tehsal edən zavodlar yeganə müəssisələr idi. Şəhərin ixtisaslaşma
istiqamətini müəyyən edən sənaye sahələrindən biri də kimya sənayesi idi.
Şüşə-mahlıc və rezin-texniki məmulatları zavodlan ilə təmsil olunan sahə,
şəhərin ümumi sənaye məhsulunun 25 faizini verirdi. Qeyd olmıan sənaye
sahələrinin ekoloji cəhətdən yenidən qurulması və daha da
təkmilləşdirilməsi Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafına və
əhalinin işlə təmin olunmasına, ətraf mühitin yaxşılaşdınimasma şərait
yaradar.
Elektroenergetika sənayesinin inkişafı ilə əlaqədar yaranmış istehsal
sahələrindən biri də tikinti materialları sənayesidir. Yerli xammal əsasında
inkişaf edən sahə müxtəlif tikinti məmulatları istehsal etməklə yanaşı ətraf
mühitin, xüsusilə atmosferin çirklənməsində böyük rol oynayır. Bütün
bunlarla yanaşı. Mingəçevir şəhərində yüngül və yeyinti sənaye sahələri də
inkişaf etmişdir. Bu sahələrin ekoloji cəhətdən yenidən qurulması və
təkmilləşdirilməsi şəhərin özünün və habelə ətraf yaşayış məntəqələrinin
qadın əmək ehtiyatlarının istehsala cəlb edilməsində mühüm rol oynayır.
Mingəçevir-Yevlax iqtisadi-ekoloji rayonunun iqtisadiyyatının
inkişafında Yevlax şəhərinin də rolu böyükdür. Burada əsasən yüngül
sənaye inkişaf etmişdir. 1978-ci ildə istifadəyə verilmiş Yevlax yunyuma
fabrikini, respublikanın ən iri yüngül sənaye müəssisələrindən
pambıqtəmizləmə zavodunu qeyd etmək olar. Yevlax taxıl məhsullan
kombinatı respublikanın bir çox rayonlanna qüvvəli yem göndərir. Yevlax
şəhərinin əlverişli nəqliyyat-coğrafi mövqeyi ətraf rayonlara nəqliyyat və
anbarsaxlama xidməti göstərməyə imkan yaradır. Gələcəkdə burada yeni
sənaye müəssisələrinin yaradılması üçün böyük imkanlar vardır. Ən böyük
imkanlardan biri burada, həmçinin ətraf yaşayış məntəqələrində çox böyük
sərbəst əmək ehtiyatlarının olmasıdır ki, bunların da işləməsi üçün sənaye
müəssisələrinin tikilməsi əhali axınının qarşısını alardı.
11.
Şirvan iqtisadi-ekoloji rayonunun tərkibinə Şirvan ərazi dairəsi
(Şirvan şəhəri və Hacıqabul qəsəbəsi) daxildir. Əhalisi 85 min nəfərdən
çoxdur. İqtisadi-ekoloji rayon neft-qaz hasilatı və elektroenergetikanın
inkişafı əsasında formalaşmışdır. O, əlverişli iqti
146
sadi-coğrafı mövqeyə malikdir. Müasir standartlara cavab verən
Avropa-Asiya nəqliyyat dəhlizinin, İpək yolunun, Bakı-Tbilisi- Qars dəmir
yolu xəttinin və bir sıra beynəlxalq əhəmi)^ətli neft və qaz kəmərləri
üzərində yerləşməsi bu iqtisadi - ekoloji rayonun ölkənin təsərrüfat
sistemində mühüm rol oynamasım təmin edir. Onun Bakı iqtisadi-ekoloji
rayonunun yaxınlığında yerləşməsi rayonda müasir sənaye sahələrinin
inkişafına şərait yaradır.
Şirvan iqtisadi - ekoloji rayonu Kür - Araz ovalığmda yerləşir. Rayon
bütövlükdə düzənlik ərazidə yerləşməsinə baxmayaraq, burada bir sıra tirə
və təpəliklər də vardır. Həmçinin rayonun ərazisi daxilində Şirvan və
Cənub-Şərqi Şirv'an düzündə bir çox sönmüş və fəaliyyətdə olan palçıq
wlkanları yerləşir. 7 ballıq zəlzələ zonasında yerləşən rayonun ərazisi neft
və qaz ehtiyatlan ilə zəngindir. Çöküntü süxurlarının yayıldığı ərazilərdə
tikinti-xammal
ehtiyatları yerləşmişdir. Şirvanda gil yataqları
iqtisadi-ekoloji rayonun mühüm təbii sərvətlərindən olub kərpic və
keramika məhsullarının istehsalında istifadə olunur. Şirvan şəhəri ətrafında
əhəng daşı və qum ehtiyatları, Hacıqabul yaxınlığında, Atbulaqda tikinti
qumu, Udulu və Atbulaqda əhəng daşı ehtiyatlan vardır.
Şirvan iqtisadi-ekoloji rayonu əlverişli təbii iqlim şəraitinə malikdir.
İqlimin təsərrüfatın ərazi təşkili və ixtisaslaşmasında rolu böyükdür.
Bui’ada günəşli saatlarının miqdarı 2200-2400 saat arasında dəyişir.
Havanın orta illik temperaturu 14-15°C-dir. Heç də təsadüfi deyildir ki, XX
əsrin 60-cı illərində keçmiş SSRİ-nin təcrübəsində ilk dəfə istehsal
qurğuları açıq havada yerləşən, gücü 1,2 mln.kvt olan DRES tikilmişdir.
Belə əlverişli iqlim şəraiti bu gücdə istilik-elektrik stansiyasının tikinti
xərclərinin azaldılmasına imkan yaratmışdır.
Şirvan iqtisadi-ekoloji rayonunda əhalinin şirin suya tələbatının və
sənayenin tələbatının ödənilməsində Kür çayı əsas mənbədir. Lakin bəzi
hallarda məişət və sənaye müəssisəsindən çirkab suları təmizlənmədən Kür
çayına axıdılır, bu da suyun keyfiyyətinə pis təsir göstərir. İqtisadi-ekoloji
rayonun ərazisi daxilində yerləşən Hacıqabul gölü balıqçılıq təsərrüfatının
inkişafı üçün əhəmiyyətli
147
dir. Lakin son dövrlər gölün ekoloji şəraiti pisləşib, səviyyəsi aşağı düşüb
və göldə sujoın keyfiyyəti pisləşib. Gölün vəziyyətinin pisləşməsində
antropogen amil başlıca rol oynamışdır.
Yuxanda qeyd edilən təbii resurs amilləri iqtisadi-ekoloji rayonun
sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Gələcəkdə bir çox yeni
istehsal sahələrinin inkişafına şərait yaradacaqdır. Rayonun zəngin neft-qaz
ehtiyatlarının istismarına hələ keçən əsrin 50-ci illərindən başlanılmışdır.
Onun əsasında “Şirvanneft” neft və qazçıxarma idarəsi yaradılmışdır.
Hazırda burada ildə 450-550 min ton neft, 20-21 milyon m^ təbii qaz hasil
edilir. Bu dövrdə iqtisadi- ekoloji rayonun ərazisində neft-qaz hasilatı
mədənlərinin ərazilərində ətraf mühitin çirklənməsi halları baş vermişdir.
Neft hasilatı və daşınması zamanı torpaq örtüyünə mənfi təsir, ərazidə
ekoloji gərginliyi artınmşdır.
Şırvan iqtisadi-ekoloji rayonunda ekoloji cəhətdən gərgin vəziyyət
yaradan mənbələrdən biri də elektroenergetika sənayesidir. Şirv'an
DRES-in fəaliyyəti nəticəsində atmosferə güclü miqdarda zəhərli maddələr
atılır. Əldə edilmiş məlumatlann təhlili göstərir ki, Şirvan DRES-i
tərəfindən hər il atmosferə 4536 ton kükürd an- hidridi, 291 ton karbon
2-oksidi, 10275,3 ton azot 4-oksidi, 7857,2 karbohidrogenlər atılmışdır.
Daim hərəkətdə olan hava bu tullantıları uzun müddət özündə saxlayıb
onları şəhərin və digər qonşu rayonların ərazisinə tədricən çökdürür.
İnsanların sağlamlığına, torpağa, su mənbələrinə, bitki örtüyünə, mənfi
təsir göstərərək çox böyük ekoloji-iqtisadi zərər vurur. Belə bir zərərli
hadisələrin qarşısım almaq üçün rayonun istilik-elektrik stansiyasında
kimya və tikinti materialları sənayesi müəssisələrində yeni texnologiyanın,
tullantısız emal proseslərinin tətbiqini həyata keçirmək, tərkibində zərərli
maddələr olan xammallann əvvəlcədən təmizlənməsini qabaqcadan
planlaşdırmaq lazımdır.
Şirvan iqtisadi-ekoloji rayonunda uzun illər neft-qaz hasilatı ilə
əlaqədar Mişovdağ və şəhər ətrafı ərazilərdə təxminən 100 hektar ərazi
neft-qaz hasilatı sənayesi, məişət tullantıları və təsərrüfatın digər foımaları
ilə korlanmışdır. Bu ərazilərdə ətraf mühitin müha-
148
Dostları ilə paylaş: |