Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə273/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   269   270   271   272   273   274   275   276   ...   298



 

təhlükəli  istehsal  sahələrinin  fəaliyyətinin  qanunvericilik 

aktlarının, noraıativ lə s. sənədlərin hazırlanması və həyata keçirilməsi. 

Risklərin  qiymətləndirilməsinin  nəticələri  və  üsulları  artıq  40 

ildən  çoxdur  ki,  dünya  ölkələrinin  əksəriyyətində  müxtəlif  idarəetmə 

strukturları tərəfindən mütəmadi olaraq davam etdirilir. Lakin 1980-ci ildən 

başlayaraq,  ətraf  mühitə  dair  bir  çox  məsələlər  və  bəzi  standartlar 



ekstrapolyasion  modelləşdirmə  (gözlənilən  zərərli  təsirlərin  ölçüsünün 

təyin  edilməsi)  üsulu  ilə  müəyyən  olunur.  Məsələn,  ABŞ-da  yeyinti 

məhsullarında  pestisidlərin  qalıq  tərkibi,  o  cümlədən  içməli  suyun 

keyfiyyəti  və  havanın  təmizliyi  standartlanm  mənzillərin  daxilindəki 

havada  və  kütləvi  gündəlik  tələbat  mallannda  zərərli  komponentlərin  yol 

verilən həddi risklərin qiymətləndirilməsi üsulu ilə təyin olunur. Müxtəlif 

risklərin nəticələrinin analizinə əsaslanaraq müvafiq idarəetmə orqanlarının 

məqsədöynlü qərarlar qəbul etməsi zamanı həmin üsul geniş tətbiq olunur. 

Risklərin  qiymətləndirilməsi  üsuluna  sənayedə  geniş  tətbiq  olunan  və 

laboratoriya  müayinələri  zamanı  təcrübə  heyvanları  (ağ  siçanlar,  hind 

donuzları,  ada  dovşanlan,  göyərçinlər)  üzərində  sınaqdan  keçirilərkən 

əksəriyyətinin (5000 kimyəvi birləşmədən 300-dən çoxunun) kanserogen 



(xərçəng mənşəli) olmasını aşkarlamaq məqsədilə daha önəmli yer və 

üstünlük  verilir.  Risk  konsepsiyası  2  əsas  komponentdən  -  riskin 

qiymətləndirilməsi  və  riskin  idarə  edilməsindən  ibarətdir.  Riskin 

qiymətləndirilməsi-  təbiətin  və  konkret  situasiyalar  nəzərə  alınmaqla, 

risklərin  miqyasının  elmi  tədqiqatlann  nəticələrinə  əsaslanan  analiz 

əməliyyatlarından  ibarətdir.  Riskin  idarəedilməsi  isə  risk  situasiyasının 

analizi və riskin minimallaşdıniması istiqamətində qanunvericilik aktlarının 

(qərarlar,  qanunlar,  təlimatlar,  tövsiyələr,  qanunnamələrin)  qəbul 

edilməsini  xarakterizə  edir.  Riskin  qiymətləndirilməsi  üsulu  hazırda 

ABŞ-da  və  bütün  Avropa  ölkələrində  çox  geniş  amplitudada  istifadə 

olunur. Hazırda riskin qiymətləndirilməsinin müasir üsullarına onkoloji və 

ümumi toksiki effektləri, xüsusilə qaraciyərin, böyrəklərin və digər həyati 

vacib  orqanların  xəstəliklərinin  inkişafının  ehtimal  olunduğu  sahələrdə 

daha  çox  istinad  edilir.  Dölün  embrional  inkişaf  dövründə  riskin 

qiymətləndirilməsi  üçün  aparılan  analiz  üsullarının  miqyası  gündən-günə 

daha  da  genişlənir,  ətraf  mühitin  çirklənməsi  ilə  əlaqədar  olan  insanın, 

yaxud ekosistemlərin sağlamlığı üçün risklər aşağıdakı şəraitlərdə baş verir: 





 

risk  faktorları  mənbələrinin  (təbii  mühitdə  və  yeyinti 

məhsullarında,  yaxud  sənaye  müəssisələrinin  tullantı  və  çirkab  sularında 

toksiki  maddələrin  olması  və  texnoloji  proseslərdə  onlardan  istifadə 

olunması) mövcud olması; 

599 





 

risk faktorları mənbələrində insan sağlamlığı üçün zərərli dozada 

və konsentrasiyada maddələrin və müxtəlif amillərin olması; 



 

risk mənbələrində toksiki maddələrin insan sağlamlığına təsin edən 

qeyd edilən dozaların aşkar edilməsinin təsdiqlənməsi. 

Risklərin  qiymətləndirilməsi  əməliyyatı  2  əsas  tərkib  hissələrə  və 

mərhələlərə bölünür: 

Birinci mərhələ, risk faktorunun təyin edilməsi və identifıkasiyası. 

Təhlükənin təyini- riskin qiymətləndirihnəsininin ilkin və ən yüngül hissəsi 

olub,  bəzi  faktorların  mövcud  olmasının  və  onların  insan  sağlamlığına 

təsirlərinin  (xərçəng  xəstəliyi  və  yeni  doğulan  körpələrin  anamaliyalan) 

müəyyən  olunmasından  ibarətdir.  Laboratoriya  heyvanları  üzərində 

tokmiki və kansoregen maddələrin təsiri yoxlandıqdan sonra təsdiq edilən 

müsbət təsir effektləri aşağıdakı kriterilər əsasında insanlara şamil olunur: 



 

üzərində  maddələrin  təsiri  sınaqdan  keçirilən  laboratoriya 

heyvanlarının miqdarı; 



 

laboratoriya heyvanlarının orqanizminin cavab reaksiyasiyalarınm 

sayı və tipləri



 

təsir  dozalan  (iti  toksikozlara  görə  dozalar),  dozanın  münasibəti- 



«doza- cavab reaksiyaları»; 



 

kimyəvi  birləşmələrin  genetik  (mutagen)  təsirlərinin  müşahidə 

edilməsi. 

İkinci  mərhələ  (faza),  ekspozisiyanın  qiymətləndirilməsindən, 

yaxud insana təsir edən toksiki maddələrin konsentrasiyalarmdan və ya real 

böyüklüyünün  təyin  olunmasından  ibarətdir.  Ekspoisiya  (təxmini 

sinonimii- təsir)- aşağıdakıları ifadə edir: 





 

orqanizmin  (reseptorun)  kimyəvi,  fiziki  və  ya  bioloji  agentlərə 

kontaktı.  Ekspozisiya  orqanizmin  mübadilə  qişalarında  (dəridə, 

ağciyərlərdə, həzm traktmda) iştirak edən və adsorbsiya üçün əlverişli olan 

agentlərin miqdarını ifadə edir. 



 

bilavasitə  müxtəlif  giriş  qapılarının  (ağciyərlər,  mədə-bağırsaq 

traktı, dəri) yaxınlığında yerləşən toksikantlarm konsentrasiyalannm zaman 

inteqrahnı xarakterizə edir. 



Ekspozisiyanın  qiymətləndirilməsi  (təsirlər)  -  toksikantının  təsir 

effektinin kəmiyyət və keyfiyyətcə öyrənilməsindən, onun davametmə və 

təsir  müddətinin  təyin  edilməsi  məqsədilə  aparılır  və  bu  zaman 

aşağıdakılara istinad olunur: 





 

ətraf mühitin ehtimal olunan çirklənmə mənbələrinin təyini



600 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə