Sivilizasiyaların kəsişməsində türk dünyası
6
element xalqlardan asılı olaraq müxtəlif olardı.”
1
Eyni zamanda
Gustav le Bon hesab edirdi ki, sivilizasiyanı təşkil edən
elementlərdən bəziləri bu xalqın ruhunu daha yaxşı təsvir edir,
bəziləri yox. Lakin bu elementlər mahiyyətcə xalqdan-xalqa,
dövrdən-dövrə müxtəlifləşdiyinə görə, məlum olur ki, onların
arasında heç olmasa birini tapmaq mümkün deyil ki, ondan
müxtəlif sivilizasiyalar üçün ümumi meyar kimi istifadə olunsun.
Sivilizasiyaların etnik birliyə, mədəniyyətə, dinə, dil
bağlılığına, siyasi məqsədə, inkişaf səviyyəsinə, ictimai-iqtisadi
formasiya növünə, coğrafi amillərə söykənməsi ilə əlaqədar fərqli
fikirlər səslənməkdədir. Bu fərqlilik özünü daha çox cəmiyyətşünas
filosof alimlərlə geosiyasətçilərin mülahizələrində göstərir. Bu cür
fərqli yanaşmaların olması da o mənada anlaşılandır ki, birinci qrup
alimlər keçmiş və mövcud, geosiyasətçilər isə daha çox gələcəyə
yönəlmiş münasibətləri araşdırmağa çalışır və sivilizasiyaların
identifikasiyasında bu parametrə üstünlük verirlər.
Elmi dairələrdə “sivilizasiya” termininə ilk olaraq şotland
alimi Adam Ferqyusonun (1723-1816) əsərlərində rast gəlinir.
Onun təsnifatına görə bu termin sinifli cəmiyyət, şəhərlər, yazı
mədəniyyəti ilə səciyyələnən insan cəmiyyətinin inkişaf
mərhələsini əhatə edir. Alim dünya tarixini vəhşilik-barbarlıq-
sivilizasiya mərhələlərinə bölürdü və bu bölgü uzun müddət elmi
dairələrdə əsas təsnifat olaraq qəbul olunmuşdur.
2
Bu təsnifatdan
göründüyü kimi, başlıca kriteriya mədəni inkişaf səviyyəsi hesab
olunur və heç bir milli və ya lokal xüsusiyyətlər əsasında
1
Gustav le Bon. Kütlə psixologiyası (tərcümə Qardaşxan Əzizxanlı). Bakı: Zəkioğlu
nəşriyyatı, 2006, səh. 71
2
Семёнов Юлиан. Философия истории. (Общая теория, основные проблемы, идеи
и концепции от древности до наших дней). Москва: Современные тетради,
2003, cтр.116
Sivilizasiyaların kəsişməsində türk dünyası
7
fərqləndirilmir. Başqa sözlə desək, ümumilikdə cəmiyyət həyatını
xarakterizə edir və heç bir səviyyədə hər hansı bir kriteriya üzrə
bölünmürdü. Yalnız bir məqam xüsusilə diqqəti çəkir ki, Qərbdə
həmin dövrdə yüksək mədəni inkişaf səviyyəsi - “sivilizasiya”
dedikdə, yalnız avropalıların həyat tərzi nəzərdə tutulur, bütün
digərləri isə barbar hesab edilirdi. Baxmayaraq ki, Avropa bu gün
əldə etdiyi nailiyyətlərin bir çoxunu Şərq ölkələrinin
mədəniyyətlərinə borcludur. Hətta Avropanın bütün tarix boyu ən
yüksək inkişaf mərhələsini əks etdirən ellinizm dövründə belə
Şərqdə - misal üçün, Çində mədəni inkişaf səviyyəsi ondan daha
üstün olmuşdur. Maraqlıdır ki, əslində qədim yunanlar da ölkələri
mədəni və barbar olaraq fərqləndirirdilər. Yəni, onlar özlərini
mədəni ölkə, bütün digərlərini isə barbar adlandırırdılar. Lakin
yeganə fərq ondan ibarət idi ki, onlar özlərini mədəni adlandırarkən
yalnız Avropanı nəzərdə tutmurdular. Yunanlar üçün mədəni dünya
Aralıq dənizinin həm Avropa, həm Asiya, həm də Afrika sahilləri
sayılırdı.
Qərbin rolunun dominantlaşdırılmasının əksinə olaraq, məşhur
alim akademik Vasili Bartold (1869-1930) ellin-roma
mədəniyyətinin bəşər tarixində tutduğu mövqeyi göstərmək üçün
Şərq ölkələri ilə müqayisə edərək yazırdı ki, “Qədim Şərq ölkələri
minilliklər boyu dünyanın yeganə mədəni ölkələri olmuşlar.”
3
Gustav le Bon da Qərbin Şərq dəyərlərindən bəhrələnməsi fikrində
idi. O, yazırdı: “Əgər xalqlar özlərindən qabaq işlənmiş
mənbələrdən faydalana bilməsəydilər, sivilizasiyaların inkişafı çox
yavaş gedərdi və müxtəlif xalqların tarixi yalnız təkrardan ibarət
olardı. Misir və gildani əhalisinin 7 və ya 8 min il bundan əvvəl
3
Василий Владимирович Бартольд. Мусульманский мир // Ислам. Энциклопедия
культуры и исскуства. Москва: Эксмо, 2010, стр.10
Sivilizasiyaların kəsişməsində türk dünyası
8
qurduqları sivilizasiyalar elə bir material mənbəyi yaratmışdılar ki,
ora bilik götürmək üçün növbə ilə bütün millətlər gəlirdi. Yunan
incəsənəti Dəclə və Nil çaylarının sahilində yaranmış incəsənətdən
əmələ gəlmişdir. Yunan üslubundan Roma üslubu alındı və o da öz
növbəsində Şərq təsirləri ilə qarışaraq ardıcıl surətdə Bizans, roman
və qotik üslublarına başlanğıc verdi.”
4
Ancaq tarixi hadisələrin sonrakı inkişafı göstərdi ki, hər hansı
bir regionun və ya ölkənin bütün digərləri üzərində üstünlüyünə
əsaslanan bu cür yanaşma özünü doğrultmur və bəşəriyyətin
müxtəlif mədəniyyətləri əks etdirən sivilizasiyalardan təşkil
olunması ilə bağlı yeni mülahizələrə yol açdı. Beləliklə, leksikona
daxil olduğu ilkin dövrdə ümumilikdə cəmiyyətin inkişaf
mərhələsini əks etdirən “sivilizasiya” anlayışı sonradan müxtəlif
mədəniyyətlərin inkişaf dövrünü əks etdirən məfhum olaraq təfsir
olunmağa başlanmışdır.
Sivilizasiya və mədəniyyət: eynilik, yoxsa yaxınlıq
“Sivilizasiya” anlayışı bir termin kimi XVIII əsrdə
“mədəniyyət” anlayışı ilə sıx əlaqədə meydana gəlmişdir. Uzun
müddət bu termin daha çox Qərbi Avropa xalqlarının yüksək
mədəniyyətini, hətta kapitalizmi xarakterizə etmək üçün işlədilirdi.
Lakin sonralar bu fikrə üstünlük verilməyə başlandı ki, bütün
xalqlar özünəməxsus mədəniyyətə malik olduğu halda, heç də
bütün xalqlar öz sivilizasiyalarına malik deyillər. Məsələn, Avropa
xalqlarının hər biri özünəməxsus mədəniyyətə malik olsa da,
sivilizasiya anlayışında bu fərdilik yoxdur. Onlar ümumilikdə Qərb
sivilizasiyasını, Şərqi Avropa ölkələrinin bir qismi isə Pravoslav-
4
Gustav le Bon. Kütlə psixologiyası (tərcümə Qardaşxan Əzizxanlı). Bakı: Zəkioğlu
nəşriyyatı, 2006, səh. 93
Dostları ilə paylaş: |