Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə46/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   42   43   44   45   46   47   48   49   ...   119

ərazini daha da cazibədar edir. 
Yuxan Qarabağ iqtisadi-ekoloji rayonunun ərazisinin iqlimi 1000-2000 
metr yüksəklikdə mülayim-soyuq, düzənlik və alçaq, dağətəyi sahələrdə isə 
nisbətən quru və istidir. Yağıntılar relyefdən asılı olaraq 400-900 mm-dir. 
Belə  iqlim  şəraiti  iqtisadi-ekoloji  rayonun  ərazisində  kurort-turizm 
təsərrüfatının  və  digər  sahələrin  inkişafına  şərait  yaradır.  Belə  ki,  Şuşa 
tarixən respublikanın sağlamlıq və istirahət mərkəzi olmuşdur. Su ehtiyatı 
iqtisadi-ekoloji  rayonun  mühüm  təbii  resurslarından  biridir.  Ərazidən 
keçən  tranzit  çaylardan-Tərtərçaym,  Qaraçaym,  Xaçmçayın  sularından 
əhali məişətdə və suvarmada geniş istifadə edir. Rayon zəngin yeraltı su 
ehtiyatlarına,  xüsusilə  mühüm  müalicəvi  əhəmiyyəti  olan  mineral  su 
ehtiyatlarına  malikdir.  Şuşa  rayonu  ərazisində  yerləşən  Turşsu  və  Şirlan 
bulaqları, 
müxtəlif 
daxili 
xəstəliklərin 
müalicəsində 
olduqca 
əhəmiyyətlidir. 
Yuxarı  Qarabağ  iqtisadi-ekoloji  rayonu  zəngin  mineral  resurslara 
malikdir.  Bunların  böjdik  sənaye  əhəmiyyəti  vardır.  Onlardan  sink, 
qurğuşun, polimetal filiz yatağı, bir sıra tikinti və üzlük daş, mərmər, gil, 
gəc, mişar daşı, əhəng daşı, iqtisadi-ekoloji rayonun sənaye kompleksinin 
inkişafında mühüm rol oynayacaqdır. 
Yuxarı  Qarabağ  iqtisadi-ekoloji  rayonu  respublikamızın  zəngin 
meşəlik  ərazilərindən  biridir.  Ölkənin  ümumi  meşə  fondunun  15  faizini 
təşkil  edir  və  meşələr  sənaye  əhəmiyyətlidir.  Gələcəkdə  iqtisadi-  ekoloji 
rayonda meşə və ağac emalı sənayesinin inkişaf etdirilməsi, onun sənaye 
kompleksinin tamamlanmasmda mühüm rol oynayır. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  əlverişli  iqlim,  füsunkar  meşəliklər  və 
müalicəvi  əhəmiyyətli  mineral  sular  Yuxarı  Qarabağ  iqtisadi-  ekoloji 
rayonunda  kurort-turizm  təsərrüfatının  inkişafını  təmin  edərdi.  Dəniz 
səviyyəsindən  1600  metr  yüksəklikdə  yerləşən  Şuşanın  iqlimi  bir  çox 
müalicə  göstəricilərinə  görə  İsveçrədəki  məşhur  Davos  kurortundan 
üstündür.  Turşsu  və  Şirlan  karbohidrogeni!  mineral  bulaqları 
iqtisadi-ekoloji rayonun kurort resursları arasında xüsusi yer tutur. 
Əlavə olaraq onu qeyd etmək istərdik ki, belə zəngin təbii şərait 
143 


və təbii ehtiyatlara malik olan iqtisadi-ekoloji rayon həm iqtisadi, həm də 
ekoloji  cəhətdən  gərgin  vəziyyətdədir.  Çox  təəssüf  ki,  rayonun  təmiz 
havası,  meşələri,  mineral sulan  və  bulaqlan,  tarixi  abidələri  və  s.  erməni 
işğalçıları  tərəfindən  tamamilə  məhv  edilmiş,  talanmış  və  meşələr 
qırılmışdır. Belə ki, 20 ildən artıq bir dövrdə işğal altında qalan meşələrdə 
sənaye  əhəmiyyətli  oduncaq  kütləvi  surətdə  doğranaraq  Ermənistana 
daşınır  və  orada  emal  olunaraq  yaxşı  iqtisadi  gəlir  verir.  Ərazidən  axan 
çaylan  müxtəlif  maddələrlə  çirkləndirirlər.  Çirklənmiş  sular  ətraf 
rayonların əhalisi və təsərrüfat sahələri üçün ciddi təhlükə yaradır. 
Yuxarı  Qarabağ  iqtisadi-ekoloji  rayonunun  ərazisində  gedən 
müharibə,  buranın  ekoloji  vəziyyətini  ağırlaşdırılmışdır.  Ərazidə  gedən 
hərbi əməliyyatlar torpaq örtüyünə, meşələrə, su təsərrüfatına böyük ziyan 
vurmuşdur.  Uzun  illərdən  bəri  zəngin  mineral  sərvətlərdən  istifadə 
edilməməsi  iqtisadi-ekoloji  rayonun  inkişafına  mənfi  təsir  göstərir. 
Ermənistan  ordusu  tərəfindən  törədilən  yanğınlar  ərazinin  ekosisteminə, 
həmçinin  cəbhə  bölgəsində  yerləşən  qonşu  rayonların  təsərrüfatlarına 
böyük  ziyanlar  vurur.  Ona  görə  də  bütövlükdə  Qarabağ  zonasında 
ermənilər  tərəfindən  aparılan  müharibənin  müddəti  uzandıqca,  yaranan 
ekoloji  problemlər  bütün  Kiçik  Qafqaz  regionu  üçün  böyük  təhlükələr 
yarada bilər. 
10.
 
Mingəçevir-Yevlax 
iqtisadi-ekoloji 
rayonunun 
tərkibinə 
Mingəçevir  və  Yevlax  şəhərləri  və  onlara  yaxın  ərazilər  daxildir.  Onun 
formalaşmasında və inkişafında başlıca olaraq elektroenergetika sənayesi 
və onun nəqliyyat-coğrafi mövqeyinin əlverişliliyi mühüm rol oynamışdır. 
Ərazisi  əsasən  düzənlikdən  ibarətdir.  Bununla  yanaşı  Mingəçevir  su 
anbannm cənubunda yerləşən Bozdağ silsiləsinin şərq yamacı və onun ən 
yüksək  hissəsi  olan  Qazanlı  dağı  da  (500  m)  buradadır.  Mingəçevir  su 
anbannm şimalındakı Xo- caşen (609 m) və Xoşaləng silsiləsi rayonun ən 
yüksək ərazilərin- dəndir. 
Mingəçevir-Yevlax  iqtisadi-ekoloji  rayonunun  ərazisi  Kaynozoy 
erasmın  IV  dövr  çöküntüləriylə  örtüldüyündən  burada  Mingəçevirdə 
qum-çınqıl və gil ehtiyatı zəngindir. Kür çayı boyunca Yevlax şəhəri 
144 


ətrafına qədər uzanan Tuqay meşələri rayonun qorunan sərvətlərin- dəndir. 
Burada iqlimin quraq keçməsi yağıntıların məhdudluğu şəraitində havanın 
orta illik temperaturu 12-13°C olur. Torpaqda rütubət çatışmazlığı burada 
süni  suvarma  şəraitində  ödənilir.  İqtisadi-ekoloji  rayonun  çay  şəbəkəsi 
Kürdən və xırda çaylardan ibarətdir. Torpaq örtüyünü boz-çəmən və şoran 
torpaqlar təşkil edir. 
Mingəçevir-Yevlax iqtisadi-ekoloji rayonunun sənaye strukturlarında 
elektroenergetika,  yüngül,  kimya,  maşınqayırma  və  metal  emalı,  tikinti 
materialları sənayesi, un.üyütmə, qarışıq yem və s. sahələr inkişaf etmişdir. 
İqtisadi-ekoloji rayonun sənayesinin ümumi strukturunda elektroenergetika 
ixtisaslaşmış sahələrdən biri olub ölkədə istehsal olunan elektrik enerjisinin 
60  faizindən  çoxunu  təşkil  edir.  Burada  elektrik  enerjisinin  istehsalı 
Mingəçevir  DRES,  Mingəçevir  və  Varvara  SES-ləri  vasitəsilə  həyata 
keçirilir. 
Qeyd  etmək  lazımdır  ki,  böyük  xalq  təsərrüfatı  əhəmiyyəti  olan 
Mingəçevir DRES-i, həm də ətraf mühitin çirkləndirilməsində mühüm rol 
oynayır.  Əldə  edilmiş  məlumatlar  göstərir  ki,  iqtisadi-  ekoloji  rayonda 
2009-cu  ildə  stasionar  mənbələr  tərəfindən  atmosferə  4931  ton  kükürd 
hidridi,  328  ton  karbon  2  oksidi,  10861,3  ton  azot  4  oksid,  7574,4  ton 
karbohidrogenlər atılmışdır [87]. Sülb hissəciklərinin yerüstü səviyyəsinin 
miqdan konsentrasiyanın son həddindən artıqdır. Bunun üçün Mingəçevir 
DRES-də  zərərli  qazları  təmizləmək,  sülb  hissəciklərə  nəzarət  və  yanma 
prosesində  əmələ  gələn  azot-oksidini  təmizləmək  üçün  səmərəli 
texnologiyalar tətbiq etmək lazımdır. Əsas məsələlərdən biri də Mingəçevir 
DRES- nin fəaliyyəti ilə əlaqədar Mingəçevir su anbarının. Kür çayının, su 
anbarından başlanğıcını götürən suvarma kanallarının təmizliyinə nəzarət 
etmək,  balıqçılıq  təsərrüfatına  dəyən  mənfi  təsirləri  ləğv  etməkdən 
ibarətdir. 
Mingəçevir-Yevlax iqtisadi-ekoloji rayonunda sənaye müəssisələrinin 
demək  olar  ki,  hamısı  bu  və  ya  digər  dərəcədə  burada  elektroenergetika 
sənayesinin inkişafı ilə əlaqədar olmuşdur. Vax- tilə respublikanın ikinci 
maşınqayırma  və  metal  emalı  mərkəzi  olan  Mingəçevir  şəhərində  kabel, 
elektrik izolyasiya və yol maşınları is 
145 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə