Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə12/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 38
də  əsaslandırmağa çalışmışlar. Bununla bağlı Rahid Uluselin 
mülahizələri mövzunu aydınlaşdırmaq üçün əhəmiyyətlidir. Onun 
fikrincə, Türk sivilizasiyasına  İslam sivilizasiyası daxilində 
baxılması ilk növbədə ona görə yanlışdır ki, bu mövqedən 
yanaşdıqda türklərin islamaqədərki  ən azı minillik inkişaf tarixi 
nəzərdən qaçırılmış olur. Eyni zamanda, o, bir sıra sivilizasiya 
nəzəriyyəçilərinin etdiyi kimi, yalnız dini və yaxud ideoloji 
oriyentasiyasına görə  mədəniyyətlərin lokal sivilizasiyaların 
tərkibində komponentləşdirilməsinin, onların fərqliliklərini 
müəyyənləşdirməyin doğru olmadığını iddia edir. Bununla əlaqədar 
R.Ulusel yazır: “Yalnız dini oriyentasiyasına görə dünya türk milli 
dövlətlərinin və xalqlarının yaratdığı Türk sivilizasiyasının  İslam 
sivilizasiyası  tərkibinə daxil edilməsini elmi cəhətdən 
əsaslandırılmamış sayırıq. Çünki Türk sivilizasiyası  və onu təşkil 
edən milli mədəniyyətlər islam dünyası ilə  nə  qədər yaxın tarixi 
təmas, müştərək inkişaf  ənənəsinə malik olsa da, həm identiklik, 
həm də universallıq keyfiyyətlərinə, dünyəvi-ümumtürk 
oriyentasiyasına görə  “İslam sivilizasiyası” çərçivəsinə  sığmır”.
35
 
Rahid Uluselin təsnifatında Türk sivilizasiyası İslam, Yapon, Çin, 
Hind, həmçinin Afrika və Okeaniya sivilizasiyaları ilə  bərabər 
hazırkı dünya sivilizasiyasının Şərq qrupunu təşkil edir.
36
  
Elmi dairələrdə çox zaman türk mədəniyyəti (və ya 
sivilizasiyası) anlayışını Turan anlayışı ilə eyniləşdirmək meylləri 
də müşahidə olunur. Bu anlayış adı altında ümumtürk 
mədəniyyətinin əhatə olunması ilə bağlı ideyalara rast gəlinir. Buna 
daha doğru cavabı böyük türkoloqların  əsərlərində tapmaq 
mümkündür. Ziya Göyalp “Türkçülüyün əsasları” kitabında 
                                                 
35
 Rahid Ulusel. Qloballaşma və Türk Sivilizasiyası. Bakı: Çaşıoğlu, 2005, səh. 15 
36
 Rahid Ulusel. Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı: Elm, 2005, səh. 240 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 39
yazırdı: “Turan sözü “turlar”, yəni ”türklər” demək olduğu üçün 
sadəcə türkləri içinə alan bir topluluğun adıdır. Deməli, Turan 
sözünü bütün türk boylarını içinə alan böyük Türküstan üçün 
işlətmək lazımdır”.
37
 Beləliklə, aydın olur ki, “Turan” anlamı 
müasir mənada bir sivilizasiya və ya mədəniyyət tipi deyil, məhz 
coğrafi məna daşıyır. 
Yaxud başqa bir misal. Osmanlı  mədəniyyəti Türk 
sivilizasiyasının daşıyıcısı olmaqla bərabər, öz inkişafı zamanı daha 
çox islam dəyərlərinin daşıyıcısına çevrilmişdir. Bu baxımdan 
Osmanlı mədəniyyətini yalnız sırf Türk sivilizasiyasının daşıyıcısı 
hesab etmək olarmı? Bu zaman da yanaşmalar fərqlidir. Osmanlı 
imperiyası bir türk dövləti kimi XIV əsrdə meydana gəlmişdi və 
onun Qərbə, Cənuba doğru genişlənməsi türk mədəniyyətinin 
yayılmasını da özü ilə  bərabər aparırdı. Lakin imperiya 
formalaşdıqca onun əsas dayaqlarına yad elementlərin daxil olması 
yanaşmanı bir qədər dəyişdirir. Bu xüsusda Ziya Göyalp yazırdı: 
“Osmanlı  mədəniyyəti türk, fars, ərəb kültürləri-harsları ilə  İslam 
dini,  Şərq mədəniyyəti və son zamanlarda isə  Qərb mədəniyyəti 
institutlarından-qurumlardan ibarət bir qarışımdır - xəlitədir. Bu 
qarışım - xəlitə heç bir zaman qaynayıb-qarışaraq, birləşərək 
uyumlu - ahəngdar bir sistem halını ala bilmədi. Bu mədəniyyət 
ancaq milli bir kültürə aşılanarsa, ahəngdar bir birlik - vəhdət halını 
alar”.
38
 Bu  yerdə qeyd etməliyik ki, sivilizasiya tam milli bir 
anlayış kimi başa düşülə bilməz. Belə olacağı  təqdirdə onun 
çərçivəsi daralar, əhəmiyyəti azalmış olar. Lakin sivilizasiyada 
daşıyıcı element mütləq təmsil etdiyi milli - mədəni tipi əks 
etdirməlidir. Genişlənmə hesabına daxil olan yeni (özgə) maddi-
                                                 
37
 Ziya Göyalp. Türkçülüyün əsasları  (tərcümə Elman Mustafaoğlu). Bakı: Maarif, 
1991, səh.38 
38
 Yenə orda, səh. 47 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 40
mənəvi dəyərlər isə özününküləşdirildikdə sistemə qəbul olunmuş 
sayılır.  
Samuel Hantinqton sivilizasiyaların müxtəlifliyini din və dillə 
əlaqələndirir və bu iki amili bütün sivilizasiya və ya 
mədəniyyətlərin başlıca elementləri hesab edir.
39
 Bu  prizmadan 
yanaşdıqda belə Türk sivilizasiyasına müstəqil bir element kimi 
baxmaq olar. Belə ki, türk dilləri qrupu ayrıca dil qrupudur. 
Sivilizasiyanın özəlliyi isə ondan ibarətdir ki, bu təkcə bir etnosun 
deyil, bir-biri ilə qohum olan müxtəlif xalqların dilidir. Yəni bir-biri 
ilə qohum olan bir neçə dil ailəsinin - oğuz, qıpçaq, bulqar və s. 
üzvlərini birləşdirir. Dinə münasibətə  gəldikdə isə deməliyik ki, 
hazırda  əksər türk xalqları islam dininin daşıyıcılarıdır və Türk 
sivilizasiyasının subyektləri islamı Avropada da,  Şərqdə  də  həm 
yaymış, həm də  məkanından asılı olmayaraq daşımışlar. Eyni 
zamanda, qeyd etməliyik ki, türk xalqları tarixin müxtəlif 
zamanlarında Tenqriçi (əski türklər), musəvi (Xəzər Xaqanlığı), 
xristian-nestorian
40
 (Uyğur Xaqanlığı) olmuş  və bu dini dəyərləri 
öz mədəniyyətlərində əks etdirmişlər.  
Ziya Göyalp ümumilikdə sivilizasiyaların tarixi inkişaf 
mərhələlərində  fərqli mədəniyyətləri təmsil edə bilməsi ilə bağlı 
mülahizə irəli sürmüşdür. Onun fikrincə, bir millət inkişafının 
yüksək mərhələlərinə çatdıqca mədəniyyətini (sivilizasiya tipini) də 
                                                 
39
 Сэмюэль
 
Хантингтон. Столкновение цивилизаций. Москва, АСТ: 2003, стр.94 
40
 Xristianlığın üç əsas cərəyanından biri olan nestorian təriqəti (nəsranilik) Yaxın 
Şərqdə geniş yayılmışdır. Nəsranilik V əsrdən formalaşmışdı  və  əsas xristian 
cərəyanlarından başlıca olaraq İsa peyğəmbərin ilkinlikdən ilahi mənşəyini, ilahi ruhdan 
yarandığını inkar etdikləri üçün, insan kimi doğulduğunu və yalnız sonradan 
Allahlaşdığını qəbul etməsi ilə fərqlənirdi və buna görə də nəsranilər təqib olunurdu. Bu 
səbəbdən də nəsranilər İsanı ancaq peyğmbər kimi qəbul edən müsəlmanların arasında 
özlərini təhlükəsiz hiss edirdilər. Nestorianlığın banisi olan Nestor Konstantinopol 
yepiskopu olmuşdur. 431-ci ildə Efesdəki dini qurultayda nestorianlıq rəsmi kilsə 
tərəfindən qadağan edilmiş, yepiskop Nestor isə Misirə sürgün edilmişdir.   


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə