Artıq ətraf mühitlə əlaqədar proqnozlaşdırma haqqında ən geniş
mənada “ekoloji proqnozlaşdırma” barədə danışmaq olar. Baxmayaraq ki,
onun şərhi birmənalı deyil, lakin elmi ədəbiyyatlarda “ekoloji
proqnozlaşdırma” termini kifayət qədər geniş yayılmışdır [174].
Fikrimizcə, belə proqnozlara aşağıdakıları aid etmək olar:
1)
Xüsusi “ekoloji” proqnozlar - antropogen
amillərlə əlaqədar təzahür
edən qlobal dəyişikliklərə aid proqnozlar.
2)
Fiziki - coğrafi proqnozlar - geosistemə (təbii ərazi kompleksləri)
antropogen təsirlərin müəyyən nəticələrilə əlaqədar proqnozlar.
3)
Təbii resurs ehtiyatının proqnozları-buraya birinci növbədə həyati
əhəmiyyətə malik resursların ehtiyatının proqnozları aiddir.
4)
İqtisadi-ekoloji proqnozlar-təbii mühitə antropogen fəaliyyətin
təsirinin xüsusİ5^ətləri və səviyyəsini müəyyənləşdirən proqnozlar.
Qeyd olunan ikinci və dördüncü proqnozlar, konkret yerli şəraiti
aramla hesaba almaqla əlaqədar tamamilə regional xarakter daşıyır. Lakin,
ekoloji proqnozlar qrupuna daxil olan bütün proqnozlar bütövlükdə öz
aralarında sıx bağlı olmalıdır. Gələcəkdə təbii mühitə insan təsirinin
ölçülərini və bu təsirin nəticələrinin müəyyənləşdirilməsi ekoloji
proqnozlaşdırmanın eyni mühüm istiqamətlərindən ibarətdir.
Elmi ədəbiyyatlarda bəzən ekoloji proqnozlaşdırmaya səhv olaraq,
insanın təbiətə artan təsirinə qabaqcadan görmə xarakteri kimi baxılır
[174], lakin burada məsələ ondadır ki, bizim ətraf mühitə təsirimiz kölgədə
qalır və
demək olar ki, onu yaddan çıxarırlar [142].
Yuxanda sayılan bütün istiqamətlərdə, razılaşdırılmış proqnozların
hazırlanması
nəticəsində
təbii
sistemlərin
obyektlərinin
ərazi
proqnozlaşdırılması sistemində, bütün səviyyələrdə proqnozlaşdırma
sisteminin ekologiyalaşdırılması məsəllərini həll etmək olardı.
Lakin, fikrimizcə iqtisadiyyatın, texnikanın, elmi-texniki tərəqqinin
proqnozlaşdıniması, ekoloji proqnozlaşdırmanın asılı məqamı ola bilər fikri
də düzgün deyil. Bəzi tədqiqatçılar demoqrafik proqnoza, ekoloji
proqnozlaşdırmanın əsas istiqamətlərindən
biri kimi
155