65
Azərbaycanda tolerantlıq ənənəsi
diqqətə aldığımızda bölgə insanın
necə böyük işin öhdəsindən
gəldiyini açıq görə bilərik.
Bu halda belə bir sual meydana gəlir. Cənub bölgəsinin in-
sanları bunu necə bacardılar? Bu bölgədə mövcud tolerantlığın
əsas səbəblərin nələrdir?
Fikrimzicə, bunun bir neçə səbəbi səbəbi vardır:
1) İslam dini
Azərbaycanın cənub zonasındakı tolerantlığın ən önəmli
səbəbi İslam dininin özüdür. Tərəfdarlarına mötədil olma-
ğı tövsiyə edən İslam və onun Peyğəmbəri fərqli düşüncə
sahiblərinin birlikdə yaşaya bilmə nümunəsini də göstərmişdir.
Qurani-Kərimdə
“Allah yanında (haqq olan) din, əlbəttə,
İslamdır” (Ali-İmran, 19) və
“Kim İslamdan başqa bir din ar-
dınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs
axirətdə zərər çəkənlərdən olar!” (Ali- İmran, 85)
ayələrində
doğru dinin İslam olduğu bildirilirkən,
“Dində məcburiyyət
(zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan
(küfrdən) ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha
iman gətirsə, o, artıq qopmayan ən sağlam bir ipdən yapış-
mış olur. Allah hər şeyi eşidəndir, biləndir” (Bəqərə, 256)
ayəsi ilə insanları hər hansı bir inancı qəbul etmək məsələsində
məcburiyyətin doğru olmadığını deyərək, eyni cəmiyyətdə
fərqli düşüncələrin mövcud ola biləcəyini göstərməkdir.
Yenə,
“Əgər Rəbbin istəsəydi yer üzündə olanların ha-
mısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur
edəcəksən?!” (Yunis, 99) ayəsi ilə Həzrət
Peyğəmbəri belə bir
şeyi etməmə xüsusunda xəbərdar edir.
Bir tərəfdən yuxarıda qeyd etdiyimiz ayələrlə Allah eyni
cəmiyyətdə fərqli düşüncələrin olacağını bildirməkdə, digər
tərəfdən isə
“(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bi-
zim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf
gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək.
66
Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə)
Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə,
o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən,
müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” (Ali-İmran, 64) ayəsi
ilə Əhli-kitabı haqqa
dəvət edərək, eyni zamanda müsəlmanları
nəinki fərqli din, məzhəb düşüncə sahiblərilə olanlarla birlikdə
yaşaya bilməyin mümkünlüyünü vurğulayır.
İslamda tolerantlığın mövcudluğuna dair başqa bir dəlil
Həzrət Peyğəmbərin davranışlarıdır. Həzrət Məhəmmədin
Mə dinəyə hicrətindən sonra Mədinə Konstitusiyasının (mi-
saq) bağlanması, burada yaşayan yəhudilərə ümmətin üzvləri
kimi münasibət göstərilməsi yüksək dözümlülük təzahürüdür.
İslamaqədərki peyğəmbərlərə və kitablara iman gətirilməsinin
zəruriliyi, əvvəlki dinlərin də qibləsinin tanınması,
qeyri-mü-
səl manlarla hikmət və gözəl moizə ilə söhbət aparılması barədə
Quran hökmlərindən savayı, Peyğəmbərin xəstə yəhudiyə
baş çəkməsi, yəhudinin yanında girov qoyub borc götürməsi,
yəhudinin cənazəsi qarşısında ayağa qalxması İslamda dözüm-
lülük ənənələrinin ən gözəl nümunələrindəndir.
Yenə Həzrət Peyğəmbərin Nəcrandan gələn xristianlardan
ibarət heyəti qəbul edərkən müsəlmanlardan bəzilərinin eti-
raz larına baxmayaraq, onların məscidə daxil olmasına və ora-
da ibadətlərini yerinə yetirməsinə icazə verməsi
gözəl dözüm-
lülük örnəyidir.
Həzrət Peyğəmbər tərəfindən əsası qoyulan tolerantlıq
ənənəsi sonrakı dövrlərdə də davam etmişdir. Fəthtlər döv rün-
də müsəlmanlar qeyri-müsəlmanlara qarşı tolerant davranmış-
dır. Xilafət ərazisində çoxlu sayda qeyri-müsəlmanın yaşaması
bu tolerantlığın nəticəsi olaraq görülməlidir.
1
1
Bu haqda bax: Şünasi Məmmədyarov, ‘İslam dövlətçiliyi tarixində dözümlü-
lük ənənələri’, İslamda Dözümlülük, Beynəlxalq elmi-nəzəri konfransın mate-
rialları, Bakı, 2006, s. 25-26; Məmmədəli Babaşlı, “Müasir dünya və islamın dö-
zümlülük anlayışı”, İslamda Dözümlülük, Beynəlxalq elmi-nəzəri konfransın
materialları, Bakı, 2006, s. 30-35.
67
Azərbaycanda tolerantlıq ənənəsi
Yuxarıda qeyd etdiyimiz kimi, İslamdakı tolerantlıq ənə-
nəsi fikrimizcə, Azərbaycanın
cənub bölgəsindəki dini to-
lerantlığın ən önəmli səbəbidir. Apardığımız müşahidə və
söhbətlərdən də bunu açıq şəkildə görə bildik. Belə ki, hər iki
mənsublarının vurğuladığı “Eyni Allaha, eyni Peyğəmbərə və
eyni Kitaba inanırıq” ifadəsi bölgədəki tolerantlığın əsasını
meydana gətirməkdədir. O halda deyə bilərik ki, bölgədəki
qardaşlıq münasibətinin təməlində din, yəni İslam dayanır.
2) Əhli-beyt sevgisi
Fikrimizcə, bölgədəki qardaşlıq
münasibətlərinin bir başqa
səbəbi Əhli-beyt sevgisidir.
Məlum olduğu kimi, Həzrət Peyğəmbər Əhli-beytini Qu-
ran ilə birlikdə öz ümmətinə iki ağır əmanət olaraq qoyub
get mişdir. Həzrət Peyğəmbəri görmədən ona iman gəti rən
Azərbaycan xalqı onun əmanətinə sahib çıxmış, istər Əmə vi-
lər, istər Abbasilər, istərsə də digər
dövrlərdə işgəncə, tə qib və
təzyiqlərə məruz qalan Əhli-beyt mənsublarına və tərəf dar la-
rı na qucaq açmışdır.
Əhli-beyt sevgisini qəlbində daşıyan xalqımız onların mə-
zar larını ziyarətgaha çevirmiş, onların xatirinə Allahdan yar-
dım istəmiş və axirətdə şəfaətini Uca Yaradandan diləmişdir.
V İmam Məhəmməd əl-Baqirin oğlu Mövlana İbrahimin
Gəncədə, VII İmam Museyi-Kazımın qızı Həkimə xanımın
Bibiheybətdə, yenə İmam Kazımın bir başqa qızı Rəhimə xanı-
mın Nardaranda dəfn edilməsi xalqımızın Əhli-beyt sevgisinə
olan parlaq təzahürüdür.
Əhli-beyt sevgisi Azərbaycan xalqının həyatının demək
olar ki, hər sahəsinə sirayət etmişdir.
1
Bütün Azərbaycan müsəlmanları kimi, cənub insanının
da qəlbində Əhli-beyt sevgisi özünə dərin yer tutmuşdur. Bu
1
Bu haqda bax: Aslan Həbibov, “Əli və Nino romanında Əhli-beyt”, Azərbaycan
və Əhli-beyt irsi, Bakı, 2013, s. 286-302.