10
4.
SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR VƏZİYYƏTİ
Ölkə iqtisadiyyatında həyata keçirilmiş iqtisadi islahatlar, regionların sosial-iqtisadi
inkişafı istiqamətində aparılan tədbirlər, sahibkarlığın inkişafı sahəsində görülən işlər öz
müsbət nəticələrini verməyə başlamışdır. Belə ki, 2003-2010-cu illərdə Lənkəran
iqtisadi rayonunun ümumi məhsul buraxılışının həcmi 3.3 dəfə, adambaşına düşən
ümumi məhsul buraxılışının həcmi isə 3 dəfə artmışdır. 2010-cu ildə iqtisadi rayonun
ölkə əhalisinin 9,3 faizini təşkil etdiyi halda, məhsul və xidmətlərin ümumi buraxılışında
xüsusi çəkisi 1,7 faizə, sənaye məhsulunda xüsusi çəkisi 0,18 faizə, kənd təsərrüfatı
məhsulunda xüsusi çəkisi 9,9 faizə, pərakəndə əmtəə dövriyyəsində xüsusi çəkisi isə 6
faizə bərabər olmuşdur. Adambaşına düşən ümumi məhsul ölkə üzrə orta göstəricidən
aşağı olmuşdur. Belə ki, 2010-cu ildə adambaşına düşən ümumi məhsulun həcmi ölkə
üzrə 5334,5 manat olduğu halda, iqtisadi rayonda bu göstərici 990 manata bərabər ol-
muşdur. Bu da ölkədə neft sektoru ilə əlaqədar sahələrin üstün inkişafı ilə əlaqədardır.
Ölkədə son illərdə iqtisadi artım yüksək olmuşdur. Neft və qaz hasilatı və onunla
əlaqədar sahələrin ölkənin ümumi daxili məhsulunda payının artması və bu sahələrin isə
əsasən Bakı şəhərində yerləşməsi iqtisadiyyatda digər rayonların, o cümlədən Lənkəran
iqtisadi rayonunun payının aşağı olmasına gətirib çıxarmışdır.
11
Cədvəl 1
Lənkəran iqtisadi rayonunun ümumi iqtisadi göstəriciləri
(cari qiymətlərlə, mln. manat)
Məhsulun ümumi buraxılışı
Sənaye məhsulunun həcmi Cəmi kənd təsərrüfatı məhsulu
2003 2005 2009 2010 2003 2005 2009 2010 2003 2005 2009 2010
Ölkə üzrə,
cəmi
10490,4 17194,9 39578,5 47659.9 4934,5 9290,5 22563,6 27978.2 1366,52 1732,1 1655,5 3877.7
Lənkəran
iqtisadi rayonu
254,7 356,1 689,4 829.3 10,9 18,2 42,4 49.5 156,2 196,1 386 385.1
Astara
rayonu
26,9 52,3 91,4 116.2 0,6 1,8 12,8 10.6 17,6 26,2 53,1 52.9
Cəlilabad
rayonu
76,5
101,5
180,9
201.4 0,6 2,1 2,3 3.7 54,7 71,9
118,8
107.6
Lerik
rayonu 20,1 26,3 49,9 58 0,1 0,2 0,5 0.8 14,7 15,7 26,3 28.1
Lənkəran
rayonu
62,0 82,8 175,1 210.9 5,0 5,0 9,3 12.2 29,8 37,6 85,8 90
Masallı
rayonu
57,1 76,4 166,2
202.6 4,5 8,5 17,1 21.6 31,5 9,3 17,7 87
Yardımlı
rayonu
12,2 16,8 28,9 40.2 0,1 0,5 0,4 0.6 7,9 35,5 84,3 19.5
12
Ölkənin ümumi məhsul buraxılışında Lənkəran iqtisadi rayonunun payı 2003-cü
ildə 2,4 faizdən 2010-cu ildə 1.7 faizə qədər düşmüşdür. İqtisadi rayonun ümumi
məhsul buraxılışında isə Astara rayonunun payı 2003-cü ildə 10,6faiz, 2010-cu ildə 14
faiz, Cəlilabad rayonunun payı müvafiq olaraq 30,0 faiz və 24,3 faiz, Lerik rayonunda
payı müvafiq olaraq 7,9 faiz və 7 faiz, Lənkəran rayonunda payı müvafiq olaraq 24,3
faiz və 25,4 faiz, Masallı rayonunda payı müvafiq olaraq 22,4 faiz və 24,4 faiz,
Yardımlı rayonunda isə müvafiq olaraq 4,8 faiz və 4,8 faiz olmuşdur.
Lənkəran iqtisadi rayonunun ümumi məhsul buraxılışında sənayenin payı 2003-cü
ildə 4,3 faizə, 2010-cu ildə 6 faizə, kənd təsərrüfatının payı isə müvafiq olaraq 61,3
faizə və 46,4faizə bərabər olmuşdur. Göründüyü kimi, kənd təsərrüfatının payının
azalmasına baxmayaraq, bu sahə hələ də iqtisadi rayonun iqtisadiyyatında üstünlük
təşkil edir.
Cədvəl 2
Təsərrüfat subyektlərinin sayı
(ilin sonuna, vahid)
2003 2005 2009 2010
hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki
Ölkə üzrə cəmi 61136 157986 70287 209170 89939 272597 93416 306933
Lənkəran
iqtisadi rayonu
3624 12275 3933 14306 4433 19049 4637 22514
Astara
rayonu 345 1431 365 1560 388 1870 408 2118
Cəlilabad
rayonu
688 2172 752 2563 1015 4839 1042 6611
Lerik
rayonu 403 462 447 603 429 920 430 1082
Lənkəran
rayonu
1141 4427 1216 5252 1367 5891 1434 6564
Masallı
rayonu
771 3264 847 3657 933 4734 1021 5267
Yardımlı
rayonu
276 519 306 671 301 795 302 872
Baxılan 2003-2010-cu illərdə regionda təsərrüfat subyektlərinin sayı artmışdır.
Belə ki, bu dövrdə regionda təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı
1,3 dəfə, fiziki şəxslərin sayı isə 1,8 dəfə artmışdır.
13
Son illərdə regionda iqtisadi fəallığın artması orta aylıq əmək haqqının da artmasına
gətirib çıxarmışdır. Belə ki, 2010-cu ildə regionda orta aylıq nominal əmək haqqı 2003-cü
ilə nisbətən 3,2 dəfə artmışdır. Bununla yanaşı, regionda orta aylıq nominal əmək haqqı
ölkə üzrə orta səviyyədən 2010-cu ildə 34.2% az olmuşdur.
Dostları ilə paylaş: |