Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə274/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   270   271   272   273   274   275   276   277   ...   298



 

toksiki  agentin  daşınma  (aparılma)  zamanı  kəmiyyət  və 

keyfiyyətcə  dəyişilməsi  nəzərə  alınmaqla  onun  təsir  marşrutunun 

qiymətləndirilməsi; 





 

toksikantm  təsirinin  davametmə  müddətinin  və  onun  tezliyinin 

analizi; 



 

ekspozisiyanın kəmiyyətcə xarakteristikasının (toksikantm qatdığı, 

dozası) təyini; 



 

yaşı,  cinsiyyəti,  həyat  tərzi,  professional  sosial  statusu  nəzərə 

alınmaqla  toksiki  təsirə  məruz  qalan  əhali  qrupunun  identifıkasiyası 

(təfriqi). 

Riskin  qiymətləndirilməsi  zamanı  təhlükəli  agentin  mənbəyindən 

pasientə  qədər  keçdiyi  “ekspozisiya  marşrutu”  xüsusi  əhəmiyyət  kəsb 

etməklə, onun analizi prosesində aşağıdakılara önəmli yer verilir: 



 

təsirin  baş  veraıə  mənbələrinin  xarakteristikası  (yerləşdiyi  yer, 

göstəriciləri,  qorxulu  agentin  ətraf  mühitə  daxil  olma  yolları  və  şəraiti, 

həmin agentlə eyni vaxtda atılan digər çirkləndiricilər haqqında məlumatlar 

və s.); 



 

təsirin  yolları  -  kimyəvi  və  fiziki  agentin  mənbədən  ekspozisiya 

obyektinə qədər keçdiyi marşrutun xarakteristikası. 

Bu zaman kimyəvi maddələrin orqanizmə daxil olma yollarının analizi və 

mexanizmi  xüsusi  əhəmiyyətə  malikdir.  Maddələr  orqanizmə  əsasən 

respirator - inhalyasiya (qazlar, aerozollar və bərk hissəciklərin nəfəsalma 

yolu  ilə  daxil  olması),  alimentar  (toksiki  komponentlərin  yeyinti 

məhsulları və məişət əşyaları məsələn, çirklənmiş uşaq oyuncaqları ilə daxil 

olması),  su-alimentar  (içməli  su  ilə  həll  olunan  maddələrin,  yaxud 

qanşıqlarm  həzm  sisteminə  daxil  olması),  rezorbsiya-  rezorbtiv  (ətraf 

mühitin  çirklənmiş  obyektləri  ilə  təmasda  olma  zamanı  zədələnmiş  dəri 

vasitəsilə  toksiki  maddələrin  orqanizmə  daxil  olması)  yollarla  daxil  olur. 

Ətraf  mühitin  neqativ  təsirləri  ilə  insan  orqanizminə  daxil  olma  yolları 

arasındakı qarşılıqlı əlaqəni müəyyən etmək üçün toksikantların təsirinin 



variantlarının  analizi  aparılır  və  bu  məqsədlə  “Orta  dərəcədə  zərərli 

tullantılara  malik  olan  rayonlar  (ərazilər)  üçün  ətraf  mühitin  çoxlu 

sayda  faktorlarının  ümumi  təsirlərinin  modeli”ndən  istifadə  olunur 

(cədvəl  11.8).  İnsan orqanizminin kimyəvi maddələrin zərərli təsirlərinin 

effekti  (ekspozisiya  kontigentləri  -  hədəfləri,  təsir  marşrutu  və  nöqtələri, 

daxil olma yolları və s.) xeyli fərqli xarakter daşıyır (cədvəl 11.9). Riskin 

qiymətləndirilməsi zamanı daha vacib bir göstərici orqanizm üçün təhlükəli 

sayılan  faktorların  təsir  nöqtəsi  hesab  olunur.  Təsir  nöqtəsi  orqanizmin 

ətraf mühitin zərərli faktorları ilə potensial təmas yerindən ibarət olmaqla 

toksikatlarm toksiki 

601 



parametrlərini  və  təsir  dərəcəsini  (konsentrasiya,  doza)  xarakterizə  edir. 

Ətraf  mühitin  müxtəlif  obyektlərindən  orqanizmə  daxil  olan  zərərli 



maddələrin  (toksikantlann)  dozasının  təyin  olunmasının  monitorinq 

prosesində  xüsusi  əhəmiyyəti  vardır.  Bu  zaman  toksikantlann  orqanizmə 



daxil  olma  yollarının  təyin  olunması  da  ümdə  əhəmiyyətə  malikdir. 

Kəmiyyət  ekspozisiyası  zamanı  əsas  birbaşa  (vasitəsiz)  üsul  bioloji 



markerlərdən (indikatorlardan) istifadə edilməsi sayılır. 

Cədvəl 11.8 

Ətraf mühit obyektləri, amilləri, onların orqanizmə daxil olma 

Təsir 

yolları 

Ətraf mühit obyektləri 

Hava 

(hissəciklər və 

qazlar) 

Torpaq (səthi və 

dərin qat) 

Su 

(səthi və qrunt 

sulan) 

İnhalyasiya 

Hava qazları və 

hissəcikləri. 

Mənzilin havasına 

xaricdən daxil olan 

qazlar və hissəciklər 

Binanın havasına 

daxil olan torpaq 

buxarlanması. 

Mənzilin havasına 

keçən torpaq 

hissəcikləri 

Su  kəmərindən 

gətirilən 

çirkləndirici 

maddələr 



Alimentär 

Meyvələr, tərəvəzlər 

və şirələrə havadan 

keçən 


çirkləndiricilər. 

Çirkləndiricilərlə 

sirayətlənmiş ət, 

süd, yumurta, ana 

südü 

Torpaq 


hissəciklərinin daxil 

olması. Torpaqdan 

çirklənən meyvələr, 

tərəvəzlər, şirələr. 

Bitkilərlə, torpaqdan 

keçən 


çirkləndiricilərlə 

sirayətlənmiş ət, süd, 

yumurta, ana südü 

Kəmər 


(şəbəkə) suyu. 

Su ilə çirklənən 

meyvə, tərəvəz, 

ət, süd, yumurta, 

balıq və dəniz 

məhsulları. 

Səthi suların 

işməli suya 

qarışması. 

Ana südü 



Rezorbtiv 

 

Torpaqla dəri təması 



Vanna və duş 

qəbul edərkən 

dəri təması. 

Çimərkən dəri 

təması 

Bioloji  markerlər  ətraf  mühitin  gigiyenası  kontekstində  bioloji 

sistemlərdə, yaxud tədqiq olunan mühit obyektlərinin nümunələrində baş 

verən proseslərin indikatorundan ibarət olmaqla onun 3 əsas tipi - 

602 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə