Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə10/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 31
məkandan (core areas) hərəkət etməklə strateji təsir göstərmək 
istəyən gücləri qarşı-qarşıya gətirdiyi halda geosiyasi toqquşma 
qurşaqları (shatterbelt) meydana gəlir. Başqa sözlə, geosiyasi 
qurşaqların kəsişdiyi məkan ilə hüquqi sərhədlər arasındakı 
fərqliliyin artdığı bölgələr çoxvektorlu toqquşma potensialının 
olduğu bölgələrdir.”
31
 
Həyatımızın gündən-günə qloballaşdığı dövrdə 
sivilizasiyaların ən böyük qarşıdurmasını Şərqlə Qərbin arasında 
müşahidə edirik. Son zamanlar İsveçrə başda olmaqla Avropanın 
bir sıra ölkələrində islam mədəniyyətinə qarşı müşahidə olunan 
irqçi mövqe bunun bariz nümunəsidir. 2009-cu ilin sonunda 
İsveçrədə minarələrin tikilməsinin qadağan edilməsi ilə bağlı 
keçirilən referendumda əhalinin çoxunun bu qərara səs verməsi 
bunu bir daha göstərdi.  Əslində bu iki sivilizasiyanın 
qarşıdurması indinin işi deyil, bəşər cəmiyyətinin sivilizasiyalara 
bölünməsi ilə başlanan bir təfriqədir. Məşhur rus alimi Lev 
Qumilyov (1912-1992) bununla bağlı yazırdı: “Qərbin bir etno-
mədəni birlik olaraq Şərqə qarşı qoyulması  hələ antik dövrdə 
yaranmağa başlamışdı. Qərb məfhumu altında o zaman Ellin-
Roma mədəniyyəti qəbul edilirdi, Şərq məfhumu altında isə 
Persiya və onun hakimiyyəti altında olan semit və Qafqaz 
xalqları başa düşülürdü. Hər iki termin coğrafiya ilə bağlılığı 
olmayan  şərti terminlər olmuşlar və  hələ  də elə qalırlar. Qərb 
hazırkı  mənasında - roman-german Avropası  və onun okean 
arxasında davamı kimi Amerika və Avstraliya deməkdir. Şərq isə 
bir deyil, bir neçədir: Çin, Hindistan, İran, Misir və Şimali Afrika 
bir-birindən Avropadan az olmayan dərəcədə  fərqlənirlər. Uzun 
                                                 
31
 Ahmet Davutoğlu. Strateji derinlik. İstanbul: Küre Yayınları, 2009, səh.19-20 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 32
müddət türklərin tutduğu Balkanlar və Qızıl Ordaya tabe Rusiya 
Qərb anlayışına daxil edilməmişdir”.
32
 
Bu baxımdan hazırkı araşdırmada ayrıca bir fenomen olaraq 
nəzər saldığımız Türk sivilizasiyasına həm  Şərqdən, həm də 
Qərbdən baxmağa çalışacağıq. Hətta bunu daha yaxşı anlamaq 
üçün Türk sivilizasiyası  məfhumuna bir qədər də daxildən, yəni 
hazırda  əksər Qərb mütəxəssislərinin türk mədəniyyətini daxil 
etdiyi  İslam sivilizasiyasının tərkibində  və eyni zamanda, islam 
mədəniyyətinin digər komponentləri ilə əlaqədə baxmaq lazımdır. 
Bu yerdə maraqlı bir məqamı diqqətinizə çatdırmaq istərdik. Bu 
sahəni tədqiq edən Qərb alimləri arasında istər sivilizasiyaşünaslar, 
istərsə geopolitiklər sivilizasiyaları  təsnifləşdirərkən heç bir halda 
Türk sivilizasiyasını ayrıca bir sivilizasiya olaraq nəzərdən 
keçirməmişlər. Nə Samuel Hantinqtonda, nə Arnold Toynbidə, nə 
Frensis Fukuyamada Türk sivilizasiyası anlayışına müstəqil bir 
sivilizasiya növü kimi rast gəlmirik. Bunun səbəblərini isə  Qərb 
sivilizoloqlarının qeyri-elmi, qərəzli mövqelərində axtarmaq 
lazımdır. Məlumdur ki, sivilizasiya məfhumuna elmi yanaşma ilk 
dəfə Avropada başlamışdır və hazırda da bu sahə ilə daha çox Qərb 
ölkələrinin alimləri məşğul olurlar. Onlar isə tarixin ən qədim 
dövründən günümüzədək maddi-mənəvi özünəməxsusluğunu 
qoruyub saxlamış Türk sivilizasiyasını görməzlikdən gəlir, 
yaxud bu fenomenə  qısqanc yanaşırlar. Halbuki, Türk 
sivilizasiyası tarixdə 
nəsildəyişmə 
mərhələlərindən öz 
seçkinliyini qoruyub saxlayaraq keçən azsaylı sivilizasiya 
tiplərindəndir. Belə ki, məlum olduğu kimi, hazırda 
sivilizasiyaların təsnifatında  əsas kriteriya olaraq nəsil (zaman) 
dəyişikliyinə üstünlük verilir. Arnold Toynbi, Samuel 
                                                 
32
 Лев Николаевич Гумилев. Ритмы Евразии, Москва: Экопрос, 1993, стр.70. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 33
Hantinqton, Elvin Toffler (1928 - ) kimi sivilizoloqlar üç və ya 
dörd nəsil sivilizasiya müəyyən etmişlər və bu təsnifatlarda heç 
zaman Türk sivilizasiyasına müstəqil element kimi baxılmasına 
rast gəlmirik.  Əslində isə Türk sivilizasiyası çox nadir 
sivilizasiya tiplərindəndir ki, həm birinci nəsil (Qədim Misir, 
Şumer, Çin, Hind və s.), həm də sonuncu nəsil 
(sənayedənsonrakı) sivilizasiya tipləri ilə  bərabər mövcud 
olmuşdur və hələ də öz varlığını qoruyub saxlayır. 
Rusiyalı alimlər Boris Nikolayeviç Kuzık və Yuriy 
Vladimoroviç Yakoveç 5 nəsil sivilizasiya mərhələsi müəyyən 
etmiş  və bunların heç birində Türk sivilizasiyasına müstəqil bir 
sivilizasiya olaraq yer verməmişlər. Belə ki, onların təsnifatında 
birinci nəsil sivilizasiyalara e.ə. IV - I minillikləri  əhatə edən 
dövrdə ekvatordan əsasən şimala doğru ensiz bir zolaq boyunca 
daha çox çay vadilərində - Nildə (Misir sivilizasiyası), Dəclə və 
Fəratda (Şumer sivilizasiyası), Hinddə (Harappa sivilizasiyası), 
Yantsızıda (Çin sivilizasiyası), habelə Avropanın cənubunda 
Minoy sivilizasiyası və indiki İran ərazisində Elam sivilizasiyası 
daxil edilir. İkinci nəsil sivilizasiyaların (e.ə. IX əsr - b.e.V əsri) 
mərkəzi Aralıq dənizi hövzəsinə doğru dəyişir. Bu dövr ilk 
dünyəvi imperiyaların (Əhəmənilər, Makedoniyalı  İskəndərin 
imperiyası, Roma, Çin) yaranması ilə  səciyyələnir. Bu 
imperiyalar həm də müxtəlif sivilizasiya daşıyıcılarının eyni 
dövlət daxilində  əlaqələri ilə xarakterizə olunur. Yəni 
sivilizasiyaların həm dialoqu, həm də mübarizəsinə ilk dəfə bu 
müstəvidə rast gəlinir. Üçüncü nəsil sivilizasiyaların (VI -XV 
əsrlər) coğrafi sərhədləri Avrasiyanı, Afrikanın böyük hissəsini 
də  əhatə etməklə genişlənir. Bu dövrün əsas xarakterik 
xüsusiyyəti olaraq cəmiyyətdə dünya dinlərinin təsir gücü və 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə