sanitar-gigiyena,  qoruq,  su 
qoruyucu  əhəmiyyəti  vardır.  Gəncə  şəhərindən  35  km  cənubda  dəniz 
səviyyəsindən 1566 metr yüksəkdə yerləşən Göygöl Qafqazda ən gözəl dağ 
göllərindən  biridir.  Gölün  sahillərində  ucalan  dağların  səthini  örtən  yaşıl 
meşələr  ərazinin  estetik  və  kurort  əhəmiyyətini  artırır.  Hazırda  dövlət 
qoruğu  kimi  mühafizə  edilir.  Respublika  əhalisinin,  şəhər  sakinlərinin 
kurort və sanatoriya şəraitində istirahət və müalicəyə tələbatı sürətlə artır 
[6,7].  Regionların  sosial-iqtisadi  inkişafının  Dövlət  Proqramında  qarşıya 
qoyulan 
135 


məsələlərin  həll  edilməsində  Gəncə-Daşkəsən  ekoloji-iqtisadi  rayonunun 
kurort-rekreasiya  resurslanndan  səmərəli  istifadə  edilməsi  mühüm 
şərtlərdən biridir. 
Gəncə-Daşkəsən  iqtisadi-ekoloji  rayonunun  formalaşması  və 
inkişafının  əsasını  zəngin  mineral  resurslan  və  emal  sənayesi  təşkil  edir. 
Burada  yerləşən  Daşkəsən  dəmir  filizi  və  Zəylik  alunit,  kobalt,  qızıl 
mədənləri,  Xoşbulaq  aşqar  əhəng,  Daşkəsən  mərməri,  yuxan  Ağcakənd 
gips  mədəni,  kopal,  kvarsit,  çınqıl,  əhəng  daşı.  Göygöl  rayonunun  gilabı 
yataqlanndan  və  s.  istifadəyə  əsaslanan  müəssisələrin  geniş  şəbəkəsinin 
yaradılması iqtisadi-ekoloji rayonun intensiv şəkildə formalaşmasına səbəb 
olmuşdur. 
Gəncə-Daşkəsən  iqtisadi-ekoloji  rayonunun  formalaşmasının  əsasım 
bir  neçə  sahəvi  istehsal  kompleksi,  ilk  növbədə  isə  dağ-  mədən,  qara  və 
əlvan metallurgiya, maşınqayırma, yeyinti və yüngül sənaye məhsullarının 
emalı üzrə sahəvi istehsal kompleksləri təşkil edir. Hazırda ölkənin bütün 
müəssisələri  tərəfindən  istehsal  olunan  illik  sənaye  məhsulunun  3  faizi 
iqtisadi-ekoloji rayonun payına düşür. 
Tədqiq  edilən  rayonda  sənayenin  müxtəlif  sahələrinin  güclü  inkişafı 
ətraf  mühitə  mənfi  təsir  göstərərək  gərgin  ekoloji  vəziyyət  yaratmışdır. 
Gəncə  şəhərində  hələ  SSRİ  dövründə  müəssisələr  yaradılarkən  şəhərin 
iqtisadi-ekoloji  şəraiti  nəzərə  alınmamışdır.  Şəhərdə  ətraf  mühiti  ən  çox 
çirkləndirən  mənbələr  əlvan  metallurgiya  (71,3  faiz)  və  energetika  (12,3 
faiz)  müəssisələri  hesab  olunur.  Tikinti  materiallan  istehsalı  və  tikinti 
sənayesi, yeyinti və yüngül sənaye sahələri və s. tərəfindən atmosferə külli 
miqdarda tullantı atılır. Gəncə istilik-elektrik stansiyaları zəhərli maddələri 
ətraf mühitə təmizləməmiş halda atırlar, nəticədə uzun illər atmosferə atılan 
azot-oksidinin  də  miqdarı  artmışdır.  Statistik  məlumatlann  təhlili  göstərir 
ki, Gəncə şəhərində atmosferə zərərli maddələr atan mənbələrin sayı 470 
ədəddən çoxdur. Bu mənbələr tərəfindən il ərzində atmosferə atılan zərərli 
maddələrin 16,2 faizi bərk halda, 83,8 faizi isə qazaoxşar, yaxud da maye 
halında olmuşdur [30]. 
Bununla əlaqədar şəhərin sənaye müəssisələrində çirkləndirici 
136 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə