58
nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiy-
yəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə
tabe etmək məqsədilə Xristianlıqdakı kilsə strukturuna bənzər
İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır.
1
Azərbaycanın cənubunda dini tolerantlıq
Cənub bölgəsində dini tolerantlıq mövzusundan bəhs et-
məz dən əvvəl ümumilikdə ölkəmizdə tarix boyu olmuş dini
tolerantlıq məsələsinə qısaca toxunmaqda fayda olduğunu dü-
şünürük.
Yuxarıda da qeyd etdiyimiz kimi, tarixi Azərbaycan tor-
paqlarında bir çox din mövcud olmuş və özünə ardıcıl tap-
mışdır. Xüsusilə İslamın Azərbaycanda yayılmasından sonra
əvvəlki dinlərə qarşı münasibəti bölgədə dini tolerantlığın for-
malaşmasında önəmli rola sahib olmuşdur.
Misal üçün göstərə bilərik ki, bu bölgələr müsəlmanlar
tərəfindən fəth edildikdən sonra mövcud Xristian kilsələrinə
toxunulmamış, İslamdan əvvəl olduğu kimi qalmışdır. Alban
kilsəsinin XIX əsrədək mövcudluğunu qoruması da İslamı qəbul
etmiş bölgə əhalisinin tolerantlığının parlaq nümunəsidir.
2
Sonrakı dövrlərdə də bu ənənə davam etmiş, bu bölgədə
yaşayan insanlar fərqli inanc sahiblərinə qarşı dözümlülük nü-
mayiş etdirmiş, eyni cəmiyyətdə birlikdə yaşaya bilmişlər.
Məsələn, xanlıqlar dövründə Osmanlı-Səfəvi rəqabəti böl-
gədə yaşayan insanları məzhəb ixtilafına düçar edə bil
mə-
mişdir. Yenə Çar Rusiyası dövründə məzhəb ixtilafı yaratma
istiqamətində bütün cəhdlər boşa çıxmış, məzhəbindən və
təriqətindən asılı olmayaraq bütün müsəlmanlar fitnədən uzaq
qalmağı bacarmışlar.
1
İsmail Məmmədov, Azərbaycan tarixi, Bakı, Adiloğlu nəşriyyatı, 2005, s. 49;
http://www.azerbaijans.com/content_500_az.html
2
Paşazadə, Qafqazda İslam, s. 57.
59
Azərbaycanda tolerantlıq ənənəsi
Sovet hakimiyyəti illərində həm sünnilər, həm də şiələr
zülm və haqsızlıqlara məruz qalmış, inanclarını gələcək nə sil-
lə rə ötürə bilməyin yollarını birlikdə axtarmışlar.
Xülasə, Azərbaycan tarixinin bütün mərhələlərində, xüsu-
silə İslamın bölgədə yayılmasından sonra bu torpaqlarda yeni
dinlə birlikdə tolerantlıq düşüncəsi də yayılmış, istər öncəki
din mənsublarına, istərsə də İslamdakı fərqli məzhəblərə qarşı
dözümlülük yaranmışdır.
Azərbaycanın hər yerində olduğu kimi, cənub bölgəsində
də dini tolerantlıq tarix boyu mövcud olmuşdur. Bu tolerantlıq
həm dinlər, həm də məzhəblərarasında müşahidə edilmişdir.
Cənub bölgəsində fərqli dinlərə qarşı
tolerantlıq
Məlum olduğu kimi, Rusiya ilə İran arasında imzala-
nan “Gülüstan” (1813-cü il) və “Türkmənçay” (1828-ci il)
müqavilələri ilə Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla
Şimali və Cənubi Azərbaycan şəklində iki hissəyə bölündü və
Şimali Azərbaycan Çar Rusiyasının tərkibinə qatıldı.
1
İran ilə müharibədən sonra Zaqafqaziyada qalan rus əsgər-
ləri Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirildi. Daha son-
ra çarın fərmanı ilə Azərbaycanda rus kəndlərinin yaradılması-
na başlandı. Rusiyadan buralara molokanlar köçürüldü.
Rusların yerləşdirildiyi Şimali Azərbaycan torpaqların-
da biri də ölkəmizin cənub bölgəsidir. Cəlilabad rayonunun
Pirişib (indiki Göytəpə) şəhəri, Masallının Kalinovka və Lən-
kə ranın Alekseyevka (indiki Bürcəli) kəndləri həmin dö nəm-
də salınmış və əhalisi qeyri-müsəlmanlardan ibarət yaşayış
məntəqələrindəndir.
2
1
M.Ə.İsmayılov, S.A. Məmmədov, “Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən
işğalı”, Azərbaycan tarixi, (Z.M.Bünyadov və Y.B. Yusifovun redak tə si ilə), s.
577-579.
2
http://az.wikipedia.org/wiki/Kalinovka;
60
Rusiya tərəfindən məqsədli şəkildə yerləşdirilən bu insanla-
ra qarşı yerli xalq tərəfindən hər hansı bir zorakılıq hadisəsi baş
verməmişdir. Sovet hakimiyyəti illərində də həmin kəndlərdə
ruslar yaşamış və onlar müsəlmanlar tərəfindən hər hansı bir
təzyiqə məruz qalmamışlar.
Dövlət müstəqilliyimizi yenidən qazandıqdan sonra böl-
gə də yaşayan çoxlu sayda rus könüllü olaraq öz doğma və-
tənlərinə köçmüş, az sayda olsa da, həmin yerlərdə rus əsilli
Azərbaycan vətəndaşı yaşamağa davam edir.
Bölgə əhalisinin qeyri-müsəlmanlara qarşı tolerantlıq nü-
mu nəsi olaraq Göytəpə şəhərindəki kilsəni göstərə bilərik.
1878-ci ildə inşa edilmiş bu kilsə hələ də qalmaqda və bölgə
əhalisi tərəfindən mühafizə olunmaqdadır.
Xülasə olaraq deyə bilərik ki, Çar Rusiyasının məqsədli
şə kildə bölgəyə yerləşdirdiyi qeyri-müsəlmanlar, müsəlman
Azərbaycan xalqının tolerantlığı sayəsində rahat şəkildə yaşa-
mış və hazırda da yaşamaqdadırlar.
Cənub bölgəsində fərqli məzhəblərə qarşı
tolerantlıq
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan xalqı Raşi-
di xəlifələr dövründə İslamı qəbul etmişdirlər. Qazan xanın
şiəliyi qəbul etməsi ilə bölgədə bu məzhəb yayılmağa başlamış,
Səfəvilər dövründə isə hakim məzhəbə çevrilmişdir.
Statistik məlumatlara görə, müasir Azərbaycan müsəl man-
la rının 65%-i şiə, 35%-i isə sünnidir (bəzi məlumatlara görə isə
60%-i şiə, 40%-i sünnidir).
Azərbaycanda sünni və şiələrin birgə yaşadığı yerlərdən
biri də cənub bölgəsinin Astara rayonudur. Rayonun 100 minə
yaxın əhalisinin təxminən 55%-i şiə, 45%-i isə sünnidir.
http://az.wikipedia.org/wiki/G%C3%B6yt%C9%99p%C9%99
61
Azərbaycanda tolerantlıq ənənəsi
Əsrlərdir eyni bölgəni, eyni kəndi və hətta eyni məhəlləni
paylaşan bu insanların formalaşdırdıqları nümunəvi birlikdə
yaşama mədəniyyətini nəinki Azərbaycan, bütün İslam dünya-
sına örnək göstərmək olar.
Bölgə əhalisi bir-birilə ət və dırnaq kimidirlər və vəziyyətin
bu cür davam etməsinin tərəfdarıdırlar. Son dövrlər baş verən
proseslər dünyanın belə bir qardaşlığa nə qədər möhtac oldu-
ğunu göstərir. Xüsusilə müsəlmanlar arasında məzhəb ayrı-
seçkiliyi yaratmaq üçün müxtəlif fitnələrə və fəsadlara əla atan
şər qüvvələr qarşısında davam gətirə bilmək üçün belə bir to-
lerant mühitə həqiqətən ehtiyac var.
İllərdir bölgədə mövcud qardaşlıq mühitini əyani şəkildə
görmək, bölgə əhalisi ilə üz-üzə görüşərək aralarındakı tole-
rant münasibəti haqda bir başa özlərindən məlumat almaq
və müşahidələr aparmaq məqsədilə Astara rayonunun bəzi
kəndlərinə səfər etdik.
Bu məqsədlə Astara rayonunun Siyəkü (sünni), Ərçivan
(şiə) və Pensər (50% şiə, 50% sünni) kəndlərinə təşkil etdiyimiz
səfər zamanı bölgədəki dini tolerantlığın bir daha şahidi olduq.
İlk olaraq Astara rayonu Siyəkü kəndinə səfər etdik. Əha li-
nin demək olar ki, tamamı sünnidirlər (şafii). Sakinlər arasında
az da olsa, məzhəb təəssübkeşliyi hiss edilsə də, ümumilikdə
kənddə qonşu kəndlərdəki şiələrə qarşı tolerant münasibət
vardır. Qeyri-sünnilərlə nikah vasitəsilə qohumluq əlaqəsinə
müsbət yanaşan kənd əhalisi arasında şiələrlə evlənənlər də
mövcuddur. Məhərrəm ayında mərasimlər təşkil olunmasa
da, toy edilmədiyi, tasua və aşura günlərində məsciddə ehsan
süfrələri açıldığı qeyd edildi.
Burada diqqəti çəkən bir başqa məqam isə adı keçən kəndin
yavaş-yavaş bölgənin təsəvvüf mərkəzinə çevrilməyə başlama-
sıdır. Nəqşibəndiyyə təriqətinin yayıldığı bu kənddə artıq qa-
diriliyin kasnazaniyyə qolunun mənsublarına da rast gəlinir.
Dostları ilə paylaş: |