Allah Təala belə buyurur:
“Bu Quran, həqiqətən, ən doğruya (ən sağlama) yönəldir”. (İsra 17/9)
Quran həqiqətən ən doğru və ən sağlam olan düşüncə və davranışlara yönəldir.
Lakin o, başa düşmək üçün deyil, ancaq savab olsun deyə oxunursa, onunla bir
şeyə nail olmaq olmaz. Bu, eynilə keyfiyyətli bir balın sadəcə görünüşü və xoş
iyi ilə kifayətlənməyə bənzəyir. Yeyilməyən balın bədənə nə faydası ola bilər?!
Müsəlmanlar əsrlər boyunca məhz belə davranmış və Quran ilə yetərincə
qidalanmamışlar. Ənənəvi adət qəlibləri ilə xürafatlar bir-birinə qarışmış,
insanların mənəviyyatı mövhümatlarla əhatə olunmuşdur. Amma artıq Quranı
başa düşmək üçün oxuyanlar və onun üstündə ağıl yoranlar vardır. Onlar
özlərinə və cəmiyyətə tənqidi yanaşırlar. Bu yanaşma bir növ keçmişlə də
hesablaşmaq deməkdir.
Allah Təala belə buyurur:
“İman gətirənlər üçün Allahı könüldən xatırlama və Onun tərəfindən nazil
olan həqiqətə qəlbən bağlanmaq vaxtı gəlib çatmadımı?! Onlar özlərindən
əvvəl kitab verilən kimsələr (yəhudilər və xristianlar) kimi olmasınlar. Onlarla
(öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir.
Onların çoxu (Allaha asi olan) fasiqlərdir!” (Hədid 57/16)
24. Türkiyədə özünü müsəlman saymayan az insan vardır. Özünü müsəlman
sayanlar iki qrupdur. Birinci qrup özünü etiqad müstəvisində müsəlman
sayanlardır. Onların arasında oruc tutan, qurban kəsən, bayram namazı qılan və
cümə günü cümə namazına gedənlər vardır. Onların çoxu Qərb mədəniyyətini
mənimsəməyə çalışanlardır.
Digər bir qrupu isə dinin göstəişlərini yerinə yetirmək arzusu və qətiyyətində
olanlar təşkil edir. Onları şərti olaraq “dindarlar” adlandıracağıq.
Qərb pərəstişkarları dindarları irticaçı və fundamentalist hesab edir, dindarlar isə
onları dindən uzaq qalmaqda ittiham edirlər.
25. Son illər ərzində göstərilən səylər hər iki cərəyanın tərəfdarı olan insanları
Quranın ətrafında toplamışdır. Qurana yönələn qərb pərəstişkarları dindarlardan
bir qisminin yaşadığı dinin xurafatlarla dolu olduğunu dərk etmiş və belə bir din
anlayışı və ona uyğun davranışlardan uzaq olduqları üçün özlərini şanslı
saymışlar. Bu vəziyyət sözügedən dindarları da dərindən sarsmışdır. Bu sarsılma
qarşısında onlar da özlərini müdafiə etmək üçün Qurana yönəldikdə həmin
tənqidlərin bir çoxunun doğru olduğunu görmüşlər. Bu yönəlmə xurafatlara
aludə olub-olmamasından asılı olmayaraq bütün dindarlar və eləcə də Qərb
pərəstişkarları üzərində dərin iz buraxmışdır. Artıq hər iki qrupun mənsubları
Quranın ətrafında birləşmək ideyasına yaxınlaşmışdır.
26. Bu sarsılma bəzi şəxslərin özlərini tamamilə dindən uzaq insanlar kimi
görməsinə səbəb olmuşdur. Allahın kitabına yönəlmənin mövcud olduğu hər
yerdə bu prosesin gerçəkləşməsi labüddür. Uca Allah bu xüsusda buyurur:
“Onlara bu işdə (din işində) aydın dəlillər verdik.
“ Kitab əhlindən və müşriklərdən olan inkar edənlər onlara açıq-aydın dəlil
gələnə qədər (küfrlərindən) əl çəkmirlər. Bu (dəlil) pak səhifələri oxuyan
Allahın göndərdiyi Elçidir.
Onlarda tam doğru hökümlər vardır.
Özlərinə kitab verilənlərin parça-parça bölünmələri, ancaq bu açıq sənədin
(Quranın) onlara gəlməsindən sonra baş verdi”. (Bəyyinə 98/1-4)
De ki: “ Doğru gəldi, əyri yox oldu. Çünki əyri həmişə yox olmuşdur.
İnananları qoruyan və yaxşılaşdıran nə varsa, biz Quran ilə onu endiririk.
Amma bu zalımların ancaq qəddarlığını artırır”. (İsra 17/81-82)
27. Qurana yönəlmənin güclü olduğu hər yerdə dağılan qruplar əllərindəkini
itirməmək üçün hərəkətə keçirlər. Duyğular əsasında davrandıqları üçün tozu
dumana qatırlar. Onlara heç bir şey başa sala bilməzsiniz. Onlara qarşı səbirli
olmaq lazımdır. Allah Təala bu mövzuda belə buyurur:
“Sizdə bir xeyir görülsə bu onları rahatsız edər. Başınıza bir pislik gəldikdə isə
ona sevinərlər. Əgər səbirli olsanız və qorunsanız, onların qurduqları hiylə
sizə bir zərər verməz. Çünki onlar nə etsələr Allah onu əhatə etmişdir”. (Al-i
İmran 3/120)
Bu sarsılmalar faydalıdır. Belə hadisələr sayəsində bəzi insanlar Allah
dərgahında mükafat qazanır, bəzilərinin isə gerçək siması ortaya çıxır. Nəticədə
sağlam bir din anlayışı əldə etmək mümkün olur.
28. Qurana yönəlmə bir təxəyyül, ya da bir dəb deyildir, ümumbəşərilik və
sabitlik kimi cəhətləri özündə ehtiva edən ciddi bir işdir. Qurana yönəlmə şüarı
ilə meydana çıxanlardan bəziləri həyatlarını Quranla uzlaşdırmaq yerinə Quranı
özlərinə uyğunlaşdırmağa cəhd edirlər. Onlar başqalarını tənqid edərkən
özlərinin nə vəziyyətə düşdüklərindən tamamilə xəbərsizdirlər. Bu səbəblə
Qurana yönələn hər kəs özünü bu baxımdan tez-tez sorğu-suala çəkməlidir. Uca
Allah belə buyurur:
“Allahın ipinə birlikdə möhkəm sarılın və ayrılmayın”. (Ali-İmran 3/103)
“Ey inananlar! Allaha boyun əyin, elçisinə itaət edin, sizdən olan əmirlərə də.
Bir mövzu üstündə mübahisə edincə, əgər Allaha və axirət gününə inanırsızsa
onu Allaha və Rəsuluna götürün. Bu həm daha xeyirlidir, həm də nəticə
etibarı ilə daha yaxşı olur.” (Nisa4/59)
“ Onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Diqqət et, onların
həvəslərinə uyma. Onlardan uzaqlaş ki, Allahın sənə nazil etdiyinin bir
qismindən səni çaşdırmasınlar. Əgər üz çevirirlərsə bil ki, Allah bir çox
günahlarına qarşılıq başlarına bir pislik gəlməsini istəyir. Əslində
insanlardan çoxu həqiqətən yoldan çıxmışdır.