EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNDƏ QENDER YANAŞMASI
Kişi və qadınlar davamlı inkişaf yolunda
Pekin fəaliyyət Platforması və qərarların qəbul edilməsi prosesinə qadınların fəal cəlb olunması zərurəti
Ekoloji problemlərin həllində qadınların iştirakının beynəlxalq təcrübəsi
Müasir dövrdə insan nəsli birinci növbədə ehtiyatların (resursların) məhdudluğu ilə üzləşir: bərpa
edilən təbii sərvətlərin məhdudluğu, insanların istehsalat və digər fəaliyyətinin tullantılar və çirkabların
zərərsizləşdirilməsi, assimilyasiya edilməsi imkanının təbii mühitdə məhdud olması və s. İqtisadiyyatın
texnogen yönümü qlobal ekoloji problemlərin yaranması ilə nəticələnib; XXI əsrdə bu nəticələr insanın
yaşadığı mühitdə geri qaytarılmaz dəyişikliklərə səbəb olaraq, insan nəslinin yer üzündə qalmasını belə
şübhə altına salır. Cəmiyyətin texnogen yönümlü (texnikanın və onunla bağlı texnologiyaların inkişafı)
inkişafı şəraitində iqtisadiyyat bir neçə mərhələdən keçir: frontal iqtisadiyyat mərhələsində əsas diqqət
əməyə və kapitala yetirilir, təbii ehtiyatlar isə tükənməz hesab olunur; təbii mühitin çirklənməsi onun
inkişafına təsir etmir; ətraf mühitin qorunub saxlanılmasını nəzərə alan iqtisadi inkişaf; davamlı inkişaf.
Yer üzündə yaşayan insanların şüurunda ekoloji təsəvvürlərin yaradılması işində 5 iyun 1972-ci ildə
Stokholm şəhərində ətraf mühitin qorunması üzrə Beynəlxalq konfransı və Roma klubunun məruzələri
böyük rol oynayıb. Qeyd edilən klubun bir çox məruzələri dünya inkişafının tədqiqində həm nəzəriyyə,
həm metodologiya səviyyələrində böyük rol oynamışdır. Ən çox tanınan D.Medouzun rəhbərliyi altında
tərtib edilmiş «Artım həddləri» adlı məruzəsidir. Dünya dinamikasının (inkişaf templərinin)
modellərinin müxtəlif variantlarının təhlili göstərdi ki, təbii ehtiyatlarının tükənməsi, ətraf mühitin
çirklənmə həddinin artması və s. nəticəsində Yer kürəsində XXI əsrin ortalarında qlobal fəlakət baş
verməlidir. Bunun qarşısını ala biləcək yeganə yol «sıfrda qalmış artım»dır. Bunun üçün tələb olunur ki,
insanlar, əhalinin sürətli artımının qarşısını alsınlar, sənaye artımını azaltsınlar və s.
Təəssüflər olsun ki, insanlar bu təklifləri ciddi qəbul etmədi.
İnsan nəslinin gələcək inkişafı yollarının axtarışı davam edir. BMT-nin tapşırığı ilə ətraf mühit və
inkuişaf üzrə Beynəlxalq komissiya (ƏMİBK) «Bizim ümumi gələcəyimiz» adlı məruzəni hazırladı (1987-
ci il). Bu məruzədə davamlı inkişaf konsepsiyası irəli sürüldü. Q.X.Brundtlandın tərtib etdiyi məruzədə
ətraf mühitin mühafizəsi sahəsi üçün uzunmüddətli strategiya təklif edildi. Bu strategiyanın reallaşması
nəticəsində dünya iqtisadiyyatının davamlı inkişafı uzun bir müddət ərzində təmin olunardı; burada
həm də ekoloji problemlərin səmərəli həllinin vasitə və üsulları nəzərdən keçirilmişdir.
1992-ci ildə Rio-de-Janeyro şəhərində ətraf mühit və inkişaf üzrə ikinci Ümumdünya konfransı öz
işini başladı. Bu konfransda 179 dövlətin nümayəndələri ətraf mühitin inkişafı üzrə Rio Bəyannaməsini,
bir də «XXI əsrin gündəliyi» proqramını qəbul etdilər. Qeyd edilən proqramda «Davamlı inkişaf»
konsepsiyasının mahiyyəti və məqsədləri nəzərdən keçirilmişdir. Alimlər hesab edirlər ki, davamlı
inkişaf vəzifələrini üzümüzə gələn 40 ildə həyata keçirmək lazımdır. Bu mövzuda olan yazılardan bəlli
olub ki, davamlı inkişaf mödelinə, ən uyğun olan Hollandiyadır; tam şəkildə bu modelə onlar 2010-cu
ildə keçmək fikrindədirlər. Ümumiyyətlə dünyanın bütün inkişaf etmiş ölkələri «XXI əsrin gündəliyi»
proqramının məramnaməsinə uyğun hərəkət etmək arzusunu ifadə etdilər.
Davamlı inkişaf nədir? Ədəbiyyatda təriflər çox olsa da, onun məzmunu haqqında birmənalı, hamı
tərəfindən qəbul olunmuş fikir hələ ki, yoxdur. Adətən davamlı inkişaf dedikdə, indiki zəmanənin
tələblərini ödəyə biləcək inkişaf nəzərdə tutulur, eyni zamanda o, gələcələk nəsillərin tələbatlarını
ödəmək imkanını heç də təhlükə altına salmır. Davamlı inkişafın məzmununa iki başlıca anlayış daxildir;
tələbatlar və məhdudiyyətlər. Az qala bütün tədqiqatlar, davamlı inkişafının məzmununda indiki və
gələcək nəsillərin maraq və mənafelərinin nəzərə alınmasını tələb edirlər; hesab olunur ki, Rioda verilən
tərif konkret və birmənalı deyil. Hal-hazırda alimlər davamlı inkişaf anlayışının dəqiq tərifini axtarır,
onun meyyarları və göstəricilərini müəyyən etməyə çalışırlar. Məs., müasir dövrdəki əhali artımı
prosesinə, biosferdə sabitlik həddinin göstəricisinə birmənalı yanaşma yoxdur.
Bəzi alimlər hesab edir ki, Yer kürəsində, noosferin inkişafı üçün əhalinin sayı 2,5-3,0 mlrd adam
həddini aşmamalıdır. Davamlı inkişafın aşağıdakı göstəriciləri zəruri hesab edilir: ekoloji cəhətdən
«təmiz» texnologiyaların tətbiqi səviyyəsi, məcmuu kapitalların (təbii, insani, maddi, mədəni və s.)
keyfiyyəti və strukturu, ekoloji cəhətdən sağlam məhsulun istifadəsi və ixracı və s. sabit inkişafının
müasir anlamına, bu və ya digər ölkədə gələcək nəsillərin maraq və mənafelərin təmin olunması üzrə ən
vacib məsələlər necə nəzərə alınır? məsələsi də daxildir.
Davamlı inkişafın daha dəqiq təhlili üçün zəif və güclü davamlılıq anlayışlarından istifadə olunur.
Əgər iqtisadi artım ehtiyatların azalmasına gətirirsə, onda gələcək nəsillərə müəyyən bir kompensasiya
(əvəzlənmə) verilməlidir, yəni təbii ehtiyatlar kapitalın digər formaları ilə əvəz olunmalı; əsas kapitalın
həcmi isə (yəni istehsal, insani və təbii) sabit qalmalıdır. Əsas kapitalın saxlanılması qaydaları sırasında
kapitalların əvəzlənməsi də nəzərdə tutulur.
«Davamlı inkişaf» konsepsiyasının sxemi
a)
b)
Əgər təbii kapitalın tükənməsi insan tərəfindən yaradılmış kapitala renta gəlirlərinin əlavə edilməsi
zəminində onu artırıb əvəzlənirsə (Harvitin qaydaları), bu, zəif davamlılıq variantının təzahürüdür.
Güclü davamlılığın tərəfdarları hesab edirlər ki, biz, təbii kapitalı ya tam, ya da heç olmazsa, onun
cəmiyyətin və bütün ekosistemin inkişafı üçün vacib olan aparıcı komponentlərini qoruyub saxlamalıyıq.
Beləliklə, davamlı inkişaf o zaman mümkündür ki, təbii kapital tükəndikcə müxtəlif mənbələrdən,
yaxud suni şəkildə yaradılmış kapital ilə əvəz olunsun, ona heç də toxunmaq lazım deyil. Başqa sözlə,
insan nəsli təbii kapitalın üzərinə gələn faizlər hesabına yaşamalı, gələcək nəsillər qarşısında borclu
qalmamalıdır (bax rəsmdə 1 a sxemə). Davamlı inkişaf konsepsiyası üç əsas məqsədin sistemə birləşməsi
nəticəsirdə əmələ gəlib: iqtisadi, sosial və ekoloji. Bu elementlərin qarşılıqlı fəaliyyəti davamlı inkişafının
vəzifələrini müəyyən edir (bax 1 b sxemə).
Davamlı inkişafına keçidin vacib şərti qender balansının yaradılması, qadınların sosial, iqtisadi və
ekoloji sahələrdə imkanlarının genişləndirilməsidir. Bütün bu məsələlər Pekində, Dördüncü
Ümumdünya qadınlar konfransında, Qahirədə keçirilən əhali və inkişaf problemləri üzrə Beynəlxalq
konfransda, Pekin-5-də dəfələrlə qaldırılmışdır. Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanda davamlılıq
istiqamətinə doğru fəal hərəkət hələ ki, müşahidə edilmir. İndiyə qədər nə bir nüfuzlu təşkilat, nə də ki,
strateji planlaşdırma üzrə xüsusi işçi qruplar yaradılmayıb, bu istiqamətdə ictimai rəy sorğusu
aparılmayıb; Azərbaycanda davamlı inkişafının başlıca prinsiplərinin geniş təbliğatı aparılmır.
Azərbaycanın müasir sosial-iqtisadi inkişafı göstərir ki, hələ ki, milli iqtisadiyyatda ekstensiv inkişaf tipi
aradan qaldırılmayıb, təbiətdən də səmərəli istifadə olunmur. Milli Elmlər Akademiyasının müvafiq
institut və şöbələri, Azərbaycan reallıqlarına uyğun problemin təhlil edilməsinə öz töhfəsini
gətirməyiblər.
Nəhayət, Azərbaycanda fəal «yaşıllar hərəkatı formalaşmayıb; belələri ekoloji problemləri iqtisadi və
sosial problemlərlə yanaşı həllinin zəruriliyini daima təbliğ edərdilər. Nəticədə, insanlar öz
dünyagörüşünün əsasını bir də düşünərdi, onu yeni müstəvidə qurardı. Bundan başqa, davamlı inkişaf
iqtisadi məqsədlər
- səmərəlilik
- artım
- stabillik
Təbii kapital
%
Sosial məqsədlər:
-
kasıbçılığın aradan qaldırılması
-
qərarların qəbul edilməsində
iştirak etmək hüququ
-
mədəniyyət/ ənənələr
Ekoloji məqsədlər:
-
təbiətin zənginliyi
-
özü-özünü bərpa etmək
-
özü-özünü inkişaf etdirmək
nəsildaxili bərabərlik
ekoloji problemlərin
beynəlmilləşməsi
nəsillər
yolunda ən vacib məsələ öz həllini hələ ki, tapmayıb: qadınlar həyat fəaliyyətinin bütün sahələrində
qərarların qəbul edilməsində, demək olar ki, heç iştirak etmirlər. Tədqiqatlar göstərir ki, təbii ehtiyatların
istifadəsi işində qadınların iştirakı çoxlu əngəllərlə rastlaşır:
-
təhsil, treninq əlçatmazdır;
-
planlaşdırma və qərarların qəbul edilməsində qadınların iştirakının aşağı səviyyəsi;
-
torpaq, su, mülkiyyət hüququnun məhdud olması;
-
ehtiyatların paylanılmasında qender bərabərsizliyi;
-
məqsədli qender strategiyaların tətbiqində zəruri olan qender tədqiqatları və məlumatlarının
məhdudluğu;
-
qender ideyalarının kütləvi şüurda yayılmaması;
Qender ölçülərinin olmaması səbəbləri aşağıdakılardır: birinci, respublikada qanun səviyyəsində
bəyan edilmiş qender bərabərliyi formal xarakter daşıyaraq, elə bir təsəvvür yaradır ki, guya qender
problemləri tamamilə həll olunub; ikincisi, iqtisadi sosial, ekoloji sahələrdə qender məsələsi ilə bağlı
ümumiləşdirilmiş məlumatlar yoxdur; üçüncü, belə məlumatların olmaması qender siyasətini də
formalaşdırmağa imkan vermir; belə siyasət hər hansı bir müddət ərzində konkret məsələlərin həllinə
yönəltmək olardı; dördüncü, mütəxəssislər sırasında (iqtisadçılar, ekoloqlar, sosioloq və politoloqlar və
s.) qender problemlərini yaxından təhlil edən yoxdur. Problemin belə qoyuluşu ənənəvi patriarxal
ukladdan irəli gəlməsi ilə bağlıdır. Bu uklada görə, strateji qərarların qəbul olunması – yalnız kişilərin işi
ola bilər. Vəziyyətdən çıxış yolunu biz feminizm prinsipinin qəbul olunması və reallaşdırılmasında
görürük.
Gündəlikdə biz belə bir məsələ ilə üzləşirik: qərarların qəbul oulnması işində qadınların iştirakı
zərurəti ciddi şəkildə qəbul oulnmur. Əslində isə bu zərurəti aşağıdakı amillərlə əsaslandırmaq olar:
-
feminizm prinsipi həyata, sevgiyə, insanların bir-birinin qayğısına qalmasına, bağlılığına,
yalnız «sahibkar», «mülkiyyətçi» arzusuna əməl etməmək kimi məfhumlara əsaslanır; daha sonra, bu
prinsip, iyerarxiya prinsiplərinə yox, hərtərəfli, yaradıcı dünyagörüşünə, bərabərliyin gözlənilməsinə
əsaslanır; burada qarşılıqlı anlaşma, intuisiya, təəssüratlanma hökm sürür…
-
qadınlar təbiəti kənar bir qüvvə kimi qəbul etmir; onlar həm özünü, həm onları əhatə edən
aləmi təbiətin bir hissəsi olduğunu hesab edirlər.
-
insani münasibətlər – qadınların fəaliyyət sahələrinin ən önəmlisidir; onlar hamıdan yaxşı
insanların qarşılıqlı münasibətlərinin yaradılması yollarını tanıyırlar.
Analar heç vaxt uşaqlarına, onların həyatı üçün təhlükə yarada biləcək mühitdə, yaşamasını,
zorakılıq qurbanının olmasını arzulamaz. Yeni təsəvvürlərin formalaşmasına yönəldilmiş dialoqu
başlamaq, ictimai rollar bərabərliyi, feminizm prinsipləri əsasında münasibətləri daha ahəngdar etmək
işini sahmana salmaq üçün cəmiyyətdə yaranmış vəziyyətə hamının diqqətini cəlb etmək lazımdır
(siyasətçi-qadınlar, təhsildə isə kişi-müəllimlər daha çox olsaydı, yaxşı olardı). Cəmiyyətin belə inkişafı –
ekoloji böhranın həllində yeganə çıxış yoludur.
Ətraf mühitin vəziyyətinin pisləşməsi və yoxsulluq bir-biri ilə sıx əlaqəlidir. Yoxsulluq ucbatından
ətraf mühitə təzyiqlər artır: qlobal mənada ətraf mühitin vəziyyətinin getdikcə pisləşməsi istehsal və
istehlak nisbətindəki qeyri-sabitlik (xüsusilə inkişaf etmiş ölkələrdə) insanlar üçün çox ciddi və birbaşa
təhlükəsini təşkil edir (bu daha çox adalarda və sərhədyanı ölkələrdə yaşayanlara aiddir).
Ozon təbəqəsini parçalayan maddələri, o cümlədən xlorftorkarbogen, halogenlər və brommetilin
(qeyd edilən maddələr plastmas və penoplastların hazırlanmasında istifadə edilir) istifadəsi atmosferə
mənfi təsir göstərir, nəticədə çox zərərli ultrabənövşəyi şüalar böyük həcmdə yerin səthinə özünü
çatdırır. Nəticədə insanların səhhətində bir sıra mənfi hallar yaranır: dəri xərcəngi xəstəliyi halları artır,
göz xəstəlikləri çoxalır, immun sistemi zəifləyir. Təbiətə də, o cümlədən kənd təsərrüfatı bitkilərinə və
okeanın flora və faunasına zərər dəyir.
Yoxsulluğun aradan qaldırılması məsələsi olduqca vacibdir, davamlı inkişaf bunsuz mümkün deyil:
Yer kürəsində yaşayan adamların çoxunun tələbatlarını daha dolğun ödəmək və həyat səviyyəsindəki
fərqlərini azaltmaq üçün məhz yoxsulluqla mübarizə aparmaq lazımdır. Tufanlar, qasırğalar, digər təbii
fəlakətlər, təbii ehtiyatların tükənməsi, əhalinin kütləvi şəkildə yerdəyişməsi və müharibə, silahlı və
digər münaqişələrlə bağlı nəticələr, nüvə silahının tətbiqi və sınaqları, bir dövlət tərəfindən digər
dövlətin ərazisinin işğalı da ətraf mühitin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Təbii ehtiyatların
tükənməsi insanları, xüsusilə qadınları, yüksək maaşlı fəaliyyət sahələrindən sıxışdırıb çıxarır, eyni
zamanda öyrənilməyən əməyin payının artmasına səbəb olur. Həm şəhər, həm kənd rayonlarında ətraf
mühitin tənəzzül etməsi əhalinin, xüsusilə bütün yaşlarda olan qadın və qızların səhhətinə, həyat
keyfiyyətinə və maddi rifahına mənfi təsir göstərir. Kənd yerlərində yaşayan, kənd təsərrüfatında çalışan
qadınlar xüsusi olaraq diqqət və qayğıya möhtacdırlar: onların peşə-texniki hazırlığını keçmək,
torpaqdan, təbii və istehsal ehtiyatlarından, sərmayələrdən, inkişaf proqramlarından istifadə etmək
imkanları olmalıdır. İşdə və evdə qadınlar ekoloji cəhətdən risqlə üzləşir, bu da çox ağır nəticə verə bilər,
çünki müxtəlif kimyəvi maddələrin zəhərləyici xassələri insanlara olduqca güclü təsir göstərir. Belə risq
şəhər, bir də həyat səviyyəsinin aşağı olan ərazilərdə daha böyükdür, çünki burada ətraf mühiti
çirkləndirən sənaye müəssisələrin əksəriyyəti yerləşir.
Təbii ehtiyatlardan səmərəli istifadə edən qadınlar, maddi cəhətdən həm ailə, həm də icma üzvləri
üçün lazımi şəraiti yaradırlar. Həm istehsalçı, həm də istehlakçı olaraq, öz ailəsinin qayğısına qalıb
uşaqları tərbiyələndirərək, qadınlar davamlı inkişafa kömək işində mühüm rol oynayır. Bir sıra dövlətlər
inkişafın yeni paradiqmasına tərəfdar olduqlarını bildirirlər; bu paradiqmada ekoloji sabitliyə nail olmaq,
cinslərin sosial bərabərliyi və ədalətliliyini bir insan ömrü ərzində, bir də nəsillərarası müddətində təmin
etmək kimi vəzifələr nəzərdə tutulur.
Qadınlar, təbii ehtiyatların idarəedilməsi sahəsində siyasətin formalaşmasına təsir edə biləcək peşə
hazırlığına çox az hallarda nail olurlar. Söhbət torpağın istifadəsinin planlaşdırılması, kənd təsərrüfatı
mütəxəssisləri, meşəçilər, dəniz sahəsinin öyrənilməsi üzrə mütəxəssislər və ətraf mühitin qorunması
üzrə məsələlərlə məşğul olanlandan gedir. Hətta qadınlar sırasında təbii ehtiyatların idarə olunması üzrə
mütəxəssislər olsa belə, rəsmi idarələrdə, milli, beynəlxalq və regional səviyyələrdə siyasətə təsir etmək
imkanları onlarda çox balacadır. Ətraf mühitin keyfiyyətinə ciddi təsir göstərə biləcək qərarları qəbul
edən maliyyə və kooperativ qurumlarda qadınlar çox az təmsil olunur (bərabərhüquqlu əsaslara). Daha
sonra ekoloji problemlər üzrə qeyri-hökumət qadın təşkilatları və milli orqanlarının fəaliyyəti çox zəif
uzlaşdırılır, baxmayaraq ki, son zamanlar təşkilatların sayı artır, onların fəaliyyəti getdikcə daha çox gözə
çarpır.
Qadınlar, ekoloji etikanın təbliğatında, təbii ehtiyatların istifadə olunmasının məhdudlaşdırılması,
onların təkrar istifadəsi və tullantıların miqdarının azaldılması işinin təbliğ olunmasında liderlik elə bilər,
ya da ki, aparıcı rolu oynaya bilərlər. Daha sonra, qadınlar təbiətin istifadə olunmasının idarə edilməsinə
öz töhfəsini (o cümlədən ətraf mühitin mühafizəsi işinin möhkəmləndirilməsi zərurəti çox olan yerlərdə,
regionlarda), əhali, xüsusilə gənclər arasında xüsusi təblilağat kompaniyaları aparmaqla verə bilərlər.
Qadınlar, ələlxüsus köklü, yerli xalqların nümayəndələri, qeyri-sabit ekosistemlərin idarəetmə prinsipləri
və ekoloji əlaqələr və asılılıqlar haqqında xüsusi biliklərə malikdirlər. Bir çox icmalarda qadınlar əsas işçi
qüvvə kimi çıxış edir, yaşamaq üçün vasitələri, o cümlədən dəniz məhsullarını əldə edirlər, deməli, onlar
öz ailəsinin ərzaq və qida ilə təmin olunmasında başlıca rol oynayır, onun gəlirini artırır, qeyri-
mütəşəkkil əmək sektorunu inkişaf etdirir, ətraf mühitini qoruyub saxlayırlar. Bəzi regionlarda qadınlar
adətən icmanın ən davamlı, etibarlı üzvüdürlər, çünki kişilər, elə olur ki, evindən çox uzaqlarda işləyib
çalışırlar, qadınların üzərinə də – ətraf mühitin qorunması, ev təsərrüfatı və icmanın həddlərində
ehtiyatların rasional və sabit bölüşməsinin təmin olunması vəzifələri düşür.
Təbiətdən istifadə olunmasının rasional idarə edilməsi işində strateji əhəmiyyətli tədbirləri həyata
keçirmək üçün bütöv, bir çox sahə və fənnləri birləşdirən yanaşma lazımdır. Son zamanlarda inkişaf
məsələləri üzrə BMT tərəfindən keçirilən qlobal konfranslarda belə bir fikir irəli sürülür ki, davamlı
inkişaf sahəsində aparılan siyasətdə kişilərlə bərabər qadınlar iştirak etməsələr, bu işdə müvəffəqiyyət
qazanıla bilməz. Konfrans iştirakçıları, ekoloji maarifləndirmə sahəsində biliklərin toplanılması
(qərarların qəbul olunması və idarəedilməsi səviyyəsində) işlərində qadınların iştirakını arzuladılar. «XXI
əsrin gündəliyi»ndə təbiətin rasional istifadə olunmasında qadınların təcrübəsi və xidmətləri haqqında
geniş söhbət açılır. Davamlı inkişaf, nə qədər ki, qadınlar təbiətin istifadə olunması işlərinin
idarəolunmasında yaxından iştirak etməyəcək, boş bir xülya olaraq qalacaq.
Təbii ehtiyatların rasional idarəolunması davamlı inkişafın zəruri şərtidir. Bu cür idarəetmənin
qarşısını gəliri əldə etmək siyasəti tutur, çünki sonuncu ekoloji problemlərin həllinə yönəldilmiş strateji
məqsədlərə və əməllərə üstün gəlir. Pulun ağalığı, geniş kütlələrin ehtiyaclarına biganəlik, yenilikçiliyə
laqeydlik, korrupsiya, dar düşüncə geniş yayılıb, qadınların, etnik və irqi azlıqların, köçkün və
qaçqınların səsini eşidən yoxdur. Axı rasional idarəetmə davamlı inkişaf üçün həlledicidir. Getdikcə daha
çox hallarda təsdiq olunur ki, hüquqlarda və ehtiyatlardan istifadə olunmasında qender bərabərliyi əldə
edilərsə, daha yaxşı idarə olunmasına və korrupsiyanın azalmasına nail olmaq mümkündür. Məs.,
Ümumdünya Bankı 43 ölkədə ictimai rəy sorğusunu keçirərkən, müəyyən etdi ki, qadınlar kişilərə
nisbətən korrupsiyaya qarşı daha barışmaz mövqedədirlər. Tədqiqatlar davam etdirilməlidir, lakin artıq
əldə edilmiş məlumat göstərir ki, qender bərabərliyi cəmiyyəti daha effektli idarəolunması yolu ilə
inkişaf etdirə bilər.
1995-ci ildə Pekində keçirilən Dördüncü Ümumdünya qadınların vəziyyəti üzrə konfransında 12 ən
vacib, beynəlxalq birlik, hökumətlər və vətəndaş cəmiyyəti tərəfindən xüsusi diqqəti və fəaliyyəti tələb
edən məsələlərdən biri – qadınların bütün səviyyələrdə qəbul olunan qərarların qəbul olunması
proseslərinə fəal şəkildə cəlb olunması, bir də davamlı inkişafın bütün strategiyalarında qender amilinin
nəzərə alınması idi. Vəzifəli şəxslərin cinsi üzrə bölgüsünün təhlili göstərir ki,
1
Azərbaycanda qadınlar
üçün siyasətdə özünə yol açmaq imkanı daha azdır.
Cədvəl 1. Azərbaycanda ali vəzifəli şəxslərin cins üzrə bölünməsi
Vəzifə növü
Qadınlar Kişilər
Prezident
-
1
Baş nazir
-
1
Nazirlər, dövlət komitələrin sədrləri və
onların müavinləri
7 75
Dövlət kompaniyaların rəhbərləri - 11
Məhkəmə orqanlarının rəhbərləri 3 2
Belə bir vəziyyət bütün postsovet məkanı üçün səciyyəvidir. Azərbaycana öz inkişaf tarixinə
(patriarxal quruluşdan qalma ənənələr) bir qədər yaxın olan ölkələrdə vəziyyət təxminən eynidir.
Görünür, burada müəyyən rolu davranış normalarının və stereotiplərin ətalətə çevrilməsi, bir də
qadınların sosial rolunu məhdudlaşdıran dini adət-ənənə və təsəvvürlərin yaşaması oynayır. Müsəlman
ölkələrində qadınlardan kişilərin daha prioritetli (üstün) olması sosial modeli geniş yayılıb; qadınlar
ikinci dərəcəli rollarda çıxış edir, həm ailə, həm də cəmiyyətdə qərarı adətən kişi qəbul edir.
Müasir dövrdə qadınların hakimiyyətdə kifayət qədər təmsil olunmaması həm də onunla bağlıdır
ki, siyasətçilər qender bərabərliyini vacib məsələ kimi qəbul etmirlər; bunu daha çox «dəbə» uyğun
edirlər; düzdü, son zamanlar, Avropa İttifaqına inteqrasiya prosesi ilə əlaqədar qadınlar korrupsiya və
qrup mənafelərin təsirinə bir qədər az düşür; qadınlar ailəni dolandırmaq yükünü keçid dövrün
iqtisadiyyatı şəraitində öz üzərinə götürürlər. Qadınlar siyasi risqə getmək fikrini ağlına belə gətirməzlər;
güclü qender stereotipləri, ana vəzifəsi və siyasi fəaliyyət vəzifəsi arasındakı ziddiyyətlər, müasir siyasi
fəaliyyətə xas olan aqressivlik və korrupsiya – bütün bu amillər qadınların siyasi həyatda fəal iştirakının
qarşısını alır. Azərbaycan üzrə toplanılan məlumat onu sübut edir ki, qadınlar, istər dövlət, istərsə də
regional (yerli) səviyyədə, artıq keçid dövrdən sonrakı mərhələdə formalaşmış siyasi elitaya müdaxilə
edə bilməzdilər. Daha dir məlumat: ali vəzifəli şəxslər sırasında yalnız 7 nəfəri (9%) qadındır. 2004-cü ilin
məlumatına görə ətraf mühitin mühafizə və təbii sərvətlər Nazirliyinin 31 rəhbər işçisinin sırasında
yalnız üç nəfəri – qadındır.
Respublikamızda, qərarların qəbul olunmasında qadınların iştirakını stimullaşdırmaq üçün kişilər
və qadınların siyasi həyatda iştirak etmək, idarəetmə orqanlarında vəzifə tutmaq üçün bərabər
imkanlarını nəzərdə tutan qanunverici aktlar qəbul olunmalıdır.
Bir sıra dövlətlər, davamlı inkişafa tərəf çıxaraq, öz milli ekoloji siyasət və proqramlarına qender
məsələlərini salıblar. Məsələn, Kanada içməli su ehtiyatları, okean və meşələr, təbiətin zənginliyinin
mühafizəsi, səhralaşmanın qarşısının alınması işinin sabit idarəolunmasında qender məsələlərinin nəzərə
alınmasına tərəf çıxmışdır. Kolumbiyada, qadınların bərabərliyini təmin etmək üzrə Milli idarə, ətraf
mühitin qorunması üzrə Nazirliyi ilə birgə işlər qurur ki, fəaliyyət proqramlarının planlaşdırılması və
yerinə yetirilməsi işində qender məsələləri nəzərə alınsın. Kotdivuarda ətraf mühitin qorunması üzrə
milli proqram işlənib hazırlanıb; burada qadın və kişilərin sosial statusu ilə bağlı amillər nəzərə alınıb.
Fəaliyyət Platformasının strateji məsələlərindən biri – qadınların, o cümlədən yerli xalqların
nümayəndələrinin ekoloji məsələlər üzrə bütün səviyyələrdə – menecer, layihəçi, planlaşdırıcı və ekoloji
1
Azərbaycan Respublikasında Pekindən sonrakı dövr. 1995-2001-ci iln nəticələri. – B., 2002, s.30
layihələrin icraçıları kimi – qərarların qəbul edilməsində iştirakının təmin edilməsidir. Məs.,
Portuqaliyada ətraf mühitin qorunması üzrə nazir vəzifəsinə qadın təyin edilib. Kanada hökuməti 1977-ci
ildə Norveçdə keçirilən «Şimalın qadınları – Şimalın həyatı» konfransına, digər müxtəlif beynəlxalq
müşavirələrinə yerli xalqların qadın nümayəndələrinin iştirakına (o cümlədən Pauktuutit İnduit qadınlar
assosiasiyası nümayəndəliyi) maliyyə və siyasi dəstək verdi. Konfransın məqsədi – qadınların sabit
inkişafa gətirə biləcək fayda və iştirakının genişləndirilməsidir. Tunisdə ətraf mühit və regional inkişaf
Nazirliyində qadınlar rəhbər kadrların 19%-ni və işçi heyətinin 30%-ni təşkil edirlər. Kadr siyasətində
dəyişikliklər ətraf mühitin qorunması sektorunda çalışan inzibati işçilərin sıralarında qadınların sayının
69% qədər artmasına gətirib çıxardı. Çində 1997-ci ildə ətraf mühitin qorunması sahəsində çalışanların
38%-ni qadınlar təşkil edirdi.
Hal-hazırda ətraf mühitin qorunması məsələləri üzrə qərarların qəbul olunmasında qadınların
iştirakını təmin etmək zərurəti dərk olunduqca, onların, elmi, texniki, iqtisadi sahələrə, xüsusi olaraq,
təhsilə və infomrasiyaya qovuşması üçün müəyyən işlər görülür. İranda, bu istiqamətdə, təbii
ehtiyatların qorunub saxlanılması işinə daha çox qadınları cəlb etmək məqsədilə xüsusi seminarlar təşkil
edilir. Ətraf mühitin qorunması Bürosunun nəzdində xüsusi planlaşdırma və tədris şöbəsi yaradılıb;
şöbənin vəzifəsi – kənd qadınlarının təbiətin mühafizəsi işlərinə cəlb edilməsidir. Konqo, Mali və
Moldova ərazilərində, qadınların ekoloji özünüdərkin səviyyəsinin artırılması, kənd təsərrüfatının
təşkilində istifadə edilən yeni texnologiyaların (nou-hau) öyrədilməsi məqsədilə xüsusi tədris
proqramları tərtib edilib. Almaniyada, ekologiya sahəsində çalışmaq istəyən qız uşaqlarına dəstək
vermək məqsədilə «Qızlar ekoloji cəhətdən təmiz Avropa uğrunda» mövzulu layihə işlənib
hazırlanmışdır. İordaniyada kəndçi qadınlara kənd təsərrüfatında gübrələr və pestisidlərin düzgün
istifadə olunması, müasir suvarma metodlarının düzgün tətbiqi məsələlərini öyrədirlər. Çində hər il «8
mart yaşıllıq günüdür» kampaniyasında təxminən 100 mln qadın iştirak edir. Bu kampaniyanın əsas
məqsədi – meşələrin bərpası, qoruyucu meşə zolaqlarının yaradılması, su hövzələrinin qorunub
saxlanılmasıdır. Yamaykada, Kanadanın beynəlxalq inkişafı üzrə Bürosunun köməyi əsnasında «Sabahın
ağacları» adlı layihə həyata keçirilir; bu layihənin məqsədi – meşələr və torpaq sahələrinin mühafizəsi
proqramlarına qadınların cəlb edilməsidir. Hindistanda BMT-nin uşaq fondu yaşayış məskənlərini su ilə
təchiz olunması layihəsinə yardım göstərir; bu layihəyə əsasən, qadınları, nasos stansiyalarda əl
nasoslarını işlətməyə öyrədirlər. Qadınlar mütəmadi olaraq, nasosları təmir edir və onlara qulluq edir;
nasoslar il boyu su ilə bu əraziləri təmin edir.
Bu həqiqəti dərk edən bəzi ölkə rəhbərləri o cümlədən Azərbaycan ətraf mühitin mühafizəsi
siyasətinə iqtisadi fəaliyyəti də daxil edirlər. Məs., BMT-nin köməyi ilə Azərbaycan ətraf mühitin
mühafizəsi işini həyata keçirir. Hal-hazırda Azərbaycan davamlı inkişaf üzrə komissiyasının üzvüdür.
Dünya Bankı və digər maliyyə institutların köməyi ilə burada bir sıra müəssisələrin (balıq böyüdən
zavodun, civə tərkibli tullantıların təmizlənməsi üzrə poliqonun, torpağın nəftdən təmizlənməsi üzrə
müəssisənin, ekoloji menecment üzrə və s.) layihələri işlənib hazırlanıb və hazırlanır. Bundan əlavə,
Dünya Bankının yardımı əsasında Ətraf Mühitin qorunub saxlanılması üzrə Milli plan işlənib
hazırlanmışdır. Burada başlıca ekoloji problemlər, onların səbəbləri, təsiri və həlli yolları müəyyən edilir.
İcra vaxtına uyğun olaraq, yaxın gələcəkdə iqtisadi inkişaf üçün onların vacibliyi müəyyən edilir. Bu
planda, ölkənin vacib ekoloji məsələlər, onların səbəbləri, ölkənin ekoloji məqsədləri müəyyən edilir.
Kanada höküməti, BMT-nin nəzdindəki qadınların mənafeyi uğrunda Fondunun yardımı əsasında
Malidə xüsusi bir layihə həyata keçirilmişdir: Bamako şəhərində tullantıların emal edilməsi
müəssisələrinin yaradılmasında qadınların iştirakını təmin etmək üçün onların öyrədilməsi, texniki
təchizatı və maliyyələşdirilməsi işi təşkil edilmişdir; hal-hazırda bu müəssisələr şəhərin 18 min əhalisinə
xidmət göstərirlər. Tunisdə səhralanma ilə mübarizə üzrə eksperimental layihə işlənib hazırlanıb; burada
kənd ərazilərində yaşayan qadınların həyat şəraiti yaxşılaşdırılır. Mali və Svazilend dövlətlərində də
səhraların artmasının qarşısının alınmasında qadınları cəlb edirlər. Salvadorda qadınlar çalışan
tingliklərdə 334000 qələmin yetişdirilməsi işində texniki yardım göstərilir. Ağaxan Fondunun vasitəsilə
Kanada hökuməti Hindistanın qadın təşkilatlarına şoran torpaqlarının bərpası işinə yardım göstərdi.
Qadınlar həm də xüsusi əmanət kassalarını yaradaraq, bu kassaların üzvlərinə xırda pul məbləğini borc
verib, içməli su ilə təchizi məsələlərini həll etməyə çalışıblar. Bəzi ölkələrdə ətraf mühitin mühafizəsi
məsələsində qender şüurunun formalaşması probleminin tədqiqi başlanıb; bu yolla, sabit inkişaf inkişaf
və qender bərabərliyi arasında əlaqələrin daha dərin dərki təmin oluna bilər, ictimai rəy formalaşır. Belə
tədqiqatlara mümkün qədər, qadınları da cəlb edirlər. Namibiyada ətraf mühit və turizm Nazirliyi
qadınları, onların yaşadığı ərazilərdə inkişafın ekoloji nəticələrinin tədqiqi proqramına cəlb etməyə
başladılar. Tunisdə keçirilən tədqiqatlar təbii ehtiyatların idarə olunması və səhralaşma prosesi ilə
mübarizədə qadınların roluna həsr olunub. 1997-ci ildə Almaniya hökuməti «Təbiətin mühafizəsi
sektorunda kim kimdir?» adlı məlumat kitabının dərcini maliyyələşdirib. İslandiyada, gələcəkdə
hidroelektrik stansiyalar və alüminum zavodlarının tikilməsi qadınları iqtisadi cəhətdən təmin edib-
etməməsi məsələsi üzrə qender təhlili aparılıb. Bununla əlaqədar təşkil olunmuş müzakirələrdə qadınlar
layihənin ekoloji tərəfinə aid kəskin şəkildə öz mülahizələrini bildiriblər.
Kasıbçılıq və ətraf mühitin şəraitinin pisləşməsi arasındakı əlaqə çoxdan məlumdur. Dilənçiliyin
kökünün kəsilməsi, davamlı inkişafının zəruri şərtinin olması artıq təsdiq olunub. Dünya əhalisinin ən
kasıb kütləsinin, o cümlədən onun çox payını təşkil edən qadınların (xüsusilə kənd qadınlarının, ətraf
mühitin mühafizəsi üzrə istənilən strategiyanın ayrılmaz tərkib hissəsi oluduğunu qəbul edərək, onların
hüquq və imkanlarının genişlənməsini təmin etmək lazımdır.
ƏDƏBİYYAT
Azərbaycan Respublikasında Pekindən sonrakı dövr 1995-2001. – B., 2002
Доклад четвертой Всемирной конференции по положению женщин. ООН – Пекин, 4-15 сентября, 1995
Женщина и гендерная проблема в странах с переходной экономикой: взгляд ЮНИСЕФ, май 1995г.
Региональное управление Центральной и Восточной Европы, Содружества Независимых Государств и стран
Балтики
Женщины региона ЦВЕ/ННГ в контексте устойчивого развития (Путь от Йохансбурга – 2002 к Киеву
– 2003). Отчет по проекту. – Киев, 2003
Кофи А.Аннан. Общая судьба – новая решимость. Годовой доклад о работе Организации
Обжединенных Наций
Национальный план действий по охране окружающей среды Азербайджанской Республики. – Б., 1998
Chose a Future Issues and Options For Adolescent Girls. The Center for Development and Population
Activities
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
1. Davamlı inkişaf nədir?
2. Qadın və kişilər davamlı inkişafına necə köməklik göstərə bilərlər?
3. Ekoloji
siyasətdə qender məsələləri necə nəzərə alına bilər?
4.
Ətraf mühitin qorunması sahəsində qender şüurluluğu nədə ifadə oluna bilər?
İş üsulları: diskussiyanın keçirilməsi, kiçik qruplara bölünməsi, real problemlərin müzakirəsi:
«Ekoloji problemlərin həllində qadın rəhbərliyi».
TƏHLİL ÜÇÜN BİR NÜMUNƏ «EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNDƏ QADIN
RƏHBƏRLİYİ»
Vəzifə: seminarın sonunda təhlil iştirakçıları ekoloji layihələrin rəhbərliyində qadın payı və qadın
imkanlarını müəyyən etməyi, nəzərdən keçirməyi bacarmalıdırlar.
Materiallar: «Ekoloji probelmlərin həllində qadın rəhbərliyi».
Görülməli işlər:
-
Seminarın məqsədini izah etmək: qadın rəhbərliyini ekoloji problemlərin həlli məsələsində
imtahandan keçirmək.
-
Dünyanın bir çox ölkələrində ətraf mühitin qorunub saxlanılmasında qadınların liderliyi bir fakt
kimi qəbul olunub. Bu faktı seminar iştirakçılarına çatdırmaq.
-
Seminar iştirakçılarının «həmin qadın-liderlər kimi düşünməyə bacarsalar, onda ekoloji
problemlərlə məşğul ola bilərlər» məsələyə münasibətinin öyrənilməsi.
-
Əhvalatın tədqiqi .
Diskussiyanın istiqamətləri
1. Məsələnin tarixinin təhlilində aşağıdakı məqamlara diqqət yetirilməlidir:
-
burada nə baş verib?
-
qadınlar nə etdilər?
-
cəmiyyətdə vəziyyətin dəyişilməsinə necə nail oldular?
-
qadınlar hansı məsələlərin öhdəsindən gəldilər?
-
niyə işlərin uğurlu olmasını düşünürsünüz?
-
bizim ölkəmizdəki qadın-liderlərlə onların oxşarlığı varmı?
-
hər bir iştirakçı özünü 50-dən yuxarı yaşda olan bir lider kimi təsvir edərək, ekoloji problemlərin
həlli üzərində düşünsün. Onun əhvalatı necə ola bilər?
Seminar iştirakçıları iki nəfərdən ibarət qruplara bölünüb məsələni müzakirə etməlidirdər.
Təklif: Seminarı yekunlaşdırarkən, ekoloji problemlərin həllində semi-nar iştirakçılarının
düşündüyü nədir? – sualı ilə onlara müraciət etmək.
Ekoloji problemlərin həllində qadın rəhbərliyi
Cənubi Hindistanda kəndli qadınlar ildən-ilə torpaqların tənəzzülə uğrmasını, başqa sözlə, onların
pisləşməsi prosesini müşahidə edirdilər. Hökumət, sakinləri pulsuz su, hibrid (seçmə) tumları, məhsulun
yığılmasında müasir bazar yönümünü təmin etmək üçün pul vəsaitləri ilə təchiz edirdi. Lakin quraqlıq keçirən
regionlarda, torpağın becərilməsində qadın əməyinə qiymət verilmirdi.
Həmin ərazidə yaşayan kənd əhalisi torpaqların becərilməsində, ailəsini dolandırmaqda əziyyət çəkirdilər.
Torpağın məhsuldarlığı aşağı düşdükcə, burada eroziya (torpağın dağıdılması) əmələ gəlir, drenac (şor
torpaqlardan artıq suyun çıxarılması) sistemi sıradan çıxır, işsizlik artırdı. Burada regional qadın təşkilatları
görüşdə məsələlərin müzakirəsi zamanı belə bir qənaətə gəldilər ki, pisləşən torpaqları kollektiv icarəyə
götürüb, onları ənənəvi becərmə üsulları ilə yararlı vəziyyətə salsınlar. Heç bir bank bunlara pulu borc
vermədi. Buna baxmayaraq, yerli təşkilatlar bu təşəbbüsü bəyəndilər və maliyyə vəsatini ayırdılar. Qadınlar
böyük çalışqanlığı nümayiş etdirdilər, torpaqları dədə-baba üsulları ilə becərdilər. Nəticədə 700 akrdan artıq
bir ərazi yenə də səmərəli şəkildə istifadə olunmağa başlandı.
Hər il belə torpaqların sahəsi artırdı. Təşəbbüskarlıq, maddi yardım, üstəgəl ictimai təşkilatların onlara
tərəf çıxması nəticəsində qadınlar bu torpaqlara yeni həyat bəxş etdilər.
Dostları ilə paylaş: |