Ərəstü Həbibbəyli



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə71/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 228
 
NƏTİCƏ 
 
eləliklə, tarix səhnəsində özünəməxsus iz qoyan Türk 
sivilizasiyasının digər sivilizasiya təmsilçiləri ilə 
münasibətlərini araşdırarkən ilk növbədə  Qərb elmi 
dairələrində steriotipləşmiş mülahizələrin səbəblərinə 
toxunmağa çalışdıq. Çünki, bəşər tarixinin bütün inkişaf dövründə 
əsas oyunçularından bri olan Türk sivilizasiyasına çox zaman 
müstəqil bir mədəni tip olaraq baxılmır və ya onun tarixi uydurma 
nəzəriyyələrlə əsaslandırılmağa çalışılmışdır. Məhz belə mövqenin 
nəticəsidir ki, öz identiklik xüsusiyyətlərinə görə  fərqlənən Türk 
sivilizasiyası daha çox tarix səhnəsində epizodik bir qüvvə kmi 
verilmiş, ən yaxşı halda isə islam mədəniyyəti çərçivəsindən kənar 
görülməmişdir. Yaxud da ki, birinci nəsil sivilizasiya təmsilçisi 
olan türklərin mənşəyi eyni səbəblərdən uydurma “Altay 
nəzəriyyə”sinə  əsaslanmış, türkün tarixi torpaqlarında bu xalq 
gəlmə, özgə hesab edilmişdir. Belə bir şəraitdə türk dünyasının 
həqiqi tarixini, seçkin xüsusiyyətlərini, müxtəlif dövrlərdə digər 
sivilizasiya daşıyıcıları ilə münasibətlərinin xarakterini öyrənməyə 
zərurət vardır. Qeyd etməliyik ki, son illər bu istiqamətdə  həm 
Azərbaycanda və Türkiyədə, həm də Tatarıstanda, Mərkəzi Asiya 
respublikalarında  əsaslı  tədqiqatlar aparılmağa başlanmışdır və 
inanırıq ki, yaxın zamanlarda bu tədqiqatların hesabına dünya 
ictimaiyyəti həqiqətlərdən agah olacaqdır. 
İlk növbədə türkün tarixi vətəni ilə bağlı məsələyə toxunmaq 
istərdik. Artıq qeyd etdiyimiz kimi, uzun müddət elmi dairələrdə 
“Altay nəzəriyyə”si hakim olmuşdur. Türkün hələlik elmə məlum 
olan ilk yazılı abidələrinin Altayda tapılmasına  əsaslanan bu 
nəzəriyyəyə görə  hətta mifoloji məlumatlar belə (qurdla bağlı 
Ərgənəkon  əfsanəsi) türk xalqlarının ilkin vətəninin bu ərazidə 
yerləşməsi və “xalqların böyük köçü” çərçivəsində şərqdən - qərbə 
doğru miqrasiya edərək Mərkəzi Asiya - Ural - Qara dəniz hövzəsi 



Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 229
- Qafqaz - Ön Asiya istiqamətində yayıldığını iddia edir. Yəni 
türkləri Uzaq Şərq (Altay) mənşəli hesab edir, bütün digər 
ərazilərdə  gəlmə olaraq qiymətləndirirlər. Lakin bu nəzəriyyənin 
artıq çoxsaylı arxeoloji, eləcə  də linqvistik materiallar əsasında 
yanlış olduğu sübut olunmuşdur. Türklərin Ural-Şimali Xəzər, 
Qafqaz, Anadolu, Qara dəniz hövzəsində yerli xalq olması və ilkin 
miqrasiyanın qərbdən  şərqə doğru yönəlməsi ilə bağlı çoxsaylı 
müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.  
Biz isə, öz növbəmizdə bu qənaətdəyik ki, yerləşdiyi məkan 
daxilində hansı istiqamətdə miqrasiya proseslərinin getməsindən 
asılı olmayaraq Türk sivilizasiyasının təmsilçiləri öz etno-mədəni 
landşaftlarının bütün ərazilərində avtoxton xalqlardır. Yəni, istər 
Ön Asiya, Azərbaycan, istərsə Uzaq Şərq olsun, bütün bu 
regionlarda türklər yerli xalqların nümayəndələridir və ilkin nəsil 
sivilizasiyanı  təmsil edirlər. Başqa sözlə desək, biz etno-mədəni 
lanşaft bağlılığı  nəzəriyyəsinə üstünlük verir və türkləri Avrasiya 
məkanında “Çöl” landşaftı daxilində yerli xalq hesab edirik.  Bu 
məkanın sərhədləri isə  şərqdə Lena çayı hövzəsindən, Altay 
dağlarından, Böyük Çin səddindən, Hindiquş dağlarının Əfqanıstan 
sərhədlərindən qərbdə Aralıq dənizi sahillərinə, Krıma, Moldovaya, 
hətta bir qədər də qərbə doğru Macarıstana qədər, şimalda Sibirdən 
başlayaraq cənubda  İran körfəzinə, Dəclə  və  Fərat çayları 
hövzəsinədək böyük bir əraziləri  əhatə edir. Bu böyük məkan 
daxilində isə miqrasiya proseslərinin zaman və istiqamətindən asılı 
olmayaraq hər tərəfdə Türk sivilizasiya daşıyıcıları  bəşər 
sivilizasiyasının özü ilə həmyaşıddırlar.  
Ümumiyyətlə, hər bir sivilizasiya öz təbii landşaftına bağlıdır. 
Məxsus olduğu coğrafi arealdan kənar sivilizasiya təmsilçiləri əksər 
hallarda öz varlıqlarını identiklik xüsusiyyətlərini saxlamaqla 
qoruya bilmirlər. Bununla belə, bəzi hallarda istisnalara da rast 
gəlinir. Qeyd etməliyik ki, ən nəzərəçarpan istisna Qərb 
sivilizasiyası ilə bağlıdır. Belə ki, bu sivilizasiya təmsilçiləri 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 230
“Dəniz” tipini təmsil etmələrinə baxmayaraq, digər coğrafi 
landşaftlara doğru genişlənə bilmiş  və bu məkanlarda da öz 
varlıqlarını itirməmişlər. Biz bunun başlıca səbəbini həmin 
sivilizasiyanın daxili xarakteri, xüsusən də ekspansionist siyasətə 
meylli olması ilə  əlaqələndiririk. Çünki tarixi təcrübə göstərir ki, 
onlar özləri üçün yad olan məkanda yerli sivilizasiya təmsilçilərini 
məhv edərək, interaksiya üçün heç bir imkan saxlamır və bununla 
da özgə coğrafi landşaft daxilində özününküləşdirməyə nail olurlar. 
Türk sivilizasiyası üçün isə “Çöl” landşaftı xarakterikdir və 
türklərin yayıldığı böyük məkanı vahid orqanizm kimi xarakterizə 
edən əsas amil bu landşaftdır. Burada türkün vətəni olaraq ayrılıqda 
nə Altay, nə Qara dəniz sahili, nə Qafqaz, nə Anadolu nəzərdə 
tutulmur. Yəni türkün vətəni olaraq bütövlükdə “Böyük Çöl” 
götürülür, onun hər tərəfində, bütün yerlərində türk xalqları köçüb 
gəlmə deyil, yerli etnos hesab olunmalıdırlar. Yalnız iqlim 
şərtlərinin dəyişməsi və ya digər təbii, iqtisadi, sosial səbəblərdən 
bu məkan daxilində türk xalqları zaman-zaman yerdəyişmələr 
etmiş, Böyük Çöldə daim hərəkətdə olmuşlar. Doğrudur, Türk 
sivilizasiya təmsilçiləri öz tarixi inkişaf mərhələsində dənizlərə çıxa 
bilmişlər. Lakin bu sivilizasiya olaraq onun xarakterindən deyil, 
digərləri ilə mübarizə mühitində yaşamaq uğrunda seçim imkanının 
olmamağından irəli gəlir.  
Türklərin geniş miqyasda yayıldığı böyük məkan “Çöl” 
landşaftı ilə  əhatələnirdi. Türk sivilizasiyasının yerləşmə arealının 
sərhədləri çöl landşaftının digər landşaftlarla  əvəz olunduğu 
zonadan keçir. Belə ki, qərbdə bu, Qara dənizin  şimalı, Karpat 
dağlarından başlayan “Meşə” ilə, cənub və  cənub-şərqdə Çin 
sivilizasiyasının başladığı “Çay”la, cənubda  İran sivilizasiyasının 
başladığı “Dağ-Çöl”lə  sərhədlənir. Yəni Türk sivilizasiyası üçün 
sırf “Çöl” landşaftı xarakterikdir. Çöl landşaftından kənarda isə 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə