sindən keçən Horadiz-Culfa yolu birləşdirir.
Naxçıvan iqtisadi-ekoloji rayonunun ərazisi okean səviyyəsindən
700-800 metr yüksəklikdə yerləşir. Ərazidə qışı soyuq, yayı quru və isti
keçən, yarımsəhra quru iqlimi üstünlük təşkil edir. Burada sənaye
əhəmiyyətli mineral resursları, o cümlədən molibden, dolomit, volfram,
qurğuşun-sink, qızıl, gümüş, daş duz, mərmər, travertin və s. tikinti
materialları. Badamlı, Sirab, Vayxır və 200- dən çox müalicə əhəmiyyətli
mineral su mənbələri iqtisadi-ekoloji rayonun sənaye potensialının mühüm
bazasını təşkil edir.
Onu da qeyd etmək istərdik ki, çoxsahəli istehsal strukturuna malik
olmasına baxmayaraq bu sənaye sahələrinin istehsal gücü aşağı olan xırda
müəssisələrdə təmsil olunması Naxçıvan iqtisadi- ekoloji rayonunun
intensiv fonnalaşmasma imkan vermir.
Naxçıvan iqtisadi-ekoloji rayonun zəngin təbii və mineral resursları
burada məhsuldar qüvvələrin ərazi təşkili üçün çox böyük potensiala
malikdir. Rayonda mineral xammalın hasilatı ilə yanaşı onun emalı
müəssisələrin yaradılması, sərbəst əmək ehtiyatlarının işlə təmin
edilməsinə imkan yaradar. Muxtar respublikanın əhalisinin dayanıqlığını
təmin edər.
Naxçıvan şəhəri Azərbaycanın Avropaya pəncərəsidir. Gələcəkdə
buradan Türkiyə vasitəsilə Avropa ölkələri ilə birbaşa əlaqələrin
yaradılması ölkənin mədəni və iqtisadi sahədə inkişafına müsbət təsir
göstərər. Naxçıvanın füsunkar təbiəti, müalicəvi mineral suları, məşhur
tarixi-memarlıq abidələri və xalqın adət-ənə- nələrinin qorunub saxlanılmış
nümunələri burada kurort-turizm təsərrüfatının inkişafına şərait yaradar.
Muxtar Respublikanın regionda strateji mövqeyini möhkəmləndirmək
üçün burada beynəlxalq əhəmiyyətli təsərrüfat sahələrinin yaradılması
məqsədəuyğundur. Naxçıvan iqtisadi-ekoloji rayonunda gələcəkdə
təsərrüfatın yeni sahələrinin yaradılması zamanı ekoloji problemlərin həlli
yolları da dəqiqləşdirilməlidir. Burada ekoloji cəhətdən təmiz və
innovasiya yönümlü istehsal sahələrinin inkişaf etdirilməsi çox əhəmiyyətli
olardı.
8.
Qazax iqtisadi-ekoloji rayonu formalaşmaqda və inkişafda
140
olan Qazax sənaye qovşağının ərazisini əhatə edir. İqtisadi inkişaf
səviyyəsinə görə aynimış iqtisadi-ekoloji rayonlardan geri qalır. Rayon
istehsal strukturunun sadəliyi ilə bərabər ona daxil olan sənaye sahələri zəif
inkişafı ilə səciyyələnir. Bunu rayonun istehsal strukturunun təhlili bir daha
göstərir, burada əsasən yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir.
Lakin əldə olunmuş məlumatların təhlili göstərir ki, iqtisadi- ekoloji
rayonun əlverişli nəqliyyat-coğrafi mövqeyi, zəngin təbii resurs ehtiyatları
və çoxlu sərbəst əmək ehtiyatları, onu gələcəkdə ölkəmizin şimal-qərbində
ən mühüm sənaye rayonuna çevirəcəkdir.
İqtisadi-ekoloji rayonun ərazisi dağətəyi və aran relyef formalarından
ibarətdir, təsərrüfat sahələrinin inkişafı üçün əlverişlidir. İqlimi mülayim
kontinentaldır. Ən isti iyul ayında temperatur +38 °C olduğu halda yanvar
ayında-5°C-yə çatır, bu da təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradır.
Ərazinin su ehtiyatlanm Kür, Ağstafaçay və s. təşkil edir. Rayon ərazisində
Kür çayı mühüm hidroenerji ehtiyatına malikdir. Həmçinin rayonda bir sıra
su təsərrüfatı obyektləri (Ağstafa gölü) suvanna kanallan, çoxlu artezian
quyulan istifadəyə verilmişdir ki, bunlar da ərazinin iqtisadi-ekoloji
şəraitinə müsbət təsir göstərir. Gələcəkdə su tutumlu sənaye sahələrinin
inkişaf
etdirilməsi
üçün
yeni
su
mənbələrinin
axtarılması
məqsədəuyğundur.
Qazax iqtisadi-ekoloji rayonunun müxtəlif torpaq və iqlim şəraiti
buranın bitki örtüyünün müxtəlifliyinə səbəb olmuşdur. Kür çayı boyunca
Tuqay meşəlikləri yayılmışdır. Bu meşələri qorumaq üçün Qazax və
Ağstafa rayonları ərazisində Qarayazı dövlət qoruğu, relikt iynəyarpaqlı
ağac olan Eldar şamını qorumaq üçün Eldar oyuğu dövlət qoruğu
yaradılmışdır. Quraq şəraitində bitən bu ağacın ərazilərin, şəhərlərin
yaşıllaşdınimasmda çox böyük əhəmiyyəti vardır. Bura respublikada
dərman bitkiləri tədarük edən əsas rayonlardan biridir.
Qazax iqtisadi-ekoloji rayonunda sənayenin gələcək inkişafım təmin
edən mühüm faydalı qazıntılar vardır. Ceyrançöldə neft ehtiyatlarının, Daş
Salahlı bentonit (gilabı) gilinin və mişar daşının,
141
Poylu qum-çınqıl yataqlannm çox böyük sənaye əhəmiyyəti vardır.
Daş Salahlıda olan qiymətli kompleks xammal sayılan bentonit
gilindən tikintidə, metallurgiyada, kimya, yeyinti sənayesində, təbabətdə
çox istifadə olunur. Dolomit neft, qaz və digər faydalı qazıntıların
hasilatında, xüsusilə mürəkkəb geoloji quruluşa malik olan sahələrdəki
dərin quyuların qazılmasında geniş tətbiq olunur. Mühüm kompleks
xüsusiyyətə malik olan dolomitin rayonda bir çox istehsal sahələrini
yaratmaq olar. Bunun nəticəsində rayonda yeni iş yerləri açılar, həm yerli,
həm də ətraf yaşayış məntəqələrinin əhalisinin işlə təmin olunmasında
mühüm rol oynayar.
Gələcəkdə iqtisadi-ekoloji rayonda hasilat və emal sənayesinin inkişafı
ətraf mühitin - atmosferin və torpağın çirklənməsinə şərait yarada bilər.
Bunun üçün də gələcəkdə yarana biləcək ekoloji problemləri yeni
yaradılacaq müəssisələrlə birlikdə həll edilməsi yollan tövsiyə edilməlidir.
9.
Yuxarı Qarabağ iqtisadi-ekoloji rayonunun tərkibinə Şuşa,
Xankəndi ərazi dairəsi (Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi), Xocalı
və Ağdam inzibati rayonları daxildir. Bu iqtisadi-ekoloji rayon. Yuxan
Qarabağ iqtisadi-coğrafi rayonunun iqtisadi, xüsusilə də sənaye
potensialının əsas hissəsini özündə birləşdirir. Bütün Qarabağ zonası üzrə
istehsal edilən sənaye məhsulunun yarıdan çoxu və sənaye istehsal
heyətinin 80 faizindən çoxu Yuxan Qarabağ iqtisadi-ekoloji rayonunun
payına düşür. Düzdür, hazırda Yuxarı Qarabağ iqtisadi-ekoloji rayonu
erməni işğalı altında olduğu üçün demək olar ki, istehsal tamamilə iflic
vəziyyətinə düşmüşdür. Rayonun ərazisində gərgin ekoloji-situasiya
yaranmışdır. Lakin buna baxmayaraq biz tədqiqatın məqsədinə müvafiq
Yuxarı Qarabağ iqtisadi-ekoloji rayonunda məhsuldar qüvvələrin inkişafını
və ekoloji problemlərini iqtisadi-coğrafi cəhətdən qiymətləndiririk.
Yuxarı Qarabağ iqtisadi-ekoloji rayonu Kiçik Qafqazın cənub-
şərqində yerləşməklə əlverişli təbii şəraitə və təbii ehtiyatlara malikdir.
İqtisadi-ekoloji rayonun ərazisini ən çox dağlıq və qismən düzənlik sahələr
təşkil edir. Dağlıq ərazilər sənayenin inkişafına mənfi təsir göstərir.
Relyefinin müxtəlifliyi və əlverişli iqlim şəraiti
142
Dostları ilə paylaş: |