Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə49/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   45   46   47   48   49   50   51   52   ...   119

xüsusi  çəkisi  çox  böyük  idi.  Bu  üç  inzibati  rayonun  bir  iqtisadi-ekoloji 
rayon  kimi  ayrılmasına onların  istehsal  quruluşunda  olan  oxşarlıq imkan 
verir.  Lənkəran-Cəlilabad  iqtisadi-ekoloji  rayonunun  istehsal  quruluşu 
bütövlükdə  Lənkəran  iqtisadi-coğrafi  rayonunun  istehsal  quruluşunu 
özündə əks etdirir. Bu iqtisadi-ekoloji rayonda kənd təsərrüfatı xammalına 
əsaslanan  yeyinti  sənayesi  inkişaf  etmişdir.  Balıq  emalı,  meyvə-tərəvəz 
konservləri, ət, süd və çay sənayesi üzi'ə ixtisaslaşmışdır. 
Lənkəran  iqtisadi  -  coğrafi  rayonunda  fəaliyyət  göstərən  90-a  qədər 
sənaye  müəssisəsinin  75-i,  sənayedə  işləyən  4120  nəfərdən  3605  nəfəri 
Lənkəran - Cəlilabad iqtisadi - ekoloji rayonunda cəmlənmişdir. 
Əldə olunmuş məmulatların təhlili göstərir ki, iqtisadi-ekoloji rayonun 
təbii şəraiti və təbii ehtiyatları, əlverişli nəqliyyat-coğrafi mövqeyi, xeyli 
əmək ehtiyatlan onun özünəməxsus təsərrüfat kompleksinin inkişafında və 
formalaşmasında mühüm rol oynaya bilər. Əlverişli mövqeyə malik olan 
Lənkəran  -  Cəlilabad  iqtisadi  -  ekoloji  rayonu  müasir  nəqliyyatın  bütün 
növlərinin inkişafına malikdir. Buradan keçən Bakı-Astara dəmiryolu xətti 
ona  paralel  çəkilmiş  beynəlxalq  avtomobil  yolu,  İran-Hacıqabul  qaz 
kəməri, dəniz və hava nəqliyyatı onun təsərrüfatının inkişafına çox böyük 
təsir göstərir. Gələcəkdə Şimal - İran (Rusiyadan) magistral dəmir yolunun 
çəkilməsi rayonun iqtisadiyyatında mühüm rol oynayacaqdır. 
İqtisadi  -  ekoloji  rayonun  təsərrüfat  kompleksinin  inkişafında  onun 
rəngarəng  təbii  şəraiti,  rütubətli  subtropik  iqlimi,  meşələri,  termal  və 
mineral sulan çox əhəmiyyətlidir. Bunları tamamlayan narın qumlu dəniz 
çimərlikləri,  gözəl  mənzərələr  bütün  il  boyu  tərəvəz  yetişdirmək  imkanı 
kurort-turizm təsərrüfatının inkişafı üçün real imkanlar yaradır. 
Lənkəran  -  Cəlilabad  iqtisadi  -  ekoloji  rayonunda  faydalı  qazıntılar 
azdır. Lakin burada tikinti materiallarından qum, gil, çay daşı, gips və s. 
rayonun iqtisadi inkişafında mühüm rol oynayır. 
İqtisadi-ekoloji rayonun sosial - iqtisadi inkişafında əhalinin rolu çox 
böyükdür. Lənkəran iqtisadi rayommda əhali ən çox məhz bu 
152 


rayonda  yerləşmişdir.  Həmçinin  Lənkəran  -  Cəlilabad  iqtisadi-ekoloji 
rayonunda istehsala cəlb olunmamış xeyli əmək ehtiyatlan mövcuddur. Bu 
əmək  ehtiyatlarından  səmərəli  istifadə  etmək  üçün  yuxarıda  qeyd  edilən 
geniş iqtisadi imkanlar vardır. 
Lənkəran-Cəlilabad 
iqtisadi-ekoloji 
rayonunun 
sosial-iqtisadi 
inkişafını təmin etmək üçün burada istər qadın, istərsə də kişi əməyindən 
daha  səmərəli  istifadə  etmək  məqsədilə  müvafiq  sənaye  müəssisələrinin 
istifadəyə  verilməsi  məqsədəuyğundur.  Xüsusilə  bu  rayonda  az 
metaltutumlu  və  çox  əməktutumlu  maşınqayırma  və  metal  emalı 
müəssisələrinin  tikintisi  çox  əhəmiyyətlidir.  Həmçinin  rayonun  ekoloji 
mühitinin  potensialından  istifadə  etməklə  yeyinti  sənayesinin,  meşə  və 
ağac emalı sənayesinin müvafiq sahələrinin daha da inkişaf etdirilməsini 
nəzərə almaq lazımdır. 
Əlavə olaraq qeyd etmək istərdik ki, olduqca əlverişli ekoloji mühitə 
malik  olan  rayonun  təbii  potensialından  sənayenin inkişaf  etdirilməsində 
istifadə  edərkən,  onun  elementlərinə-havasına,  torpaq  və  bitki  örtüyünə 
ziyan dəyməsin. Çünki kompakt əraziyə malik olan rayonda təbii mühitin 
hər  hansı  bir  elementinə  göstərilən  mənfi  təsir,  digər  elementin  məhv 
olmasına səbəb ola bilər. Nəticədə rayonda gərgin ekoloji vəziyyət yarana 
bilər,  bu  da  cəmi>'>'ətə  böyük  maddi  ziyan  vurmuş  olar.  Ona  görə  də 
Lənkəran  -  Cəlilabad  iqtisadi-ekoloji  rayonunda  sənayenin  hər  hansı  bir 
sahəsini inkişaf etdirərkən ərazinin bütün təbii və iqtisadi imkanları ətraflı 
tədqiq edilib əsaslandmlmalıdır. 
Son  illərdə  Xəzər  dənizinin  səviyyəsinin  qalxması  rayonun  sosial  - 
iqtisadi həyatına və ekoloji şəraitinə xeyli tələfatlar  vennişdir. Ən böyük 
təsir  altında  yerləşən  əhalinin  və  infrastrukturun  köçürülməsi  və  burada 
əhalinin sağlamlığına mənfi təsir göstərən problemlərin həll edilməsi üçün 
kompleks işlər görmək lazımdır. 
153 


III
 
FƏSİL 
REGİONAL İNKİŞAFIN İQTİSADİ-EKOLOJİ 
PROQNOZLAŞDIRILMASI 
S.l.
 
Regional inkişafın iqtisadi-ekoloji 
proqnozlaşdırmanm metodoloji aspektləri 
7
 
qtisadiyyatm planlaşdırılması sistemində, proqnozlaşdırmaya 
konkret planın hazırlanmasında aparılan tədqiqatın əsası kimi 
baxılır. Proqnozlaşdırma dedikdə, yaxın, yaxud çox uzaq gələcək 
üçün hadisə və prosesləri səciyyələndirən göstəricilərin qiymət- 
ləndirilməsi, bu hadisə və proseslərin qarşıdan gələn inkişafının 
nəticələri və ehtimal olunan yollarının “səbəb-nəticə” əlaqələrinin 
qurulmasının elmi cəhətdən meydana gəlməsi başa düşülür. 
Proqnozlar  planlaşdırma  prosesində  əsas  hissədir,  onım  başlanğıc 
mərhələsidir,  lazım  olan  fəaliyyətin  uzunmüddətli  proqramlarını 
dayanıqlığını  onların  istiqamətlərinin,  ardıcıllığının  və  aparılma 
müddətinin  meydana  gəlməsinə  imkan  verir  [74].  Ümumi  dialektik 
formada  proqnozu-gələcəkdə  proqnozlaşdırılmış  obyektin  vəziyyəti 
haqqında elmi cəhətdən əsaslandırılmış mülahizə kimi müəyyənləşdirmək 
olar. 
Planlaşdırmanın  metodlarının  təkmilləşdirilməsinin  zəruriliyi  artıq 
yetişmişdir.  Son  illərdə  uzunmüddətli  perspektiv  planlarda  proqnozlann 
əhəmiyyəti  xüsusilə  artmışdır.  O,  cəmiyyətin  tələbatının  daha  dəqiq 
öyrənilməsinə,  iqtisadi  imkanlanmızm  elmi  proqnozuna,  hərtərəfli 
təhlilinə, onların uzunmüddətli nəticələrinin müxtəhf variantlarda həlimin 
qiymətləndirilməsinə əsaslanmalıdır [56]. 
Proqnozlan əhatə edən bir çox məsələlər həddən artıq genişdir. Bunlar 
elmi-texniki  tərəqqi  proqnozlaşdırması,  sosial,  demoqrafik,  təsərrüfatın 
sahəvi  və  bir  çox  digər  növ  proqnozlandır.  Proqnozlaşdırma  sistemində, 
ətraf mühitin təşkili, onun resurslarından istifadə edilməsi problemləri ilə 
əlaqədar  uzunmüddətli  proqnozlar  xüsusi  yer  tutur.  Belə  proqnozların 
hazırlanması  inersiya  xarakterli  sistemlərin  fəaliyyətinin inkişafına  səbəb 
olur. 
154 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə