Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə2/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   2   3   4   5   6   7   8   9   ...   41

7
Azərbaycanda tolerantlıq ənənəsi
247/847-861) dövründə  təsis edilmiş, daha sonra müsəlman 
dövlətlərinin bir çoxunda mövcud olmuşdur. Bu qurumun 
başçısı  nəqibul-əşrafın  əsas vəzifəsi Həzrət Məhəmmədin 
nəslindən gələn seyid və şəriflərin işləri ilə məşğul olmaq, on-
ların hüquqlarını qorumaq, şəcərələrinə  nəzarət etmək, sax-
ta yollarla özlərini Peyğəmbər soyuna aid etmək istəyənlərin 
qarşısını almaqdan ibarət idi.
1
  Şirvanşahlar və  Səfəvilər baş-
da olmaqla Azərbaycanda qurulan əksər dövlətlərdə  də eyni 
vəzifə mövcud olmuşdur. Məsələn, məşhur azərbaycanlı sufi 
və xəlvətiyyə təriqətinin ikinci piri Seyid Yəhya Şirvaninin ata-
sı Bəhaəddin Şirvanşahlar dövlətinin nəqibul-əşrafı
2
 olmuşdur.
Seyid sülalələrinin özləri tərəfindən də İslam dünyasında 
bir çox dövlət qurulmuşdur. Məsələn, Şimali Afrikada qurulan 
və orada İslamın yayılmasında böyük xidmətləri olan İdrisilər 
(789-985), İmam Zeynəlabidinin oğlu Zeydin nəslindən olanla-
rın Təbəristanda (864-1526) və  Yəməndə (897-1962) yaratdıq-
ları Zeydi dövlətləri, bugünkü İspaniya ərazisində (Kordova) 
qurulan Həmmudilər (1016-1058), yenə Şimali Afrikada Sədilər 
və Filalilər dövlətləri seyid sülalələrini təmsil etmişdir.
3
  Bəzi 
mənbələrdə  Səfəvilərin də  İmam Museyi-Kazımın soyundan 
gəldiyi qeyd olunur.
4
1
 
  Bax:Murad Sarıcık, Osmanlı İmparatorluğu’nda nakibü›l-eşraflık müessesesi
Ankara, 2003, s. 23.
2
 
  Mehmet Rıhtım, “Seyid Yəhya Bakuvi və Şifa əl-Əsrar adlı əsəri”, Seyid Yəhya 
Şirvani, Şifa əl-Əsrar, nəşrə haz. M. Rıhtım, Bakı, 2013, s. 71.
3
 
  Mustafa Sabri Küçükaşçı, “Seyyid”, Türkiye Diyanet Vakfı İslam Ansiklopedi-
si, c. 37, s. 41.
4
 
  
Bax: Yusuf Küçükdağ - Bilal Dedeyev, “Safevîlerin Nesebine Farklı Bir 
Bakış”, Uluslararası Sosyal Araştırmalar Dergisi = The Journal of International 
Social Research, 2009, cilt II, sayı 6, s. 415-424.


8
Seyid ocaqlarının Azərbaycandakı tarixi
Tarixdən məlumdur ki, Əməvilərin və Abbasilərin  Əhli-
beyt mənsublarına qarşı  mənfi münasibəti nəticəsində bu 
sülalənin bir çox nümayəndələri təqiblərdən qaçaraq yaşadıqla-
rı Ərəbistan və İraq torpaqlarından İslam dünyasının müxtəlif 
bölgələrinə köç etmişlər. Seyidlərin köç etdikləri bölgələrdən 
biri də Azərbaycan olmuşdur. Bu köçün, xüsusilə İmam Zey-
nə labidinin (38/659-95/713) və  oğlu  İmam Məhəmməd Baqi-
rin (57/676-114/733) övladları ilə başlandığı bildirilir. Belə ki, 
ölkədəki seyidlərin bir qismi öz şəcərələrini birbaşa  İmam 
Zeynəlabidinədək aparıb çıxarırlar. Həmçinin Gəncə imam-
zadəsi başda olmaqla
1
 ölkəmizdəki bəzi türbələrin  İmam 
Məhəmməd Baqirin nəslinin nümayəndələrinə məxsus olduğu 
söylənilir. Azərbaycana köçən  Əhli-beyt nümayəndələri, xü-
susən 7-ci imam Museyi-Kazımın (128/745-183/799) övladları 
olmuşlar. İmam Museyi-Kazımın oğlu 8-ci imam Əli ibn Mu-
sanın (İmam Rza) öz ailəsi ilə birlikdə Xorasana gəlməsi, daha 
sonra Tus (indiki Məşhəd) şəhərində vəfat etməsinin ardından 
bu ailə nümayəndələrinin kütləvi  şəkildə ölkəmizə  gəldiyini 
deyə bilərik.  İmam Rzanın bacısının dəfn edildiyi Bibiheybət 
ziyarətgahı başda olmaqla
2
 bir çox türbənin bu ailənin adı ilə 
bağlı olması, eləcə  də ölkədəki seyidlərin  əksəriyyətinin öz 
şəcərələrinin İmam Museyi-Kazımadək aparıb çıxaran Musəvi 
seyidlərindən ibarət olması bu mülahizəni gücləndirir. Seyidlər 
içərisində  İmam Museyi-Kazımın nəslinin nümayəndələrinin 
çoxluq təşkil etməsinin səbəblərindən biri də övladlarının çox 
olmasıdır. Belə ki, mənbələrdə İmam Kazımın ən az 37 övladı-
nın olduğu qeyd edilir.
3
 
1
 
 Bax: Məşədixanım Nemət, Azərbaycanda pirlər, Bakı, 1992, 92-94.
2
 
 Bax: Məşədixanım Nemət, eyni əsər, 34-37.
3
 
 Şeyx Müfid, əl-İrşad, Beyrut, 1416/1995, c. 2, s. 244-247. 


9
Azərbaycanda tolerantlıq ənənəsi
Qarabağ seyidləri
Peyğəmbər nəslinin nümayəndələri Azərbaycanın di 
gər 
böl gələrində olduğu kimi, Qarabağ  ərazisində  də  məs kun-
laşmışlar. Qarabağ seyidləri  əsasən bir neçə yaşayış  mən tə-
qəsindən bölgəyə yayılmışlar. Ağdamda Seyid Lazım, Ağca-
bə didə Seyid Bəhram ocaqları
1
  və  Kəlbəcər seyidlərinin  ək-
sə riyyəti başda olmaqla bir çox ocaq əslən Laçın rayonu nun 
Böyük Seyidlər kəndindən gəlmiş seyid nəslinin  nü ma yən-
dələrindəndir. Bundan başqa Şuşada da çox sayda seyid yaşa-
mış  və Qarabağın müxtəlif yerlərində  məskunlaşmış  bəzi se-
yid ocaqlarının kökü də məhz bu şəhərdəndir. Məsələn, Füzuli 
bölgəsində sayılıb-seçilən seyidlərdən olan Seyid Əşrəf  əslən 
Şuşadandır və məşhur ədib Mir Möhsün Nəvvabın əmisi oğ-
ludur.
2
 Bərdənin Canavarlı (indi Seyid Yusifli) kəndində yaşa-
mış və Qarabağ bölgəsinin ən məşhur seyidlərindən olan Seyid 
Yusif isə  əslən Cənubi Azərbaycandandır. Sünni məzhəbinə 
mənsub seyidlər isə  əsasən Laçının Cicimli, Qubadlının Mir-
lər və Cəbrayıl rayonunun Çələbilər və Sirik kəndlərində məs-
kun laşmışlar. Bu ocaqların hamısı  nəqşibəndi təriqətinin Mir 
Həmzə Nigariyə aid edilən nigari qoluna mənsubdurlar.
Seyid Həmzə Nigarinin fəaliyyətləri
Mir Həmzə Nigari Qarabağın Zəngəzur bölgəsinin Ci-
cimli kəndində Mir Paşa adı ilə tanınan Rüknəddin Əfəndinin 
ailəsində dünyaya gəlmişdir. Cicimli kəndi hazırda Laçın 
rayonu  ərazisində yerləşir. Nigarinin doğum tarixi ilə bağ-
lı  mənbələrdə müxtəlif məlumatlar vardır. Onun hicri 1212 
(1797), 1220 (1805) və ya 1230-cu (1815) illərdə anadan oldu-
1
 
  Bax: Seyid Camal Əzimbəyli, “Azərbaycanda Seyid Ocaqları”, Azərbaycan və 
Əhli-beyt irsi, Bakı, 2013. s. 111-112; 114-116.
2
 
 Seyid Camal Əzimbəyli, eyni məqalə, s. 113.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə