Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə51/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   47   48   49   50   51   52   53   54   ...   119

lamağa  başlamışdı.  Ekoloji  vəziyyətini  qiymətləndirmək,  əsas  ekoloji 
problemləri  və  təbiəti  mühafizə  sahəsində  üstün  əhəmiyyətli  tədbirləri 
müəyyən  etmək,  əsas  ekoloji  problemləri  və  təbiəti  mühafizə  sahəsində 
üstün əhəmiyyətli tədbirləri müəyyən etmək və onlara aid fəaliyyət planını 
tərtib  etmək  üçün  müxtəlif  təşkilatlar  və  mütəxəssislərdən  ibarət  işçi 
qüvvəsi  yaradılmışdır.  Bunların  sıx  əməkdaşlığı  əsasında  müxtəlif 
istiqamətlərdə  tədqiqatlar  aparılır.  Hökumət  tərəfindən  başlanmış  ekoloji 
islahatlar proqramı ehtimal ki, qısa, orta və uzun  müddət ərzində ölkədə 
təbii mühitin vəziyyətinə təsir göstərəcəkdir. 
Aparılan  tədqiqatlardan  biri  də  təbiəti  mühafizə  sahəsində  regional 
iqtisadi-ekoloji 
proqnozlann  hazırlanmasının  metodoloji  əsasının 
müəyyənləşdirilməsidir.  Bizim  tərəfimizdən  tərtib  edilmiş  blok-sxem 
iqtisadi-ekoloji  proqnozlann  hazırlanmasının  metodoloji  konsepsiyası  ola 
bilər. 
 
158 


inkişafın  kompleks  proqnozunun  daxili  blokda,  xüsusi  seçilmiş  ekoloji 
göstəricilərin  hesablanması  həyata  keçirilir.  Hansı  ki,  bu  hesablamalar 
regionların inkişafının proqnozunun tərtibi zamanı lazımdır. 
Bununla  əlaqədar  proqnozun  ən  mühüm  funksiyası  dəyişən 
kəmiyyətlərin  (dialektik  blokları)  müəyyənləşdirmişdir.  Bunlar  ekoloji 
göstəricilərin  əhəmiyyətinə  çox  mühüm  təsir  göstərir  və  bu  təsirin 
dərəcəsini aşkar edir. Bütün bunlar gələcəkdə ekoloji vəziyyətə fəal təsirin 
(idarə edilməsi və tənzimlənməsi) yollarının tapılmasına imkan verə bilər. 
Tədqiqatın  məqsəd  və  vəzifəsi  proqnozun  ekoloji  bloku  ilə  digər 
blokların  əsas  əlaqələrini  qabaqcadan  müəyyən  etməkdir.  Bu  zaman 
iqtisadi və ekoloji blokların arasında düz və əks əlaqələr daha çox dəqiq 
tədqiq edilir. 
Regional  istehsal-təsərrüfat  kompleksi  özünün  fəaliyyəti  prosesində 
ətraf mühit üçün zərərli maddələr ayıraraq ona bilavasitə təsir göstərir və 
düz  əlaqə  meydana  gəlir.  Bu  təsirin  miqdannm  qiymətləndirilməsi  təbii 
mühitə  atılan  zərərli  komponentlərin  həcmi  vasitəsilə  həyata  keçirilir. 
Bütün  bunların  hamısı,  istehsalın  hər  texnoloji  üsulu  üçün  maddələrin 
çıxan, normativlərə əsasən müəyyənləşdirilir. 
Əks  əlaqə,  regionun  təbii  resurslanndan  istehsal-təsərrüfat 
komplekslərinin  bilavasitə  istifadəsi  nəticəsində  yaranır.  Bu  tələbatm 
həcmi  istehsalın  miqyası  və  vaxt  ərzində  hər  bir  ayn-ayn  götürühnüş 
resurslara  tələbatın  mövcud  sahəvi  normativləri  ilə  müəyyənləşdirilir. 
Resurslara tələbata indiki dövrdə mövcud texnologiya səbəb olmuşdur. 
Ekoloji və demoqrafik bloklar arasındakı qarşılıqlı əlaqələrə gəldikdə 
isə burada düz, əlaqələr nisbətən yüngül meydana gəlir, buna regionun bu 
və  yaxud  da  digər  demoqrafik  strukturlarından  asılı  olaraq  ətraf  mühitə 
bilavasitə əhalinin təsir dərəcəsi və xarakteri səbəb olmuşdur. Həmçinin əks 
əlaqələrin artıqlığı güman edilir, buna regionun əhalisinin həyatının ekoloji 
şəraitinə  onun  demoqrafik  səciyyəsinin  hansı  dərəcədə  təsir  göstərməsi 
misal ola bilər. 
Sosial və ekoloji bloklar arasındakı düz əlaqələrin mahiyyəti bilavasitə 
əhalinin  ətraf  təbii  mühitə,  o  cümlədən,  rekreasiya  resurslanna  təsiri  ilə 
əlaqədardır. Bu bloklar arasında əks əlaqələr dəyişdirilmiş 
159 


ətraf  mühitin  sanitar-gigiyena  və  əməyin  digər  sosial  şəraitinə,  əhalinin 
məişət  və  istirahətinə  təsirindən  meydana  gəlir.  Mahiyyətinə  görə  bu 
əlaqələrin konkret normativləri hələlik kifayət qədər hazırlanmamışdır (bu 
göstəricilər əsasən su istehlakı üzrə vardır). 
Ekoloji blokun, regional proqnozlann digər blokları ilə onun qarşılıqlı 
əlaqəsini əks etdirən başlıca göstəricilərinə-torpaq ehtiyatlarının balansını, 
su və hava hövzəsinin keyfiyyətinin vəziyyətini, yerli mineral-xammal, su, 
meşə və digər təbii resurslan səciyyələndirən göstəricilər daxildir. 
Demoqrafik  blokun  əsas  göstəriciləıinə,  ekoloji  parametrlərə  daha 
güclü təsir göstərən əhalinin sayı, onun cinsi, yaş tərkibi və məskunlaşma 
formaları  daxildir.  İqtisadi  blokda  belə  göstəricilərdən  istehsal  həcminin 
böyüklüyünü  və  regional  xalq  təsərrüfatı  kompleksinin  sa-  həvi 
stRikturlanm,  həmçinin,  istehsalın  çatmış,  yaxud  da,  güman  edilən 
səviyyəsini  xarakterizə  edən  göstəricilər  aiddir.  Ekoloji  göstəricilərin 
əhəmiyyətinə təsir edən sosial blokun əsas parametrlərinə bu və ya başqa 
müddətə  əhalinin  mədəni-məişət  səviyyəsinə,  rekreasiya  və  digər 
tələbatlara nail olmaqla bağlı göstəricilər daxildir. 
3.2.
 
Regional 
iqtisadi-ekoloji proqnoz funksiyaların 
metodiki hazırlanması 
Proqnozlaşdırma 
regional 
sosial-iqtisadi 
inkişafın 
əsas 
qanunauyğunluqlarını  nəzərə  almaqla  onların  perspektiv  ehtimal  olunan 
istiqamətlərinin  müəyyən  edilməsinin  elmi  yollarını  təyin  edir.  Nəzərdə 
tutmaq lazımdır ki, proqnozlaşdırma həm ölkə, həm də ayrı- ayrı rayonlar 
üzrə  aparılır.  Proqnozlaşdırma  apararkən  əhalinin  təsərrüfat  fəaliyyəti  ilə 
ətraf  mühitin  qarşılıqlı  müvazinətinə  diqqət  yetirilməlidir.  Bu  zaman 
təsərrüfatın  daha  dinamik  xarakterdə  olmasını  həmişə  nəzərə  almaq 
lazımdır. Proqnozların hazırlanmasında beş əsas mərhələ fərqlənir, bunlar 
aşağıdakılardan ibarətdir: 
1)
 
Regionda  mövcud  ekoloji  vəziyyətin  təhlili,  ekoloji  və  digər 
yarımsistemlər 
arasında 
əsas 
əlaqələrin, 
“ekoloji 
diaqnozun” 
qoyuluşu-regionda  ekoloji  problemlərin  açarının  aşkar  edilməsi 
(retrospektiv təhlil); 
160 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə