Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

DİNİ DÖZÜMLÜLÜK, YOXSA 
FƏRQLİLİKLƏRİN VƏHDƏTİ: 
AZƏRBAYCANIN TOLERANTLIQ 
MODELİNİN ƏSAS GÖSTƏRİCİLƏRİ
 


28
  Elnurə ƏZİZOVA
1
Qloballaşan dünyada çoxmədəniyyətli və demokratik cə-
miyyətlərin  əsas dəyərlərindən biri kimi dini dözümlü lük son 
illərdə əhəmiyyəti gedikcə artan mövzulardandır. Şüb hə yoxdur 
ki, müxtəlif “kiçik dünyalardan”, – fərqli inanc və düşüncə qrup-
larından – ibarət böyük cəmiyyətlərin varlığı  və davamiyyəti 
yalnız fərqliliklər arasında qarşılıqlı hör mətin təmini ilə müm-
kündür.  İnsanlararası münasibətlərin tənzimlənməsində bir 
dəyər olaraq dini dözümlülüyün diqqətə alınmaması halında 
isə cəmiyyətlərin və dövlətlərin daxili münaqişə, müharibə, soy-
qırım və s. neqativ hallara məruz qalması qaçınılmazdır.
Mövzunun çoxşaxəli olması  səbəbi ilə  ənənəvi olaraq onu 
dini, fəlsəfi və əxlaqi zəmində tədqiq edən dinşünas və filosof-
lar ordusuna demokratiya və plüralist cəmiyyət arasındakı 
mü nasibətlər, dövlət və konstitusiya modelləri, milli və qlobal 
təhlükəsizlik, beynəlxalq münasibətlər və diplomatiya nöqteyi-
nəzərindən tədqiq edən hüquqşünas və politoloqlar da qoşul-
muşdur.
2
Təsadüfi deyil ki, dünyanın qabaqcıl təhsil və  tədqiqat 
mər  kəzlərində din, münaqişə və sülhyaratmanın qarşılıqlı əla-
qələrini tədqiq edən araşdırma mərkəzlərinin sayı  hər ke çən 
1
 
 İlahiyyat üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi.
2
 
  Tolerantlığın imkanı,  əhəmiyyəti və  tələblərinin təhlilinə dair son dövrlərdə 
aparılmış mühüm tədqiqatlardan biri kimi “Mühakimə olunan tolerantlıq” adlı 
əsərdə tolerantlığın siyasi və sosial stabillik üçün əhəmiyyəti, buna bağlı olaraq 
siyasət elmləri, fəlsəfə, sosiologiya, teologiya və s. arasında multidistiplinar bir 
sahə kimi tədqiqinin vacibliyi müzakirə olunarkən tolerantlığın məhdudiyətləri, 
institusional tolerantlıq məsələləri təhlil olunur. (bxn. Ingrid Greppell, Tolerati-
on on Trial, UK 2008), Glen Neweyin “Fəzilət, səbəb və tolerantlıq: Tolerantlığın 
əxlaq və siyasət fəlsəfəsindəki yeri” adlı əsərində müasir demokratik və multikul-
tural cəmiyyətin mühüm müzakirə mövzularından biri kimi tolerantlığın əxlaq 
və siyasət fəlsəfəsi zəminində  əsaslandırılması  məsələsi gündəmə  gətirilir və 
tolerantlığın detallı təhlili aparılır. (Glen Newey, Virtue, Reason and Toleration: 
The Place of Toleration in Ethical and Political Philosophy, 1999).


29
Azərbaycanda tolerantlıq ənənəsi
gün artmaqda, din/inanc əsaslı dözümsüzlük beynəlxalq sə-
viy yədə siyasət sahəsinə hər gün daha çox daxil olmaqdadır.
“Dini dözümlülük” və yaxud daha qlobal adı ilə “dini tolerant-
lıq” lüğətdə fərqli və zidd inanc və düşüncələrə sahib insanlara 
qarşı sərt və qatı fikirli olmamaq, hörmət, səbir, asanlıq, müla-
yimlik, dözümlülük və anlayış göstərmək, bağışlamaq, narahat 
olmamaq, məhdudiyyət qoymamaq və izn vermək kimi müsbət 
mənalarla yanaşı, əhəmiyyət verməmək, görməməzliyə vurmaq, 
etinasız qalmaq və s. mənfi çalarları da ehtiva edir.
1
 Bu da dini 
tolerantlığın çoxmədəniyyətli cəmiyyətlərin dəyərlər sisteminin 
təsisindəki roluna və  əhəmiyyətinə dair bir-birindən fərqli və 
müəyyən mənada zidd mülahizələrin yaranmasına əsas verir.
Bu mülahizələrin təməlindəki sual dini tolerantlığın hüquqi 
kimliyə malik təşkilatların müqavilə və tədbirlərinin məhsulu, 
yoxsa ayrı-ayrı fərdlərin əxlaqi davranışlarının nəticəsi olduğu 
məsələsinin müəyyənləşdirilməsi istiqamətində qoyulur. Dini 
tolerantlığın iki əsas sahəsinin, inanc və ibadətlərin gərəyinin 
yerinə yetirilməsini təmin edən hüquq və bərabərliklər zəmini;
2
 
fərqli düşünən, inanan və yaşayan başqalarının varlığını anla-
yışla qarşılayan fərdi yanaşma və ictimai rəyi meydana gətirən 
əxlaq zəmini
3
 olmaqla iki cəhəti diqqətə alınaraq bu məqalədə 
Azərbaycan tolerantlıq modelində hər iki sahənin üzərinə qu-
rulub inkişaf etdirildiyi əsaslar araşdırılacaqdır.
1
 
  The Oxford English Dictionary (ed. John Simpson, Edmund Weiner), Claren-
don Press, 1989; Oxford Dictionary of Current English, USA, 2009.
2
 
  Dini  tolerantlığın liberal demokratiya çərçivəsində  dəyərləndirilməsi üçün 
bxn. Thomas Badwin, “Toleration and the right to freedom”, Aspects of Tole-
ration (ed. John Horton, Susan Mendus), London, 1985, pp. 36-52; A.E. Gale-
otti, “Citizenship and Equality: The Place for Toleration”, Political Theory 21, 
1993, pp. 585-605; J. Raz, “Autonomy, Toleration and the Harm Principle”, Jus-
tifying Toleration, Conceptual and Historical Perspectives, Cambridge, 1988, 
pp. 155-175.
3
 
  Tolerantlığın əxlaqi zəmində dəyərləndirilməsi üçün bxn. Albert Weale, “Tole-
ration, Individual Differences, and Respect for Person”, Aspects of Toleration, 
pp. 16-35; Peter Jones, “Toleration, harm and moral effect”, Aspects of Tolera-
tion, pp. 136-157.


30
Azərbaycanın tolerantlıq modelinin əhəmiyyəti
Dünyada sülhün təmin olunması perspektivindən dini 
tolerantlığın gələcəyinə dair proqnozlar verilə bilməsi onun 
beynəlxalq aləmdəki təşəkkül prosesini müxtəlif cəhətlərdən 
tədqiq və təhlil etmək və bu istiqamətdə doğru metodologiya 
təyin etməklə mümkündür. Şübhə yoxdur ki, dinlərarası sülh, 
dini tolerantlıq ənənələri ilə zəngin olan bölgə və ölkələrin tari-
xi təcrübəsi din-inanc fərqliliklərinə dayanan təzyiq, qarşıdur-
ma və münaqişələrin həlli üçün böyük əhəmiyyət daşıyır.
Xüsusilə son bir əsrdə tolerantlığı hikmət və əxlaqi dəyər 
kimi dünyanın itkisi adlandırmaq heç də mübaliğə olmaz. Bir 
çox nüfuzlu beynəlxalq təşkilatın dini, irqi, etnik fərqliliklərə 
qarşı anlayış və hörmətin universal dəyər olaraq təşviq edil mə-
si istiqamətində apardığı fəaliyyətlər bu boşluğun açıq göstə-
ricisidir.
Çoxsaylı millət, din və konfessiyaların sülh şəraitində bir-
likdə yaşamasına dair uzun tarixi təcrübəsinə əlavə olaraq ha-
zırki siyasi-ictimai istiqaməti ilə özünəməxsus dini tolerantlıq 
modelini formalaşdırmış Azərbaycanın bu tarixi mirasının araş-
dırılmasının dünyada din, etnik kimlik və irqi münaqişələrin 
həllinə öz töhfəsini verəcəyi labüddür.
 Beynəlxalq aləmdə Azərbaycanın tolerantlıq 
modeli
Azərbaycanın daxili və xarici siyasətində sülhün təmini və 
bərpası istiqamətində atılan mühüm addımlar, bununla bağlı 
olaraq millətlərarası və dinlərarası dialoqun inkişafına verilən 
böyük önəm sayəsində son dövrlərdə beynəlxalq aləmdə ölkə-
mizin dini tolerantlıq modelinin tədqiqinə, nümunə götü rül -
məsinə  və yayılmasına dair artan təkliflər müşahidə olunur. 


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə