Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə10/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

34
Azərbaycan Respublikası qanunvericiliyində dininin döv-
lətdən ayrı olduğu, dövlətin dünyəvi xarakter daşıdığı Kon-
sti  tusiya  başda olmaqla (7, 18-ci maddələr) digər hüquqi sə-
nəd lərdə  də öz əksini tapmışdır. Bu cəhətdən Azərbaycanın 
dövlət-din münasibətlərini, bu sahəyə dair mühüm detallı 
təs niflərdən biri qəbul edilən, kanadalı konstitusiya hüquqçu-
su Ran Hirschlin dövlət-din münasibətlərinin 8 modelinə dair 
təsnifatında dövlətin dinə neytral yanaşması (3) və yaxud çox-
mə dəniyyətlilik daxilində dinin dövlətdən ayrı olması (6) kate-
qoriyalarına qismən daxil etmək mümkündür.
1
Lakin yuxarıda da qeyd olunduğu kimi, dinin dövlətdən 
ayrı olmasına baxmayaraq dini tolerantlığın siyasi və sosial 
müstəvidə inkişaf etdirilməsinə xidmət edən proqramların 
dövlət tərəfindən dəstəklənməsi istisna olunmur. Digər dini 
icmalarla yanaşı, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının da 
dövlət qayğısı əhatəsində olduğunu bildirən icmanın sədri Mi-
lix Yevdayev göstərilən dövlət dəstəyinə görə, Azərbaycanın 
tolerantlıq reallığının səviyyəsini  əks etdirməsini bu sözlərlə 
ifadə edir: “2013-cü ildə Xarici İşlər Nazirliyinin nümayəndə 
heyətinin tərkibində  İsraildə  səfərdə olarkən Knessetdə 
Azərbaycanda icmamıza göstərilən dövlət qayğısı haqqında 
ətraflı  məruzə etdim. Rəsmi hissədən sonra Knessetin spike-
ri mənə yaxınlaşaraq yarızarafat, yarıciddi şəkildə, bir yəhudi 
icmasının Azərbaycanda gördüyü dövlət qayğısı haqqında 
İsraildəki dindaşlarıma məlumat verməməyimi, əks halda yerli 
icmalarda dövlət dəstəyi ilə əlaqəli yarana biləcək gözləntiləri 
qarşılamağa səlahiyyətlərinin yetməyəcəyini bildirdi”.
2
1
 
  Dövlət-din münasibətlərinə dair adı keçən təsnif üçün bxn. Ran Hirschl, “Com-
parative constitutional law and religion”, Comparative Constitutional Law 
(ed. Tom Ginsburg), Massachusetts, 2011, pp. 422-440.
2
 
  01 noyabr 2014-cü il tarixində Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri 
Milix Yevdayevlə Azərbaycanda dini tolerantlıq mövzusunda apardığımız 
müsahibədən həmsöhbətimizin icazəsi ilə istifadə olunmuşdur.


35
Azərbaycanda tolerantlıq ənənəsi
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli “Azər-
baycanda dini icmalara maliyyə yardımı göstərilməsi haq-
qında” Sərəncamına əsasən, Azərbaycan Respublikasının Prezi-
dentinin səlahiyyətlərini təyin edən Konstitusiyanın 109-cu 
maddəsinin 32-ci bəndinə istinadən Prezidentin Ehtiyat Fon-
dundan 2,5 milyon manat ölkədə dini maarifləndirmə və milli-
mənəvi dəyərlərin təbliği işini gücləndirmək üçün dini icmala-
ra ayrılması
1
 mövcud dini tolerantlığın davamlılığının təmini 
istiqamətində dövlət tərəfindən atılmış növbəti addımdır.
Azərbaycanın dini tolerantlıq modelində 
İslam faktorunun rolu
a. Bağışlayıcı Allahın əxlaqı ilə əxlaqlanmaq
Uzun  əsrlər boyu Azərbaycan xalqının adət-ənənəsinin, 
ictimai  şüurunun formalaşmasında böyük rol oynamış başlı-
ca amillərdən biri kimi İslam insanlara Yaradandan ötrü ya-
radılmışlara qarşı  şəfqət və qayğı göstərmək, mərhəmət, gü-
nahları bağışlamaq, eyibləri və qüsurları örtmək kimi yüksək 
əxlaqi dəyərləri aşılamışdır. Bu düşüncə sisteminin insanlara-
rası münasibətləri tənzimləyən əsas dəyərləri Quran mərkəzli 
olub “Rəhim” (şəfqət və mərhəmət göstərən), “Qafur” (bağış-
layan), “Əfuv” (əfv edən), “Səttar” (eyibləri örtən), “Vədud” 
(çox sevən), “Həlim” (cəzalandırmaqda tələsməyən, qüdrəti 
çatsa da cəzalandırmayan) və s. kimi Allahın adları ətrafında 
şəkillənmiş, inanaraq və sevərək tapındıqları Tanrının timsa-
lında bu vəsfləri mənimsəmiş müsəlmanlar bir mənada “Alla-
hın əxlaqı” ilə əxlaqlanmışdırlar.
1
 
 http://www.president.az/articles/13554


36
b. Qüsurları görməmək, gözəllik axtarmaq
Şübhə yoxdur ki, cəmiyyətdə dini müxtəlifliklər başda 
olmaqla fərqliliklərə qarşı nifrət, kin və düşmənçiliyin yerinə 
şəfqət və sevgi hisslərinin hakim olması, insanların fərdi və ic-
timai həyatlarını tənzimləyən əxlaq sisteminin sevgi və hörmət 
dəyərləri üzərində qurulmasını şərtləndirir. Bu konteksdə “Xoş 
bir söz və bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən 
daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!”
1
,  “Əgər yax-
şı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya 
bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah 
bağışlayandır, qüdrət sahibidir!”
2
,  “Bağışlayın! Allahın sizi 
bağışlamasını arzu etməzsiniz? Allah çox bağışlayan və mər-
hə mətlidir”,
3
 “Onlar qəzəbli olanda da bağışlayarlar”
4
, “Yax-
şılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! 
Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın 
bir dost görərsən!”
5
 və bunun kimi çox sayda ayədə qüsurları 
bağışlamağın, nöqsanları üzə  çıxarmamağın, ifşa etməməyin 
fəziləti vurğulanmaqdadır ki, bu da cəmiyyətdə sadəcə fərqli 
olana kin və nifrət deyil, dözümlülük aşılamaqla da mühüm 
bir əxlaqi keyfiyyət formalaşdırır.
Orta  əsrlər Azərbaycan xalqının təfəkkürünün formalaş-
masında böyük rolu olmuş dahi şair Nizami Gəncəvinin gö-
rünüşü və qoxusu ətrafdakı insanlarda ikrah hissi oyadan öl-
müş heyvan cəsədində belə müsbət bir şey görməyi bacaran 
İsa peyğəmbər timsalında yaratdığı müdrik insan surəti, yaxşı 
və gözəl zərrə qədər olsa belə, onun ön plana çıxarılmasının, 
eyiblərin, qüsurların örtülməsinin təbliğçisi idi:
1
 
 Əl-Bəqərə, 2/263.
2
 
 Ən-Nisa, 4/149.
3
 
 Ən-Nur, 24/22.
4
 
 Əş-Şura, 42/27.
5
 
 Fussilət, 41/34.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə