Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə20/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

68
sevgi cənub insanının bir-biri ilə gözəl münasibət qurmasının 
əsas səbəblərindəndir. Yuxarıda da qeyd etdiyimiz kimi, tasua 
və  aşura günlərində  məscidlərdə ehsan süfrələrinin açılması, 
mərasimlərin təşkili, yas məclislərində  mərsiyə  və rozələrin 
oxunması, məhərrəm və səfər aylarında toy şənliklərinin təşkil 
olunmaması kimi hallar bölgə insanının Əhli-beytə olan sevgi-
sinin göstəricisidir. Yenə bölgə sakinlərinin bir işə başlayarkən 
və ya səfərə  çıxarkən  “Allah, Məhəmməd ya Əli” deməsi,  Əhli-
beyt sevgisinin bir başqa təzahürüdür.
3) İrfani ənənə
Cənub bölgəsində yaşayan müsəlmanları birləşdirən bir 
başqa dəyər isə irfani ənənədir.
Nəfsin tərbiyəsi şəklində ortaya çıxan sufilik qısa zamanda 
bütün İslam dünyasına yayılmış və çoxlu sayda ardıcıl tapmış-
dır. İnsanları sadə həyat tərzinə, pəhrizkarlığa, səmimiyyətə, xe-
yirxahlığa və mənəvi yüksəlişə dəvət edən sufilik, IX-XII əsrdə 
çox sürətlə inkişaf mərhələlərini keçərək Cüneyd əl-Bağdadi 
(816-909), Əbu Nəsr Sərrac ət-Tusi (vəf. 955), Əbu Talib Məkki 
(X-XI əsr), Əbu Həmid Qəzali (1058-1111), Muhyəddin ibn Ərəbi 
(1165-1240) və başqa sufi alimlərinin adları ilə tanınmışdır.
Bu cərəyanın yayıldığı bölgələrdən biri də Azərbaycandır. 
Əbu Hüseyn Dündari-Şirazi (vəf. 964), Əbu Züra (vəf. 1024), Əxi 
Fərəc Zəncani (XI əsr), Nizami Gəncəvi (1141-1209), Mahmud 
Şəbustəri (1287-1320), Əbu Səid Abdal Bakuvi (vəf. 1314), Seyid 
Yəhya Bakuvi (vəf. 1465), Dədə Ömər Rövşəni (XV əsr), Həmzə 
Nigari (1795-1866) Əbulqasim Nəbati (1812-1873) kimi çox say-
da sufi mütəfəkkir məhz Azərbaycan torpaqlarında yetişmişdir.
Bu cür böyük mütəfəkkirlərdən biri də Azərbaycanın cənub 
bölgəsindən olan Eynəzzaman Seyid Cəmaləddin Gilidir (Gi-
lanlı). Seyid Cəmaləddin Gilan mahalının Malvan kəndində 
anadan olmuş, sonralar Astaraya köçmüş, ömrünün sonuna 
kimi burada yaşayaraq sufiliyi təbliğ etmişdir. 


69
Azərbaycanda tolerantlıq ənənəsi
Seyid Cəmaləddin kifayət qədər təqvalı, xeyirxah, zahid, 
tə sirli  nəfsə malik bir şəxs idi. O, 1253-cü il noyabrın 28-də və-
fat etmiş, rayonun Butəsər (indiki Pensər) kəndində dəfn olun-
muşdur. Hazırda məzarı Pensər kənd qəbiristanlığındadır və 
“Şeyx Cəmaləddin” piri kimi tanınır.
Azərbaycan irfan ənənəsinin bir başqa nümayəndəsi Seyid 
Cəmaləddinin tələbəsi  Şeyx Zahid ləqəbi ilə tanınan  İbrahim 
ibn Rövşən Əmirdir. Adı İbrahim, künyəsi Əbüs- Səfvət, ləqəbi 
Tacəddindir. Tam adı isə  mənbələrdə  Şeyx Tacəddin  İbrahim 
Zahid əl-Gilani əl-Kurdi ibn Şeyx Talış Rövşən Əmirdir. 
Ata-babaları XI əsrdə Xorasanı Səlcuqların istilası səbə bin-
dən tərk edib Gilana sığınmışlar. Atası Rövşən Əmir Gilanda 
evlənərək Lənkəranın Siyavurud (indiki Siyavar) kəndinə köç-
müş, əkinçiliklə məşğul olmuş və dindar həyatı yaşamışdır. 
Şeyx Zahid 1215-ci ilin mart ayının 21-də Siyavurud kən din -
də anadan olmuşdur. Uşaq yaşlarından atası Rövşən Əmiri iti rən 
 İbrahim əmək fəaliyyətinə başlamış, XIV əsr tarixçisi Təvəkküli-
nin yazdığına görə, “Atasının ölümündən sonra “Aşiqe-hi” (çəltik 
sahəsi-talış dilindən tərcümədə) adlanan çəl tik  sahəsində palçıq 
və su içində son dərəcə çətin şəraitdə işləmişdir”.
1
Həm Pensər kəndindəki “Seyid Cəmaləddin”in məqbərəsi, 
həm də Lənkəranın Şıxəkəran kəndindəki “Şeyx Zahid” türbəsi 
bölgədə yaşayan sünni və şiələrin ortaq ziyarət yerləridir. Hər 
iki sufi şeyxinin sünni məzhəbinə mənsub olmasına baxmaya-
raq, bölgənin şiə əhalisinin də onları ziyarət etməsi, keçmişdən 
gələn tolerantlıq ənənəsinin davamı kimi görülməlidir. 
4) Din xadimlərinin fədakarlığı
Apardığımız araşdırma nəticəsində  məlum olmuşdur ki, 
bölgədəki tolerantlığın bir başqa səbəbi isə axund və imam-
ların fədakarlığıdır. Xalqın bir-biri ilə mehriban və qardaş-
1
 
  Seyid Cəmaləddin və Şeyx Zahid Gilani haqda geniş məlumat üçün bax: Samid 
Quliyev, Şeyx Zahid, Haqqın Nuru qəzeti, 11-17 və s. 18-24 aprel 2014-cü il s. 6. 


70
lıq  şəraitində yaşaması üçün əlindən gələni  əsirgəməyən din 
xadimləri bir növ iki tərəf arasında körpü rolunu oynayırlar. 
Birlikdə namaz qılmaq, məhərrəmlik mərasimlərini təşkil 
etmək və s. kimi vəhdətə  səsləyən ideyalar məhz həmin din 
xadimlərinin zəhməti nəticəsində meydana gəlir. 
Din xadimləri radikal düşüncəli insanların təzyiq və tə nə-
lərinə sinə  gəlib xalqın arasında  fitnə toxumunun əkil mə sinə 
imkan vermirlər.
5)    Dini  Qurumlarla  İş üzrə Dövlət Komitəsi və Qafqaz 
Müsəlmanları İdarəsinin birgə fəaliyyəti
Cənub bölgəsindəki tolerantlıq ənənəsinin qorunub saxla-
nılmasında ən böyük rollardan biri də Azərbaycanın dini du-
rumu ilə yaxından bağlı olan iki qurumun - Dini Qurumlarla 
İş üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə 
aiddir. Hər iki qurumun bölgə üzrə nümayəndəlikləri mövcud 
tolerantlığın davam etməsi üçün səy göstərirlər. Hazırda hər 
iki qurum sünni-şiə ayrı-seçkiliyinə yol vermədən bütün icma-
larla sıx əlaqələr quraraq ortaya çıxa biləcək ixtilafların qarşısı-
nı almaq istiqamətində mühüm işlər görür.
Bölgədəki tolerantlığı təhdid edən ünsürlər
Həzrət Peyğəmbər bir tərəfdən insanları Allahın dininə 
səs ləyərkən, digər tərəfdən isə dində ifratçılığa qarşı  çıxmış 
və möminləri mötədilliyə  dəvət etmişdir. Dini terminolojidə 
“dində ifrat və  təfritdən uzaq orta yolu seçmək”  mənasına gələn 
mötədilliklə bağlı çoxlu ayə və hədislər vardır. 
Qurani-Kərimin “Beləliklə, Biz sizi orta bir ümmət etdik 
ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid ol-
sun” (Bəqərə, 143) ayəsi keçmiş ümmətlərdə var olan ifrat və 
təfritdən uzaq orta yolu, yəni mötədilliyi tövsiyə edir.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə