Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

58
nəzərdən keçirilə bilər. Bu mərhələnin  ən səciyyəvi xüsusiy-
yəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə 
tabe etmək məqsədilə Xristianlıqdakı kilsə strukturuna bənzər 
İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır.
1
Azərbaycanın cənubunda dini tolerantlıq
Cənub bölgəsində dini tolerantlıq mövzusundan bəhs et-
məz dən  əvvəl ümumilikdə ölkəmizdə tarix boyu olmuş dini 
tolerantlıq məsələsinə qısaca toxunmaqda fayda olduğunu dü-
şünürük.
Yuxarıda da qeyd etdiyimiz kimi, tarixi Azərbaycan tor-
paqlarında bir çox din mövcud olmuş  və özünə ardıcıl tap-
mışdır. Xüsusilə  İslamın Azərbaycanda yayılmasından sonra 
əvvəlki dinlərə qarşı münasibəti bölgədə dini tolerantlığın for-
malaşmasında önəmli rola sahib olmuşdur.
Misal üçün göstərə bilərik ki, bu bölgələr müsəlmanlar 
tərəfindən fəth edildikdən sonra mövcud Xristian kilsələrinə 
toxunulmamış, İslamdan əvvəl olduğu kimi qalmışdır. Alban 
kilsəsinin XIX əsrədək mövcudluğunu qoruması da İslamı qəbul 
etmiş bölgə əhalisinin tolerantlığının parlaq nümunəsidir.
2
Sonrakı dövrlərdə  də bu ənənə davam etmiş, bu bölgədə 
yaşayan insanlar fərqli inanc sahiblərinə qarşı dözümlülük nü-
mayiş etdirmiş, eyni cəmiyyətdə birlikdə yaşaya bilmişlər.
Məsələn, xanlıqlar dövründə Osmanlı-Səfəvi rəqabəti böl-
gədə yaşayan insanları  məzhəb ixtilafına düçar edə bil 
mə-
mişdir. Yenə Çar Rusiyası dövründə  məzhəb ixtilafı yaratma 
istiqamətində bütün cəhdlər boşa çıxmış, məzhəbindən və 
təriqətindən asılı olmayaraq bütün müsəlmanlar fitnədən uzaq 
qalmağı bacarmışlar.
1
 
  İsmail Məmmədov, Azərbaycan tarixi, Bakı, Adiloğlu nəşriyyatı, 2005, s. 49; 
http://www.azerbaijans.com/content_500_az.html
2
 
 Paşazadə, Qafqazda İslam, s. 57.


59
Azərbaycanda tolerantlıq ənənəsi
Sovet hakimiyyəti illərində  həm sünnilər, həm də  şiələr 
zülm və haqsızlıqlara məruz qalmış, inanclarını gələcək nə sil-
lə rə ötürə bilməyin yollarını birlikdə axtarmışlar.
Xülasə, Azərbaycan tarixinin bütün mərhələlərində, xüsu-
silə İslamın bölgədə yayılmasından sonra bu torpaqlarda yeni 
dinlə birlikdə tolerantlıq düşüncəsi də yayılmış, istər öncəki 
din mənsublarına, istərsə də İslamdakı fərqli məzhəblərə qarşı 
dözümlülük yaranmışdır.
Azərbaycanın hər yerində olduğu kimi, cənub bölgəsində 
də dini tolerantlıq tarix boyu mövcud olmuşdur. Bu tolerantlıq 
həm dinlər, həm də məzhəblərarasında müşahidə edilmişdir.
 Cənub bölgəsində fərqli dinlərə qarşı 
tolerantlıq
Məlum olduğu kimi, Rusiya ilə  İran arasında imzala-
nan “Gülüstan” (1813-cü il) və “Türkmənçay” (1828-ci il) 
müqavilələri ilə Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla 
Şimali və Cənubi Azərbaycan şəklində iki hissəyə bölündü və 
Şimali Azərbaycan Çar Rusiyasının tərkibinə qatıldı.
1
İran ilə müharibədən sonra Zaqafqaziyada qalan rus əsgər-
ləri Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirildi. Daha son-
ra çarın fərmanı ilə Azərbaycanda rus kəndlərinin yaradılması-
na başlandı. Rusiyadan buralara molokanlar köçürüldü. 
Rusların yerləşdirildiyi  Şimali Azərbaycan torpaqların-
da biri də ölkəmizin cənub bölgəsidir. Cəlilabad rayonunun 
Pirişib (indiki Göytəpə)  şəhəri, Masallının Kalinovka və  Lən-
kə ranın Alekseyevka (indiki Bürcəli) kəndləri həmin dö nəm-
də salınmış  və  əhalisi qeyri-müsəlmanlardan ibarət yaşayış 
məntəqələrindəndir. 
2
1
  
M.Ə.İsmayılov, S.A. Məmmədov, “Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən 
işğalı”, Azərbaycan tarixi, (Z.M.Bünyadov və Y.B. Yusifovun redak tə si  ilə), s. 
577-579.

   
http://az.wikipedia.org/wiki/Kalinovka; 


60
Rusiya tərəfindən məqsədli şəkildə yerləşdirilən bu insanla-
ra qarşı yerli xalq tərəfindən hər hansı bir zorakılıq hadisəsi baş 
verməmişdir. Sovet hakimiyyəti illərində də həmin kəndlərdə 
ruslar yaşamış və onlar müsəlmanlar tərəfindən hər hansı bir 
təzyiqə məruz qalmamışlar.
Dövlət müstəqilliyimizi yenidən qazandıqdan sonra böl-
gə də yaşayan çoxlu sayda rus könüllü olaraq öz doğma və-
tənlərinə köçmüş, az sayda olsa da, həmin yerlərdə rus əsilli 
Azərbaycan vətəndaşı yaşamağa davam edir.
Bölgə  əhalisinin qeyri-müsəlmanlara qarşı tolerantlıq nü-
mu nəsi olaraq Göytəpə  şəhərindəki kilsəni göstərə bilərik. 
1878-ci ildə inşa edilmiş bu kilsə  hələ  də qalmaqda və bölgə 
əhalisi tərəfindən mühafizə olunmaqdadır.
Xülasə olaraq deyə bilərik ki, Çar Rusiyasının məqsədli 
şə kildə bölgəyə yerləşdirdiyi qeyri-müsəlmanlar, müsəlman 
Azərbaycan xalqının tolerantlığı sayəsində rahat şəkildə yaşa-
mış və hazırda da yaşamaqdadırlar.
 Cənub bölgəsində fərqli məzhəblərə qarşı 
tolerantlıq
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan xalqı Raşi-
di xəlifələr dövründə  İslamı  qəbul etmişdirlər. Qazan xanın 
şiəliyi qəbul etməsi ilə bölgədə bu məzhəb yayılmağa başlamış, 
Səfəvilər dövründə isə hakim məzhəbə çevrilmişdir. 
Statistik məlumatlara görə, müasir Azərbaycan müsəl man-
la rının 65%-i şiə, 35%-i isə sünnidir (bəzi məlumatlara görə isə 
60%-i şiə, 40%-i sünnidir). 
Azərbaycanda sünni və  şiələrin birgə yaşadığı yerlərdən 
biri də cənub bölgəsinin Astara rayonudur. Rayonun 100 minə 
yaxın əhalisinin təxminən 55%-i şiə, 45%-i isə sünnidir. 
http://az.wikipedia.org/wiki/G%C3%B6yt%C9%99p%C9%99


61
Azərbaycanda tolerantlıq ənənəsi
Əsrlərdir eyni bölgəni, eyni kəndi və hətta eyni məhəlləni 
paylaşan bu insanların formalaşdırdıqları nümunəvi birlikdə 
yaşama mədəniyyətini nəinki Azərbaycan, bütün İslam dünya-
sına örnək göstərmək olar. 
Bölgə əhalisi bir-birilə ət və dırnaq kimidirlər və vəziyyətin 
bu cür davam etməsinin tərəfdarıdırlar. Son dövrlər baş verən 
proseslər dünyanın belə bir qardaşlığa nə qədər möhtac oldu-
ğunu göstərir. Xüsusilə müsəlmanlar arasında məzhəb ayrı-
seçkiliyi yaratmaq üçün müxtəlif fitnələrə və fəsadlara əla atan 
şər qüvvələr qarşısında davam gətirə bilmək üçün belə bir to-
lerant mühitə həqiqətən ehtiyac var. 
İllərdir bölgədə mövcud qardaşlıq mühitini əyani şəkildə 
görmək, bölgə  əhalisi ilə üz-üzə görüşərək aralarındakı tole-
rant münasibəti haqda bir başa özlərindən məlumat almaq 
və müşahidələr aparmaq məqsədilə Astara rayonunun bəzi 
kəndlərinə səfər etdik.
Bu məqsədlə Astara rayonunun Siyəkü (sünni), Ərçivan 
(şiə) və Pensər (50% şiə, 50% sünni) kəndlərinə təşkil etdiyimiz 
səfər zamanı bölgədəki dini tolerantlığın bir daha şahidi olduq. 
İlk olaraq Astara rayonu Siyəkü kəndinə səfər etdik. Əha li-
nin demək olar ki, tamamı sünnidirlər (şafii). Sakinlər arasında 
az da olsa, məzhəb təəssübkeşliyi hiss edilsə  də, ümumilikdə 
kənddə qonşu kəndlərdəki  şiələrə qarşı tolerant münasibət 
vardır. Qeyri-sünnilərlə nikah vasitəsilə qohumluq əlaqəsinə 
müsbət yanaşan kənd  əhalisi arasında  şiələrlə evlənənlər də 
mövcuddur. Məhərrəm ayında mərasimlər təşkil olunmasa 
da, toy edilmədiyi, tasua və aşura günlərində məsciddə ehsan 
süfrələri açıldığı qeyd edildi. 
Burada diqqəti çəkən bir başqa məqam isə adı keçən kəndin 
yavaş-yavaş bölgənin təsəvvüf mərkəzinə çevrilməyə başlama-
sıdır. Nəqşibəndiyyə təriqətinin yayıldığı bu kənddə artıq qa-
diriliyin kasnazaniyyə qolunun mənsublarına da rast gəlinir.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə