Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə11/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

37
Azərbaycanda tolerantlıq ənənəsi
...Növbə çatdı İsaya, eyibdən vazkeçdi o,
İtin üstünlüyünü fikirləşdi, seçdi o.
“Naxışları, xalları, - dedi, - aləmdi, məncə,
Parlaq, saf dişlərinə nə dürr çatar, nə inci…”
1
c. Allah yolunda xərcləmək və ya Allaha “borc” vermək
Səxavətlilik,  əliaçıqlıq, ehtiyacı olanlara maddi yar-
dım göstərmək Azərbaycan xalqının yüksək mənəvi  əxlaqi 
keyfiyyətlərindəndir. Quran “Bolluqda da, qıtlıqda da malla-
rını yoxsullara xərcləyən, qəzəbini udan, insanların günah-
larından keçənləri” Allahdan layiqi ilə çəkinənlər - müttəqilər 
adlandırır.
2
 Həm adət-ənənə, həm də dini dəyərlərlə bəslənən 
Allah yolunda xərcləmək Azərbaycan xalqının dilində “Əl tut-
maq Əlidən qalıb” ifadəsində də öz əksini tapmışdır.
Səxavətə  və xeyriyyəçilik xüsusiyyətinə dayanan, cəmiy-
yətin üzvləri arasında qarşılıqlı yardımlaşmanı  təşviq edən 
digər Quran termini “qarzı-həsən” məfhumu və yaxud “Alla-
ha borc vermək” anlayışıdır. Allah yolunda yaxşı borc verən 
kimdir ki, (Allah da) onun mükafatını qat-qat artırsın?!”
3
 
Allaha borc verməyin müsəlmanların nəzərindəki fəzilət və 
əhəmiyyəti Uca Yaradanın razılığı üçün öz malını təmənnasız 
olaraq insanların faydasına ayıran vəqf qurumlarının yaran-
masına səbəb olduğu kimi, cəmiyyətin iqtisadi cəhətdən  ən 
aşağı təbəqəsində də öz imkanları çərçivəsində yardım etmək 
anlayışının yaşadıldığı məlumdur.
Azərbaycanın tolerantlıq tarixində  cəmiyyətin müsəlman 
fərdlərinin digər dinlərə aid məbədlərin inşası və təmir-bərpası 
üçün maliyyə dəstəyinin göstərdiyinə dair çoxsaylı nümunələr 
mövcuddur. Avropa Yəhudilərinin Bakı dini icmasının baş rav-
vini Şneor Seqal mövzu ilə bağlı müsahibəsində maddi imka-
1
 
 Nizami Gəncəvi, Sirlər Xəzinəsi, s. 147-148.
2
 
 Ali-İmran, 3/134.
3
 
 Əl-Bəqərə, 2/245; Hədid, 57/11.


38
nından asılı olmayaraq Azərbaycan xalqında müşahidə olunan 
qarşılıq gözləmədən, kiçik hesablar aparmadan sadəcə yardım 
etmək məqsədilə göstərdiyi xeyriyyəçilik ruhunun dini tole-
rantlıqda da özünü qabarıq şəkildə büruzə verdiyini deyir. O, 
Azərbaycanın maddi və  mənəvi zənginliyi, regiondakı digər 
dövlətlərlə müqayisə olunmayacaq səviyyədə tərəqqi etməsini 
xalqın xeyriyyəçilik əməllərinin Allah tərəfindən mükafatlan-
dırılmasının nəticəsi kimi görür. Fikrini hasidizmin qurucusu, 
Yəhudi mistisizminin məşhur nümayəndələrindən olan Baal 
Şem Tovun “Tanrı sənin kölgən kimidir” sözləri ilə izah edən 
ravvin  Şneor, insan davranışlarının mükafatını bu dünyada 
aldığını, Azərbaycan cəmiyyətində rifah səviyyəsindəki ciddi 
artımın ölkə rəhbərliyi başda olmaqla sıravi vətəndaşların da 
hesabsız və təmənnasız xeyriyyəçilik fəaliyyətlərinin mükafatı 
olduğuna inandığını bildirir.
1
d.  Ünsiyyət vasitəsi və xeyirdə yarışmaq səbəbi kimi 
fərqliliklər
Tarixən Azərbaycanda mövcud olmuş dini, milli və mədəni 
fərqliliklərin vəhdəti dini tolerantlığın birlikdə yaşamaq mode-
lində İslamın gücləndirdiyi bir digər dəyər kimi qeyd edilə bilər. 
Quranın cins, dil, irq və s. kimi fərqliliklərin mənşə, səbəb və 
funksiyalarına dair yanaşması  “əl-Hücurat” surəsinin 13-cü 
ayəsində belə izah olunur: “Ey insanlar! Biz sizi bir kişi və bir 
qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi 
xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli ola-
nınız Allahdan ən çox çəkinəninizdir”. Digər bir ayədə insan-
lar arasında ünsiyyət, sevgi və mərhəmət qurmaları üçün həyat 
yoldaşlarının Allahın qüdrətinin əlaməti və düşünən qövmlərə 
ibrət məqsədilə yaradıldığı, dil və rəng (irq) müxtəlifliyinin də 
1
 
  05 noyabr 2014-cü il tarixində ravvin Şneorla Azərbaycanda dini tolerantlığın 
əsasları mövzusunda apardığımız müsahibədən. Ravvin Şneorun icazəsi ilə 
istifadə olunmuşdur.


39
Azərbaycanda tolerantlıq ənənəsi
Uca Yaradanın qüdrətinin nişanələrindən olduğu vurğu la nır.
1
 
Beləliklə, xarici görünüşə, fiziki fərqliliyə görə olan müx təlifliklər 
üstünlük deyil, maraq və düşünmə səbəbi kimi gös tə rilir.
Etnik, irqi və digər fərqliliklərlə bağlı Quranın bu yanaşma-
sının ümumilikdə  İslam düşüncəsindəki təzahürünü böyük 
türk-İslam filosofu əl-Fərabini (ö. 950) “ikinci müəllim” adlan-
dırılaraq “birinci müəllim” ünvanına  Aristotelin  layiq  gö  rül -
məsində müşahidə etmək mümkündürsə, Azərbaycan dü şün-
cəsindəki spesifik nümunəsini dahi mütəfəkkir Nizami Gən-
cə vinin son möhtəşəm əsəri olan “İskəndərnamə”də bir impe-
rator, sərkərdə,  filosof və peyğəmbər surətində  təqdim etdiyi 
Makedoniyalı İsgəndəri əsərinin qəhrəmanı seçməsində görmək 
mümkündür. Xalqlar dostluğunun və dünya sülhünün atəşli 
müdafiəçisi olan böyük şair, bu əsərində yunan, ərəb, çin, hind, 
rus, gürcü, fars və digər xalqların mədəniyyətlərindən hörmətlə 
danışmaqda, minnətlə yad etdiyi, lakin etnik və irqi ayrı-seçki-
liyini xoş qarşılamadığı böyük şair  Əbülqasim Firdovsini şah-
ları  və  qəhrəmanları ilə  sırf  İran tarixinin mədhinə  həsr etdiyi 
“Şahnamə”dəki yanaşmasını bu misralarla tənqid etməkdədir:
“...Köhnə söz ustası, o tuslu şair
Söz gəlinlərini bəzədi bir-bir...
...Yazsaydı tarixdə bütün olanı,
Çox uzun sürərdi onun dastanı.
Sevmədiklərinə etmədi hörmət,
Bəyəndiklərinə göstərdi rəğbət...”
2
Quranda inanc-din fərqlilikləri təbii qəbul edilərək in-
sanlar arasında yaxşı  işlərdə, xeyirxah əməllərdə yarışma 
səbəbi sayılır. Fərqli insan təbiətlərinə bağlı olaraq inancların 
müxtəlifliyini təbii və eyni zamanda imtahan vasitəsi qəbul 
edən Quran, bütün insanları bir ümmət kimi yaratmağın Alla-
1
 
 Ər-Rum, 30/21-22.
2
 
 Nizami Gəncəvi, İskəndərnamə: Şərəfnamə, s. 46.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə