Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə15/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 47
Ağaoğlunun  əsərlərində rast gəlirik. Bu, həm də ona görə 
maraqlıdır ki, haqqında söhbət gedən çökən sivilizasiya Osmanlı 
imperiyasının timsalında Türk sivilizasiyasının daşıyıcısıdır. 
Müəllif Maltada sürgündə olarkən yazırdı: “Osmanlı dövlətinin 
yıxılmasında Osmanlı dövlət adamlarının iki böyük xətasından biri 
dövlətin qurucu ünsürünə dövlətdə özəl bir yer verməmələri idi. Bir 
çox millətlərdən qurulan dövlətlərin hamısında daima iki çeşid 
qüvvət öz-özünə meydana gəlir. Birisi mərkəzə yönələn, o birisi 
mərkəzdən uzaqlaşan, birisi dövlətçi, o birisi dövlətçi olmayan. 
Osmanlı dövlətində  mərkəzə yönələn ünsür türkdü, mərkəzdən 
uzaqlaşan ünsürlər də digərləriydi. Bu halda Osmanlı böyükləri bu 
gerçəyi diqqətə alaraq ona görə  hərəkət etməliydilər. Daima türk 
ünsürünü qüvvətləndirməyə çalışmalıydılar. Onun bilgisinin, 
fənninin, ekonomik durumunun üstünlüyünü saxlamalıydılar. 
Çünki dövlət təbiətilə qüvvətini daima bundan alacaqdı. Zatən türk 
dövlətçi və  mərkəzə yönəlmiş olduğundan, dövlətin  əsasını, 
təməlini təşkil edirdi və dövləti müşkül durumlara soxmaqdan 
çəkinəcəkdi. Fəqət Osmanlı dövlət adamları Sultan Fatehdən sonra 
bu prinsipin tamamilə  əksinə  hərəkət etmiş oldular. Türk bol-bol 
canını dövlətə  fəda etdiyi kimi ekonomisini, bilgisini, irfanını, 
sənayesini də  fəda etdi. Bu surətlə dövlətin qurucusu olan irq 
getdikcə zəiflədi və nəhayət, dövləti əski böyüklük və ehtişamı ilə 
ayaqda tutamayacaq bir hala gəldi, dövlət çökməyə başladı... Üç 
yüz ildən bəri iş başına keçmiş olan dövlət adamlarının sicilləri 
incələnərsə aralarında yüzdə iyirmisinin belə türk olmadığı 
anlaşılır. Böyük bir qism o qullardır ki, dövləti qurmuş olan ünsürlə 
ilgili olmayıb sırf padşahlara qarşı göstərdikləri rəzilcə bağlılıq 
sayəsində çeşid-çeşid hiylələr, ikiüzlülük və cinayətlərlə mövqe və 
məqam sahibi olmuşlar. Bunların böyük bir qismi ya dönmə və ya 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 48
dönmə əsilli olanlardı. Bunlar heç bir zaman qanı ilə, qəlbi ilə türkə 
bağlı olmamışlar. Türkü anlamamışlar. Türkün sevinclərinə 
qatılmamışlar və fəlakətli zamanlarda türkü tərk edib getmişlər ki, 
bu da çox təbiidir.”
44
 
 
“Çöl” landşaftı Türk sivilizasiyasının xarakterik xüsusiyyəti 
kimi. “Altay” nəzəriyyəsinin süqutu 
 
 
Beləliklə, sivilizasiyalarla bağlı  nəzəri yanaşmalara, 
sivilizasiyaların sistem yaradıcı elementlərinə, onları 
müəyyənləşdirən və  fərqləndirən amillərə, inkişaf proseslərinə 
nəzər saldıqdan sonra tədqiqat obyektimiz olan Türk 
sivilizasiyasının digər sivilizasiyalarla münasibətlərinə baxmaq 
olar. Lakin qeyd etməliyəm ki, bunun üçün ilk növbədə sivilizasiya 
daşıyıcılarının yerləşmə arealına, yəni Ana Vətəninə, daha sonra isə 
onun yayılma arealına baxmaq zəruridir. Yerləşmə arealı, yəni 
coğrafi faktor ona görə əhəmiyyətlidir ki, həmin coğrafiyanın təbii 
şəraiti müvafiq sivilizasiyanın özünəməxsus xüsusiyyətlərinin 
formalaşmasında birbaşa iştirak edən ən önəmli faktorlardan biridir. 
Yəni, misal üçün, “Səhra” Ərəb sivilizasiyasının, “Meşə” Slavyan 
sivilizasiyanın, “Dəniz” Qərb sivilizasiyasının xarakterini 
müəyyənləşdirən amillərdəndir. Bu mənada türklərin ana 
vətənlərinin yerləşdiyi landşaft da “Çöl” xarakteri ilə səciyyələnir. 
Yayılma arealı isə artıq sivilizasiyanın özünəməxsusluqlarının 
yaranmasına təsir etmir, sadəcə öz izlərini saxlaya bilmələrinə 
şərait yaradan məkandır.  
Bu mənada türkün vətəninin hansı  əraziləri  əhatə etməsi 
maraq doğurur. Uzun illər sovet tarixşünaslığında, eləcə  də  bəzi 
Qərb elmi dairələrində türklərin vətəninin Altay dağlarının ətəkləri 
                                                 
44
 Əhməd Ağaoğlu. Üç mədəniyyət. – Bakı: Mütərcim, 2006, səh. 122 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 49
olması  və bütün digər yaşadıqları yerlərə köçüb gəlmə olmaları 
barədə mülahizə hakim olmuşdur. Bu mülahizənin əsasında isə türk 
dillərinin Altay dil qrupuna aid olması, müasir dövrümüzə  gəlib 
çatan türklər haqqında ilk yazılı  mənbələrin Orxon-Yenisey 
hövzəsində tapılması  və tarixşünaslığın tarixin bu mərhələsindən 
əvvəlki dövrləri aydınlatmağa gücünün çatmaması dayanır.  İddia 
olunan bu nəzəriyyəyə görə türklərin  ən qədim tarixi Altay dağı 
ətrafında yaşayan türklərin “xalqların böyük köçü” nəticəsində 
şərqdən qərbə doğru hərəkəti ilə başlayır. Belə olan halda türklər 
Qafqazda, Anadoluda, hətta Orta Asiyada belə  gəlmə xalq hesab 
olunurlar. 
Ən təəssüfləndirici məqam isə onunla bağlıdır ki, Sovet 
imperiyası dağıldıqdan sonra da müstəqil Azərbaycan 
Respublikasında bəzi  ədəbiyyatlarda bu mülahizə  hələ  də  təbliğ 
olunmaqdadır. İmperiya maraqlarına xidmət edən bu nəzəriyyə bəzi 
kitablarda, hətta dərslik kimi çap olunan nəşrlərdə yeganə məqbul 
variant kimi verilir. Heç olmasa, ən azından elmi dairələrdə ortaya 
atılan alternativ mülahizələr haqqında söz belə açılmır. Misal üçün 
Ramin Qurbanovun müəllifi  olduğu ali məktəblər üçün dərs vəsaiti 
kimi çap olunan “Türk xalqlarının tarixi” kitabını göstərmək olar. 
Müəllif türklərin vətəni ilə bağlı yazır: “Türklərin ana yurdu 
dedikdə, bu gün dünyanın bir çox ölkələrində yayılmış türk 
tayfalarının vaxtilə bir ölkədə  cəm olaraq yaşadıqları  ərazi başa 
düşülür. Yer üzünün müxtəlif ölkələrinə  mədəniyyətlər aparan və 
oralarda böyük-kiçik bir çox dövlətlər quran türklər bu yerlərə 
Asiyadan gəlmişlər. Yəni, qədim dövrlərdə türklər Orta Asiyada, 
Sayan-Altay dağlarının  şimali-qərb bölgəsində, Yenisey çayı 
ətrafında yaşamışlar. E.ə. II minilliyin ortalarında yaşadıqları geniş 
ərazi Tanrı dağlarını, qərbdə Ural, cənubda Balxaş gölü, Xəzər 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə