Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə272/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   268   269   270   271   272   273   274   275   ...   298

haqqına bərabər olsun. Hər hansı bir resursun istifadəçisi bu istifadəyə görə 

(əldə etdiyi xammal, elektrik enerjisi və s. ödəmələr kimi) bir sıra ödəmələr 

həyata  keçirir,  inzibati  xərclərin  təmin  olunması  xarakteri  daşıyan 

istifadəçilərin  ödəmələri  icazə  və  lisenziyaların  verilməsi  haqqı  hesab 

edilir. Təşkilatın fəaliyyət güçünə uyğun tullantıların həcminə görə tətbiq 

olunan  digər  ödəmələr  isə  icazə  və  lisenziyaların  verilməsi  xərclərini 

ödəyir.  Bu  ödəmələr  ümumilikdə  ətraf  təbii  mühitin  çirkləndirilməsi 

zamanı  tətbiq  edilən  ödəmələrdən  azdır  və  təşkilatın  mühitə  atdığı 

tullantıların  miqdarına  demək  olar  ki,  təsir  göstənuir.  Subsidiyalar 

çirkləndirici  təşkilatlarda  öz  tulantılarmı  azaltdığına  görə  verilən  xüsusi 

ödəmə  növüdür.  Bu  subsidiyalar  içərisində  investisiya  vergi  kreditləri, 

azaldılmış  faiz  dərəcəsinə  malik  istiqrazlar,  istiqraz  zəmanətləri,  təbiəti 

mühafizə  yönümlü  avadanlıqların  sürətli  amortizasiya  təminatı  və  s.  ən 

geniş yayılmış subsidiya fomıalarıdır. Ətraf təbii mühitə mülkiyyət hüququ 

bütövlükdə  cəmiyyətə  məxsus  olduğundan  çirkləndirici  şirkət  ətraf  təbii 

mühitə  qarşı  pis  əməlinə  görə  cəmiyyət  qarşısında  məcburi  cavabdehlik 

daşımalıdır.  Tullantdardan  istifadə  üçün  məqsədli  vəsait  yığımları 



sistemi  (girov)  istehlakçılan  əlavə  xərclərin  həyata  keçirilməsinə  sövq 

etmək  məqsədilə  istifadə  olunur.  Gələcək  çirklənmələrə  səbəb  olacaq 

istənilən malı alan anda müəyyən məbləğ tutulur, tullantının qaytarılması 

vaxtı isə müəyyən faiz əlavəsi ilə geri qaytarılır (elektrik batareyası, dəmir 

bankalı  içkilər,  istifadə  olunmuş  maşın  yağları,  ozondağıdıcı  maddələrin 

resiklizasiyası və s.). informasiya sistemləri tam infonnasiyanm təminatı 

və  onunla  sərbəst  tanış  olmaq  imkanı  əldə  etmək  məqsədi  daşıyır.  Əgər 

şirkət bütün infomıasiyam təqdim edirsə, istehlakçılar və ya yaxın ərazidəki 

sakinlər  çirklənmənin  miqyası,  yaxud  hazırlanmış  məhsuldakı  zərərli 

maddələr haqqında məlumatlanırlar. Məlumatlanma (antireklam) məhsula 

olan təlabata təsir göstərərək çirklənmənin azalmasını, uyğun resursun və 

ya texnologiyanın istifadəsini təmin edir. 



Ekologiya  sahəsindəki  əsas  marketinq  üsulları.  Ekoloji 

problemlərin  həlli  zamanı  tətbiq  edilən  kompleks  marketinq  tədbirləri 

sistemi aşağıdakı tərkib hissələrdən ibarətdir: 



 

təsərrüfat kommersiya mexanizmi





 

ictimai-hüquqi mexanizm





 

marketinq -idarəetmə mexanizmi; 





 

məhsulun  layihə  işləri  səviyyəsində  (elmi-tədqiqat  və  smaq- 

konstruktor layihələri) hazırlanması zamanı normativ -texniki şərtlər



 

marketinq-miksin tərkib hissəsi olan inforaıasiya təminatı; 



597 




 

istehsal-malın hərəkəti-istehlak zənciri də daxil olmaqla marketinq 

strukturunun dəyişdirilməsi



 

ekoloji ekspertiza (dövlət, elmi, ictimai, kommersiya). 

Burada  mütləq  ekoloji  problemin  həlli  zamanı  effektiv  nəticələr 

verən  bazar  münasibətlərindən  istifadə  etmək  lazımdır.  Bunlar  təbii 

ehtiyatlara (torpaq. Yerin təki, su, meşə və digər bitkilər, heyvanat aləmi və 

s.  və  təbii  ətraf  mühitin  çirkləndirməyə  (tullantılar,  axmtılar  və  s.)  görə 

ödəmə,  ekoloji  vergitutma,  təbiətdən  istifadə  sahəsindəki  kreditlər, 

büdcədənkənar  ekoloji  fondlar,  banklar  və  ekoloji  sığorta  sistemindən 

ibarətdir (V. Məmmədov, E.Yusifov, 2014). 

Risk analizi və riskin müasir konsepsiyası. 

Riskin  kəmiyyətcə,  miqdarca  qiymətləndirilməsi-  mahiyyətcə 

insan  və  ətraf  mühit  üçün  potensial  neqativ  təsirlərin  ölçüsünün 

hesablanması, eləcə də hazırda və gələcəkdə onların baş verməsi ehtimalın 

fəsaddan  ibarətdir.  Risk  analizi  prosesləri  və  onun  idarə  edilməsi 

strategiyasının hazırlanması zamanı aşağıdakılara istinad olunur: 



 

böyük sənaye rayonlarında və ərazilərində əhalinin  sağlamlığı  və 

ərazilərində  əhalinin  sağlamlığı  və  ətraf  mühit  üçün  mövcud  rsiklərin 

ekspertizası və prioritet risklərin müəyyən olunması; 





 

əhali  və  ətraf  mühit  üçün  inteqral  risklərin  aşağıdakı  prinsiplərə 

əsaslanan idarəetmə strategiyasının hazırlanması; 



 

regionda  əhalinin  sağlamlığı  və  ətraf  mühit  üçün  bütün  risk 

mənbələrinin identifıkasiyası; 



 

əhalinin  sağlamlığı  və  ətraf  mühit  üçün  dəyən  zərərlərin  ölçüsü 

nəzərə alınmaqla risk mənbələrinin analizi və ranjırovkası; 



 

analizin  nəticəsinə  əsaslanaraq  faktiki  və  gözlənilən  risklərin 

azaldılmasının  səmərəliliyi  üçün  məqsədyönlü  təkliflərin  hazırlanması  və 

icra olunması; 





 

regionda  sosial  faktorlann,  sənaye  və  təbii  xarakterli  risklərin 

kompleks  idarəetmə  sisteminin  yaradılması  nəzərə  alınmaq  şərtilə  maddi 

xərclərin optimallaşdırılması; 





 

regionun  sənayesinin  inkişafı  strategiyasının  planlaşdırılması 

zamana  əhalinin  təhlükəsizliyi  və  ətraf  mühitin  mühafizəsinin  təmin 

olunması üzrə tədbirlərin optimallaşdıniması və proqnozlaşdıniması; 





 

təhlükəli  və  zərərli  maddələrin  və  materialların  daşınmasının 

optimallaşdırılması; 



 

ətraf  mühitə  neqativ  təsir  göstərən  istehsal  sahələrinin 

lisenziyalaşdıniması; 

598 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə