Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   2   3   4   5   6   7   8   9   ...   112

 
 
6
Elmdə  «mezolit» adı ilə  bəlli olan orta daş dövrü (e.ə. X-VIII minilliklər) ölkəmizin qədim 
sakinlərinin həyatına yeni növ əmək alətlərinin yaranması ilə  qədəm qoymuşdur. Mezolit 
mədəniyyətinin  ən böyük uğuru  ox    kamanın  kəşfi olmuşdur.
5
 Bunun sayəsində ovçuluq 
təsərrüfatında əmək məhsuldarlığı xeyli yüksəltmiş, fərdi ovçuluğa keçmək imkanı yaranmışdır. 
Mezolit dövründə daşişləmə texnikasının təkmilləşməsi nəticəsində  həm  əmək aləti, həm 
də silah kimi istifadə olunan, elə bu səbəbdən də, universal səciyyə daşıyan daş məmulatının rolu 
getdikcə artmış, həyati əhəmiyyəti daşıyan müxtəlif əməliyyatların yerinə yetirilməsində onların 
faydalı iş əmsalı yüksəlmişdir.  
Qədim və orta daş dövründə  məhsuldar qüvvələrin inkişafı  mədəni-texniki tərəqqinin 
artmasına gətirib çıxarmışdır. Bunun nəticəsində daşişləmə texnikası daha da təkmilləşmiş, onun 
bir sıra yeni texniki üsulları meydana gəlmişdir.  Çapma, qəlpələmə, dişəmə, cilalama, 
pardaxlama kimi texniki üsullar bilavasitə ibtidai icma tarixinin daş dövrü mərhələsində icad 
olunmuşdur. 
Mezolit dövründə  xırda ölçülü mikrolit  alətlər xeyli təkmilləşmiş, iti ucluqlu (qurama) 
silahqayırma texnikası meydana çıxmışdır. Damcılı  və Qobustan tapıntıları buna parlaq 
nümunədir. Bütün bu texniki irəliləyişlər, o cümlədən, ox və kamanın ixtirası tədricən təbiətin 
hazır məhsullarını  mənimsəməkdən bilavasitə  istehsal təsərrüfatına keçilməsi üçün əlverişli 
zəmin yaratmışdır.
6
 
Həmin keçid «neolit» adlanan yeni daş dövründə (e.ə.VIII-VI minillik) baş vermişdir. 
Azərbaycanın  neolit mədəniyyətinin  uğurları  təkcə daş alətlərin işlənmə texnikasının 
təkmilləşməsi, daha təkmil alət və silahların hazırlanması ilə bitmir. Bu dövr həm də istehsal 
təsərrüfatının, başqa sözlə, əkinçilik və maldarlığın yaranması ilə səciyyələnir.  
Neolit dövründə oturaq əmək məşğuliyyətinin (toxa əkinçiliyi, ev maldarlığı) və bununla 
əlaqədar oturaq həyat tərzinin bərqərar olması daimi səciyyə daşıyan möhrə, daş və ya çiy kərpic 
ilə hörülmüş  ev tiplərinin və  kəndlərdən ibarət ilk daimi məskən  növlərinin yaranmasını labüd 
etmişdir.  
Neolit mədəniyyətinə xas olan oturaq məişət tərzi üç böyük mədəni nailiyyətin 
yaranmasına gətirib çıxarmışdır. Əvvəla, bununla oturaq əkinçi və maldar tayfalara məxsus icma 
kəndləri və köçəbə tayfalara xas olan elat obalarından ibarət, qan qohumluğuna  əsaslanan ilk 
nəsli  qəbilə  məskənləri  yaranmışdır.  İkincisi, oturaq məskənlərin meydana gəlməsi vaxtı ilə 
gəzərgi həyat tərzi keçirən qəbilə  və tayfaların müəyyən bir məkana bağlanıb qalmasını  zəruri 
etmiş, «yurd» anlayışı yaratmışdır. Üçüncüsü, oturaq məişət tərzinin yaranması qarşılıqlı 
ünsiyyət əlaqələrinin və qohumluq münasibətlərinin güclənməsinə əlverişli sosial-mədəni zəmin 
yaratmışdır. Bütün bu mütərəqqi irəliləyişlər isə təsərrüfat fəaliyyəti üçün əlverişli şəraitə malik 
olan məskunlaşma ərazilərində etnikləşmə prosesinin ilk rüşeymlərinin yarandığını göstərirdi. 
Neolit dövrü, habelə, maddi mədəniyyətin zənginləşməsi, onun bir sıra yeni tipoloji 
növlərinin yaranması ilə xarakterizə olunur. Əkinçilik və maldarlıq məhsullarının emalı, 
saxlanması, bişirilib qida halına salınması yeni tip əmək alətlərinin (daş və sümük toxa, həvəng 
  sürtkəclər) yaranmasını, müxtəlif növ qabların (gil, toxuma, dəri) və bişirmə vasitələrinin 
(çölmək, küvəc, küpə, sac, təndir və s.) meydana gəlməsini də labüd etmişdir. 
Yurdumuzun neolit sakinləri mədəniyyət tarixində ilk dəfə olaraq daşı kəsməyi, deşməyi və 
cilalamağı öyrənmişlər. Bu texniki üsullarla daşdan düzəldilmiş  toppuz  nümunələri Kültəpə, 
Çalağantəpə, Qarğalar təpəsi və digər abidələrdən aşkar olunmuşdur.
7
 
Təbriz  ətrafındakı Yanıqtəpə, Urmiya gölü civarındakı  Həsənli kəndi yaxınlığında 
Firuztəpə, Xanlar şəhəri həndəvərində Gillikdağ, Naxçıvan yaxınlığındakı Kültəpə, Abşerondakı 
Qobustan düşərgələri (Ovçular zağası, Ana zağa, Kənizə) və digər neolit abidələri Azərbaycanın 
ibtidai icma dövrü maddi mədəniyyət tarixini saysız-hesabsız yeni tipoloji nümunələrlə 
zənginləşdirmişdir.
8
  Əkin, biçin və döyümlə  əlaqədar  əmək alətləri, maldarlıq məhsullarının 
emalı, saxlanması, bişirilməsi ilə bağlı müxtəlif formalı saxsı  və  dəri qabların ilk bəsit 
nümunələri məhz bu dövrdə ixtira olunub mənimsənilmişdir.
9
  Daşqura  və  möhrə  hörgülü 
divarlara malik sabit ev tipləri məhz bu dövrdən etibarən dəb düşmüşdür.  
Yeni daş dövründə baş verən texniki irəliləyiş  məhsuldar qüvvələrin sonrakı inkişafına 
güclü təkan verməklə taxıl,  ət, süd və  ağartı  məhsullarından ibarət etibarlı qida ehtiyatı 


 
 
7
bolluğunun yaranmasına, insanların təbiətdən asılılığının xeyli dərəcədə azalmasına gətirib 
çıxarmışdır.  
Qida məhsullarının bişirilməsi (çörək və xörəkbişirmə)  ənənələrinin sabitləşib müntəzəm 
səciyyə alması da Azərbaycanın neolit mədəniyyətinin ən mühüm nailiyyətlərindən idi.  
Əhliləşdirilmiş ev heyvanlarının bir qismindən həm də yük daşımaq üçün ilk dəfə nəqliyyat 
vasitəsi kimi istifadə olunması faktı yenə də neolit dövründən başlanmışdır.  
Neolit dövründə baş verən «aqrar inqilabı»nın gedişində torpağı becərmək üçün bir sıra 
əkinçilik alətləri icad olunmuş, başlıca mədəni bitkilərin becərilməsinə başlanılmış, ev 
heyvanları  əhliləşdirilmiş, saxsı  məmulatının ilk tipoloji növləri meydana gəlmişdir. Beləliklə, 
insanın təbiətdən asılılığının aradan qaldırılması və ətraf mühitdən səmərəli istifadə olunmasına 
keçid yolunda həlledici addımlar atılmışdır. Bütün bu mütərəqqi irəliləyişlər nəticəsində 
yurdumuzun qədim sakinlərinin bütöv bir kompleks mədəni nailiyyətləri yaranmışdır. 
Neolit dövrünün elə ilk mərhələlərindən etibarən əkinçiliyin maldarlıqdan ayrılması ictimai 
əmək bölgüsünü  daha da dərinləşdirmişdir.  İbtidai icma tarixində baş verən bütün bu sosial-
mədəni nailiyyətlər öz növbəsində  Cənubi Qafqazda etnik  və  məhəlli xüsusiləşməni  xeyli 
gücləndirmişdir. Bunun sayəsində də, hər birinin özünə məxsus sosial-mədəni xüsusiyyətləri və 
texniki  əmək vərdişləri olan müxtəlif etnosların yaranması prosesi başlanmışdır. Etnikləşmə 
prosesində  əmək məşğuliyyətinin təmayülü də mühüm rol oynamışdır. Oturaq əkinçi tayfalar 
təsərrüfat məişəti və həyat tərzi baxımından maldar elatlardan seçilirdi. 
Qeyd olunan mütərəqqi irəliləyişlər  polimetal dövrü insanlarının mədəni tərəqqisində 
müstəsna rol oynamışdır. Dulus kürələrinin təkmilləşməsi hərarətin artırılmasını  təmin edən 
körüklü metaləritmə və metalişləmə kürələrinə keçmək üçün yol açmışdır. Bu irəliləyişlər nəticə 
etibarilə Azərbaycanda  metallurgiyanın yaranmasına gətirib çıxarmışdır. Kiçik Qafqaz sıra 
dağlarının Azərbaycan  ərazisinə düşən filiz yataqlarının mənimsənilməsi sayəsində bu zəngin 
diyar Qafqazın ən qədim metallurgiya ocaqlarından birinə çevrilmişdir. 
E.ə.VI-IV minillikləri  əhatə edən  eneolit dövrünün mədəni-texniki irəliləyişləri həmin 
prosesləri daha da gücləndirmiş, qan qohumluğuna əsaslanan etnik xüsusiləşməni xeyli dərəcədə 
artırmışdır. 
İlk metal (mis) məmulatının (bıçaq, biz, iynə, sancaq, ox ucluğu)  əldə olunması o zamanki 
Azərbaycan icmalarının sosial-iqtisadi həyatında ciddi irəliləyişə  səbəb olmaqla, ölkəmizdə  tunc 
texnologiyasına keçidin əsasını qoymuşdur. 
Naxçıvan, Mil-Qarabağ, Gəncə-Qazax, Muğan, Qobustan, Urmiyaətrafı  ərazilərdən aşkar 
olunmuş oturaq əkinçi və maldar tayfalara məxsus eneolit abidələri (Kültəpə,  Şomutəpə, 
Qarğalar təpəsi, Babadərviş, Əlikömək təpəsi, Mişarçay, İlanlıtəpə, Yanıqtəpə, Dəlmətəpə və s.) 
Azərbaycan  əhalisinin istehsal təsərrüfatı sahəsində neolit sakinlərinə nisbətən xeyli qabağa 
getdiklərini göstərir.
10
 Məhsuldar qüvvələrin inkişafı və əhalinin sayının artması ölkənin dağlıq, 
dağətəyi və düzənlik bölgələrində yeni-yeni ərazilərin təsərrüfat cəhətdən mənimsənilməsinə 
şərait yaratmış, qonşu ölkələrlə iqtisadi əlaqələri gücləndirmişdir.  
Mis külçəsi  ərintisinə  mərgümüş, qalay, qurğuşun və ya sink qatmaqla əldə olunmuş 
tuncun ilk dəfə harada, hansı etnos tərəfindən kəşf olunması tarixi dəqiq bəlli olmasa da, 
Azərbaycanda tuncun istehsalına və ondan daha möhkəm  əmək alətləri və silahlar 
hazırlanmasına hələ beş min il bundan əvvəl başlanmasına dair tutarlı arxeoloji dəlillər 
mövcuddur. Hər  şeydən  əvvəl, qeyd edək ki, Azərbaycanın Kiçik Qafqaz bölgəsi (müasir 
Gədəbəy, Daşkəsən, Dağlıq Qarabağ  əraziləri) qədim zamanlardan tuncun əldə olunması üçün 
zəruri xammal olan zəngin mis yataqlarına malik olmuşdur. Görünür, elə Azərbaycanın eneolit 
sakinləri də ilk dəfə mislə  məhz burada, Kiçik Qafqaz həndəvərində tanış olmuşlar. 
Azərbaycanda hələ eneolit mədəniyyəti dövründə peyda olmuş dulus kürələrinin sonrakı 
təkmilləşməsi, misəritmə sahəsində  əldə edilmiş  əməli təcrübə  və  vərdişlər burada tunc 
texnologiyasının mənimsənilməsi üçün əlverişli zəmin hazırlamışdır. 
Əvvəlcə mis filizinin əridilməsi, bir qədər sonralar isə qatışıq  ərinti texnologiyasının 
mənimsənilməsi  misgərlik,  daha sonra isə tuncgərlik  peşələrinin, başqa sözlə, tunc metallurgi-
yasının yaranmasına gətirib çıxarmışdır. Beləliklə, 2 min ildən çox davam etmiş Eneolit 
mədəniyyəti tədricən Erkən tunc dövrü mədəniyyəti ilə əvəz olunmuşdur. Erkən tunc dövründən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə